Çağdaş dövrə xas olan mənəvi problematikanın aktuallığı onun tədqiqinin bütün



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#80665
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

88
cəhalətdən,  avamlıqdan,  savadsızlıqdan  uzaqlaşaraq  sırf  dini  mövqe  tutanlar 
həyatın əsl mənasını dərk edir, bütün gücünü, qüvvəsini, vaxtını, ağıl və düşün­
cəsini insanların xoşbəxtliyi, xoş həyatı uğrunda mübarizəyə həsr edirlər.
Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüma­
yəndələri  insanın  mövcudluğunun  mənasını  inkar  edir,  onun  absurd,  mənasız 
olduğunu  sübut  etməyə  çalışırlar.  Kinik  (e.ə.  IV  əsr,  əxlaq  normalarını  inkar 
edən  fəlsəfi  məktəb)  məktəbinin  etikasında,  ekzisten sia list lərdə  (mövcudluq 
fəlsəfəsi) və sairdə bunun izlərinə rast gəlmək olar.
Etika tarixində həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yara­
dıcısı  Epikur  sa yılır.  O,  həyatın  mənasını  müdriklikdə  görür.  Onun  fikrincə, 
insan  ağlı  ilə  bütün  mənasız  arzu lardan  əl  çəkməli,  qəlbin  rahatlığına  nail 
olmalıdır.  Qədim  Yunan  filosoflarından  Gegesi  hesab  edirdi  ki,  o  vaxt  yaşa­
mağa dəyər ki, həyatın gətirdiyi həzzin miqdarı iztirablardan çox olsun. Əgər 
əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu filosof sonra­
lar Peysi tanatos ləqəbi qazanır ki, bu da “intihar carçısı” mənasını verir. Onun 
mühazirələri İskəndəriy yədə bu səbəbdən qadağan edilmişdi.
XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqla­
rından ayırmağa qarşı qətiyyətli çıxış etdilər. Bu, onların əvəzsiz xidmətləridir. 
Onlar  həyatın  mənasını  xoşbəxt liyə,  dünyəvi  ideala  qovuşmaqda  görür,  elmi 
nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər. 
Psixoloq E.Fromm yazır ki: “İnsan yeganə heyvandır ki, onun var lığı özü üçün 
problemə çevrilir, o, bu problemi həll etməlidir və ondan heç yerə qaça bilməz”.
Keçmişini və gələcəyini, özünü və ətrafdakıları, etdiyi hərəkətləri və gətirə 
biləcəyi  yeni likləri  düşünməyən  adamın  həyatını  mənalı  hesab  etmək  olmaz. 
İnsan təbiətən praktik məxluq dur. O, qarşısına məqsəd qoyur və onlara çatma­
ğa  çalışır.  Məqsəd  və  vəzifələrsiz  insan  heyvana  çevrilir.  İnsan  öz  inkişaf  və 
fəaliyyət  perspektivlərini,  həyatının  məqsədini,  nəyə  əsaslanmalı  olduğunu 
başa düşməli, bilməli və görməlidir.
Həyatın  mənası  və  həyatın  məqsədi  anlayışları  bir­biri  ilə  sıx  bağlı  olsa 
da, eyniyyət təşkil etmir. Həyatın mənası – insanın istəyindən asılı olmayaraq, 
obyektiv şəkildə mövcuddur. Həyatın məqsədi – daxili, şəxsi və konkret olub, 
insanın  özü  tərəfindən  qoyulur.  Bu,  hər  hansı  peşəyə  yiyələnmə,  konkret  bir 
işdə hansısa nəticəni əldəetmə və s. ola bilər. İnsanın bütün həya tının məqsədi 
ayrı­ayrı konkret hissələrdən ibarət ola bilər ki, bunun da məcmusu bütöv bir 
proqram  təşkil  edir.  Şüurlu  surətdə  qarşıya  qoyulmuş  məqsədin  əxlaqi  tərəfi 
onun həyatın məna sına olan münasibəti ilə ölçülür.
Bütün  tələbatları  birdən  yerinə  yetirmək  mümkün  deyil.  Böyük  və  kiçik 
məqsədlər  mövcuddur.  Kiçik  məqsədlər  yaxın,  bilavasitə,  birgünlük  olduğu 
halda, böyük məqsədlərə çat maq üçün insan bəzən bütün ömrünü həsr etməli 
olur. Məsələn, dissertasiya müdafiə etmək, milyon dollar toplamaq, Amerika­


89
ya getmək, özü üçün ayrıca ev almaq və s. Bunlar məqsəd­ideallardır. Həyatın 
mənası  ayrı­ayrı  məqsədlərin  əhəmiyyətliliyi  ilə  deyil,  insanın  bütün  həyat 
boyu davranışı, götürdüyü istiqamətlə müəyyənləşir.
Bəzən  insanın  məqsədi  şəxsi  mənfəət  çərçivəsindən,  karyeradan  “o  yana” 
getmir.  Hətta  əxlaqa  zidd  məqsədlər  də  olur  ki,  bunlara  bəraət  qazandırmaq 
mümkün deyil. Lakin belə də düşünmək düzgün olmazdı ki, həyatın mənası, 
guya,  yalnız  ictimai  rifahla  bağlı  olmalıdır.  Cəmiyyət  ayrı­ayrı  fərdlərdən 
ibarət olduğu üçün hər bir insanın səadəti mühüm əhəmiyyət kəsb edir. Hər bir 
insan  ilk  növbədə  özü,  öz  şəxsi  xoşbəxtliyi  barədə  düşünməlidir.  Cəmiyyətin 
xoşbəxtliyi ali məqsəd olduğu halda, fərdin xoşbəxtliyi son məqsəddir.
Həyatın  mənası  anlayışı  sosial  amillərlə  yanaşı,  şəxsi  həyatda  baş  verən 
bəzi  hadisələrlə  də  bağlıdır.  Bura  yaxın  adamların  itirilməsi,  şəxsi  həyatdakı 
qəfil  dəyişikliklər,  müəyyən  yaş  dövrü  və  s.  aiddir.  Bu  zaman  yüksək  əxlaqi 
dəyərlərə  söykənmək  zəruridir.  Çünki  belə  olduqda  insan  istər­istəməz  xeyir, 
şər, ədalət, borc haqqında düşünür və bunları öz həyatı, taleyi, plan və ümidləri 
ilə əlaqələndirir. Həyatın mənasız olduğunu dərk edən insan mənəvi cəhətdən 
sarsılır, əsəbləri pozulur. Əlbəttə, həyatın mənası haqqında düşünmək və nara­
hat  olmaq  qabiliyyəti  bütün  insanlarda  eyni  deyil.  Bu,  insanın  peşəsindən,  iş 
qabiliyyətindən və başqa keyfiyyətlərindən asılı deyil.
İnsanın mənəvi həyatında belə bir fikir əsas rol oynayır ki, həyatın mənası 
var  və  son  məqamda  xeyir  şərə  qalib  gəlməlidir.  Bu  inam  olmasa  (hətta  zəif 
formada), insan həyatı ağır, məşəqqətli, yorucu və əzablı keçər.
İnsanın həyatı onun yaşadığı illərin sayı ilə yox, məzmunu ilə, ətrafdakılara 
münasibəti,  cəmiyyətə  verdiyi  xeyirlə,  əxlaqi  keyfiyyətləri,  həmçinin  şərəfi, 
namusu, vicdanı, ləyaqəti ilə qiymətləndirilir.


90
III HİSSƏ
 
PEŞƏ ETİKASI
1. Tətbiqi etika nəyi öyrənir?
İnsanın  biliyinin  və  texnoloji  imkanlarının  inkişafı  etik  problemlərin  də 
sayca çoxalmasına səbəb olduğundan, biologiya, fizika, kimya, təbabət və digər 
elmlərin nailiyyətlərinin əldə edil məsində etik təfəkkür də iştirak edir. Bu, eti­
kanın  da  bir  elm  kimi  müəyyən  dəyişikliyə  uğra ma sına  səbəb  olur.  Təbabət, 
siyasət, ekologiya, biznes və s. kimi müxtəlif sahələri məhz etika, daha doğru­
su, bunlarda mövcud olan ortaq etik problemlər birləşdirdiyi vaxt etikanın yeni 
sahəsinin – “Tətbiqi etika”nın meydana gəlməsinə ehtiyac yarandı.
“Tətbiqi elm” termini ilk dəfə təbiətşünaslıqda fundamental elmlərin tərki­
bində yaranıb, sonra humanitar elmlərə, o cümlədən fəlsəfə və etikaya keçib. 
Bunun üçün həmin elmlərin nəzəri hissələri həddindən artıq inkişaf etməli və 
praktikadan uzaqlaşmalı idi. Nəzəriyyə və praktika arasında fərqi ilk dəfə klas­
sik  alman  fəlsəfəsinin  banisi  İ.Kant  görərək  “təcrübi  zəkanı”  əxlaqi  idrak  və 
davranışın  sinonimi  kimi  işlətmişdir.  Kanta  qədər  etikanın  əsaslandırılması 
müxtəlif  empirik­hedonist,  utilitar  (həzz  prinsipinə,  mənfəət  prinsipinə 
əsas lan maq)  üsullarla  əlaqədar  idi.  İlk  dəfə  olaraq  Kant  etikanın  nəzəri 
əsaslandırılmasının  mümkünlüyünü  sübut  etmişdir.  Məhz  bu  səbəbdən  Kantı 
“Tətbiqi etikanın” ilk nümayəndəsi hesab etmək olar.
Müasir  dövrdə  tətbiqi  etikanın  əhatə  dairəsi  genişdir:  bioetika,  ekoetika, 
biznes  etikası,  pedaqoji  etika,  hüquqi  etika,  siyasi  etika,  parlament  etikası, 
incəsənət etikası, hərbi etika, senzura etikası, kompüter etikası və s. Bu sahə­
lərin  hər  biri,  öz  növbəsində,  kifayət  qədər  müstəqil  olub,  özünəməxsus 
prob lematikaya malikdir. Məsələn, bioetikada “gen mühəndisliyi”, “klonlaş­
dırma”,  “surroqat  (saxta,  əvəzedici)  analıq”;  ekoetikada  “təbiət  və  onun 
hüquqları”, “atılmışlar”; hüquqi etikada “şpionaj”, “ölüm hökmü”; kompüter 
etikasında  robotlardan  insan  əməyinin  əvəzedicisi  kimi  istifadə  edilməsi; 
tibbi etikada evtanaziya, insan orqanlarının transplantasiyası və s. prob lemlər 
mövcuddur.
İnsanın  özünün  bir  fərd  kimi  cəmiyyətdə  real  statusunun  dəyişməsi  və 
bununla  əlaqədar  dövlətin  onun  hüquqlarının  qorunmasına  təminat  verməsi, 
inkişaf  etmiş  texnologiyanın  insanın  sağlamlığına  və  rifahına  xidmət  etməsi 
və  s.  tətbiqi  etikanın  inkişafı  ilə  əlaqədardır.  Əxlaqın  insanların  milliyyəti, 
mədəniyyəti,  peşəsi  və  s.  ilə  əlaqədar  dəyişməsi  tələbatı  da  bu  qəbildən  olan 
problemlərin  yaranmasına  səbəb  olur.  Bu  problemlər  içərisində  peşə  etikası 
özünəməxsus əhəmiyyət kəsb edir


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə