Mətbuat üçün Məlumat No. 15/265
TƏXİRƏSALINMADAN DƏRC EDİLMƏLİDİR
9 iyun, 2015-ci il
BVF missiyası Azərbaycana səfərini yekunlaşdırdı
Missiyanın sonunda verilən mətbuat üçün məlumatlar ölkəyə səfərin ilkin nəticələrini
açıqlayan BVF əməkdaşlarının bəyanatını əks etdirir. Bu bəyanat BVF əməkdaşlarının
baxışlarnı əks etdirir və BVF-in İcraçı Şurasının baxışı kimi qəbul edilməməlidir. Bu
missiyanın nəticələri İcraçı Şurada müzakirə edilməyəcəkdir.
2015-ci il, 2–8 iyun tarixində cənab Raja Almarzoqinin rəhbərliyi altında Beynəlxalq Valyuta
Fondununun (BVF) missiyası makroiqtisadi prosesləri qiymətləndirmək və 2015-ci ilin
dekabr ayına planlaşdırılan IV Maddə üzrə Məsləhətləşmələr missiyasına hazırlıq məqsədilə
Bakıya səfər etmişdir.
Səfərin sonunda cənab Almarzoqi aşağıdakı bəyanatı təqdim etmişdir:
“2014-cü ilin sonundan Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin enməsi, ABŞ
dollarının mövqeyini gücləndirməsi və regionda milli valyutaların ucuzlaşması dalğasının
təsirinə məruz qalmış və nəticədə fevral ayında manat əhəmiyyətli dərəcədə ucuzlamışdır.
Devalvasiya dövlətin hesablar balansını yaxşılaşdırsa da, dollarlaşma kəskin yüksələndən və
devalvasiya bankların kapital və manat likvidliyi mövqelərinə təsir edəndən sonra maliyyə
sektorunun həssaslığının artması ilə bağlı narahatçılıqlar yaranmışdır. Azərbaycan Mərkəzi
Bankının (AMB) ehtiyatları aprel ayının ortalarından xeyli dərəcədə sabitləşmişdir və hal-
hazırda idxalın 7 ayına bərabərdir, yəni hələ narahatçılıq doğurmayan bir səviyyədədir (neft
fondu daxil olmaqla xarici ehtiyatlar 35 aylıq idxalın dəyərinə bərabərdir).
Yaxın müddətli dövrdə makroiqtisadi perspektivlər əhəmiyyətli dərəcədə pisləşmişdir. Qeyri-
neft ÜDM-sinin artım tempinin bu il 3.5 faizə enəcəyi gözlənilir, belə ki, neft ixracından
daxilolmaların xeyli azalması və və dövlət investisiyaları dinamikasının səngiməsi özəl
sektora olan tələbata təsir edəcəkdir (özəl sektora tələbat devalvasiyadan sonra əminliyik
müəyyən qədər itirildiyindən artıq zəifləmişdir). Gələn il neftin qiymətinin müəyyən qədər
bərpası 2016-cı ildə qeyri-neft ÜDM-sini, demək olar ki, 4.5%-ə qaldırmağa kömək
etməlidir. Tələb daha aşağı olduğundan və bu ilin əvvəlində qiymət artımının qarşısını almaq
üçün hökumət tərəfindən tədbirlər görüldüyü üçün inflyasiyanın 2015-ci ildə təqribən 8.5%-ə
Beynəlxalq Valyuta Fondu
Vaşinqton, K.D. ABŞ 20431
2
çatacağı güman edilir. Neftin qiymətinin aşağı olacağı təqdirdə, cari hesab profisiti ÜDM-nin
5%-inə enəcək, büdcədə isə təqribən ÜDM-nin 7%-i səviyyəsində kəsir yaranacaqdır. Neftin
qiyməti daha aşağı enərsə və ya bank sisteminin devalvasiyadan sonra yaşadığı stres
gözləniləndən daha geniş olarsa, ÜDM-nin kəskin və ehtimal ki, davamlı enişinin qarşısını
almaq mümkün olmayacaqdır.
BVF missiyası hökumətin büdcə xərclərini neft qiymətinin xeyli daha aşağı olduğu yeni
reallığa uyğunlaşdırmaq planını dəstəkləyir. 2015-ci ilin təsdiq olunmuş büdcəsinin daha
aşağı səviyydə icrasının nəzərdə tutulması və parlamentə 2016-cı ilin büdcəsini neftin bir
barelinə $50 qiyməti əsasında təqdim etmək planları neft fondu vəsaitlərindən istifadəni
məhdudlaşdırmağa, devalvasiyadan sonrakı dövrdə inflyasiya təzyiqləri riskini azaltmağa
kömək edəcək, eləcə də dövlət investisiya xərclərini daha davamlı səviyyəyə endirəcəkdir ki,
bu, potensialın məhdud olduğu mövcud şəraitə və hazırda daha da çox diqqət yetirilən
layihələrin səmərəliliyi məsələsinə uyğundur. Bu yaxınlarda Dünya Bankı ilə birgə başa
çatdırılan dövlət xərcləri və maliyyə hesabatlılığı qiymətləndirməsinin tövsiyələrinin icrası,
habelə BVF-in son texniki yardımı zamanı verilən tövsiyələrə uyğun pensiya islahatlarını
həyata keçirmək üçün 2015-ci ilin payız aylarında qanunvericilik layihəsinin parlamentə
təqdim edilməsi orta müddətli fiskal konsolidasiya strategiyasına inam yaradacaqdır.
Fevral ayında baş vermiş devalvasiyadan etibarən Azərbaycan Respublikasının Mərkəzi
Bankı valyuta məzənnəsini möhkəm idarə etmiş, maliyyə sabitliyini dəstəkləmək
istiqamətində önləyici tədbirlərlə yanaşı, xalis aşıq mövqelər və kreditlərin restrukturizasiyası
üzrə qarışıq güzəşt addımlarını tətbiq etmişdir. Digər amillərlə yanaşı, əvvəlcədən
xəbərdarlıq etmədən yerində yoxlamanı məhdudlaşdıran qaydalar, habelə AMB-i nəzarət
etdiyi təsisatın natamam sahibi kimi qəribə bir vəziyyətə salan ABB-ə verilən subordinasiya
kreditləri banklar üzərində nəzarəti çətinləşdirir. Yaxın keçmişdə baş vermiş devalvasiya
rəqabətədavamlılığı bərpa etməyə yardım etsə də, pul ehtiyatlarının gələcəkdə
tükənməməsini təmin etmək və özəl sektorun milli valyutaya etibarını saxlamaq zərurəti
vardır. Bu məqsədlə, BVF-nin işçi heyəti orta müddətli dövrdə tədricən daha çevik valyuta
məzənnəsi rejiminə keçidi tövsiyə edir. BVF xarici valyuta (“foreks”) bazarının inkişafı üzrə
rəsmi qurumların səyləri, həmçinin Mərkəzi Bankda son olaraq inflyasiya dərəcəsinin
hədəflənməsinə keçid üçün şərait yaradan bacarıqların təmin edilməsi baxımından dəstək
göstərməyə hazırdır.
Maliyyə sektorunun qiymətləndirilməsi proqramı (“FSAP”) çərçivəsində tövsiyələrə uyğun
olaraq normativ-hüquqi bazanın gücləndirilməsi və nəzarət səviyyəsinin müvafiq qaydada
artırılması maliyyə stabilliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Hazırda xalis
açıq mövqelərə qarşı və kapital tələbi ilə bağlı qəti tədbirlərdən çəkinmə halına mümkün
qədər tez son qoyulmalıdır. Digər prioritetlər nəzarətin və banklarla bağlı qərarlaşma
praktikasının səlisləşdirilməsinə şərait yaratmaq məqsədilə qanunvericiliyə dəyişikliklərin və
risklərin daha təkmil qaydada monitorinq edilməsindən, həmçinin Azərbaycan Beynəlxalq
3
Bankının həcminin kiçildilməsi və müfaviq qaydada şəffaf formada özəlləşdirilməsinə yol
açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun
restrukturizasiya edilməsindən ibarətdir.
Xarici mühitdə yaşanan çətinliklər nəticəsində hökumətin aparıcı qüvvəsi özəl sektor olan
iqtisadi şaxələnmə məqsədinə doğru irəliləyişi sürətləndirmək zərurəti daha da aktuallaşıb.
Özəl sərmayə fiskal konsolidasiya nəticəsində yaranan qısamüddətli mənfi təsirləri
yumşaltmağa yardım edə bilər, lakin bu, idarəçiliyin təkmilləşdirilməsi, işgüzar fəaliyyətin
aparılması xərclərinin azaldılması, həmçinin rəqabət qarşısındakı əngəllərin və olduqca baha
başa gələn gömrük prosedurlarının aradan qaldırılması istiqamətində islahatların aparılmasını
tələb edəcəkdir. Hökumətin effektivliyini artırmaq, korrupsiyaya qarşı tədbirləri
genişləndirmək, qanunun aliliyini və məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirmək
üçün əlavə səylərə ehtiyac vardır.
Missiya fiskal və xarici sektor statistikasının beynəlxalq standartlara uyğun
təkmilləşdirilməsi istiqamətində cari addımları alqışlayır. Büdcə təsnifatının
möhkəmləndirilməsi və beynəlxalq investisiya mövqeyinin (“IIP”) açıqlanması siyasəti
formalaşdıran şəxslərə və investorlara məlumata daha çox söykənən qərar vermək imkanını
yaradar.
Səfər əsnasında, missiya yüksək vəzifəli dövlət rəsmiləri, habelə özəl sector və diplomatik
dairələrin nümayəndələri ilə müzakirələr aparmışdır. BVF əməkdaşları göstərdikləri
qonaqpərvərlik və konstruktiv müzakirələrə görə rəsmi qurumlara minnətdarlığını bildirir”.