Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

44
Füzuli  insan  əxlaqının,  davranış  və  əməllərinin  Allahın  iradəsindən  asılı 
olması  məsələ sində  daha  da  irəli  gedərək,  iqbal  və  idbarın,  xoşbəxtliyin  və 
bədbəxtliyin büsbütün Allahdan, ilahi iradədən asılılığını qəbul edir və bunların 
izahında  fatalist  mövqe  tutur. Allahın  qoyduğu  səadəti  əzəli  sayan  şair,  xoş­
bəxtlik  və  bədbəxtliyin  təyinində  ilahi  buyruğun,  qeyridən  edilən  “əmri­
mühalın”  həlledici  rolunu  qəbul  etməklə,  əxlaqi  əməllər  məsələsində  açıq­
aydın qəza­qə dər ideyasına gəlib. ...Şair qəza­qədər ideyasını, əsasən, dünyəvi 
hisləri,  saf  və  real  məhəbbəti  tərənnüm  edən  “Leyli  və  Məcnun”  dastanında 
irəli sürür. ...Bəs bu bədbəxtlik haradan gəlir, onu aradan götürmək, səadət və 
xoşbəxtliyə yetmək mümkündürmü? Məlum olur ki, bu, Məc nunun əvvəlcədən 
müəyyən  edilmiş  taleyidir,  onun  bəxti,  müqəddəratı,  qisməti  irəlicədən  məhz 
belə  yoğurulmuşdur  ki,  o,  bədbəxt  olmalı  və  eşqinə  qovuşmamalıdır”.  “Şair 
həyatın mənasını mal­dövlət toplamaqda, simü­zər cəmləməkdə deyil, bilik və 
elm əldə etməkdə görür. O, hünər kəsb etməyi, biliklərə yiyələnməyi daim fəzi­
lət və hünərin şərti sayır. ...Əxlaqın yüksəlməsində əqlin, elmin gücünə verdiyi 
qiymət, demək olar ki, bütün əsərlərində dönə­dönə təkrar edilir və onun rasio­
nalist etikası geniş şəkil alır. Əxlaq normalarının müəyyən edilməsində, insan­
ların davranış larında əqlin roluna verilən bu fikir Füzulidə sistemləşdirilmişdir. 
O, insan şərəfinin səbəbini də əqlin gücündə, elmin rolunda görür. Farsca olan 
rübailərindən birində deyir ki:
Elm ilə, ədəblə tapılar şərəf,
Mirvari olmasa, nə lazım sədəf?
Füzuli  əxlaqi  əməllərin  təyinində  əqlə  verdiyi  yüksək  rola  bir  növ  yekun 
vuraraq  yazır  ki,  əvvəl  fikir,  sonra  əməl,  yəni  işi  başlamazdan  əvvəl  onun 
nəticələrini düşünmək lazımdır. ...Belə liklə, Füzulinin rasionalist etika tərəfdarı 
olduğu, əxlaqın əsas meyarı kimi əqlə və biliyə yüksək qiymət verdiyi, onları 
insanın yüksəlməsi və şərəfi üçün vacib şərtlər saydığı aydın olur.
XVII­XVIII  əsrlərdə  Azərbaycanda  ictimai­siyasi  və  fəlsəfi  fikir  dövrün 
tarixi hadisələri ilə sıx əlaqədar inkişaf edirdi. Qövsi Təbrizi, Saib Təbrizi və b. 
Füzuli ənənələrini davam etdirir dilər. XVIII əsrdə Molla Vəli Vidadi və Molla 
Pənah Vaqif humanist idealların ən güclü ifa dəçiləri olmuşdular.
Həmin  dövrdə  yaşamış  Zeynalabdin  Şirvani  insanın  kamil  olması  və 
təkmilləşməsi üçün 50 keyfiyyət qazanmağın zəruriliyini göstərirdi. Şirvaniyə 
görə, insan mülayim, təvazökar, ehtiyatlı, xeyirxah, vicdanlı, əməksevər olmalı 
və bu kimi yüksək keyfiyyətlər daşımalıdır.
XIX­XX əsrlərin Azərbaycan ədəbiyyatı etik fikir tarixində mühüm bir mər­
hələ təşkil edərək yalnız gənc nəslin deyil, cəmiyyətin bütün təbəqələri və sinif­
lərinin əxlaqi tərbiyəsində və həyat təcrübəsinin zənginləşməsində əvəz edilməz 


45
mənbə  rolunu  oynamışdır.  Bu  dövrün  görkəm li  maarifçiləri  və  mütəfəkkir­
lərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, 
Nəriman  Nərimanov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Cəlil  Məmmədquluzadə, 
Üzeyir  Hacıbəyli,  Mirzə  Ələkbər  Sabir,  Hüseyn  Cavid,  Cəfər  Cabbarlı  və 
digərlərinin əsərləri buna misaldır.
6. İslam etikası
VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan 
İslam  dini  insan  həyatının  bütün  sahələrində,  o  cümlədən  dünyagörüşündə 
(dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində 
özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti əra zisində formalaşmağa baş­
layan  yeni  mədəniyyət,  o  cümlədən  fəlsəfə  və  bir  sıra  Şərq  xalqlarının  ərəb 
dilində  yazılmış  fəlsəfi  əsərləri  orta  əsr  fəlsəfi  fikrinin  mütərəqqi  nümayən­
dələrini  yetiş dirmiş,  onlar  həmçinin  antik  irsdən  və  qeyri­islam  yönümlü 
mütəfəkkirlərin  mütərəqqi  zəngin  ənənə lərindən  bəhrələnmişdirlər.  İslam  dini 
dünyagörüşünə  söykənən  ərəbdilli  zəngin  İslam  fəlsəfəsi  VII­XI  əsrlərdə  öz 
klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsə­
fənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri 
sistemi  doğul muşdur.  Bütün  müsəlman  dünyasının  masaüstü  kitabı  olan 
“Quran”ı  bu  baxımdan  İslam  etika sının  əsası  hesab  etmək  olar  ki,  bu  da  öz 
genezisi  və  mənbələrinə  görə  İslam  dini  sistemi  ilə  bağ lıdır.  Konkret  olaraq 
İslam etikası “Quran”ın ayrı­ayrı ayələrində öz əksini tapmışdır.
İslam yaranandan sonra formalaşan “müsəlman etikası” bir deyil, iki mən­
bəyə əsaslanır: Quran və Sünnə. “Sünnə” (ərəbcə “nümunə”, “yol”, yəni pey­
ğəmbərin həyat yolu) hədislərin bütöv bir toplusudur. Peyğəmbərin dövründə 
yaşamış səlahiyyətli insanlar tərəfindən çatdırılan bu hədislərdə Allah elçisinin 
sözləri, hərəkətləri, davranışı, hər hansı işə bəraət qazandırması və ya icazə ver­
məsi və s. barədə məlumat verilir. “Məhəmməd peyğəmbərin kəlamları huma  ­
nizm, xeyirxahlıq, beynəlmiləlçilik, ümumbəşərilik ideyaları ilə yoğurulmuşdur. 
...Peyğəmbərin fik rin cə, insan cəmiyyət qarşısında məsuliyyətli olmalıdır, insanın 
müqəddəs borcu ümumiyyətin haqqında düşünməkdir. Xəsislik, hiylə, kinlilik, 
həsəd, peyğəmbərin fikrincə, insanda olan ən pis keyfiyyətlərdir. Şəriəti mizdə 
yalan danışmaq, qeybət etmək pislənmiş, Allah yolunda düzgün danışmaq, haqq­
ədalət tərəfdarı olmaq tərifəlayiq görülmüşdür. ...Məhəmməd pey ğəm bər ha  mını 
və hər kəsi düzgünlüyə, haqqı və ədaləti unutmamağa çağırırdı. ...Peyğəmbərin 
müdrik kəlamları cilalanmış tərbiyə, əxlaq üsulları ilə zəngindir”.
Hədislərin  toplanması,  məzmununun  səhih  olması  ilə  əlaqədar  tədqiqi  və 
şərhi “hədis şünaslıq” kimi bir sahənin yaranmasına səbəb olmuşdur ki, bu da 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə