Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

70
yetirməkdir. Sokrata görə, ədalət özgənin rifahıdır (xoşbəxtliyidir). Yaxşı adam 
ədalət sizlik etməz. Sokrat da, pifaqorçular da bu fikirdə idilər ki, ədalətsizlik 
etməkdənsə,  ədalət siz likdən  əziyyət  çəkmək  daha  yaxşıdır.  Aristotel  hesab 
edirdi ki, iki cür ədalət mövcuddur: təbiətən ədalətsizlik, qanuna görə ədalət. 
Sonuncu dövlət tərəfindən müəyyən edilir. Aristotel üstünlüyü birinciyə versə 
də, diqqətini ikincinin üzərində cəmləşdirirdi: ədalətli olmaq – qanuna, qanun 
isə  fəzilətlərə  riayət  etməyi  tələb  edir:  mərdliyə,  müdrikliyə  və  s.  Beləliklə, 
ədalət  ən  kamil  fəzi lətdir.  Digər  fəzilətlər  də  burada  cəmləşir.  Lakin  ədalət 
digər  insanlara  münasibətlə  müəyyən ləşir.  Buna  görə  də  onun  çıxış  nöqtəsi, 
prinsipi bərabərlikdir. Qeyri­bərabərlik ədalətsizliyə gətirib çıxarır, insan özünü 
digərlərindən fərqli olaraq daha yaxşı təmin edir. Bir sözlə, ədalət israfçılıqla 
çatışmazlıq arasında olur. Artistotel bir də onu qeyd edir ki, insan bilmədən pis 
iş  görürsə  (məsələn,  atasını  düşmən  zənn  edib  öldürür),  bu,  ədalətsizlik  yox, 
bədbəxtlikdir.
Aristotelə görə, fəzilətlər fitri deyil, təcrübə ilə əldə ediləndir. Orta əsrlərin 
xristian  etikası  3  növ  fəzilətdən  bəhs  edir:  1)  inam;  2)  ümid;  3)  məhəbbət. 
İnam  – Allaha  inam,  ümid  – Allahın  mərhəmətinə  ümid,  məhəbbət  – Allaha 
məhəbbət nəzərdə tutulurdu.
Şər  –  xeyrin  antipodu,  mənfi  etik  kateqoriyadır.  O,  mənəviyyatsızlığın, 
əxlaqa  zidd  və  mühakiməyə  səbəb  olan  hərəkətlərin,  bütün  mənfi  mənəvi 
keyfiyyətlərin  ümumi  xarakteris tika sıdır.  Mənfi  mənəvi  keyfiyyətlərə  antihu­
manizm,  zorakılıq,  yalan,  alçaqlıq,  oğurluq,  xuliqanlıq,  zalımlıq,  satqınlıq, 
xəbərçilik  və  s.  aiddir.  İstismar,  işğalçılıq  müharibələri,  başqa  dinlərin,  azad­
fikirliliyin, başqa dərili insanların, digər millətdən, təbəqədən, mənşədən olan­
ların  təqibi  və  s.  kimi  qlobal  miqyaslı  “şərin”  mövcud  olduğu  cəmiyyətdə 
“mikroşər” də mövcud olur ki, bu da insanların gündəlik həyatına və psixolo­
giyasına  daxil  olaraq,  adətə  çevrilir.  Bunlara  kobudluq,  eqoizm,  digərlərinin, 
hətta öz qohumlarının dərdinə laqeydlik, qəddarlıq, yalançılıq, sərxoşluq, bic­
lik, fırıldaqçılıq və s. aiddir. Belə hallarda güclü zəifi incidir, kimsə öz günahı­
nı başqasının üstünə atır, xuliqan adamları təhqir edir, satıcı adamları acılayır, 
bürokrat rüşvət gözləyir, taksi sürü cüsü, usta, ofisiant gördüyü işdən dəfələrlə 
çox pul tələb edir, kiçiklər böyüklərə hörmət etmirlər, kişilər otururlar, qadın­
larsa  ayaq  üstə  qalırlar,  işdə  xaltura  edilir,  vəzifədən  şəxsi  məq sədlər  və  ya 
qazanc üçün istifadə edilir, rəhbər işçilər öz tabeçiliyində olanların qayğısına 
qalmır, yalnız öz rütbəsi barədə düşünür, zəhmətsiz gəlirlərlə yaşayır.
Şər ya özgəsinin hesabına özünütəsdiqə cəhd formasında, ya da iradəsizlik 
formasında,  mövcud  şəraitin  təzyiqinə  müqavimət  göstərə  bilməmək  kimi 
mövcud  olur.  Hərəkətin  və  ya  niyyətin  əxlaqsızlıq  kimi  qiymətləndirilməsi 
milli şüurda və milli mədəniyyətdə bu anlayışların mövqeyi ilə bağlıdır.
Z.Göyüşov “Əxlaqi sərvətlər” adlı əsərində bu problemləri belə şərh edir: 


71
“Xeyir  kate qori yası  etikanın  əsas  və  müəyyənedici  kateqoriyasıdır.  Bu  kate­
qoriyanın  məzmunu  düzgün  müəy yən  edilməsə,  heç  bir  etik  problemi  həll 
etmək olmaz. Xeyir və şər anlayışları elə mühüm və elə ümumi anlayışlardır 
ki,  bunlarsız  hətta  əxlaqi  hərəkət  və  davranışlara  qiymət  vermək  də  olmaz. 
Xeyir artıq müsbət qiymətləndirilmiş və əxlaqi sərvət şəkli almış kateqoriyadır. 
Bunun əksinə olaraq, şər mənfi qiymətləndirilmiş əxlaqi keyfiyyət və sifətlərin, 
hərəkət və davranışların təcəs sümüdür. Geniş mənada xeyir əxlaqlılığı, şər isə 
əxlaqsızlığı ifadə edir. Başqa etik kateqoriya lar kimi xeyir və şər kateqoriyaları 
da  zaman  keçdikcə  dəyişmiş,  sinfi  xarakter  daşıyaraq  müxtəlif  məzmun  kəsb 
etmişdir.  Lakin  əxlaq  yarandığı  gündən  indiyədək  xeyir  ayrı­ayrı  insan  qrup­
ları,  siniflər  və  bütövlükdə  cəmiyyətin  əxlaq  cəhətcə  bəyəndiyi,  təqdir  etdi­
yi,  fəzilət  hesab  etdiyi  hərəkət  və  davranışları,  şər  isə  cəmiyyətin  pislədiyi, 
bəyənmədiyi, qəbahət saydığı hərəkətləri ifadə etmişdir. Buna görə də bu anla­
yışlar özündə müəyyən ümumbəşəri cəhəti də, nisbi sabitliyi də ehtiva edir”.
13. Borc və vicdan
Borc və vicdan anlayışları insanın daxili tələbatlarından irəli gələrək etika­
da mərkəzi yer tutur. Onlar insanın şüurunda şəxsiyyətin cəmiyyətə, kollektivə, 
digər  insanlara  və  özünə  olan  mənəvi  öhdəçiliklərindən  irəli  gəldiyi  üçün 
müəyyən  əxlaq  normaları  və  mənəvi  prinsiplərlə  bağlıdır.  Mənəvi  dəyərlər 
imperativdir, yəni vacibdir. Onlar əxlaq normaları və prinsipləri ilə bağlı olub, 
insanlar arasındakı münasibətləri tənzimləyir. Bunlara yalnız hər hansı şəraitlə 
əla qədar yox, hər zaman riayət olunmalıdır. Bunları yalnız məhdud dairədə – 
qohumlar,  dostlar,  kolleqalar,  yerlilərlə  deyil,  bütün  insanlarla  münasibətdə 
əldə rəhbər tutmaq lazımdır. Mənəvi imperativlər yerindən, şəraitdən, zaman­
dan,  milliyyətdən,  şəxsiyyətdən  asılı  olmayıb,  universal  xarakter  daşıyır.  Eti­
kada  borc  və  vicdan  anlayışlarının  fitri  olması  barədə  baxışlar  geniş  yayıl­
mışdır.  Bu  anlayışlar  fərdi  inkişaf  prosesində  formalaşır,  çünki  cəmiyyətdə 
müxtəlif  insanların  borc  və  vicdanının  inkişaf  səviyyəsi  eyni  deyil.  Bəziləri 
borc  və  vicdanı  xoşbəxtliyə  qarşı  qoyur  və  hesab  edirlər  ki,  bu  zaman  insan 
öz  istəyinin  əksinə  getməli  olur:  “istəyirəm”  və  “etməliyəm”  anlayışları  bir­
birinə  qarşı  çıxır.  Lakin  bir  çox  filosoflar  hesab  edirlər  ki,  insan  öz  borcunu 
yerinə yetirdikdə və ya vicdanla hərəkət etdikdə öz işindən zövq alır, məmnun 
olur. Məsələn, suda boğulanı xilas edərkən insan öz bahalı geyiminin korlan­
masına heyfsilənməməlidir. Bəzən cinayətkarlar “vəzifə borcu” adı ilə öz çir­
kin  əməllərini  həyata  keçirirlər.  Məsələn,  faşistlərin  törətdikləri  antihumanist 
hərəkətlər  buna  misaldır.  “Azərbaycanfilm”  kinostudiyasının  istehsalı  olan 
“İstintaq” filmində müstəntiqlə müttəhimin söhbəti, müttəhimin verdiyi ifadələr 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə