C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə185/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   181   182   183   184   185   186   187   188   ...   207

377 

 

Qeyd  etdiyimiz  kimi  SMV  əsasən  ağız  suyu  vəzilərinin  epitel  hüceyrələrinə 



toplanır  və  həmin  hüceyrələrin  sitoplazmasma  keçərək  onların  sitomeqalik  hüceyrələrə 

çevrilməsinə  səbəb  olurlar.  Bu  cür  hüceyrələrin  ölçüləri  28-30  mkm  çatır  və işıq 

mikroskopunda "bayquş gözlərini” xatırladır. Nüvə və sitoplazmanın ölçüləri proporsional olaraq 

böyümüş olur. Sitoplazmada sitoplazmatik törəmələr, nüvədə isə işıqlı haşiyə ilə əhatə olunmuş 

cisimciklər formalaşır. Onları müxtəlif toxumalarda, sidikdə (çöküntüsündə), ana südündə aşkar 

etmək  olur.  Sitomorfo-loji  dəyişikliklər  o  qədər  xarakterik  olur  ki,  bu  cür  hüceyrələrin  aşkar 

olunması diaqnoz  qoymağa  belə  imkan  verir.  Sitomeqalik  hüceyrələrdən  başqa 

interstisial limfositar infiltrasiya, düyünlü infıltratlar meydana çıxır. Vəzili üzvülərdə fıb-roz, bir 

sıra daxili orqanlarda kirəcləşmələr qeyd edilir. 

Xəstəliyin yayılmış formasında əsasən ağ ciyərlər, sonra böyrəklər, bağırsaqlar, 

qida borusu, 12 b.bağırsaq, qaraciyər, böyrəküstü vəzilər, mədəaltı vəzi zədələnir. Ağ ciyərlərdə 

alvcositlər;  xırda  bronxlarm,  bronxiolaların,  bronxial  vəzilərin  epiteli;  plevra  mezoteli;  böyrək 

kanalcıqların proksimal hissəsinin epiteli; qaraciyərdə xolangiositlər, lıepatositlər; mədəaltı vəzin 

çıxarıcı axacaqlarının epiteli; qal-ça və kor bağırsaq selikli qişa epiteli; baş beyində mədəciklərin 

ependium  qişası hüceyrələri,  subependimal  zona  neyronları,  astrositlər,  mikroqliya;  hipofiz 

vəzinin adenohipofiz hüceyrələri zədələnir. Timus vəzi və limfoid sistem üzvlərinin zədə-lənməsi 

nadir hallarda,  yalnız kəskin  immun  çatışmamazlıq olarsa, qeyd  edilir. SMV infeksiyası  döldə, 

yeni  doğulmuşlarda  hemolitik  və  irsi  xəstəliklərin  -  xüsusən  fermentopatiyanın  oyanmasına  da 

səbəb olur. 

Qeyd etmək lazımdır ki, hamilə qadınlarda latent SMV infeksiyası heç də həmişə 

dölün yoluxmasına səbəb olmur. Latent infeksiyanın kəskinləşməsi, viruse-miyanın inkişafı dölün 

yoluxma ehtimalını artırır. Dölün yoluxma ehtimalı hamiləlik dövrü yoluxma zamanı daha yüksək 

olur. Belə ki, ananın qanında virus əleyhinə antitellərin olmaması və bununla bağlı dölə də verilə 

bilməməsi,  təzə yoluxma  nəticəsində  inkişaf  edən  virusemiya  infeksiyanın  dölə 

ötürülməsini asanlaşdırır. 

Klinikas /.  SMV  infeksiyasınm  patogenetik  xüsusiyyətləri,  müvafiq  kli-niki 

polimorfizmin  olması  xəstəliyin  vahid  klinik  təsnifatının  verilməsinə  çətinlik  törədir.  Bununla 

bərabər aşağıdakı kliniki formalarını ayırmaq mümkündür: 

1.    Qazamlımış SMV infeksiyası: 

a) latent forma; b) kəskin mononukleoza bənzər forma; c) yayılmış forma. 

2.    Anadangəlmə SMV infeksiyası: 

a) kəskin forma;    b) xroniki forma. 

Qazanılmış forma. Xəstəliyin inkubasion dövrünü müəyyənləşdirmək çox vaxt 

mümkün olmur. Belə ki, SMV infeksiyasınm kliniki olaraq büruzə verən formalarının orqanizmin 

zəifləməsinə səbəb olan bir sıra faktorlarla əlaqədar olması, infeksiyanın  əsasən latent  formada 

inkişafı  da  buna  imkan  vermir.  Bununla bərabər  inkubasion  dövrün  15  gündən  90  günədək 

çəkməsi güman edilir. İntranatal və erkən postnatal yoluxma zamanı isə kliniki əlamətlər doğuşdan 

1-2 ay sonra meydana çıxır. 

SMV-la  yoluxma  əksər  hallarda  həm  uşaqlarda,  həm  də  böyüklərdə  xəstəliyin 

inkişafına  səbəb  olmur.  Subklinik  və  ya  latent  SMV  infeksiyası  formalaşır.  Sağlam  adamların 

downloaded from KitabYurdu.org



378 

 

əksəriyyətində virusa qarşı antitellərin aşkar edilməsi bunu sübut edir. Məsələn, müayinə edilən 



donorların 63-68%-də belə antitellər aşkar edilmişdir. Latent SMV infeksiyası ömrü boyu qalıb, 

bu və digər səbəbdən kliniki büruzə verən formalara keçə bilər. Qeyd etmək lazımdır ki, xəstəliyin 

kəskin formaları sağaldıqdan sonra II-li latent formaya keçir. 

SMV infeksiyası ayrıca ağız suyu vəzilərinin zədələnməsi və ya daxili üzvlərin 

zədələnməsi  ilə  birlikdə  gedə  bilər.  Xəstəliyin  gedişində  bu  və  ya  digər  kliniki  sindromların 

üstünlük təşkil etməsini nəzərə alaraq respirator, serebral, mədə-bağırsaq, hepatolienal, böyrək, 

hemolitik  formalarını  ayırırlar.  Böyrəküstü,  qalxana-bənzər,  timus  vəzilərinin,  yumurtalıqların, 

xayaların,  gözün,  dərinin  zədələnməsi də  mümkündür.  Xəstəlik  adətən  residivləşən  xarakter 

daşıyaraq uzun müddət davam edir. 

Qazanılmış  kəskin  SMV  infeksiyası -  kliniki  gedişinə  görə  infeksion  mono-

nukleozu xatırladır. Bu forma daha çox seksual fəal cavanlarda və qan köçürmədən sonra inkişaf 

edir. Hərarətin yüksəlməsi, intoksikasiya ilə özünü göstərir  və kataral əlamətlərin qoşulması ilə 

qripi xatırladır. Temperatur düzgün olmayan xarakter daşıyır. Bəzən üşütmə-titrəmə olur. Ümumi 

zəiflik, baş ağrısı, əzələ ağrıları qeyd edilir. Dalaq, qaraciyər böyüyə bilər. Periferik qanda nisbi 

limfositoz,  atipik  mono-nukleaıiar  aşkar  edilir.  Leykositlərin  miqdarı  normal  və  ya  bir  qədər 

azalmış  olur, EÇS  tək-tək  hallarda  bir  qədər  yüksəlir.  İnfeksion  mononukleozdan  fərqli 

olaraq tonzillit və yayılmış limfoadenopatiya olmur. 

Kəskin forma interstisial və ya seqmentar pnevmoniya, plevrit, miokardit, artrit, 

ensefalit və s. ağırlaşmalar verə bilər. Kəskin SMV infeksiyasından sonra uzunmüddətli astenik 

əlamətlər, bəzən vegetativ damar pozğunluqları qalır. 

Yayılmış  forma -  nadir  hallarda  rast  gəlinir.  Orqanizmin  immunreaktivliyinin 

kəskin zəifləməsinə səbəb olan bu və ya digər xəstəlik fonunda inkişaf edir. Ağır gedişlərdə bir 

çox daxili üzvlərin zədələnməsi ilə gedir, sepsisi xatırladır. Uzun müddətli qızdırma, intoksikasiya 

əlamətləri, limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi ilə müşayiət olunur. 

SMV-infeksiyasına  II-li  bakterial  infeksiyanın  qoşulması  tez-tez  müşahidə 

edildiyində xəstəliyə xas olan kliniki əlamətlərin müəyyən edilməsi çətinlik törədir. Bununla belə 

SMV  pnevmoniyası  ləng  gedişli  ilə  seçilir  və  bu  zaman  bəlğəmdə  xarakterik  sitomeqalik 

hüceyrələr aşkar edilir. 



Anadangəlmə  SMV-infeksiyası. Dölün  zədələnməsi  yoluxmanın  hamiləliyin 

hansı dövrdə baş verməsindən asılı olaraq biiruzə verir. İlk 3 ay müddətində yoluxma SMV-un 

teratogen təsirinə səbəb olur. Erkən yoluxma dölün bətndaxili tələf olasına, düşüklərə, ölü və ya 

inkişaf qüsurları olan uşaqların doğulmasına səbəb olur. Hamiləliyin sonrakı dövrlərində yoluxma 

inkişaf qüsurları verməsə də, anadangəlmə infeksiyaya səbəb ola bilər. Hamiləlik zamanı fizioloji 

olaraq  immun-depressiya  baş  verdiyindən  latent  SMV  infeksiyasınm  kəskinləşməsinə  və  ya 

ona təzə yoluxmaya şərait yaradır. 1-4% hallarda müşahidə edilən təzə yoluxmada dölün yoluxma 

ehtimalı latent infeksiyanın kəskinləşməsi ilə əlaqədar yoluxmadan dəfələrlə yüksək olur. 

Hamilələrdə  infeksiyanın  müxtəlif  kliniki-patogenetik  variantları  inkişaf  edə 

bilər.  Toksikozlar,  qripəbənzər,  limfoadenopatiyalarla,  səpgilərlə,  xolestatik  hepa-toz,  SMV 

hepatiti və s. variantlarla keçməsi mümkündür. Əksər hallarda isə sim-ptomsuz keçir. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə