Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Soltan 
Hacıbəyovu 
keçmiĢ 
Sovetlər 
Ġttifaqının,  demək  olar  ki,  bütün  müttəfiq 
respublikalarında tanıyırdılar. Hətta ona müraciət 
də  edirdilər.  Məsələn,  1945-ci  ildə  Türkmənistan 
Dövlət  Opera və  Balet  Teatrı  Soltan  Hacıbəyova 
"Kəminə  və  qazı"  operasını  yazmağı  sifariĢ  edib. 
Bəlkə  də  bu  əsər  üzərində  iĢləyərkən  bəstəkar 
karvan  haqqında  çox  düĢündüyündən  sonralar 
"Karvan"  simfonik  lövhəsini  yaratdı  və  bu  əsəri 
də dahi Üzeyir Hacıbəyova ithaf etdi. "Karvan"ın 
da  qədəmləri  çox  uğurlu  oldu.  Demək  olar  ki, 
dünyanın  ən  möhtəĢəm  konsert  salonlarına 
səyahət etdi. 
Soltan  Hacıbəyovun  yaradıcılığında  uĢaqlar 
üçün yazdığı əsərlər xüsusi yer tutur. O, "Ġsgəndər 
və çoban" adlı uĢaq operası yazdı. Balacalar üçün 
nəzərdə  tutulmuĢ  mahnılar,  demək  olar  ki,  hər 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
gün  ifa  olunurdu.  "Oynaq  topum",  "Layla", 
"BənövĢə",  "Bahar  gəldi",  "Yolka",  "Pioner 
marĢı".  Bu  əsərlər  əslində  milli  uĢaq  musiqi 
ədəbiyyatının ən gözəl nümunələridir. 
Soltan  Hacıbəyov  çox  məhsuldar  bəstəkar 
olub.  1950-ci  ildə  yaratdığı  "GülĢən"  baleti  bu 
sahədə ilk əsərlərdən sayılır. Əsər ilk dəfə 1950-ci 
ildə  tamaĢaya  qoyuldu,  iki  il  sonra  isə  Dövlət 
mükafatına  layiq  görüldü.  Onun  musiqi  dili, 
melodiyası, 
təravəti, 
ritm 
müxtəlifliyi, 
coĢqunluğu,  milli  səciyyənin  dərin  və  parlaq 
ifadəliyi  haqqında  o  dövrün  mətbuatında  dəyərli 
fikirlər  söylənildi.  Soltan  Hacıbəyov  xalq 
musiqisindən  istifadə  edərək  maraqlı  bir  əsər 
yaratmıĢdı.  Moskvada  keçirilən  Azərbaycan 
ədəbiyyatı 
və 
incəsənəti 
ongünlüyündə 
"GülĢən"dən  müəyyən  parçalar  da  göstərilmiĢ, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
müəllifin  baĢqa  simfonik  əsərləri  səslənmiĢdir. 
Demək  olar  ki,  Soltan  Hacıbəyovun  müəllifi 
olduğu  əsərlər  istər  tamaĢaçılar,  istərsə  də 
mütəxəssislər  tərəfindən  maraqla  qarĢılanırdı. 
Onun  haqqında  düĢünəndə  heyrətlənirsən  ki, 
gecə-gündüz  bilmədən  çalıĢıb.  Yoxsa  bu  boyda 
gözəl əsərləri yazmağa necə vaxt tapıb?! "Vətən" 
süitası,  "Məzəli  rəqs",  "Yumoristik  səhnəcik" 
kimi  əsərləri  mahnı  və  rəqs  ansamblları  üçün 
nəzərdə tutulmuĢdur. 
Ötən əsrin ortalarında simfonik orkestr üçün 
yazdığı 
"Üvertüra"sı 
Soltan 
Hacıbəyov 
yaradıcılığının əsas mahiyyətini səciyyələndirirdi. 
Çox güman ki, onun bu janrda belə maraqlı əsər 
yaratmasına  səbəb  Üzeyir  Hacıbəyovun  məĢhur 
"Koroğlu"  operasının  üvertürası  böyük  təsir 
göstərmiĢdir.  Əlbəttə,  o  dövrdə  Niyazi,  Qara 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Qarayev,  Cövdət  Hacıyev  tərəfindən  müxtəlif 
süitalar  yaradılırdı.  Dövrün  məĢhur  bəstəkarı 
D.ġostakoviç  Soltan  Hacıbəyovun  bu  əsəri  ilə 
bağlı demiĢdir: "Əsərdə nurlu bir nikbinlik, ritm, 
məqsədəuyğunluq 
Motsartın 
bəzi 
opera 
uvertüralarını  və  ya  Qlinkanın  "Ruslan" 
uvertürasını 
xatırladır". 
Əslində, 
Soltan 
Hacıbəyovun bu əsərində xalq ruhu çox güclü idi. 
Onun  musiqisi  mövzuya  deyil,  xalqa  və  onun 
milli ruhlu həyat köklərinə söykənirdi. 
Ötən 
əsrdə 
yaĢayıb-yaratmıĢ 
Soltan 
Hacıbəyovun  sorağı  müxtəlif  ölkələrdən  gəlirdi. 
Bolqarıstanda,  Çexoslovakiyada  olması  onu  bu 
ölkələrlə bağlı əsərlər yazmağa səsləyirdi. 1957-ci 
ildə musiqi dünyasına bəxĢ etdiyi "Bolqar" süitası 
belə  maraqlı  əsərlərdən  biri  oldu.  Əsərlərindəki 
cazibə  və  təsirə  görə  bəstəkarı  tez-tez  xarici 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
ölkələrə dəvət edirdilər. Hindistana səfəri də onun 
yaradıcılığında  xüsusi  bir  mərhələ  təĢkil  edib. 
1965-ci  ildə  simli  kvartet  üçün  bəstələdiyi  "Hind 
mövzuları  üzərində  süita"sı  ona  böyük  Ģöhrət 
gətirdi.  Bəstəkarın  gözəl  əsərlərindən  biri  də 
"Konsert"  adlanır.  Bu  janr  təqribən  XVI-XVII 
əsrlərdə  meydana çıxmıĢdır. Soltan Hacıbəyovun 
"Konsert"i  isə  daha  müasir  və  obrazlı  idi.  Elə  bu 
yaradıcılıq  üslubuna  görə  də  ona  "ustad" 
deyirdilər.  Haqqında,  demək  olar  ki,  o  dövrün 
bütün  musiqiĢünasları,  nəzəriyyəçiləri,  məĢhur 
bəstəkarları xoĢ sözlər söyləyirdilər. 
Azərbaycan 
musiqisinin 
inkiĢafında 
özünəməxsus xidmətləri olan Soltan Hacıbəyovun 
yaradıcılığında  teatr  həyatı  da  xüsusi  yer  tutur. 
Uzun  illər  Milli  Dram  Teatrının  səhnəsində 
tamaĢaya  qoyulan  əsərlər  üçün  musiqi  bəstələ-


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə