52
çevrilirdi. Adətlərin şüurlu surətdə nəsil dənnəslə ötürülməsi və qorunması,
mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaran masına səbəb olur,
əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edirdi.
Əxlaq da ictimai şüurun digər qədim növü olan din kimi ictimai şüur for
masına ibtidai dövrdə hələ çevrilə bilmirdi, çünki onun da rüşeymləri həmin
dövrdə kifayət qədər inkişaf tapa bilməmişdi. Bu da ibtidai icma dövründə
insanların bütün şüurlu fəaliyyətinin bilavasitə istehsal fəaliyyəti ilə bağlı
olmasından irəli gəlirdi.
Məhz ictimai əmək bölgüsü nəticəsində əməyin zehni və fiziki əməyə
bölünməsi ictimai şüur formalarının inkişafı üçün şərait yaratdı ki, bu da qul
darlıq dövrünə aid olunur. Əxlaq yalnız sinifli cəmiyyətdə nisbi müstəqillik
əldə edə bildi. Onun mahiyyəti son nəticədə cəmiyyətin iq tisadi quruluşu ilə
müəyyənləşir. İctimai şüur forması kimi ibtidai dövrdə yaranan əxlaq da nə zəri
cəhətdən yalnız sinifli cəmiyyətdə inkişaf tapır. Əxlaqın nəzəri cəhətdən dərk
olunması və əsaslandırılması əxlaq haqqında elm olan etikanı yaratdı. Etika
əxlaq normaları və prinsiplərinin dərk edilməsi, izahı və əsaslandırılması, yəni
əxlaqın nəzəriyyəsidir.
Cəmiyyətin inkişafı əxlaqla bərabər, mənəviyyatın digər sahələri, o cümlə
dən ictimai şüurun digər formaları üçün geniş imkanlar açdı. İctimai şüurun hər
bir forması gerçəkliyi özü nə məxsus şəkildə əks etdirərək, digər ictimai şüur
formaları ilə sıx əlaqədədir. İctimai şüurun 7 forması var: 1) siyasət; 2) hüquq;
3) elm; 4) fəlsəfə; 5) din; 6) incəsənət; 7) əxlaq.
Elm, incəsənət və s. kimi obyektsubyekt münasibətlərini əks etdirən icti
mai şüur forma larından fərqli olaraq, əxlaq da hüquq kimi “subyektsubyekt”
münasibətlərini əks etdirir. Əxlaqın digər ictimai şüur formaları ilə münasibə
tində müəyyən maraqlı cəhətləri nəzərdən ke çirək.
Siyasət və əxlaq. Siyasət siniflər arasındakı münasibətləri, onların hakimiy
yət uğurundakı mübarizəsini əks etdirərək, diqqət mərkəzinə siyasi məqsədəuy
ğunluğu, yəni sinfi maraqların daha səmərəli ifadəsini və təminatını qoyur.
Əxlaq da sinfi maraqları əks etdirir və bunu özünə məxsus şəkildə, bütün insan
lara aid olan, özündə ümumbəşəri element və aspektləri cəmləşdirən universal
tələblər kimi ifadə edir. Siyasət sinfi mübarizə qanunlarına, strategiya və takti
kaya malikdir ki, bunlara əməl etməyənləri cəza gözləyir. Bununla yanaşı, öz
strateji məqsədlərində o, mənəvi dəyərlərə, ideallara əsaslanır, öz taktikasında
və mübarizə üsullarının seçilməsində ümumi rəyi, əxlaqi qiymətləndirməni,
əxlaqi uyğunluğu nəzərə alır. Siyasət də, əxlaq da insan ların davranışını tən
zimləyir, hakim sinfə və partiyaya xidmət edir. Müəyyən siniflərin siyasəti
əxlaqi hiss və baxışların məzmunu ilə əlaqədardır. Buna görə də hakim sinif
özünün əxlaq normalarını və prinsiplərini hakim edə bilir. Çünki əxlaq norma
53
ları müəyyən sosial birləşmələrin – siniflərin, qrupların, millətlərin siyasi
tələblərini əks etdirir.
Siyasi münasibətlər cəmiyyətin həyatının mənəvi tərəflərini özünəməxsus
şəkildə tən zimləyir. Bütün siyasi addımlar insan əməllərinin nəticəsi olduğu üçün
əxlaqi məzmun daşıyır. Əxlaq prinsipləri cəmiyyətdə insanların praktik fəaliy
yəti vasitəsilə reallaşır. Belə praktik fəaliy yət siyasi xarakter daşıyır. Praktik
fəaliyyət tələb edən digər sahə – iqtisadiyyat isə əxlaqi müna sibətlərə öz siyasi
təzahürləri – müəssisələr, nəzəriyyələr, praktik işlər vasitəsilə təsir edir. Bu
baxımdan, əxlaq cəmiyyətin siyasi maraqlarını daha düzgün əks etdirir.
Mütərəqqi əxlaqa zidd olan, hadisələrin gedişini ləngidən, xalqa bədbəxtlik
gətirən siyasət əvvəlaxır məğlubiyyətə uğrayır. Tərəqqipərvər əxlaqa söykənən
siyasət həmişə müvəffəqiyyət əldə edir. Ədalətli siyasət özü mürtəce əxlaqın
məhv edilməsinə və mütərəqqi əxlaqın yaranma sına kömək edir. Beləliklə,
si ya sət daim əxlaqi qiymətləndirməyə məruz qalır. Əxlaq isə bir tərəfdən,
hakim sinfin siyasi ideallarından asılı olmaya bilmir, digər tərəfdən isə o,
cəmiy yətin əsas qüvvələrinin mənəvi dəstəyinə ehtiyac duyan, siyasətə güclü
təsir göstərən amillərdən birinə çevrilir.
Məhz siyasi şüur dövlətin və digər siyasi institutların fəaliyyətini, həmçinin
ayrıayrı sosial qrupların və bütünlükdə cəmiyyətin gündəlik, həyati əhəmiy
yətli maraqlarını özünəməxsus hiss və təsəvvürlər vasitəsilə ifadə edir və qoru
yur. Bura mədəni, milli, iqtisadi və s. maraqlar aid edi lir. Hər bir dövlətin bütün
əhali üçün ümumi olan maraqları var: sərhədlərin qorunması, beynəl xalq aləmdə
müəyyən nəticələr əldə edilməsi, milli mədəniyyətin və ənənələrin qorunması
və s. – bura aid edilir. Dövlətin ilk mövcud olduğu dövrlərdə – quldarlıq və
feodalizm quruluşlarında hakim təbəqələrin siyasi şüuru aparıcı rol oynasa da,
sonrakı dövrlərdə, xüsusən XX əsrdə siyasi şüur ümumbəşəri məzmunla daha
çox zənginləşir. Siyasi və əxlaqi şüurun qarşılıqlı münasi bə tinin xarakteri də
tarixən müəyyən dəyişikliyə məruz qalmışdır.
Siyasi şüuru, adətən əxlaqi, şüur istiqamətləndirir. Əxlaqi şüurun əsas anla
yışları xeyir və şər olduğu halda, siyasi şüurun əsas anlayışı hakimiyyətdir.
Sonuncuya güc tətbiqetmə, məcbur etmə, hədələmə, azadlıqdan məhrumetmə
və s. aid olduğu halda, əxlaqi şüur zor işlətməyə nadir hallarda, şərin məhv
edilməsinin başqa yolu olmadıqda müraciət edir.
Hər hansı bir cəmiyyətdə əxlaqi şüurla siyasi şüurun qarşılıqlı münasibəti
zəruridir. On la rın hər ikisi insanların müxtəlif mənəvi tələbatlarına cavab verər
ək, cəmiyyətin sabitliyini özünə məxsus şəkildə qoruyur.
Hüquq və əxlaq. Hüquq ictimai şüur formaları içərisində əxlaqla daha sıx
bağlıdır. Çünki hər ikisi insanların cəmiyyətdə davranışını tənzimləyən müəy
yən qaydalar və normalarla əlaqə dardır. Hər ikisi tarixi xarakter daşıyır, hakim
Dostları ilə paylaş: |