Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

58
isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıl­
lıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrət­
pə rəstlik  və  s.  nəzərdə  tutulur.  “Xalis”  əxlaqi  və  ya  qeyri­əxlaqi  mənəvi 
keyfiyyətlər olmur. Yalnız ictimai qiymətləndirmə, mənəvi keyfiyyətləri əxlaqi 
və ya qeyri­əxlaqi, “fəzilət” və ya “qəbahət” kimi müəyyən edə bilər.
Əxlaqi şüur fərdi və ictimai olur. Fərdi əxlaqi şüur insanın daxili aləmi ilə 
əlaqədardır. Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə bölürdülər: ağıl­
lı, hissiyyatlı, iradəli. Bununla əlaqədar, fərdi əxlaqi şüurun 3 komponenti var: 
1) ağıl; 2) hiss; 3) iradə.
Ağıl – fərdi əxlaqi şüurun rasional tərəfi olub, xeyir, şər, borc, vicdan, ali 
sərvətlər haqqında təsəvvürlər, ideya və ya anlayışlardır. İnsanın mənəvi həya­
tında ağılın mühüm rol oynadığını hələ Sokrat və Platon da qeyd edirdilər.
Hiss  insanın  həyatında  mühüm  rol  oynayır.  Psixologiya  elmi  bütün  psixi 
hadisələri  3  qrupa  bölür:  1)  psixi  proseslər  (dar  mənada,  çünki  bütün  psixi 
hadisələr həmçinin prosessual xa rakter daşıdığı üçün həm də “proses” adlandı­
rıla bilər ki, bu da geniş mənada başa düşülür); 2) psixi hallar; 3) psixi xassələr 
və ya keyfiyyətlər.
Psixi proseslər adlanan birinci qrupa iradi proseslər, emosional proseslər və 
idrak  pro sesləri  aid  olunur.  Bunlar  digər  psixi  hadisələrdən  fərqli  olaraq,  sırf 
prosessual xarakter daşıdığı üçün bu qrup məhz belə də adlanır. O cümlədən 
idrak  prosesləri  də  2  yerə  bölünür:  hissi  idrak  və  məntiqi  idrak.  Hissi  idrak 
proseslərinə  həm  insanlara,  həm  də  heyvanlara  xas  olan  duyğular  (görmə, 
eşitmə, dadbilmə, qoxubilmə, lamisə), qavrayış, diqqət, hafizə, təsəvvür; mən­
tiqi idrak proseslərinə isə yalnız insana məxsus olan nitq, təfəkkür və təxəyyül 
prosesləri aiddir.
Psixi  hallar  adlanan  ikinci  qrupa  hislər,  emosiyalar,  affektlər,  stress,  şok, 
depressiya  və  s.  aiddir  ki,  bunlar  birinci  qrupdakı  proseslərdən  fərqli  olaraq, 
daha  uzunmüddətlidir.  Əgər  birinci  qrupdakı  proseslər  bir  neçə  an,  saniyə, 
dəqiqə və ya saat davam edirsə, ikinci qrupdakı proseslər bir neçə gün, hətta bir 
neçə ay davam edə bilər.
Psixi keyfiyyətlər adlanan üçüncü qrupa tələbatlar, maraqlar, xarakter, tempe­
rament, zövq, ideal, qabiliyyətlər, dünyagörüş və s. aiddir ki, bunlar həm də insa­
nın fərdi psixoloji keyfiyyətləri adlanır və daha uzunmüddətli proseslər sayılır.
Göründüyü kimi, hiss və emosiyalar 2­ci qrupa daxildir. İnsan hisləri müx­
təlifdir: aclıq, susuzluq, yuxusuzluq, sevinc, kədər, məhəbbət, nifrət, qısqanc­
lıq, təəssüf, peşmançılıq, qəzəb, fərəh, utancaqlıq və s. Hislərin bir qismi maddi 
tələbatla əlaqədar olub, heyvanlara da xasdır. Lakin maddi tələbatla bağlı olma­
yan hislərdə heyvanlara aid ola bilər. Məsələn, şadlıq, mə həbbət, qəzəb və s. 
Yalnız insanlara məxsus olan ali hislər də mövcuddur ki, bunlara da zehni, este­
tik və əxlaqi hislər aiddir.


59
Əxlaqi  hislər  cəmiyyətdəki  əxlaq  normalarına  bəslənən  subyektiv  müna­
sibətdir.  Əxlaqi  hislərin  obyekti  adamlar,  qruplar,  münasibətlər,  adamların 
hərəkət və rəftarı, ictimai həyatın qanunları və sairdir. Bəzən həyatda vaxt və 
ya  informasiya  qıtlığı  üzündən  elə  situasiyalar  yaranır  ki,  burada  tək  ağıl 
kifayət  etmir,  çünki  insan  hadisələri  ildırım  sürəti  ilə  qiymətləndirməli  olur. 
Bu zaman məhz əxlaqi hislər ağlın köməyinə gəlir. Vicdan hissi, borc hissi, 
ədalət  hissi  və  s.  bu  qəbildəndir.  Onlar  mənəvi  təcrübəyə  əsaslanaraq  ağılın 
görə  bilmədiyi  hərəkətləri  və  situasiyaları  “tuta  bilir”.  İnsanın  gündəlik 
rəftarında  və  şüurunda,  eləcə  də  motivasiyasında  müsbət  (səmi milik,  rəhm­
lilik, dərdə şərik olma, xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, məsuliyyət və 
s.) və mənfi (fər diy yətçilik, bədxahlıq, düşmənçilik, paxıllıq, ikiüzlülük, şöh­
rətpərəstlik, başqasının dərdinə sevinmək və s.) əxlaqi hislər böyük rol oyna­
yır. Müsbət əxlaqi hislər mövcud cəmiy yətin birgəyaşayış qaydalarına uyğun, 
müəyyən davranış normalarına müvafiq hərəkət etməyə xidmət edir. İnsanda 
olan  utancaqlıq,  vicdan,  məhəbbət  və  s.  hislər  də  xeyirxah  əməllərin  əsas 
törədicisidir.  Mənfi  əxlaqi  hislər  insanı  mövcud  əxlaq  normalarına  uyğun 
hərəkət  etməməyə,  öz  məna feyini  cəmiyyətin  mənafeyindən  üstün  tutmağa 
vadar edir. Bəzən insan məhz nifrət, acıq, qibtə, qısqanclıq, özünəvurğunluq, 
şöhrətpərəstlik hisləri ucbatından zərərli hərəkətlər törədir. Öz hərəkətlərinin 
ictimai əxlaqa uyğun gəlmə diyini dərk edərək iztirab keçirən zaman insanda 
təəssüf,  peşmançılıq,  utancaqlıq,  xəcalət  və  s.  kimi  əxlaqi  hislər  yaranır. 
Deməli, əxlaqi hislər mövcud cəmiyyətin rəftar və əxlaq normalarına insanın 
bəslədiyi mənfi və ya müsbət müna sibətin əks etdirilməsidir. Müxtəlif həyat 
şəraitində  yaşayan  insanların  əxlaqi  hisləri  də  məzmun  etibarilə  bir­birindən 
fərqlənir.  Buna  görə  də  hər  bir  tarixi  dövrdə  insan  hislərinin  tərbiyə  edil­
məsinin məqsəd və istiqaməti dəyişir, yeni forma və məzmun kəsb edir. Ağıl 
və hislərin har moniyası daha effektli olub, insanın məsləkini təşkil edir. Bun­
lar isə heç də həmişə real laşmır.
İradə  –  əxlaqi  şüurun  üçüncü  elementi  və  ya  komponenti  olub,  qətiyyət, 
dözüm,  mərdlik,  müstəqillik,  təkidlilik,  konkret  işlərə  hazırolma,  özünüida­
rəetmə  ilə  üzə  çıxır.  İradə  insan  fəal lığının  xüsusi  forması  olub,  mürəkkəb 
psixi  prosesdir.  Onun  2  əsas  funksiyası  var:  1)  təhriketmə  və  2)  ləngitmə. 
Birincidə  insan  öz  arzu  və  tələbatlarından  imtina  edərək,  daha  vacib  olanı 
seçir  (məsələn,  özü  istirahət  etmək  əvəzinə,  xəstəyə  baş  çəkməyə  gedir). 
İkincidə insan öz dünyagö rüşünə, əqidə və ideallarına uyğun gəlməyən işləri 
görməkdən şüurlu surətdə imtina edir. Məhz bu xüsusiyyətlər iradəni motiv­
dən fərqləndirir.
İctimai əxlaqi şüur fərdi əxlaqi şüurla qarşılıqlı əlaqədə formalaşır ki, bunun 
da  daşıyıcısı  bütün  cəmiyyətdir.  İctimai  əxlaqi  şüurun  strukturuna  gündəlik 
əxlaqi şüur və nəzəri əxlaqi şüur aid edilir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə