381
Anadangəlmə SMV infeksiyası zamanı patogenetik müalicə xəstəliyin klini-ki
gedişindən asılı olaraq tətbiq edilir. Sarılıq və qaraciyərin zədələnməsi zamanı müalicə virus
hepatitlərində olduğu kimi aparılır. SMV infeksiyasının müalicəsində qlükokoıtikosteroidlərin
tətbiqi məqsədə uyğun deyildir. Patoloji prosesin gedişini pisləşdirərək bir sıra ağırlaşmalar belə
verə bilər. İnterferon və bu qəbildən olan digər preparatlar da elə bir təsir göstərmir.
Hamilə qadınlarda SMV infeksiyasının kəskinləşməsinin və ya dölə verilmə-
dilməsinə yönələn tədbirlərin aparılması məsləhət görülür. Hamiləliyin ilk 3 ayında tərkibində
spesifik antitellər saxlayan insan hiperimmun antisitomeqalovirus qam-maqlobulini 2-3 həftə
fasilə ilə, 6-12 ml olmaqla əzələ daxilinə təyin edilir. Bu məqsədlə vena daxilinə olmaqla (3-5
dəfə, hər dəfə 50 ml) normal insan immuno-qlobulini də təyin etmək olar. İmmun reaktivliyin
yüksəldilməsinə yönələn bu cür müalicə tədbirləri hamiləliyin normal keçməsi ehtimalını dəfələrlə
artırır.
Proqnozu. Anadangəlmə sitomealiya və infeksiyanın yayılmış formalarında
proqnoz ciddidir.
Profilaktikası. Spesifik profilaktikası işlənilməmişdir. İnfeksiya ocağında əks
epidemik tədbirlərin həyata keçirilməsi tələb edilmir. Bətndaxili yoluxmanın profilaktikası
məqsədi ilə hamilə qadınların müayinəsi, xüsusən hamiləliyin əvvəllər xoş olmayan gedişləri
(düşüklər, ölü doğuşlar, doğuşdan sonra uşaqların tələf olması, qüsurlu uşaqların doğulması və s.)
qeyd edilən qadınların hamiləlikdən əvvəl immunreaktivliyin yüksəldilməsinə yönələn müalicəsi
aparılmalıdır. Yeni doğulmuşlara qulluq zamanı şəxsi gigiyena qaydalarına əməl edilməsi, SMV
olan anaların körpələrini əmizdirməyə icazə verilməməsi, qan köçürmədə, orqan köçürmədə,
donorların SMV infeksiyasına görə yoxlanılması vacib profilaktik tədbirlərdəndir.
Quduzluq zoonoz, təmasla yoluxma mexanizminə malik, sinir sisteminin
zədələnməsi ilə xarakterizə olunan və ölümlə nəticələnən virus infeksiyasıdır.
T ar i x i m ə l ıı m a t. Quduzluq çox qədim dövlərdən məlum olan xəs-təlikidir.
Hələ Aristotel (bizim eradan əvvəl 322-ci il) xəstəliyi heyvanların dişləməsi ilə əlaqələndirirdi. İlk
dəfə kliniki təsvirini Sels (b.e.ə. I əsr) vermiş və xəstəliyi hydrophobia - sudan qorxma
adlandırmışdır. Xəstəliyin epizootiyası XVIII əsrədək məhdud xarakter daşısa da XIX əsrin
ortalarından başlayaraq XX əsrin I rübü daxil olmaqla dünyanın bir çox ölkələrində, o cümlədən
Avropada tez-tez qeyd edilmişdir. Elə xəstəliyin öyrənilməsi də bu dövrdən başlamışdır. 1804-cü
ildə Zuyke ilk dəfə xəstə heyvanların ağız suyu ilə itləri yoluxdurmuşdur. 1885-ci ildə isə L. Paster
quduzluğa qarşı antirabik vaksina işləyib hazırlamışdır və onun köməyi ilə yüz minlərlə insanın
həyatını xilas etmək mümkün olmuşdur. 1892-ci ildə V. Babeş, 1903-cü ildə isə A. Neqri
quduzluq-dan ölmüş heyvanların neyronlarında xüsusi törəmələr - cisimciklər aşkar etmişlər.
1903-cü ildə P. Remlenje xəstəliyin virus mənşəli olmasını sübut etmişdir.
downloaded from KitabYurdu.org
382
Et i ologiyası. Quduzluğun törədicisi Neuroryctes rabidi Rabdoviri-
de ailəsinə
Lyssavirus cinsinə aid neyrotrop viruslardır. RNT tərkiblidir. Gülləni xatırladan
formada olub, ölçüsü 90-170 - 110-120 nm-ə bərabərdir. Onların çoxalması (in vitro və in vivo)
neyronların sitoplazmasında 0,5-2,5 nm ölçüdə, turş boyalarla qırmızı rəngə boyanan, müxtəlif
formada (girdə, oval, iyə bənzər) xüsusi törəmələrin - Babeş-Neqri cisimciklərinin əmələ
gəlməsinə səbəb olur. Virusun iki variantı məlumdur: a) küçə və ya «vəhşi» variant - təbii şəraitdə
heyvanlar arasında dövr edir, b) Fiksə olunmuş variant - L. Paster tərəfindən dovşanları
yoluxdurmaqla əldə edilmişdir. Fiksə olunmuş viruslar ağız suyu ilə xaric edilmədiyindən dişləmə
zamanı ötürülə bilmir. Neyronlarda artıb çoxalması Babeş-Neqri cisimciklərinin əmələ gəlməsi ilə
müşayiət olunmur. Fiksə olunmuş viruslardan antirabik vaksina almaq məqsədi ilə istifadə olunur
və onların tətbiqi küçə variantına qarşı tam dəyərli immunitet formalaşdırır. Bu da hər iki variantın
eyni antigen quruluşa malik olmasını göstərir. Quduzluq viruslarının iki - S və V antigenləri var.
S antigen lissaviruslar üçün eyni olub, komplimenti birləşdirən və presipitəedici antitel əmələ
gəlməsini şərtləndirir. V-antigen (səthi antigen) neytrallaşdırıcı antitel sintezinə səbəb olur və
immunitetin formalaşması ilə əlaqədardır.
Vəhşi viruslar insan, istiqanlı heyvanlar və quşlar üçün patogendir. Virusa
yüksək həssaslıq tülkülərdə və sibir dağ siçanlarında qeyd edilir.
Quduzluq virusları xarici mühit təsirlərinə bir elə də davamlı deyildir. +56°C-də
15, qaynatdıqda isə 2 dəq dözürlər. Ultrabənövşəyi və düz günəş şüalarına, qurumağa həssasdırlar.
1:1000 süleymani məhlulu, 1-2%-li karbol, 2-3%-li xloramin təsirindən tezliklə inaktivləşirlər.
Aşağı tempraturda yaxşı qalırlar.
E pi de m i ologiyası. Quduzluq
zoonoz xəstəlikdir. Əsas infeksiya mənbəyi ət
yeyən vəhşi hevanlardır: tülkü, canavar, çaqqal, yenotabənzər itlər, yenotlar, manquslar və
digərləri. Eyni zamanda bir sıra ev heyvanları - itlər, pişiklər, sinantrop gəmiricilər (siçovullar) və
s. ola bilər. Yoluxmuş heyvanlar
inkubasion dövrün axırıncı 7-10 günü və bütün xəstəlik dövrü müddətində ağız suyu vəziləri ilə
virus ifraz edirlər. Yoluxma heyvan dişləyərkən və digər hallarda onun ağız suyunun birbaşa
zədələnmiş dəri və selikli qişalara düşməsi nəticəsində baş verir. Quduzluğu «yara» infeksiyalarına
da aid etmək olar. Bununla belə yoluxma təkcə təmas yolu ilə deyil, aspirasion yolla da ola bilər.
Bu ilk dəfə Cənubi Amerikada mağarada işləyən tədqiqatçılar arasında qeyd edilmişdir. Bəlli
olmuşdur ki, bu zaman infcksiya mənbəyi qan soran (vampir) yarasalardır. Yoluxmanın alimentar,
transplasentar yolla olması haqqında da məlumatlar vardır, insandan - insana yoluxma təbii
şəraitdə müşahidə edilmir. Lakin quduzluqdan ölmüş şəxsdən götürülmüş buynuz qişanın
köçürülməsi zamanı yoluxmanın baş verməsi hallan qeyd edilmişdir. Qııduzluğun
peroral, transplasentar, transmissiv yoluxması haqqında eksperimental məlumatların olması və
xəstəliyin müxtəlif yoluxma ehtimalının olmasını göstərsə də təbii şəraitdə bu təmas yolu ilə
(dişləmə və digər hallarda ağız suyunun dəri-selikli qişalara düşməsi) baş verir. Qeyd etmək
lazımdır ki, insanlar arasında xəstələnmə hallarının tamam sağlam hesab edilən heyvanların
dişləməsindən sonra da baş verməsi müşahidə edilmişdir. Həmin heyvanlarda sonrakı
dövrlərdə uzun müddət heç bir dəyişiklik olmur, sağlam olaraq qalırlar. Güman edilir ki, bu
xəstəliyin abortiv, əlamətlərsiz keçən formaları ilə əlaqədar olur. Belə ki, eksperimental yolla
downloaded from KitabYurdu.org