17
Bu, ilk növbədə müasir müəl lif yaradıcılığına, həm də rea lizm epoxasına keçid
idi. Romantik epoxanın keçid xarak teri ən çox onun tari xilik duyğusunun erkən
xarakterində idi.
Romantik qəhrəmanların məna və ehtiraslar baxımından monumentallığı
ümumi tipoloji bir xüsusiyyət idi. Romantik əsərlərdə bu qəhrəmanlar çox vaxt
digər bir qəhrəmana qarşı deyil, bütün dünyaya qarşı qoyulurdu. Roman tik lərdə
insanın iç aləminə, qəlb aləminə, estetik duy ğu larına maraq onların fərdi üslu
buna bağlı deyildi. Romantiklərin insanın dərkində irəli lədikləri öz hüdudları
vardı: onlar insanın psixoloji və emosional koordinatlarını təsvir etməkdə xeyli
irəli getmişdilər. Lakin romantik qəhrəman bütöv halda hələ canlı adamdan
çox, insan konsepsiyası və ideyası idi. Onların çoxu kitab mədəniyyəti ilə bağlı
olan ideyaların ədəbi illüstrasiyası kimi yaradılırdı. Onlarda koloritli adam
cizgiləri universal adam ideyasının ciz gilərindən az idi.
Romantizmin klassik dövrü Böyük Fransa inqilabından, XIX əsrin birinci
yarısına qədərki dövrü əhatə edir. Lakin onun Şərqi Avropa xalqlarının və bir
çox Şərq xalqlarının ədəbiy yatlarındakı təzahürü daha sonrakı dövrləri əhatə
edir. Məsələn, Azərbaycanda romantik cərəyan XX əsrin əvvəllərində, realist
cərəyanla eyni vaxtda yaranmış və M.Hadi, A.Səhhət kimi klas siklərin yaradı
cı lığında özünü göstərmişdir.
Bir çox romantiklərdə konkret gerçəklik, tarixi reallığın özü qeyriestetik
bir şey sayılırdı. Böyük romantiklərin hamısı ədəbi tərbiyəsi, şəxsi zövqü baxı
mından intibah dövrünün dahilərinə bağlı idilər. Onların universal əxlaqi və es te
tik dəyərlərə, süjetlərə və qəhrəmanlara meyli də buradan irəli gəlirdi. Onlarda
gerçəkliyin qeyriestetikliyi barədə qənaəti ilk burjua inqilablarının qanlı və
amansız təcrübəsi yaratmışdır.
4. Maarifçilik dövrü
XVIII əsrin ilk onilliyinin sonunda
yaranıb, XIX əsrin iyirminci illərində bü
tün dünyaya yayılan maa rif çilik tarixə
ağıl, tərəqqi, milli mədəniy yət lərin inki
şafı mərhələsi kimi daxil olmuşdur. İcti
maisiyasi, sosialiqtisadi mahiyyət kəsb
edən maa rifçilik öz faliyyətində və eyni
zamanda inkişafında döv rün estetik fik
rindən geniş istifadə edir, bədii yara dıcı
lığın, elminəzəri fikrin ideyatəsir gü
cünə arxalanırdı. Heç də təsadüfi deyil
“Uoldqreyv bacıları”.
Rəssam Joşua Reynolds.
18
ki, maarifçiliyin beşiyi sayılan Fransada bu hərəkatın aparıcı, daşıyıcı simaları
məhz fransız yazıçıları olmuş və onların yaradıcılığı əsasında fransız ədəbiy yatı
maarifçiliyin klassikası hesab edilmişdir. Bu da tarixi faktdır ki, “maarifçilik
dövrü” terminini də tarixə məhz fransız dramaturqu Volter bəxş etmişdir. Dünya
maarifçi estetikasının nüma yən dələri öz əsərlərində birinci vəzifə olaraq dövrün
mə dəniyyət nəzəriyyəsinə, ağıl proqramına cavab verən məsələləri işıqlandırır,
“biliksiz likdən bi liyə, az bilikdən tərəqqiyə, inkişafa” şüarı ilə çıxış edir və ən
başlıcası, belə hesab edirdilər ki, yalnız elmi tərəqqinin sayəsində yeni ictimai
iqtisadi, mədəni inqilab pilləsinə qalxmaq mümkündür. Təsadüfi deyil ki, Volter
maarifçilik dövrü İngiltərəsini “Ağıl adası” adlandırmışdır. Maarifçilik hərəkatı
nümayəndələri birmənalı şəkildə etika məsələsini irəli sürür və tarixi baxımdan
onun həllini məqsədəuyğun hesab edirdilər.
5. Realizm dövrü
Romantiklərdə parlaq sosial təsvirlər tapmaq olar. Lakin bütünlükdə cəmiy
yəti təhlil etmək, onun dərin qatlarına, siniflərinə, bütün peşə adamlarına bədii
işıq salmaq yaradıcılıq məq sədi kimi romantiklər üçün maraqsız idi. Onlar
üçün həyatın prozası, adiliyi qeyriestetik bir material sayılırdı. Lakin ro man
tiklərin qeyriestetik, ədə biyyat üçün maraqsız saydıqları həyat materialı realizm
epoxa sının əsas bədii hədəfi oldu. Marksist nəzə
riyyədə realizm, bir qayda olaraq, tipikliklə əla
qə ləndirilirdi. Şübhəsiz ki, tipiklik romantiklərdə
də kifayət qədər var idi və onu realist ədəbiy yatın
əsas əlaməti saymaq düzgün deyildi. O biri tərəf
dən tipikliyin özü də nisbi bir anlayış idi. Biriki
halı da, milyon variantda təkrarlanan va riantı da
tipik adlandırmaq olardı.
Tənqidi realizmin ümumi əlaməti onun bütün
böyük nümayəndələrinin içində yaşadıqları cəmiy
yətə qarşı mənəvi (siyasi yox) müxalifətdə olma
ları idi. Bu müxalifətçilik L.N.Tolstoy, M.F.Dos
toyevski, İ.S.Turgenev, A.P.Çexov kimi rus tənqidi
realistlərində daha güclü idi. Bu, Rusiya cəmiy yə
tindəki faciəli ziddiyyətlərlə bağlı idi.
Tənqidi realizm epoxası üçün incəsənətin ta
mam tarixilik prinsipinə keçməsi səciyyəvi idi. Zaman və məkan konkretliyi,
birmənalı milli zəmində durmaq realizmin ilkin əlamətlərindən biri idi. Ona görə
realizm epoxası hər xalqın ədəbiyyatına özünəməxsus tarixi və milli həqiqətləri
Lev Tolstoyun portreti.
Rəssam İ.Repin.
19
əks etdirən bir hadisə kimi daxil olaraq, xalqların milli həyatının və tarixinin
bədii mənzərəsi və salnaməsi kimi meydana çıxır. Romantizmdə bədii həqiqə tin
belə milli konkretliyi prinsip səviyyəsində yox idi. İntibah, klassisizm, roman
tizm epoxaları ədəbi obrazın məzmunca tari xiləşməsi baxımından, ardıcıl bir
prosesin mərhələləri idilər. Məhz realizm epoxasında ədəbi obraz vasitəsi ilə
tarixi həqiqətlərin əks etdirilməsinin təkmilləşmə prosesi tamamlanırdı. Ədə
biyyatda realizmin əsas janrı olan iri nəsr – roman janrı milli bir janr olmağa
və adlanmağa başladı. Milli tarixilik zəminində yazılan romanlarda bədii obraz
sistemi birmənalı milli və konkret tarixi məzmun daşıdığından, roman əsas
milli janr hesab edilməyə başladı. Realist obraz estetik nöqteyinəzərindən sosial
və milli əlamətləri əks etməklə yanaşı, həm də fərdi hə qi qətləri əksetmədə də
ədəbi tərəqqinin yüksək səviyyəsi oldu.
6. Sosialist realizminin estetik prinsipləri
Sosialist realizmi termini SSRİdə bolşevik inqilabından sonra sovet haki
miyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. Sosialist rea
lizminin əsas vəzifəsi sovet döv lətinin və kommunist
partiyasının üstünlüklərini və yaxşılığını tərənnüm
etmək idi. Bu təkcə poeziyadan yox, bütün janrlardan
tələb olunurdu. Beşillik planlar, İ.Stalinin və V.Leni nin
şəx siyyəti, kommunist partiyasının siyasətindən gələn
bütün kampaniyalar ədəbiyyat tərəfindən himayə olun
malı, böyük uğurlar, əmək adamlarına qayğı və s. kimi
təqdim edilməli idi. Hələ proletar ədəbiyyatı dövrün
dən başlayaraq, yazıçıdan həyatı inqilabi inkişafda gös
tərmək tələb olunurdu. Bunun üçün xüsusi bir tipik lik
konsepsiyası yaradılmışdı. Bir milyon fakt qeyritipik
sayıla bilərdi, amma inqilabi inkişafı göstərən bircə
fakt isə, əksinə, tipik elan olunurdu. Həyata belə ya
naşmaq tələbi hər bir müəllifin istedadına qarşı zora kı
lıq idi, çünki o, öz bildiyi və duy duğu şeyləri incəsə
nətə gətirə bilməzdi. Əgər belə təşəbbüs edilsə idi belə, rəsmi tənqid si lahlanıb
həmin yazıçını sovet gerçəkliyini təhrif etməkdə ittiham edirdi. Belə müəlliflər
rəsmi partiya sənədlərində də pislənirdi.
Müsbət qəhrəman. Sosialist realizminin əsas estetik prin siplərindən biri
sovet həyatının yaxşılığa doğru inkişafını göstərən, sosializmə xidməti – həyat
idealı sayan insanların obrazlarını ya ratmaq idi. Əslində, həyatda belə adamlar
yox idi, bəlkə, çox az və qüsurlu adamlar vardı. Partiya və dövlət orqanlarında
“Fəhlə və kolxozçu”.
Heykəltaraş V.İ.Muxina.
Dostları ilə paylaş: |