3
GİRİŞ
Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün
as pekt lərinə marağı artırır. Bu, mürəkkəb dünyanın bəzi qanunauyğunluqlarını hələ də
qəbul edə bil məyənlərə, müəyyən çətinliklərlə qarşılaşanda onlarla necə mübarizə
aparıb aradan qaldır mağın yollarını tapmağa çalışanlara və ən əsası, bu günün şagird
lərinə və sabahın mütəxəs sislərinə kömək edə biləcək biliklər verməkdir. İnsan şəxsiy
yətinin xüsusiyyətləri, adamlarla ün siyyət qurmaq bacarığı, hər bir insanın ürə yinə yol
tapmaq, iş yerində davranış qay daları haqda biliklər – müasir insana lazım olan vacib
biliklərdir.
Müasir tarixi şəraitdə müəyyən elmlərin daha dərindən öyrənilməsinin çox böyük
əhə miy yəti vardır. Bu gün dünyada gedən sosial hadisələr, o cümlədən qloballaşma
problemi, bunu daha zəruri tələbata çevirir. İnsanların biribirini daha yaxşı anlaması,
onların arasında birliyin yaran ması bir çox problemlərin həllində ən gözəl vasitələrdən
biri sayılır.
Hər bir insan iş həyatında uğur qazanmağını, peşəkar olmağını istər, öz karyera
yüksəlişini həyatının mənası kimi başa düşə bilər. Lakin bir çoxları bu uğuru və yük sə
lişi bilik dairəsinin genişliyi ilə və yaxud ali peşə səviyyəsi ilə ölçürlər. Birmənalı
olaraq söyləmək olar ki, insanda mütləq həm bilik, həm də yüksək peşə səviyyəsi
olmalıdır.
Lakin sözün əsl mənasında, iş adamının irəliləyişi daha çox onun insanlarla düz gün
ün siyyət qurmağından, iş yerində müəyyən etik norma və qaydalara riayət etmə yin dən,
özünü in sanlara estetik cəhətdən düzgün təqdim edilməsindən və əlbəttə ki, insan psi
xo logiyasına bələd ol ma ğından asılıdır. İnsanın psixoloji xüsusiyyətlərinə yaxından
bələd olmaq, fəaliyyət və ünsiyyət prosesində onları düzgün nəzərə almaq müasir
mütə xəssis – mühəndis, zabit, həkim, bir sözlə, hər bir sahədə çalışan işçi üçün vacib
olduğu kimi, insanla münasibətdə olan hər bir şəxs üçün də eyni dərəcədə zəruridir.
Sözsüz ki, bir insan bütün bu deyilənlərə yiyələnərsə, onda onun işinin uğurlu
olacağına heç bir şübhə qalmır.
Bəs insanlarla (istər iş yoldaşı, istərsə hər hansı bir sifarişçi olsun) necə davran
malı? Bu suala cavab vermək üçün üç elm haqqında müəyyən biliklərə yiyələnmək
zəruridir. Bu elmlər: etika, estetika və psixologiyadır. Təqdim etdiyimiz bu kitabda
çalışacağıq ki, hər bir elm haqqında müəyyən təsəvvür yaradaq və yiyələnəcəyiniz
bilik lərdən gələcək iş həyatında necə istifadə etmək barədə sizə məlumat verək.
4
I HİSSƏ
ESTETİKA ELMİNİN MÖVZUSU VƏ VƏZİFƏLƏRİ
1. Estetika elminin predmeti və strukturu
Estetika – yunan sözündən əmələ gəlmiş bir termindir, “hissi qavramaya aid
olan” mənasını daşıyır. Öncə bildirmək istəyirik ki, estetika elmi çox böyük
inki şaf yolu keçmişdir. İnsanın gerçəkliyə olan estetik münasibətini anla maq və
bədii yaradıcılıq qanunauy ğunluqlarını dərk etmək cəhdləri hələ qul dar lıq
quruluşunun yaranma dövrünə təsadüf edir.
Estetik mülahizələrə artıq Hindistanın, Çinin, Babilistanın qədim ədəbi abi
dələrində də rast gəlinir. Lakin ən inkişaf etmiş estetik fikirləri antik Yuna nıs tana
aid etmək olar. Çünki bu qəbildən olan biliklər orada fəlsəfi sistemin tərkib his
səsi kimi qəbul olunurdu.
Orta əsrlərdə estetik fikir ilahiyyatın tərkib hissəsi kimi, İntibah dövründə
bədii tərcümə sahəsində, XVIIXVIII əsrlərdə isə bədii tənqid və publisistika
janrlarında yer almışdır. Alman klassik dövrü artıq estetikanın ayrıca bir elm
kimi təqdim olunmasına şərait yaratmışdı və birinci bu ideyanı həyata keçirən
də elə alman filosofu
A.Baumharten olmuşdur. O, “estetika” sözünü
bir termin kimi tanıtma ğın dan əlavə, həm də este
tika elminə fəlsəfi biliklərin arasında xüsusi yer də
vermişdi.
Sonralar estetika predmetinin, onun əsas kate
qo riyalarının və anlayışlarının formalaşması müx
tə lif fəlsəfi cərəyanların, istiqamətlərin, məktəb
lərin təsiri altında keçmişdir və o, fəlsəfi biliyin
ayrılmaz his səsi olmaqla bərabər, həm də etika ilə
daha da ya xınlaşmağa başlamışdır. Bu qarşılıqlı
təsiri hər iki elmin bir mənəviestetik təhlil və
yaradıcı potensial daşıyıcısı olan obyektə – insana
yönəlməsi ilə izah etmək olar.
Bundan başqa, estetika elminin daim psixolo
giya elmi ilə kəsişməsini də qeyd edə bilərik. Bu
elm lə rin ümumi nəzəri marağı estetik hiss, yara
dıcılıq pro sesi və istedadla bağlı məsə lələrdə eyni səmtə yönəlir.
Estetikanın təbii, texniki və iqtisadi elmlərlə də sıx əlaqəsi vardır və bu, müx
təlif idrak formalarında estetik başlanğıcın iştirakını təsdiq edir.
Aleksandr Hotlib Baumharten
(17141762) – alman filosofu,
“estetika” termininin müəllifi
5
Estetikanın predmeti müasir nöqteyinəzərdən insan hissiyyatıdır. Estetika
həm də bir fəlsəfə elmi kimi aşağıdakı sahələri əhatə edir:
a) gözəllik aləmi;
b) insan fəaliyyəti prosesində dünyanın estetik cəhətdən mənimsənilməsinin
ən ümumi prinsipləri;
c) estetikanın təbiəti, gerçəklikdə və incəsənətdə onun müxtəlifliyi;
ç) varlıq və qavrayışın mahiyyəti və qanunları, incəsənətin fəaliyyəti və inkişafı.
2. Estetikanın vəzifələri
Estetikanın vəzifələri aşağıdakılardır:
a) insanda quruculuq başlanğıcını formalaşdırmaq;
b) gözəlliyi qavramaq qabiliyyətini formalaşdırmaq.
Estetika bir elm kimi reallığın gözəllik qanunlarına uyğun olaraq mənim
sənilməsinə və estetik xüsusiyyətlərin qavranılmasına şərait yaradan müəyyən
qanunlar, kateqoriyalar və ümumi anlayışlar sistemidir. Estetik kateqoriyalar
həmişə birbiri ilə müəyyən əlaqədə çıxış edərək, hər hansı bir konkret tarixi
dövrdə öz nizamlı sistemlərini təşkil edir. Bu sistem estetikanın ən geniş və
təməlli kateqoriyası olan estetik kateqoriya üzərində qurulur. O, özündə gözəl,
çirkin, ali, rəzil, tragik, komik və həyatın başqa estetik xassələrini də əks etdi rir.
Estetik kateqoriyada predmetin həm təbii, həm də sosial xüsusiyyətləri ifadə
olunur. Məsələn:
qızıl – parlaq metaldır (təbii);
qızıl – pulu təcəssüm edən metaldır, yəni ictimai münasibətlərin müəyyən
tipidir (sosial).
Beləliklə, estetik kateqoriya – ümumbəşəri bir dəyərdir. Bu dəyər təbiətin və
cəmiyyətin tarixi inkişafı prosesində dəyişilir və təkmilləşir.
Estetik ideal – reallıqla uzlaşan mükəmməllik təsəvvürü olaraq, insanın fəa
liyyətində qiymət və vektor rolunu oynayır. Estetik ideal zövqün diktəsi ilə ən
yaxşı estetik oriyentasiyaları seçmək yolu ilə formalaşır.
Estetik zövq – fərdin şüurundakı formalaşmış meyar sistemidir. Estetik zövq
xüsusi təhlil olmadan həyat və incəsənətdə gözəllik və çirkinlik haqqında müla
hizələr sürməyə imkan verir. Estetik zövq şəxsin estetik inkişaf səviyyəsini təyin
edir, onun hər hansı estetik və sənət dəyərlərinə adekvat halda qiymət vermə sinə
imkan yaradır. Estetik zövq inkişaf etmiş, yaxud inkişafdan qalmış, həqiqi, ya xud
pozulmuş ola bilər. Estetik zövq həm fərdi, həm də mədənitarixi xarakter daşıyır.
Estetik hiss – fərd tərəfindən reallığa olan estetik münasibətin bilavasitə emo
sional yaşanmasıdır. Estetik hiss görmə və eşitmə kimi psixofizioloji hallarla
şərtləndirilir, lakin sırf insana aiddir. Estetik hiss inkişaf etmiş, dərin, çoxşaxəli,
yaxud inkişafdan qalmış və pozulmuş ola bilər.
Dostları ilə paylaş: |