Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

52
çevrilirdi.  Adətlərin  şüurlu  surətdə  nəsil dən­nəslə  ötürülməsi  və  qorunması, 
mövcud  quruluşa  münasibətin  formalaşması  əxlaqın  yaran masına  səbəb  olur, 
əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edirdi.
Əxlaq da ictimai şüurun digər qədim növü olan din kimi ictimai şüur for­
masına  ibtidai  dövrdə  hələ  çevrilə  bilmirdi,  çünki  onun  da  rüşeymləri  həmin 
dövrdə  kifayət  qədər  inkişaf  tapa  bilməmişdi.  Bu  da  ibtidai  icma  dövründə 
insanların  bütün  şüurlu  fəaliyyətinin  bilavasitə  istehsal  fəaliyyəti  ilə  bağlı 
olmasından irəli gəlirdi.
Məhz  ictimai  əmək  bölgüsü  nəticəsində  əməyin  zehni  və  fiziki  əməyə 
bölünməsi ictimai şüur formalarının inkişafı üçün şərait yaratdı ki, bu da qul­
darlıq  dövrünə  aid  olunur.  Əxlaq  yalnız  sinifli  cəmiyyətdə  nisbi  müstəqillik 
əldə  edə  bildi.  Onun  mahiyyəti  son  nəticədə  cəmiyyətin  iq tisadi  quruluşu  ilə 
müəyyənləşir. İctimai şüur forması kimi ibtidai dövrdə yaranan əxlaq da nə zəri 
cəhətdən yalnız sinifli cəmiyyətdə inkişaf tapır. Əxlaqın nəzəri cəhətdən dərk 
olunması  və  əsaslandırılması  əxlaq  haqqında  elm  olan  etikanı  yaratdı.  Etika 
əxlaq normaları və prinsiplərinin dərk edilməsi, izahı və əsaslandırılması, yəni 
əxlaqın nəzəriyyəsidir.
Cəmiyyətin inkişafı əxlaqla bərabər, mənəviyyatın digər sahələri, o cümlə­
dən ictimai şüurun digər formaları üçün geniş imkanlar açdı. İctimai şüurun hər 
bir  forması  gerçəkliyi  özü nə məxsus  şəkildə  əks  etdirərək,  digər  ictimai  şüur 
formaları ilə sıx əlaqədədir. İctimai şüurun 7 forması var: 1) siyasət; 2) hüquq; 
3) elm; 4) fəlsəfə; 5) din; 6) incəsənət; 7) əxlaq.
Elm, incəsənət və s. kimi obyekt­subyekt münasibətlərini əks etdirən icti­
mai şüur forma larından fərqli olaraq, əxlaq da hüquq kimi “subyekt­subyekt” 
münasibətlərini əks etdirir. Əxlaqın digər ictimai şüur formaları ilə münasibə­
tində müəyyən maraqlı cəhətləri nəzərdən ke çirək.
Siyasət və əxlaq. Siyasət siniflər arasındakı münasibətləri, onların hakimiy­
yət uğurundakı mübarizəsini əks etdirərək, diqqət mərkəzinə siyasi məqsədəuy­
ğunluğu,  yəni  sinfi  maraqların  daha  səmərəli  ifadəsini  və  təminatını  qoyur. 
Əxlaq da sinfi maraqları əks etdirir və bunu özünə məxsus şəkildə, bütün insan­
lara aid olan, özündə ümumbəşəri element və aspektləri cəmləşdirən universal 
tələblər kimi ifadə edir. Siyasət sinfi mübarizə qanunlarına, strategiya və takti­
kaya malikdir ki, bunlara əməl etməyənləri cəza gözləyir. Bununla yanaşı, öz 
strateji məqsədlərində o, mənəvi dəyərlərə, ideallara əsaslanır, öz taktikasında 
və  mübarizə  üsullarının  seçilməsində  ümumi  rəyi,  əxlaqi  qiymətləndirməni, 
əxlaqi  uyğunluğu  nəzərə  alır.  Siyasət  də,  əxlaq  da  insan ların  davranışını  tən­
zimləyir,  hakim  sinfə  və  partiyaya  xidmət  edir.  Müəyyən  siniflərin  siyasəti 
əxlaqi  hiss  və  baxışların  məzmunu  ilə  əlaqədardır.  Buna  görə  də  hakim  sinif 
özünün əxlaq normalarını və prinsiplərini hakim edə bilir. Çünki əxlaq norma­


53
ları  müəyyən  sosial  birləşmələrin  –  siniflərin,  qrupların,  millətlərin  siyasi 
tələblərini əks etdirir.
Siyasi  münasibətlər  cəmiyyətin  həyatının  mənəvi  tərəflərini  özünəməxsus 
şəkildə tən zimləyir. Bütün siyasi addımlar insan əməllərinin nəticəsi olduğu üçün 
əxlaqi məzmun daşıyır. Əxlaq prinsipləri cəmiyyətdə insanların praktik fəaliy­
yəti  vasitəsilə  reallaşır.  Belə  praktik  fəaliy yət  siyasi  xarakter  daşıyır.  Praktik 
fəaliyyət tələb edən digər sahə – iqtisadiyyat isə əxlaqi müna sibətlərə öz siyasi 
təzahürləri  –  müəssisələr,  nəzəriyyələr,  praktik  işlər  vasitəsilə  təsir  edir.  Bu 
baxımdan, əxlaq cəmiyyətin siyasi maraqlarını daha düzgün əks etdirir.
Mütərəqqi əxlaqa zidd olan, hadisələrin gedişini ləngidən, xalqa bədbəxtlik 
gətirən siyasət əvvəl­axır məğlubiyyətə uğrayır. Tərəqqipərvər əxlaqa söykənən 
siyasət  həmişə  müvəffəqiyyət  əldə  edir.  Ədalətli  siyasət  özü  mürtəce  əxlaqın 
məhv  edilməsinə  və  mütərəqqi  əxlaqın  yaranma sına  kömək  edir.  Beləliklə, 
si ya sət  daim  əxlaqi  qiymətləndirməyə  məruz  qalır.  Əxlaq  isə  bir  tərəfdən, 
hakim  sinfin  siyasi  ideallarından  asılı  olmaya  bilmir,  digər  tərəfdən  isə  o, 
cəmiy yətin əsas qüvvələrinin mənəvi dəstəyinə ehtiyac duyan, siyasətə güclü 
təsir göstərən amillərdən birinə çevrilir.
Məhz siyasi şüur dövlətin və digər siyasi institutların fəaliyyətini, həmçinin 
ayrı­ayrı  sosial  qrupların  və  bütünlükdə  cəmiyyətin  gündəlik,  həyati  əhəmiy­
yətli maraqlarını özünəməxsus hiss və təsəvvürlər vasitəsilə ifadə edir və qoru­
yur. Bura mədəni, milli, iqtisadi və s. maraqlar aid edi lir. Hər bir dövlətin bütün 
əhali üçün ümumi olan maraqları var: sərhədlərin qorunması, beynəl xalq aləmdə 
müəyyən nəticələr əldə edilməsi, milli mədəniyyətin və ənənələrin qorunması 
və  s.  –  bura  aid  edilir.  Dövlətin  ilk  mövcud  olduğu  dövrlərdə  –  quldarlıq  və 
feodalizm quruluşlarında hakim təbəqələrin siyasi şüuru aparıcı rol oynasa da, 
sonrakı dövrlərdə, xüsusən XX əsrdə siyasi şüur ümumbəşəri məzmunla daha 
çox  zənginləşir.  Siyasi  və  əxlaqi  şüurun  qarşılıqlı  münasi bə tinin  xarakteri  də 
tarixən müəyyən dəyişikliyə məruz qalmışdır.
Siyasi şüuru, adətən əxlaqi, şüur istiqamətləndirir. Əxlaqi şüurun əsas anla­
yışları  xeyir  və  şər  olduğu  halda,  siyasi  şüurun  əsas  anlayışı  hakimiyyətdir. 
Sonuncuya  güc  tətbiqetmə,  məcbur etmə,  hədələmə,  azadlıqdan  məhrumetmə 
və  s.  aid  olduğu  halda,  əxlaqi  şüur  zor  işlətməyə  nadir  hallarda,  şərin  məhv 
edilməsinin başqa yolu olmadıqda müraciət edir.
Hər hansı bir cəmiyyətdə əxlaqi şüurla siyasi şüurun qarşılıqlı münasibəti 
zəruridir. On la rın hər ikisi insanların müxtəlif mənəvi tələbatlarına cavab verər­
ək, cəmiyyətin sabitliyini özünə məxsus şəkildə qoruyur.
Hüquq və əxlaq. Hüquq ictimai şüur formaları içərisində əxlaqla daha sıx 
bağlıdır. Çünki hər ikisi insanların cəmiyyətdə davranışını tənzimləyən müəy­
yən qaydalar və normalarla əlaqə dardır. Hər ikisi tarixi xarakter daşıyır, hakim 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə