Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

72
bu  baxım dan  maraqlıdır.  Müttəhim  əlbir  işlədiyi  cinayətkar  yoldaşlarını  ələ 
verməməyini  belə  əsaslandırır:  “Mən  onlarla  bu  şərtlərə  əsasən  işləməyə  söz 
vermişəm, indi də öz borcumu yerinə yetirirəm”.
Borc  kateqoriyası  insanın  cəmiyyət  və  ya  digərləri  qarşısındakı  mənəvi 
öhdəçiliyidir.  Bu,  obyektiv  olaraq  mövcud  olan  ictimai  öhdəçiliyin  yerinə 
yetirilməsi  ilə  əlaqədar  daxili­mənəvi  zərurətdir.  Borcun  mənbəyi  və  təməli 
ictimai  maraqdır.  Borc  daxilində  maraq  imperativ,  amiranə  xarakter  alaraq 
hakim  meyil  kimi  üzə  çıxır  və  hərəkəti  seçən  motivi  müəyyənləşdirir.  Lakin 
insan  öz  öhdəsinə  düşəni  avtomatik  şəkildə  yerinə  yetirmir.  Borc  həmişə 
hərəkətin motivlərindən biri kimi çıxış edir. Bu halda o, digər kateqoriyalardan 
fərqli olaraq, daha güclü, amiranə stimula çevrilir.
İnsanda  olan  borc  hissi  hələ  qədim  dövrlərdən  mövcuddur.  Sinifli  cəmiy­
yətə keçid bu hissin yaranmasına şərait hazırlayır ki, bu da mənəvi təsəvvürləri 
alt­üst edir. Mənəvi inkişafın yeni dövrü başlayır. İnsanların kollektiv qarşısın­
da borc hissi yaranır. Cəza ilə əlaqədar qorxu kollektivin nüfuzunun artmasına 
gətirib çıxarır. Çətin məqamda kollektivin köməyinə arxalan mağın mümkünlü­
yünü  dərk  edən  insan  kollektivlə  hesablaşmağa,  ictimai  prinsip  və  norma­
lara əməl etməyə daxili tələbat duyur. Borcun yerinə yetirilməsi məcburi xarak­
ter  daşımamalıdır.  İnsanın  borcu  mənəvi  ideala  uyğun  gəlməlidir.  O  daim 
xeyirxahlığa doğru yönəlməli, imkan dairəsində hamıya yaxşılıq etməli, şərdən 
uzaq olmalıdır. Borc insanlar arasındakı müna sibət lərin özünəməxsus mexaniz­
midir.  Könüllülük  prinsipinə  əsaslanan  borcda  şəxsi  və  ictimai  cə hətlər  vəh­
dətdə olmalıdır.
Mənəvi  borc  anlayışına  daxil  olan  öhdəçilik  yalnız  gələcək  qarşısında 
deyil, həm də keçmişə aiddir. Bura Vətən uğrunda canından keçənlərin ruhu­
na  hörmət  və  s.  aiddir.  Borcun  kö nüllü  surətdə  yerinə  yetirilməsi  şəxsiyyətin 
yüksək mənəvi şüurundan xəbər verir.
Borcun  müxtəlif  formaları  mövcuddur  ki,  bu  da  ictimai  şəraitdən,  həyati 
situasiyalardan,  öhdəçilikdən  asılıdır,  məsələn,  Vətənlə  bağlı  “vətənpərvərlik 
borcu”,  dövlətlə  bağlı  “vətəndaşlıq  borcu”,  bundan  başqa,  “beynəlmiləlçilik 
borcu”, “hərbi borc”, “peşə borcu” və s. Lakin insan yalnız cəmiyyət qarşısında 
deyil, özü və yaxınları qarşısında da müəyyən borca malikdir. Məsə lən, “ailə 
borcu”, “yoldaşlıq borcu” və s.
Mənbələrə görə, borc anlayışını etikaya ilk dəfə Demokrit gətirib O, bunu 
in san fəaliy yəti nin daxili motivi ilə əlaqələndirir, ağılla icra edilən yaxşı əməl­
ləri  qorxu  və  ya  məcburiyyət  qar şısında  görülənlərdən  qat­qat  üstün  tuturdu. 
Məsələn, satıcı müştəriyə yaxşı xidmət göstərirsə, bunun 2 səbəbi ola bilər: ya sa ­
tıcı işini itirməkdən qorxur, ya da sadəcə olaraq, öz vəzifə borcunu yerinə yetirir.
Balaca  uşaqlarda  öz  öhdəçilikləri  barədə  təsəvvür  olmadığı  üçün  onlar 
böyüdükcə yaşlıla rın tələblərini mənimsəyir və özlərində mənəvi keyfiyyətlərin 


73
formalaşmasına  zəmin  yara dırlar.  Beləliklə,  fərdin  şüurunda  borc  və  buna 
uyğun  hisslər  və  təsəvvürlər  formalaşır.  Borcun  dərk  edilməsi  əxlaqi  şüurun 
digər  komponentləri  –  ədalət,  vicdan  və  s.  ilə  sıx  bağlıdır.  Ədalətlə  hərə kət 
etmək – borcun yerinə yetirilməsindən irəli gəlir. Borcu yerinə yetirmək – insa­
nın  vicdanı  ilə  bağlıdır.  Deməli,  borc  əxlaqi  zərurətdir.  Buna  xüsusi  mənəvi 
motiv də demək olar.
Borc anlayışı dilimizdə 2 mənada işlənir: maddi və mənəvi borc: 1) “Mən 
qonşuya  100  manat  borcluyam”;  2)  “Mən  dostuma  kömək  etməyə  borclu­
yam”.  Mənəvi  borca  insanların  bir gəyaşayış  prosesində  yaranan  öhdəçilikləri 
(məsələn,  Vətən,  xalq,  kollektiv,  ailə,  valideyn  qar şısındakı  borc  və  ya 
ər­arvadlıq  borcu),  o  cümlədən  peşə  fəaliyyəti  (müəllimlik  borcu,  həkimlik 
borcu və s.) ilə bağlı vəzifələri aiddir.
Xüsusi (qeyri­tipik) vəzifələri, xüsusi qayda və tələblərin yerinə yetirilmə­
sini borcdan fərqləndirmək lazımdır. Bunlar etiket, ünsiyyət sahəsinə və s. aid­
dir. Məsələn, “teatra” getmi si niz sə, əvvəlcə bilet alırsınız, sonra zalda məhz öz 
yerinizi tutursunuz, tamaşa zamanı söhbət etmirsiniz, telefonunuzu söndürürsü­
nüz, yerə zibil atmırsınız və s. Siz bunu etməyə borclusunuz, yəni teatrın qay­
da­qanununa əməl etməyə məsuliyyətlisiniz, bu, sizin vəzifənizdir. Borc insanı 
digərləri  ilə,  cəmiyyətlə  bağlayır  və  obyektiv  öhdəçiliklər  əldə  edir.  Obyek­
tivlik – yəni bizim istəyi mizdən asılı olmayaraq mövcud olan öhdəçiliklərdir. 
Bunlara əməl etməsək, ətrafdakılara ziyan vurarıq. Məsələn, dostumuzu aldat­
saq, onun qarşısındakı borcumuzu, dostluq öhdəçiliyini yerinə yetirməsək, dos­
tumuzu  itirə  bilərik  və  ya  iş  yerində  səhlənkarlığa  yol  versək,  oğurluq  etsək, 
işimizi itirə bilərik. İctimai borc bəzi hallarda qanunla tənzimlənir.
İmmanuil  Kant  borcu  etikanın  ən  əsas  kateqoriyası  hesab  edərək,  onu 
fəaliyyətin müəyyən sxemi, davranış norması adlandırır. Kantın etikasını “borc 
etikası” da adlandırmaq olar. Kant borc anlayışını son dərəcə nəzəri və norma­
tiv səviyyəyə qaldırır, onu əxlaqın spesifikası ilə əlaqələn dirir. Kantın etikaya 
aid  əsərləri  çoxdur.  Bunlardan  daha  mühümü  1787­ci  ildə  yazdığı  “Təcrübi 
zəkanın tənqidi” əsəridir.
Belə güman edilir ki, insanın fərdi əxlaqi şüurunda vicdan borca nisbətən 
öndə gedir. O, insanın daxili hakimi olub, öz hərəkətlərini hiss etmək və başa 
düşmək qabiliyyəti kimi çıxış edir. Şəxsiyyətin müstəqilliyinin, əxlaq azadlığı­
nın və buna uyğun mənəvi məsuliyyətinin art ma sı ilə əlaqədar insanın mənəvi 
şüurunda  bir  qədər  sonra  borc  anlayışı  formalaşır.  Borc  və  vicda nın  ümumi 
cəhətləri  çoxdur.  Onlar,  adətən,  məzmunca  oxşar  olub,  insanın  hərəkətlərinin 
əxlaqi  tənzimlənməsi  zamanı  oxşar  funksiyalar  yerinə  yetirir.  Əgər  borc­
da  əxlaqın  daha  çox  imperativ,  amiranə  cəhətləri  ifadə  olunursa,  vicdan  ilk 
növbədə insanın hərəkətlərinin nəzarətçisidir. Vicda nın əsas xüsusiyyəti budur 
ki, o, dərin intim hiss olub, insanın daxili həyəcanlarında özünü göstərir. Vic­


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə