86
faciədir. Bu zaman insan öz istəklərini həyata keçirmək imkanından obyektiv
və ya subyektiv səbəblər üzündən məhrum olur. Bəziləri hesab edirlər ki, izti
rab çəkməyən adamlar xoşbəxtdirlər. Lakin bu, insanlıqdan uzaq haldır. İnsan
qəlbi özgə iztirablarını başa düşməli, onlara şərik çıxmağı bacarmalı, imkan
dairəsində kömək etməyə meyilli olmalıdır. Yalnız iztirablarla qarşılaşdıqdan
sonra insan həyatın rəngarəngliyini, onun yalnız sevincdən deyil, kədərdən də
ibarət olduğunu dərk edir. Bədbəxtlik bəzən bəxti gətir məkdən daha çox, insa
nın pis xasiyyətli olmasının nəticəsidir. Heç kim səhv buraxmaqdan, günah
işlətməkdən, xəstəliyə tutulmaqdan, pis adamların ona vuracağı zərbədən və
yaxın adam larını itirməkdən sığortalanmayıb. Bədbəxtliyin səbəbi də çox vaxt
elə bunlar olur. Hər adamın həyatında sevincli və kədərli günlər mövcuddur.
Xoşbəxtliklə bədbəxtlik birbirini istisna etmir. Eyni cəmiyyətdə hamının eyni
dərəcədə xoşbəxt olması mümkün deyil. Rəqiblərdən hansınınsa xoşbəxtliyi
digərinin bədbəxtliyinə səbəb ola bilər. Çox vaxt insanlar xoşbəxtlikdən
danışarkən yalnız şəxsi xoşbəxtliyi nəzərdə tuturlar. Çoxları isə hesab edirlər
ki, insan məhz öz borcunu yerinə yetirdikdə xoşbəxt olur.
Bəzən həyatda insanın elə halları olur ki, o, cəmiyyət tərəfindən qınanılan
və özünə heç bir zaman layiq bilmədiyi hərəkətləri etmək istəyir. Hətta özü
elə vəziyyət yaradır ki, qanunqaydaya riayət etməli olmasın. Bunu bir anlıq
gözünün önünə gətirən insan özünü müstəqil və sərbəst hiss edir. O hətta öz
adətlərinə, vərdişlərinə də riayət etmir. Bəzi xalqların mədəniy yətlər ində belə
hallar üçün xüsusi şərait mövcuddur. Bu cür kütləvi formalardan biri karna
vallardır. Karnaval zamanı insan maska taxır və tanınmayacağına əmin oldu
ğu üçün özünü sərbəst aparır, istədiyi hərəkətləri edir və öz məqsədinə çatmaq
üçün yollar axtarır. Belə “sərbəstliyə çıxma” iri həcmli tədbir olan karnavallar
la yanaşı, kamera xarakteri daşıyan kiçik formalar, məsələn, lətifələr vasitəsilə
də həyata keçirilir. Lətifələrin köməyi ilə “sarı sim”ə toxunan, çox incə mövzu
ların gülüş vasitəsilə ifşa olunmasına geniş şərait yaranır.
İnsanın həzzalma mənbələrinin çoxsaylı olmasına baxmayaraq, həzzin özü
həmişə ani,
müvəqqəti, qısamüddətli olur. O heç vaxt kifayət etmir.
Həzz – tələbat və maraqların təmin edilməsi ilə müşayiət edilən hiss və
həyəcandır. Bioloji baxımdan həzz və iztirabların təsiri (rolu) onların adaptiv
(uyğunlaşdırıcı) funksiya daşıması ilə müəyyən olunur. Həzz – orqanizmin
tələbatlarına cavab verən fəallığı stimullaşdırır, həzzin yoxluğu və iztirab isə
orqanizmi onun üçün təhlükə törədəcək təsirlərdən təcrid edir. Psixo fizioloji
baxımdan həzz tələbatların təmin edilməsi olub, daxili gərginliyin fiziki və
psixi cə hətdən azalması və sönməsi ilə müşayiət olunur, orqanizmin zəruri
funksiyalarının bərpa edilməsinə səbəb olur. Həzzin insan üçün faydalı olması
müəyyən normativ mövqeyə gətirib çıxarır: həzzalma, məmnunolma orqanizm
üçün ideal olduğundan, insan bu halı əldə etməyə çalışmalıdır. Etikada belə
87
mövqe
hedonizm adlanır (yunanca “hedone” həzz deməkdir). Baxışlar sistemi
və həyat tərzi kimi mövcud olan hedonizm o təsəvvürlərə əsaslanır ki, insan
fəaliyyətinin əsas mənası və xoşbəxtliyin real təməli iztirablara qarşı ikrah hissi
keçirmək və həzzə can atmaqdadır.
Bütün etik sistemlərdə xoşbəxtlik bilavasitə həyatın mənası anlayışı ilə
əlaqələndirilir. Xoşbəxtlik kimi həyatın mənası da yalnız şəxsi xoşbəxtlik
üzərində qurula bilməz. Bu hal gectez fərdi xarakter alaraq eqoizmə aparır.
Etik sistemlərin çoxunda xoşbəxtlik insan hüquqlarının ayrılmaz hissəsi,
xoşbəxtliyə can atma isə insanın fitri xüsusiyyəti kimi nəzərdən keçirilir.
İnsan özünü dərk etməyə başlayandan onu həyati əhəmiyyətli suallar nara
hat etməyə baş layıb: “İnsan nə üçün yaşayır?”, “Onun məqsədi nədir?”, “İnsa
nın xoşbəxtliyi nədədir?”, “Hə yatın məzmunu və məqsədi nədir?”. Beləliklə,
həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Xoşbəxtlik və
həyatın mənası problemi etika tarixində çoxlarını düşündürüb. Bu baxışları
əsasən 3 qrupa bölmək olar:
1) həyatın mənasını fərdi nailiyyətlərlə bağlayan
lar; 2) dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmaqla bağlayanlar;
3) insan həyatını və möv cud luğunu absurd, mənasız hesab edənlər.
Birinci cərəyanın nümayəndələri fərdiçilik konsepsiyasını irəli sürənlər
hedonizm (həzz) və evdemonizm (xoşbəxtlik) prinsiplərini ön plana çəkirlər.
Xoşbəxtliyin maksimum qane olunma kimi başa düşülməsi utilitarizm (yararlı
lıq) etikasında da mövcuddur. Bu eqoistik kon sep siyanın əxlaqa zidd olduğunu
onun tərəfdarları da hiss etdiklərindən özlərini təmizə çıxarmaq üçün müxtəlif
bəhanələr tapırdılar. Epikurdan tutmuş, fransız maarifçilərinədək bu problemlə
məşğul olanlar, yeni nəzəriyyə – “ağıllı eqoizm” nəzəriyyəsini ortaya atdılar.
İkinci cərəyan daha çox dini etika tərəfindən irəli sürülür. Bu dünyadakı
həyatın insanlar üçün Allah tərəfindən sınaq kimi göndərilməsi və əsl həyatın
o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün istifadə edən bəzi din
xadimləri bu minvalla insanları
asketizmə (tərkidünyalığa) ruhlandırır. Keç
miş əsrlərdə, əsasən, hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insan
ları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən çəkindirir, dinin özünə qarşı
isə düzgün olmayan münasibət formalaşdırırdı. Əslində, din insanı xoş həyat
uğrunda fəaliyyətdən, zəhmətdən, mübarizədən nəinki çəkindirmir, əksinə,
insanı öz həyatını yaxşılaşdırmaq, asanlaş dırmaq üçün elmlərə yiyələnməyə,
əməksevərliyə təhrik edir, öz xoşbəxtliyini düşünməyi, həm çinin digərlərinin,
xüsusən imkansızların qayğısına qalmağı məsləhət görür. Uzun müddət ateist
lər, xüsusilə İslam dininin düşmənləri bu kimi məsələləri təhrif olunmuş
şəkildə izah edərək insanları çaşdırmışlar. “Qurani Kərim”i özü şəxsən oxuma
yan insanlar, özünü “molla” adlandıran, savadsız fırıldaqçıların danışdığı cəfən
giyatla kifayətlənməli olurdular. Bu gün insan ların dini şüurunun və savadının
artması sayəsində İslamın ən humanist din olması qəbul edilir. Fanatizmdən,