Sizin
azad olmaq hüququnuz var
49
köhnə mənliyi öldürməyə çalışırlar və edə bilmirlər. Niyə? Çünki
köhnə mənlik çarmıxa çəkilib və ona görə də artıq ölüdür.
Biz təcrübələrimizlə heç nəyi həqiqətə çevirmirik. Biz Allahın
dediklərinin həqiqət olduğuna inanmağı seçirik, sonra imana uy-
ğun yaşayırıq; və bizim təcrübəmizdə həqiqət üzə çıxır. Bizim
etdiyimiz əməllər kimliyimizi təyin etmir. Bizim kimliyimiz nə
etməli olduğumuzu təyin edir. Mən Allahın bir gün məni qəbul
edəcəyi ümidi ilə meynə bağında işləmirəm. Allah artıq məni
qəbul edib və buna görə də mən meynə bağında çalışıram. Mən
Allahın bir gün məni sevəcəyi ümidi ilə iş görmürəm. Allah məni
sevir və buna görə də gördüyüm işi mən edirəm.
Məsihdə olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə
diri olduğunuza görə biz bir imanlı kimi günah ilə necə əlaqə sax-
laya bilərik və ya ünsiyyətdə ola bilərik? Paul Rom. 6:12, 13-də ca-
vab verir: «Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim
etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha,
bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha
təslim edin.» Günah onun hakimiyyəti altında olanlardan xidmət
tələb edən güclü hökmdardır. Siz günaha münasibətdə ölmüsü-
nüz, amma siz bədəninizi günahın ixtiyarına verəndə hələ də ona
xidmət etmək bacarığınız olur. Öz bədəninizin ya günah, ya da
salehlik üçün istifadə edilməsinə icazə verməyi seçmək sizin öz
əlinizdədir. Bütün günahların kökündə olan şeytan neytral qalmaq
istəyən hər bir kəsdən sui-istifadə edəcək.
Məsələn, fərz edək ki, sizin pastorunuz kasıblara yemək
səbətlərini paylamaq üçün, oğru isə bankı yarmaq üçün maşını-
nızdan istifadə etmək istəyir. Bu, sizin maşınınızdır və siz onu
necə istəyirsinizsə, istər yaxşı, istərsə də pis məqsədlə istifadə
edilməsinə yol verə bilərsiniz. Hansını seçərdiniz? Buna şübhə
edilməməlidir.
Eləcə də ya Allaha, ya da günaha və şeytana xidmət etmək
üçün istifadə olunmaqda bədəniniz sizindir, amma seçim sizin
əlinizdədir. Buna görə də Paul inadla yazır: «Beləliklə, ey qardaş-
50
Buxovları qıran
lar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi
diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim
edin; bu, sizin ağılla etdiyiniz ibadətdir» (Rom. 12:1). Məsih gü-
nah üzərində qələbə çaldığına görə siz günah etməməyi seçməkdə
azadsınız. Fani bədəninizdə günahın hökm sürməsinə icazə
verməmək sizin məsuliyyətinizdir.
Gəlin, bunu bir çoxlarının cinsi əxlaqsızlıq günahı ilə olan
mübarizəsinə tətbiq edək. Öz bədəninizi haqsızlıq aləti kimi
istifadə etmədən belə günah edə bilərsinizmi? Mən bilmirəm siz
bunu necə edə bilərsiniz. Ona görə
də cinsi günah işlətmisinizsə,
siz bədəninizi haqsızlıq aləti kimi istifadə etmisiniz və beləliklə,
siz fani bədəninizdə günahın hökm sürməsinə yol vermisiniz.
Əgər biz başqa insanla cinsi günah ediriksə, 1 Kor. 6:15, 16-ya
əsasən hər ikimiz bir bədən oluruq. Adi etiraf, yəqin ki, bunu həll
etməyəcək. Biz bədənlərimizdən istifadə etdiyimizə görə bundan
imtina etməliyik, Allaha diri qurbanlar kimi təqdim etməliyik və
sonra ağlımızı yeniləşdirərək dəyişməliyik. Rom. 12:1, 2-ci ayə bu
ardıcıllığı dəqiq göstərir (Seksual problemlərə necə qalib gəlmək
üzrə tam müzakirə üçün Harvest House tərəfindən nəşr edilmiş
«
A Way of Escape» – «
Çıxış Yolu» kitabıma baxın.).
S
iz günahın
gücündən azad ola bilərsiniz
Ola bilsin ki: «Nil, bədənimdə günahın hökm sürməsinə icazə
verməmək gözəl səslənir, amma siz mənim günahla necə ağır
mübarizə apardığımı bilmirsiniz» — deyə, düşünürsünüz. «Mən
istəmədiyim pis şeyi edirəm, amma istədiyim yaxşı şeyi etmirəm.
Bu, daimi mübarizədir.»
İnanın mənə, mübarizənin necə çətin olduğunu bilirəm; Mən
özüm onunla üzləşmişəm. Eləcə də həvari Paul Rom. 7:15-25-
də eyni şeydən əzab çəkir. Bu hissə qanunun bizi azad etməkdə
gücsüz olduğunu aydın göstərir. Bu ayə, eləcə də bizim güna-
hın fani bədənlərimizdə hökm sürməsinə icazə verdiyimiz halda
mübarizənin necə olacağını aşkar edir (Bəziləri bu hissənin Paulun