C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə192/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   188   189   190   191   192   193   194   195   ...   207

391 

 

rənglədikdə qızılı-sarı rəngdə, danəvər və ya çubuq şəkilli piqmentlər - hemoqlobinin parçalanma 



məhsulları nəzərə çarpır. İnkişaf nəticəsində şizont girdələşərək bütün eritrositi tutur. Vakuola itir, 

piqmentlər bir  yerə  toplaşır  və  nüvəsi  bölünməyə  başlayır.  Nüvə  ilə  birlikdə  sitoplazma 

da bölünür.  Plazmodilərin  növündən  asılı  olaraq  müxtəlif  sayda  merozoitlərdən ibarət  morula 

əmələ gəlir: Pl.vivax - 12-18, Pl.malaria - 6-12, Pl.falciparum -12-16. 

Morula  yetişdikdən sonra dağılır. Qana tökülən meroziitlərin əksəriyyəti tələf 

olur.  Bir  qismi  isə  yenidən  sağlam,  invaziyalaşmamıs  eritrositlərə  daxil olur  və  eritrositlərdə 

şizoqoniya prosesi təkrarlanır. 

Eritrositar  şizoqoniyanın  bir  dövrünün  davam  etmə  müddəti  Pl.vivax, 

Pl.falciparum, Pl.ovale-də 48 saata, Pl.malaria-da 72 saata bərabərdir. 

Üç günlük, dörd günlük və ovale malyariyada periferik qanda parazitiıı istənilən 

inkişaf mərhələsinə rast gəlmək olur. Qızdırma tutmaları dövründə əsasən cavan trofozoitlər - üzük 

mərhələ və yetkin şizontlar, tutmalararası dövrdə isə yetkin trofozoitlər və cavan şizontlar aşkar 

edilir.  Tropik  malyariyada  isə  eritrositar  şizoqoniya  daxili  üzvlərin  kapilyarlarında  gedir.  Ona 

görə də xəstəliyin ağırlaşmamış formalarında periferik qanda yalnız üzüyəbənzər trofozoitlər və 

qametositləri aşkar etmək olur. Yetişmiş trofozoitlər və şizontlar isə xəstəliyin ağır gedişlərində 

meydana çıxır. 

Eritrositar şizoqoniya prosesində merozoitlərin bir qismindən erkək və dişi qametositlər 

formalaşır. Pl.falciparum-dan başqa digər plazmodilərdə cinsi 

malyariyada  qametositlər  parazitemiyadan  7-14  gün  sonra  meydana  çıxır  və  invaziyalaşmış 

adamlar  1  il  müddətində  yoluxdurucu  olaraq  qalırlar.  Digər plazmodi  növlərində  isə  bu  elə  ilk 

tutmalardan  baş  verir  və  yoluxduruculuq müddəti  üç  günlük  və  ovale  malyariyada  1-2  il,  dörd 

günlük malyariyada isə 10 illərlə davam edir. 

hüceyrələrin formalaşması, qeyri-cinsi formalardan bir neçə saat sonra baş verir və perilerik qanda 

aşkar  edilir.  Bu  qametositlər  bir  neçə  saatdan  sonra  tələf  olurlar.  Tropik  malyariyada  isə  cinsi 

hüceyrələr eritrositar şizoqoniya başlayandan 1-2 həftə sonra periferik qanda aşkar edilir və bir 

neçə həftə saxlanılır. 

Əgər  yoluxma  parenteral  yolla  baş  verərsə,  onda  qana  yalnız  eritrositar 

şizoqoniya parazitləri  düşdüyünə  görə insan orqanizmində  yalnız eritrositar şizoqoniya cərəyan 

edəcəkdir. 

Epidemiologiyası. Malyariya  transmissiv,  antroponoz  xəstəlikdir.  Xəstəlik 

mənbəyi xəstə insanlar və parazit gəzdirənlərdir. İnsan qanda pa-razitin cinsi formaları meydana 

çıxdıqdan sonra yoluxdurucu olur. Tropik 

 

 



Malyariyanın endemik ocaqlarında böyüklərdə qazanılmış immunitetin inkişafı 

ilə əlaqədar əmələ gələn qametositlərin miqdarı az, parazitgəzdirənlik isə qısa müddətli olur. Ona 

görə də bu ocaqlarda əsas infeksiya mənbəyi xəstə uşaqlardır. 

Əsas yoluxma mexanizmi transmissivdir. Keçiriciləri isə parazitin əsas sahibləri 

Anopheles cinsindən olan dişi ağcaqanadlardır. 

downloaded from KitabYurdu.org




392 

 

Malyariya  ilə  yoluxma parenteral  yolla da  mümkündür.  Belə  ki,  parazit 



gəzdirənlərdən qan köçürülərkən və müalicəvi-diaqnostik müayinələr zamanı yaxşı dezinfeksiya 

edilməmiş alətlərdən yoluxmaq, nadir hallarda isə doğuş zamanı körpələrin və tropik malyariyada 

isə dölün transplansentar - şizont inva-ziyası mümkündür. 

Xəstəliyin  tnasmissiv  ötürülməsində  300-dən  artıq  növü  olan  Anopheles 

ağcaqandımn  80-dək  növü  iştirak  edir.  Keçmiş  SSRİ  məkanında,  o  cümlədən Azərbaycanda 

anofelesin  aşağıdakı  növlərinə  rast  gəlinir: An.maculipennis,  An. superpictus,  An.pulcherrimus, 



An.hyrcanus,  An.plumbeus və  d.  Ağcaqanadların yoluxması  yalnız  insan  qanında  kifayət  qədər 

qametosit olduqda (lmm

3

 qanda 


1-2 qametositdən çox) baş verir. Ona görə də xəstəliyin erkən dövrlərində ağcaqanadların yoluxma 

ehtimalı az olur. Xəstəliyin residivləri zamanı isə qametositlər birinci gündən və çoxlu miqdarda 

meydana  çıxır.  Ona  görə  də  xəstələr  residivlər  dövründə  epidemioloji  cəhətdən  daha  təhlükəli 

hesab edilirlər. 

Ağcaqanadların  ayrı-ayrı  növlərinin  də  xəstəliyin  yayılmasında  rolu  eyni 

deyildir. Məsələn, Pl.vivax-ın yayılmasında An.maculipennis və ya An.superpictus An.hyrcanus-

a nisbətən 2-3 dəfə artıq rol oynayır. Tropik malyariyada isə An.hyrcanusla yoluxma 30 dəfə az 

qeyd edilir. 

Malyariyanın vətəni tropik Afrika ölkələri sayılsa da, hazırda xəstəlik dünyanın 

bir çox ölkələrinə yayılmışdır. Onun yayılma arealı Avropa və Asiyada 64°, Amerikada 40°ş.e 

dairəsindən tutmuş Amerikada 32°c.e. və Avstraliyada 20°c.e. dairəsinədək olan əraziləri əhatə 

edir. Xəstəlik dəniz səviyyəsindən 3000 m hündür olan yeriərdə belə qeyd edilir. 

Xəstəliyin  yayılmasında  iqlim  faktoru  əhəmiyyətli  rol  oynayır.  Belə  ki,  əgər 

havanın istiliyi +15°C-dən yuxan olan günlərin sayı 30-dan azdırsa belə regionlarda malyariyanın 

yayılması mümkün deyildir (sporoqoniya prosesi getmir). Əgər 30-90 gün arasındadırsa xəstəiyin 

yayılma səviyyəsi aşağıdır. 150 gündən artıqdırsa yayılma ehtimalı təhlükəli dərəcədə yüksəkdir. 

Ona görə də malyariya subtropik və tropik ölkələrdə geniş yayılmışdır və bütün il boyu qeyd edilir. 

Mülayim iqlim zonalarında isə mövsümülük mövcuddur. İlin isti fəsillərində olur. Azərbaycanın 

iqlim şəraitini nəzərə alsaq respublikamız malyariya xəstəliyinin təhlükəli sürətdə yayıla biləcəyi 

ölkələr sırasındadır. Xəstəliyin intensiv ocaqları Afrikada (Seneqal, Həbəşistan, Nigeriya və s.), 

Karib dənizi  bölgəsində,  cənubi  və  cənubi-şərqi  Asiyada  (Hindistan,  Pakistan,  Banqladeş, 

Vyetnam  və  s.)  saxlanılır.  Keçmiş  ittifaq  respublikalarından  Tacikistan və  Özbəkistanda  da 

xəstəliyin fəal ocaqları qeyd edilir. 1999-cu ildə Türkmənistanda 62 min malyariya hadisəsi qeydə 

alınmışdır. Ölkələr arasında əlaqənin artması, turizm, miqrasiyalar xəstəliyin yayılmasına şərait 

yaratmışdır. ÜST-nın məlumatına görə 1971-ci ildə Avropa Birliyi ölkələrində 1000-dən bir qədər 

artıq malyariya qeyd edilmişdirsə də, 1997-ci ildə bu rəqəm 12 minə çatmışdır. 

Endemik ocaqda malyariyanın yayılmasının səviyyəsini qiymətləndirmək üçün 

aşağıdakı göstəricilər araşdırılaraq öyrənilir: 

1. 

   Parazitar 



göstərici - 

ümumi 


müayinə 

olunanlar 

arasından 

malyariya törədiciləri aşkar olunanların faizi. 

2.     Dalaq  göstəricisi -  müayinə  olunanlar  arasında  dalağı  böyümüş  olanların 

faizi. 


downloaded from KitabYurdu.org


Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə