C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə12/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   8   9   10   11   12   13   14   15   ...   207

25 

 

(antibiotiklər,  sulfanilamdlər  və  s.),  antivirus  (interferon preparatları,  interferon  induktorları, 



kimyəvi preparatlar və s.), antitoksik zərdablar, immunoqlobulinlər, bakteriofaqlar və s. işlədilir. 

Törədicilərə qarşı ilk növbədə kimyəvi preparatlar və antibiotiklər işlədilir. Kimyəvi preparatlar 

kimi antimikrob və antiparazitar təsirə malik müxtəlif maddələr nəzərdə tutulur. 

Antibiotiklərlə  müalicənin  əsasında  isə  mikroorqanizmlərin  ifraz  etdiyi  təbii 

mənşəli  maddələr  durur.  Müasir  antibiotiklər  isə  polisintetik  olub,  ilkin molekulaların  şəkil 

dəyişmələridir. Praktiki təbabətdə ilk antimikrob preparat - sulfanilamid 1936-cı ildə işlədilmişdir. 

Bir  qədər  gec  1941-ci  ildə  A.  Fleminq (Oksford  universiteti)  penisillini  əldə  edərək 

müvəffəqiyyətlə tətbiq etmişdir. Müasir dövrdə minlərlə təbii,  yarımsintetik və sintetik mənşəli 

antibakterial preparatlar mövcuddur. Onlardan isə yalnız bir qismi, az toksiki təsiri olan və daha 

güclü antibakterial effekt verən antibiotiklər klinik təbabətdə istifadə olunur. Bakteriyalara təsirinə 

görə antibiotiklər 2 qrupa bölünür: 

-    bakterisid təsirə malik olanlar - penisillin, sefalosporinlər, aminoqli-kozidlər, 

rifampisin, polimiksin və s.; 

-    bakteriostaliklər - makroiidlər, tetrasikiin qrupu, linkomisiıı, xloram-fenikol 

və s.; 

Antimikrob təsir spektrinə görə antibiotiklər aşağıdakı qruplara bolunur: 



-    qıam-müsbət bakteriyalara və kokkiara təsir edənlər: biosintetik pe-nisiiinlər, 

izoksazopenisilinlər  (oksasiklin),  linkozamidlər  (linkomisn,  klinda-misin),  qlikopeptidlər 

(vankomisin, leykoplanin), fuzidin; 

-     qram-mənfı  bakteriyalara  təsir  edənlər:  aztreoıılar,  polimiksin  (poli-nıiksin 

B, polimiksin E); 

-     qram-müsbət  və  qram-mənfi  bakteriyalara  təsir  edən  geniş  spektrli 

antibiotiklər:  aminopenisilinlər  (ampisillin,  amoksasillin,  bakampisillin,  pivampi-sillin), 

karbenisillin,  ııreidopenisilinlər  (piperasillin,  mesillin,  asidosillin  və  s.), sefalosporinlər, 

aminoqlikozidlər,  levomisetin,  tetrasiklin  qrupu,  makrolidlər, rifampisin,  karabapenemlər 

(imipenem, meronem), fosfomisin; 

-    vərəm əleyhinə antibiotiklər: streptomisin, rifampisin, flormisin və s.; 

-     göbələk  əleyhinə  -  antifunqal  antibiotiklər:  nistatin,  levorin,  qrizeoful-vin, 

amfotersin B, ketekonazol və s. 

Antibiotiklər  işlədilərkən  yuxarıda  göstərilən  xüsusiyyətlərlə  yanaşı 

preparatların  farmokodinamikası  və  farmokokinetikası,  xəstənin  fərdi  xüsusiyyətləri  nəzərə 

alınmalıdır.  Ümumiyyətlə  antibiotik  və  digər  antimikrob  preparatlar  təyin  edərkən  aşağıdakı 

prinsiplərə əməl etmək lazımdır: 

-    infeksion xəstəliyin etioloji diaqnozuna, kliniki-nozoloji formasına müvafiq 

və  aşkar  edilən  törədicinin  antibakterial  maddələrə  həssaslığını  müəyyən etməklə  etiotrop 

müalicənin təyini; 

-    müalicənin törədici amilin yüksək həssas olduğu preparatlarla aparılması; 

-    etioloji diaqnoz məlum olmadıqda geniş spektrli preparatlar və ya si-nergist 

təsirə malik bir neçə preparatın birgə işlədilməsi

downloaded from KitabYurdu.org




26 

 

-    optimal doza və yeridilmə üsulu müəyyən edilməlidir. Bu zaman təyin edilən 



preparatın infeksiya ocağında onun minimal təsir dozasından 2-3 dəfə artıq qatılıqda toplanması 

təmin olunmalıdır və bu tam effekt alınana qədər saxlanmalıdır; 

-     seçilən  preparat  az  toksiki  və  daha  yüksək  antibakterial  təsirə 

malik olmalıdır; 

-    etiotrop müalicə vaxtında - xəstəliyin erkən dövrlərində aparılmalıdır; 

   antibiotiklərlə 



müalicənin  optimal  müddəti  -  müalicə  kursu 

müəyyən edilməlidir; 

-     tətbiq  ediləcək  preparatların  xarakterik  xüsusiyyətləri,  istifadəsinə 

əks göstərişlər, mümkün yan təsirləri nəzərə alınmalıdır; 

   antibakterial 



effekti 

gücləndirmək 

məqsədi 

ilə 


uyğun 

antibakterial preparatların kombinasiyası - bir yerdə tətbiq edilməsi. 

Antibiotik  və  kimyəvi  preparatlarla  müalicə  jesidivlərin  və  bakteriyagəz-

dirmənin  qarşısını  almır.  Ona  görədə  paralel  olaraq  qeyri-spesifık  immunosti-mulyatorlarm 

(levomizol, pentoksil, metilurasil, pirogenal və s.) tətbiqi -immu-noantibiotikoterapiya vacibdir. 

Antibiotiklərlə  yanaşı  infeksion  xəstəliklərin  müalicəsində  nitrofuran  tö-

rələmələri  (furazolidon,  furadonin,  furaqin  və  s.),  8  -  oksixinolin  törəmələri  (entereseptol, 

intestopan, mcksaform, 5-NOK və s.), sulfanilamid preparatları (sulfadimetoksin, ftalazol), salisil 

turşusu  (salazosulfopridiazin)  və  trimctop-rimlə  (baktrim,  biseptol)  birlikdə  ftorxinolonlar 

(ofloksasin, siprofloksasin və s.) geniş tətbiq edilir. 

Antibiotik 

və 


kimyəvi 

preparatlarla 

müalicə 

zamanı 


bir 

sıra 


ağırlaşmalar (dərman 

xəstəliyi) təsadüf 

edilir. 


Ağırlaşmalar 

üç 


formada 

qeyd 


edilir: allergik reaksiya, disbaklerioz və endotoksik reaksiya. 

Allergik reaksiya - çox vaxt özünü kapilyarotoksikoz, dəri səpgisi, der-matitlər, 

dəri-selikli  qişalarının  iltihabı,  qızdırma,  bəzən  ödem,  ürəyin  (allergik  miokardit),  ağ  ciyər  və 

bronxların  (pnevmoniya,  bronxit),  qaraciyərin-{hcpa-tit),  zədələnməsi  ilə  özünü  göstərir.  Nadir 

hallarda anafilaktik şokun inkişafı belə mümkündür. Allergik reaksiya preparatın dozasından və 

istifadə müddətindən asılı olmayaraq baş verir. 

Disbakterioz -  antibiotikoterapiyamn  təsirindən  bağırsaq  mikrobioseno-zu 

pozulur, orqanizmdə antibiotikə davamlı  bakteriyaların  - şərti patogen floranın  və  göbələklərin 

fəallaşması  baş  verir.  Autoinfeksiya  hesab  edilir.  Anli-biotikoterapiya  ağır  gedişli  xəstəliklərin 

(stafilakokk sepsisi, kandidosepsis, psevdomembranoz kolit) inkişafına belə gətirib çıxara bilər. 



Endotoksik  reaksiya  - adətən  yüksək  dozada  (zərbə  dozası)  antibiotiklər 

yeridildikdən  sonra  bakteriyaların  kütləvi  olaraq  dağılması  nəticəsində  xaric olan  endotoksinin 

təsirindən  baş  verir.  Qarın  yatalağı,  meninqokokk  infcksiya-sı  və  s.  infeksiyalar  zamanı  qeyd 

edilir.  Bu  cür  reaksiyaların  qarşısının  alınması üçün  antibiotiklər  işlədərkən  paralel  olaraq 

dezintoksikasiya  edicilərin,  qlüko-kortikosteroidlərin,  antihistaminlərin  istifadə  edilməsi 

məsləhətdir. Seçilən preparatların düzgün - optimal dozalandırılması da vacib şərtdir. 

Bəzi  kəskin  bağırsaq  infeksiyalarında  etitrop  müalicə  vasitəsi  kimi bakte-

riofaqlardan  da istifadə  etmək  olar.  Lakin  bu  işdə  bir  sıra  çətinliklər  olduğundan  faqoterapiya 

klinik praktikada özünə geniş yer tuta bilməmişdir. Belə ki, laboratoriya şəraitində sınaq şüşəsində 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə