Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə21/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   17   18   19   20   21   22   23   24   ...   175

 

45 


indi  qan  axan  çuxur  görünürdü,  qan  isə  ayaqlarla  süzülərək  axırdı.  Vonqun  səkkizinci  şəkilə 

laqeyd yanaşmasına bütün əsaslar vardı, çünki orada təsvir olunan məhkumun öldüyü açıq-aşkar 

idi  –  salamat  adamın  başı  bu  şəkildə  çiyninə  düşməz.  «Məndə  olan  məlumatlara  əsasən,  bütün 

əməliyyat cəmi saat yarım davam edib»,  – Vonq təntənəli surətdə dedi. Kağız yenidən dördqat 

büküldü və qara rəngli dəri bumajnik onu tüstü burumlarıyla birgə udmaq üçün timsah ağzı kimi 

açıldı. «Yəqin ki, indi Pekin dəyişib. Sizə belə primitiv şeylər göstərdyiym üçün təəssüf edirəm, 

qalan  sənədləri  cibdə  gəzdirmək  olmaz,  onlar  izahat  tələb  edir,  bilməyən  anlamaz…»  Səs  elə 

uzaqdan  gəlirdi  ki,  elə  bil,  göstərilən  şəkillərin  davamıydı,  sanki,  ədabaz  bir  elm  xadimi 

mühazirə oxuyurdu. Və nəhayət, bəlkə də, əksinə, əvvələn, Biq Bill Brunzi  qışqırmağa başladı

«See, see, rider”»



1

 və həmişəki kimi, ən barışmaz elementlər eyni qrotekst kollajında qarışmağa 

başladı, ancaq onları – reallığa həddindən artıq kobud müdaxilənin bütün hallarına qarşı olan bu 

trankvilizatorları

2

  hələ  arağın  və  Kant  kateqoriyalarının  köməyilə  bir-birinə  bitişdirmək  lazım 



idi. Demək olar ki, həmişə belə olur: gözlərini yumub geriyə qayıdırsan və bir dəstə bağlı kartın 

içindən seçdiyin başqa bir gecənin yupyumşaq dünyası. «See, see, rider», – daha bir meyit – Biq 

Bill oxuyurdu, – 

see cat you have done”

2

.  


 

(114) 

 

15 



 

Və  onun  yadına,  tamamilə  təbii  olaraq,  Sen-Marten  kanalındakı  gecə  və  isveçrəli  bir 

həkimin evində filmə baxmaq təklifi (min franka) düşdü.   Elə bir şey yox idi, sadəcə, mərkəzi 

ölkələrdən  olan  bir  kinooperator  xəlvəti  şəkildə  özünü  asmağın  bütün  təfərrüatlarını  çəkə 

bilmişdi. İki saatlıq səssiz film idi. Ancaq əla çəkilmişdi, keyfiyyətinə söz ola bilməzdi. Haqqını 

baxandan sonra da ödəmək olardı. 

Qərar vermək və «yox» demək, sonra isə isveçrəli həkimin rəfiqəsinin rəfiqəsi olan haitili 

zənci  qızla  birlikdə  rədd  olub  getməkdən  ötrü  lazım  olan  dəqiqələr  asılma  səhnəsini  təsəvvür 

etmək  və  qalxıb    –  başqa  nə  cür  ola  bilərdi  ki?  –  qurbanın  tərəfində  olmaqçün  ona  bəs  etdi. 

Asılan kim olursa-olsun, buna heç bir söz ola bilməz (məsələnin incəliyi də elə bunu ona başa 

salmaqdan  ibarətdir),  əgər  o,  kameranın  hər  şeyi  bütün  xırda  detallarınadək  (gələcəkdəki 

dilentantları  razı  salmaq  naminə  ağız-burnunun  əyilməsini,  bədəninin  titrəməsini)  qeydə 

alacağını  bilsəydi…  «Mənə  hər  nə  olsa  da,  heç  vaxt  Etyen  kimi  laqeyd  olmaram,  –  Oliveyra 

düşündü.  –  Məsələ  burasındadır  ki,  misli  görünməmiş  bir  fikir  mənə  qalib  gəlir:  insan  tamam 

                                                

1

 



 Бах, бах, атлы. (инэ.) 

2

 



 Транквилизатор – горху ялейщиня сакитляшдириъи васитя 

2

 



 Бах, бах, эюр нейлядин. (инэ.) 


 

46 


başqa  bir  şey  üçün  yaradılmışdır.  Deməli…  Onun  köməyinə  arxalanaraq  çıxış  yolu  axtardığı 

vasitələr necə də acizdir». Ən pisi oydu ki, o, Vonqun şəkillərinə ona görə sakitcə baxa bilirdi ki, 

işgəncə  verilən  başqalarıydı,  onun  atası  deyildi  və  bu  Pekin  əməliyyatı  qırx  il  bundan  qabaq 

olmuşdu. 

–  Bir  düşünün,  –  Oliveyra  Fats  Uollerin  əvəzinə  Ma  Reyniyə  qulaq  asmaq  üstündə 

Ronaldla dalaşıb onun yanına qayıdan Bəpsə müraciət etdi, – ağlasığmazdır, necə olur ki, biz bu 

qədər  yaramaz  ola  bilirik.  Görəsən,  İsa  peyğəmbər  yatmazdan  qabaq  yatağında  uzanıb  nə 

fikirləşirmiş, hə? Bir anın içində gülümsəyən insan ağzı qıllı hörümçəyə dönüb dişləyə bilər.  

– Oho, – Bəps dedi. – Yoxsa, 

Delirium tremens

1

. Yuxuda görmək belə qorxuncdur. 



–  Hər  şey  başdansovdudur,  bala,  hər  şey  e-pi-der-mis  səviyyəsində  qəbul  olunur. 

Maraqlıdır:  uşaq  vaxtı  evdə  elə  hey  böyüklərlə  –  nənəmlə,  bacılarımla,  bütün  geneoloji 

sələflərimlə cırmaqlaşırdım; bilirsən niyə? Boş-boş şeylər üstündə, həm də ona görə ki, qadınlar 

üçün  onların  məhəlləsində  baş  verən  istənilən  ölüm,  ya  da  özləri  dedikləri  kimi,  istənilən  əcəl 

cəbhədəki istənilən hadisədən, zəlzələdən, on minlərlə adamın öldürülməsindən və sairədən daha 

əhəmiyyətlidir.  Hərdən  özünü  axmaq  yerinə  qoyursan,  elə  axmaq  ki,  təsəvvür  edə  bilməzsən. 

Bəps, sən Platonu, kilsə xadimlərini və klassiklərin hamısını başdan-ayağa oxuya bilərsən, dərk 

olunandan  artığını  bilərsən,  ancaq  bir  də  görürsən  ki,  ağlasığmaz  dərəcədə  axmaqlaşmısan: 

başlamısan  savadsız anana  ilişməyə  və əsəbiləşməyə ki,  nə  var-nə  var  yazıq qadın qonşuluqda 

yaşayan  hansısa  bədbəxt bir rusun,  ya da kiminsə bibisi qızının ölümünə görə həddindən  artıq 

həyəcan  keçirir.  Sənsə  Bab-əl-Məndəbədə  baş  verən  zəlzələdən,  yaxud  Vardar-İnq  rayonuna 

hücumdan  bəhs  edərək  onun  zəhləsini  tökürsən,  istəyirsən  ki,  zavallı  qadın  İran  ordusunda  üç 

qoşun növünün ləğv edilməsinə görə əzab çəksin, halbuki bu onunçün tam mücərrəd bir şeydir… 

– Take it easy, – Bəps dedi. – 

Have a drink, sonny, don’t be such amurder to me

1



– Əslində isə, məsələ aydındır: göz görmür, ürək bulanmır…  Lütfən deyin, qoca qarılara 

bizim üfunətli puritan kretinizmi yedirməyə nə lüzum var?  Bu gün mən özümü heç də yaxşı hiss 

etmirəm, əzizlərim. Yaxşısı budur, evə gedim. 

Ancaq  isti  eskimos  xalısından  və  Qreqoroviusun  hələ  Sibillanı  sorğu-sual  etməsinin 

seyrindən  (uzaqdan,  demək  olar  ki,  laqeyd  görünürdü)  ayrılmaq  o  qədər  də  asan  deyildi. 

Nəhayət, aralandıqda özünü elə hiss etdi ki, elə bil,  bir vaxtlar özünü əsl kişi kimi müdafiə etmiş 

qoca ölümcül xoruzu yolmuşdu, sonra «Blue Interlude»” mövzusunu tanıyıb rahat nəfəs aldı. Bu 

val  bir  zamanlar  Buenos-Ayresdə  yaşayarkən  onda  da  vardı.  Artıq  orkestrin  tərkibini  də 

xatırlamışdı, bilirdi ki, bu orkestrdə Benni Karter və deyəsən,  Çyu Berri çalırdılar. Ancaq Teddi 

Uilsonun  sadə,  lakin  çox  çətin  solosu  başlayanda  qərara  gəldi  ki,  tamaşanın  axırınadək  qalsın. 

                                                

1

 



 Сайыглама (лат.) 

1

 



 Бурада: веъиня алма. Йахшысы будур ич, язизим, инъитмя мяни. (инэ.) 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə