Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

74
dan  –  şəxsiyyətin  cəmiyyət  qarşısında  məsuliyyət  və  borcunun  subyektiv 
dərk  edil məsidir.  O,  şəxsiyyətin  mənəvi  özünə  nəzarət  funksiyasını  həyata 
keçirən  etik  kateqoriya  olub,  mənəvi  öhdəçiliyi  müstəqil  dərk  etməyə,  onla­
rın həyata keçirilməsini özündən tələb etməyə və etdiyi hərəkətlər üçün özünə 
qiymət verməyə imkan yaradır. Vicdanını rəhbər tutan insan öz hərəkətlərini, 
onun motiv və nəticələrini özü təhlil edir. Vicdan insanın hərəkətlərinin möv­
cud  cəmiyyətin  əxlaq  normaları  baxımından  mənəvi  qiymətləndiricisi  və 
nəzarətçisidir. Borc kimi vicdan da müəyyən hiss, təsəvvür və bilikləri özündə 
birləşdirir.  Borc  insanın  öz  hərəkətlərinə,  fikir  və  arzularına  tənqidi  yanaş­
ma  qabiliyyəti  kimi  çıxış  edir.  Borc  kimi,  vicdan  da  ətrafdakıların  rəyindən, 
fikrindən asılı olmayıb, müstəqildir. Bu baxımdan, vicdan insan şüurunun digər 
daxili nəzarət mexanizmindən – utancaqlıqdan fərqlənir. Qeyd edək ki, vicdan 
və utancaqlıq arasında yaxınlıq mövcuddur. Utancaqlıq da insanın özünün və 
ya yaxınlarının qəbul olunmuş bəzi möv cud normalara uyğunsuzluğunun və ya 
günahının  dərk  edilməsidir.  Lakin  utancaqlıq  bütünlüklə  digər  insanların  rəyi 
ilə  əlaqədardır.  Ətrafdakılar  insanı  nə  qədər  çox  qınayarsa,  insan  bir  o  qədər 
çox utanar. Bəzən insan təsadüfi hadisələrə görə də utana bilər. Məsələn, onun 
normal saydığı hadi səni ətrafdakılar qəbul etmirsə o, bununla əlaqədar da utana 
bilər. Ətrafdakıların şəxs haq qında rəyi düzgün olmadıqda da utancaqlıq hissi 
əmələ gələ bilər. Lakin utancaqlıq vicdanın yerini tuta bilməz. Utancaqlıq şahid 
olarkən yaranır, lakin vicdan üçün şahid vacib deyil.
İnsan öz hərəkətlərini təhlil edib, ona qiymət verərkən onun mənəvi məs­
ləkləri  və  dünya görüşü  əsas  amilə  çevrilir.  Öz  hərəkətlərini  təhlil  edən  insan 
bunun pis və ya ədalətli olub­olma masını “öz arşını ilə ölçür”. Lakin insanla­
rın düşüncə tərzi müxtəlif olduğu üçün bəzən pis iş görən insan nə utanır, nə 
də  vicdan  əzabı  çəkir,  o  hətta  öz  hərəkətinə  bəraət  qazandırmağa  da  çalışır. 
Belə  insanlara  elə  gəlir  ki,  onların  vicdanı  təmizdir.  Bəzən  isə,  əksinə,  insan 
səbəbsiz utan  caqlıq hissi keçirir. Ədalətli hərəkət etdiyi halda, ona elə gəlir ki, 
düz iş görmür, hamı onu qınayacaq. Öz hərəkətlərini düzgün qiymətləndirmək 
üçün  insan  aydın  mənəvi  məsləklərə,  elmi  dünyagörüşə  malik  olmalıdır. 
Öz  məsləklərinə  xəyanət  edən  insan  vicdan  əzabı  çəkir.  Bu,  öz  əxlaqında  və 
ya  işdə  yol  verilən  səhvlər  nəticəsində  də  yarana  bilər.  Düşüncəli  insan  öz 
səhvinə görə vicdan əzabı çəkir. O, ürəyində də olsa, öz kollektivi qarşısında 
sanki hesabat verir, səhvlə rini boynuna alır, onları düzəltmək üçün yollar axta­
rır,  gələcəkdə  təkrar  etməməyə  çalışır. Vic dan  əzabı  emosional  həyəcan  hissi 
zamanı da yaranır.
İnsanda  vicdan  hissinin  formalaşması  üçün  müəyyən  həyat  təcrübəsinin 
olması  zəruridir.  Bu  hissin  formalaşması  müəyyən  yaş  dövrünün  yetişməsini 
tələb edir. Vicdan əzabı və utan caq lıq da bu qəbildəndir. Müasir dövrün insan­
larından  fərqli  olaraq,  qədim  dövrlərdə  bu  keyfiy yətlərin  əldə  edilməsi  üçün 


75
kifayət  qədər  zaman  ötüb  keçmişdir.  Bu  uzunmüddətli  proses  dəblərin,  adət 
və ənənələrin formalaşması ilə paralel mövcud olduğuna görə o, bioloji deyil, 
ic timai  köklərə  malik  olub,  müəyyən  şəraitdə  və  yalnız  insanda  olur.  İnsanın 
mədəni həyatı zən ginləş dikcə bu an layış vaxtı keçmiş, lazımsız elementlərdən 
təmizlənir.  Məsələn,  ibtidai  dövrlər də  istehsal  qüvvə lərinin  aşağı  səviyyədə 
olması, ağır həyat şəraiti qoca və xəstələrin öldürülməsi adətinin ya ranmasına 
səbəb olmuşdu. Bunu edən ibtidai insan qətiyyən vicdan əzabı çəkmirdi. Lakin 
zaman  keçdikcə,  istehsal  qüvvələrinin  inkişafı  nəticəsində  əmək  qabiliyyəti 
olmayanların  qayğısına  qal maq  imkanı  yarandı.  Artıq  nəinki  belə  hərəkətlər 
tənqid  olundu,  hətta  bunu  edənlər  vicdan  əzabı  çəkməyə  başladılar.  Vicdan 
əzabı insanın həyatında mühüm rol oynaya bilər. O, in sanın mənəvi hə yatına 
qəfildən daxil ola bilər, onun planlarını alt­üst edər və həyat yolunu kö kündən 
dəyişə bilər. Qədim romalılar hesab edirdilər ki, vicdan – on şahidə bərabərdir. 
Beləliklə,  vicdan  kate qori yası  qiymətləndirici  xarakter  daşıyır.  İnsan  dərk 
edəndə ki, yaxşı hərəkət edib, məmnunluq hissi keçirir, əksinə, pis iş tutanda 
vicdan əzabı çəkir. Vicdan aktiv və passiv xarak ter daşıya bilər. Bi rinci halda 
vicdan insanı yaxşı işlər görməyə təhrik edir, ikinci halda isə yalnız pis işlər 
gör məkdən saxlayır. Vicdanın aktiv və ya passiv olması tərbiyədən və insanın 
xarak terindən çox asılıdır.
Vicdan əzabını həm utancaqlığın bir forması kimi, həm də şəxsiyyətin dərin 
emosional hə yəcanları kimi nəzərdən keçirmək olar. Lakin bütünlükdə oxşarlı­
ğa baxmayaraq, vicdan və utancaqlığı eyniləşdirmək olmaz. Utancaqlıq, qeyd 
edildiyi  kimi,  şahid  tələb  edir.  Məsələn,  insan  dəbə  uyğun  geyinmədikdə  də 
utancaqlıq  hissi  keçirə  bilər.  Halbuki  o,  bu  geyimdə  evdə  sərbəst  gəzə  bilər, 
tanışlarla  rastlaşmayacağına  əmin  olduqda,  hətta  evdən  belə  də  çıxa  bilər. 
Bəzən isə insan utancaqlıq hissi keçirdiyi halda vicdan əzabı çəkmir. Məsələn, 
kimsə  avtobusda  sizi  itələ diyi  üçün  siz  kiminsə  ayağını  tapdalamısınızsa,  bu 
halda o adamdan üzr istəsəniz də, vicdan əzabı çəkmirsiniz, çünki sizdə günah 
olmayıb. Çox vaxt vicdan bütün mənəviyyatın sinoniminə çev rilir. Ona görə də 
tez­tez belə ifadələrə rast gəlirik: “sənin vicdanın yoxdur”.
Vicdanda qiymətləndirmə, hərəkətlər və qərar ətrafdakıların rəyi ilə deyil, 
borc hissi ilə əlaqələndirilir. Vicdan tələb edir ki, insan heç kim görmədikdə, 
heç  bir  nəzarət  olmadıqda,  bu  hərəkətdən  heç  vaxt,  heç  kimin  xəbər  tutma­
yacağına  əmin  olduqda  belə  pis  iş  tutmasın.  Vicdan  insanın  özü  qarşısında 
məsuliyyətini  tələb  edir.  Vicdan  borcun  yerinə  yetirilməsinə  səbəb  olur.  Bu 
halda  deyirik:  “mənim  vicdanım  sakitdir”  və  ya  “təmizdir”.  Yəni  insan  öz 
öhdəsinə düşən iş ləri imkan dairəsində yerinə yetirir.
Etikada  və  ümumiyyətlə,  gündəlik  leksikonda  tez­tez  işlənən  ifadələrdən 
biri də “vicdan azadlığı”dır. Etikaya görə, vicdan azad olmalı, azadlıq isə vic­
danla  yaşamaq  kimi  başa  düşül mə lidir.  Ümumişlək  mənada  insanın  mənəvi 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə