Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə23/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   19   20   21   22   23   24   25   26   ...   175

 

49 


qalmışdıq.  Evdə  başqa  adamlar  da  yaşayırdı;  bir  italyan,  iki  qoca  qarı  və  bir  zənci  ər-arvad. 

Onlar  hər  gecə  dava-dalaş  salır,  sonra  gitara  çalıb  oxuyurdular.  Zəncinin  sulanmış  ağıza 

bənzəyən  sarı  gözləri  vardı.  Onların  hamısından  bir  az  xoşum  gəlmirdi,  ona  görə  də  küçədə 

oynamağa çalışırdım. Ancaq atam məni küçədə görən kimi evə qovur və cəzalandırırdı. Bir dəfə 

atam məni çubuqla döyəndə gördüm ki, zənci qapının arasından gizlicə baxır. Mən hətta dərhal 

başa  düşmədim,  əvvəl  elə  bildim  ki,  ayağını  qaşıyır,  əliylə  nəsə  qurdalanırdı…  Atamsa  çox 

məşğul  idi  –  o,  toqqasıyla  məni  kötəkləyirdi.  Qəribədir,  sən  demə,  bakirəliyi  tamamilə 

gözlənilmədən itirmək, hətta özün də bilmədən başqa bir həyata qədəm basmaq olarmış. O gecə 

zəncilər  mətbəxdə  gecədən  xeyli  keçənədək  oxudular,  mənsə  otaqda  oturmuşdum;  səhərisi  o 

qədər  ağladım  ki,  susuzluqdan  yanırdım,  otaqdansa  çıxmaq  istəmirdim.  Atam  qapının  ağzında 

oturub  mate  içirdi. Dəhşətli  istiydi,  siz, soyuq ölkələrdə  yaşayanlar  bunun  nə demək olduğunu 

anlamazsınız.  Çay  yaxın  olduğundan  həm  də  rütubət  idi,  bax  ən  dəhşətlisi  də  budur;  ancaq 

deyilənə görə, Buenos-Ayresdə vəziyyət daha pis olur, Horasio deyir ki, qat-qat pisdir, bilmirəm, 

ola  bilər. O gecəsə paltarım  bədənimə  yapışmışdı, hamımız çoxlu  mate  içmişdik,  mən  iki dəfə 

həyətə çıxıb ətirşahlıqdakı krandan su içdim. Mənə elə gəlirdi ki, o kranın suyu sərindir. Göydə 

bir dənə də ulduz yox idi, ətirşahın tünd qoxusu gəlirdi; çox gözəl və parlaq çiçəkləri var, yəqin 

ki,  ətirşahın  yarpaqlarını  siz  də  nə  vaxtsa  sığallamısınız.  Qonşuların  işıqları  artıq  sönmüşdü, 

atamsa  təkgöz  Ramosun  dükanına  getmişdi.  Mən  skamyanı,  mateni  və  boş  qazançanı  evə 

daşıdım  –  atam  həmişə  onları  qapının  ağzında  qoyurdu,    buradan  keçən  avaralar  da 

oğurlayırdılar.  Yadımdadır,  həyətdən  keçəndə  ayı  gördüm  və  daynıb  baxdım  –  ayı  görəndə 

həmişə bədənim titrəyir, – başımı qaldırdım ki, oradan, ulduzlardan məni görsünlər. Belə şeylərə 

inanırdım, axı cəmi on üç yaşım vardı. Sonra krandan bir az da su içdim və doqquz yaşımdaykən 

ayağımın  burxulduğu  dəmir  pilləkənlə  yuxarı,  otağıma  qalxdım.  Masanın  üzərindəki  şamı 

yandırmaq istəyəndə, kiminsə isti əli çiyinlərimdən tutdu, qapının örtüldüyünü eşitdim, o biri əl 

isə  ağzımı  tutmuşdu,  mən  dəhşətli  üfunət  hiss  etdim,  zənci  ora-buramı  əlləyir,  sıxıb  əzirdi, 

qulağıma  nəsə deyə-deyə üz-gözümü tüpürcəyilə  islatmışdı. O, donumu cırdı,  mən  heç  bir  şey 

edə  bilmədim,  hətta  qışqıra  da  bilmədim,  çünki  qışqırsam,  məni  öldürəcəyini  bilirdim,  mənsə 

ölmək istəmirdim, nə olsa da, bu olmasın, öldürülmək – dünyada bundan alçaq təhqir və bundan 

böyük  axmaqlıq  yoxdur.  Nə  baxırsan  mənə,  Horasio?  Mən  qarışqa  yuvası  olan  evimizdə 

zorlanmağım barədə danışıram, Qreqorovius Uruqvayda necə yaşadığım barədə bilmək istəyir. 

 

– Danış, ətraflı danış, – Oliveyra dedi. 



 

– Vacib deyil, ümumi fikir yetər, – Qreqorovius dedi. 

 

– Ümumi fikirlər olmur, – Oliveyra dedi. 



 

 



 

50 


(120) 

 

 



16 

 

 



– O, demək olar ki, səhərə yaxın getdi, mənsə ağlaya da bilmədim. 

 

– Əclaf, – Bəps dedi. 



 

– Ah, Sibilla, bu tamamilə diqqətəlayiqdir, – Etyen dedi. – Həmişəki kimi, bir şey 

qəribədir  –  forma  ilə  məzmun  arasındakı  iblisanə  ixtilaf.  Sənin  danışdığın  hadisə  mexanizm 

etibarilə  yüngül  müqavimət  və  bəlkə  də,  müəyyən  aqressivlik  istisna  olunmaqla  iki  sevgili 

arasında baş verən halla tamamilə üst-üstə düşür.  

 

–  İkinci  fəsil,  dördüncü  bölmə,  paraqraf  A,  –  Oliveyra  dedi.  – 



«Presses 

Universitaires Françases”.

1

 

 



– Ta gueule, – Etyen söyüş söydü. 

 

– Nə isə, – Ronald yekunlaşdırdı, – 



«Hot  and  Bothered

»



2

ə

  oxşar  bir  şeyə qulaq 



asmağın vaxtı gəlib çatdı.  

 

–  Şanlı  xatirələr  üçün  münasib  sərlövhə,  –  Oliveyra  stəkanını  qaldıraraq  dedi.  – 



Yaman qoçaq adammış bu zənci, hə? 

 

– Zarafatı burax, – Qreqorovius dedi. 



 

– Özünüz xahiş etdiniz, dostum. 

 

– Siz sərxoşsuz, Horasio. 



 

– Əlbəttə, sərxoşam, bu böyük anda, işıqlı saatda. Sənəsə, gözəlim, gerontoloji bir 

klinika  tapmaq  lazım  olacaq.  Bir  Osipə  bax,  sən  onu  öz  sevimli  xatirələrinlə  iyirmi  yaş 

cavanlaşdırmısan.  

 

–  O  özü  xahiş  etdi,  –  Sibilla  incidi.  –  Əvvəl  xahiş  edirlər,  sonra  isə  xoşlarına 



gəlmir. Mənə araq süz, Horasio. 

 

Deyəsən, Oliveyra daha Sibilla ilə heç kəsə lazım olmayan izahatlar donquldanan 



Qreqoroviusun arasına girib mane olmaq istəmirdi. Vonqun qəhvə dəmləmək təklifi bundan qat-

qat  cəlbediciydi.  «Mentona»  kazinosından  əldə  edilən  xüsusi  reseptlə  hazırlanmış  tünd  və  isti 

qəhvə.  Təklif  yekdilliklə,  gurultulu  alqışlarla  qəbul  olundu.  Ronald  etiketi  sevgiylə  öpüb  valı

 

patefonun  üzərinə  qoydu  və  iynəni  təntənəli  surətdə  aşağı  saldı.  Qüdrətli  Ellinqton  bir  anlığa 



onları  trudaba  etdiyi  əfsanəvi  improvizasiyalarla  valeh  etdi,  onun  ardınca  Bebi  Koks  gəldi, 

yumşaq və necə deyərlər, yerində, Sonra Conni Hoces  çıxış etdi və kreşşendo başlandı (otuz il 

                                                

1

 



 Франсыз али мяктябинин няшриййаты (фран.) 

2

 



 Д.Эллингтонун ифа етдийи блйуз 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə