Əbülfəz ELÇĠBƏY
Bütöv Azərbaycan Yolunda
Çapa hazırlayanlar: Ədalət Tahirzadə, Çingiz Göytürk. Ankara, "Ecdad" yayınları, 1998, 334 s.; Bakı,
"NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2004, 376 s.
I BÖLÜM. MƏQALƏLƏR
1. AZƏRBAYCAN (TARĠXDƏN BĠR NEÇƏ SÖZ)
2. TÜRK DĠLĠ VƏ RUS ĠMPERĠYA SĠYASƏTĠ
3. FARS ġOVĠNĠZMĠ
4.
ƏN KƏSƏ YOL
5. NƏ DEYƏSƏN?! BELƏ QALMAZ
II BÖLÜM. ÇIXIġLAR
1. ĠRAN TƏBRĠZĠN BĠR YUMRUĞU ĠLƏ DAĞILACAQ
2. BAYRAĞIMIZ ĠDEYA MƏNBƏYĠMĠZDĠR
3. 31 DEKABR BĠRLƏġMĠġ AZƏRBAYCAN YURDLARI (BAY) UĞRUNDA HƏMRƏYLĠK
GÜNÜDÜR
4. ĠRAN ĠMPERĠYASININ SONU YAXINLAġMAQDADIR
III BÖLÜM. MÜRACĠƏTLƏR
1. DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLĠYĠ GÜNÜ MÜNASĠBƏTĠ ĠLƏ
2. AZƏRBAYCANIN GÜNEYĠNDƏ MĠLLĠ ĠSTĠQLAL CƏBHƏSĠNĠN YARADILMASI ĠLƏ BAĞLI
3. TÜRKĠYƏDƏ TƏHSĠL ALAN
AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ
4. TƏRƏQQĠPƏRVƏR DÜNYA ĠCTĠMAĠYYƏTĠNƏ VƏ BEYNƏLXALQ TƏġKĠLATLARA
5. AZƏRBAYCANIN GÜNEYĠNDƏ BAġ VERMĠġ TƏBĠĠ
FƏLAKƏTLƏ BAĞLI
6. AVROPA BĠRLĠYĠ ÖLKƏLƏRĠNƏ VƏ MÜTƏRƏQQĠ DÜNYA DÖVLƏTLƏRĠNƏ
7. DÜNYA AZƏRBAYCAN TÜRKLƏRĠNƏ
IV BÖLÜM. MÜSAHĠBƏLƏR
1. VAXTINDA ATILMIġ CƏSARƏTLĠ ADDIM
2. MĠLLƏTĠN ÖZÜNÜDƏRKĠ TARĠXĠN TƏLƏBĠDĠR
3. FARS ġOVĠNĠZMĠ AZƏRBAYCAN TÜRKLƏRĠNĠN QATI DÜġMƏNĠDĠR
4. BĠZ HAQLARIMIZ UĞRUNDA MÜBARĠZƏ APARIRIQ
5. BÜTÖV AZƏRBAYCAN ĠDEYADIR, MƏFKURƏDĠR VƏ TƏBRĠZ MƏNĠM ġƏHƏRĠMDĠR
6. MƏNĠM VƏTƏNĠM
BÜTÖV AZƏRBAYCANDIR
7. ĠRANI DA SSRĠ-nin TALEYĠ GÖZLƏYĠR
8. VƏTƏN BĠRDĠR
9. AZƏRBAYCANIN GÜNEYĠ AZAD OLMALI
10. 200 ĠL PARÇALANMIġ BĠR XALQI BĠRLƏġDĠRMƏK BÖYÜK ġƏRƏF VƏ TARĠXĠ
ZƏRURƏTDĠR
11. AZƏRBAYCANIN BÜTÖVLÜK
RUHU PARÇALANMAZDIR
V BÖLÜM. DÜġÜNCƏLƏR
GĠRĠġ
BÜTÖV AZƏRBAYCAN YOLUNUN YOLBAYI
ƏBÜLFƏZ ELÇĠBƏY
I Pyotrun - Dəli Petronun iĢ baĢına gəlməsi ilə Rusiyanın iĢğalçılıq tarixində yeni bir mərhələ
baĢlandı. Həm özü, həm də taxt-tacına sahib olacaq bütün gələcək varisləri üçün isti sulara
çıxmaq strategiyasını irəli sürmüĢ I Pyotr sərhədləri isti sularadək uzanan Azərbaycanın türk
Qacar dövlətini öz qarĢısındakı əsas maneələrdən biri kimi görürdü, çünki Rusiyanın Qara
dənizdən və Boğazlardan keçərək isti sulara çıxıĢ yolunu Osmanlı imperiyası, Qafqazlardan,
Azərbaycandan keçib Bəsrə körfəzinə və Ümman dənizinə çıxan yolunu isə Qacar dövləti
kəsirdi. Məhz buna görə də Qafqazların, özəlliklə Azərbaycanın iĢğalı Rusiya üçün isti sulara
çıxıĢ strategiyasında bir nömrəli hədəfə çevrildi. Bununla da Azərbaycanın iki yüz ildən bəri
davam edən milli faciəsi baĢlandı.
XVIII yüzildə Rusiyanın Azərbaycana bəzi iĢğalçılıq yürüĢləri olsa da ruslar tutduqları əraziləri
əldə saxlaya bilmədilər. XIX yüzildə isə daha da güclənmiĢ rus imperiyası artıq Azərbaycan
üçün çox ciddi təhlükə idi. 1801-ci ildə Qazax və ġəmĢəddil sultanlıqları iĢğal edildi. 1803-cü
ilin yazında isə on ilədək davam etmiĢ I Rusiya-Azərbaycan müharibəsi baĢlandı və 1813-cü il
oktyabrın 12-də
“Gülüstan” müqaviləsi
nin bağlanması ilə nəticələndi. Azərbaycanın
parçalanmasının baĢlanğıcı olan bu mənhus müqaviləyə görə, Dağıstan da daxil, Arazdan
quzeydə yerləĢən bütün Azərbaycan torpaqları (Naxçıvan və Ġrəvan xanlıqlarından baĢqa)
Rusiya tabeliyinə keçdi.
Azərbaycanın quzeyini itirməsi faktı ilə barıĢmayan Türk Qacar dövləti 1826-cı il iyulun 16-da
Rusiyaya qarĢı hərbi əməliyyatlara baĢladı və üç ilədək davam edən II Rusiya-Azərbaycan
müharibəsi 1828-ci il 10 fevral
“Türkmənçay” müqaviləsi
nin bağlanması ilə baĢa çatdı. Həmin
müqaviləyə görə, Azərbaycanın Naxçıvan və Ġrəvan xanlıqları da Rusiyanın hakimiyyəti altına
keçdi. Bununla da Azərbaycanın bölünmüĢlük faciəsi rəsmiləĢdirilmiĢ oldu.
Azərbaycanı parçalamaq və quzey hissəsini iĢğal etmək rus imperiyasına heç də asan baĢa
gəlmədi.
Ġngiltərə xaric, az qala bütün Avropanı tutmuĢ Napoleon imperiyasını üç ilə
darmadağın edən Rusiya 10 il müharibə apararaq Azərbaycanın Arazdan quzeyə, Ġrəvan
xanlığını və Naxçıvanı çıxmaqla, yalnız beĢdə birini qoparmağa nail ola bilmiĢdi. Bu,
Azərbaycan türklərinin Rusiya imperiyasına qarĢı müharibəsinin necə sərt və dönməz
olduğuna ən tutarlı sübutlardan biridir .
Bütövlükdə Rusiya 13 illik ağır müharibədən (1803-1813, 1826-1828-ci illər) sonra
Azərbaycanın quzeyini iĢğal edə bilmiĢdir. Xalqımız üçün çox ağır olan bu müharibə illəri
ərzində bir tərəfdən Azərbaycanın xanlıqlara ayrılan quzey hissəsinin mərkəzləĢmiĢ
türk Qacar
dövlətinə tabe etdirilməsi uğrunda mübarizə gedir, digər tərəfdən isə Qacar Ģahzadəsi və
vəliəhd Abbas Mirzə
nin baĢçılığı ilə iĢğalçı rus imperiyasına qarĢı qəhrəmancasına müqavimət
göstərilir, qanlı döyüĢlər aparılırdı. Rus iĢğalçılarına qarĢı qeyri-bərabər savaĢda Car-Balakən
camaatı, Cavad xanın baĢçılığı altında Gəncə əhalisi və s. Azərbaycan tarixinin Ģanlı
səhifələrini yazdılar. ĠĢğalçı rus qoĢunlarının rəhbəri general Sisianovun Bakı qapılarında
öldürülməsi və baĢının Təbrizə - vəliəhd Abbas Mirzəyə göndərilməsi də xalqımızın iĢğal
faktına heç də müticəsinə boyun əymədiyini açıq-aydın göstərməkdədir.
Azərbaycan xalqının ciddi müqaviməti ilə qarĢılaĢan rus imperiyası hərbi iĢğalı gerçəkləĢdirib,
siyasi-inzibati bölünmüĢlüyü rəsmiləĢdirdikdən sonra millətin müqavimət gücünü daha da