Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə26/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

80 

 

məni ən ağır günümdə yalqız buraxıb gedirsən. Məni belə bir 



gündə  buraxdığın  üçün  Allah  sənə  lənət  eləsin!  Sən  onu  da 

bilməzsən  ki,  lənət  dünyada  ən  ağır  sözdür.  Amma  sən 

həqiqətən  də  bu  sözə  layiqsən.  Sən  xoş  günlərin  adamı 

imişsən.  Səni  o  bizi  Yaradana  tapşırıram!  Get,  Allah  cəzanı 

versin!  İnşallah!  Yaxınımda  olsaydın,  üzünə  də  tüpürərdim,-  

deyə əsəbindən Anarın əlləri titrədi. 

     Boşanma  məhkəməsindən  iki  ay  ötmüşdü.  Bir  axşam 

Anargil xəbərlərə baxırdılar. Xəbərçi Nabran yolunda iki minik 

maşınının  toquşması  nəticəsində  ağır  yol  qəza  hadisəsi  baş 

verdiyini  söylədi.  Qəza  nəticəsində  iki  nəfərin  öldüyünü,  iki 

nəfərin  də  ağır

 

yaralandığını  bildirdi.  O,  ölənlərin  haradan 



olduqlarını  və  adlarını  dedikdə,  evdəkilərin  bir  andaca  nitqi 

tutuldu.  Ölənlərdən  biri  Aynur  Rəşid  qızı  Muradova  idi.  O 

birinin  də  adı  və  familiyası  Anara  tanış  gəlirdi.  Hə,  bu  o  idi, 

Aynurun həkimi. Aynurun uşağı olması üçün onu müalicə edən 

həkim.   

    Aynur  Anardan  boşandıqdan  sonra,  onu  müalicə  edən 

həkim  ilə  isti  münasibət  yaradaraq,  onunla  mütəmadi 

görüşürlərmiş.  Bu  dəfə  onlar  bir  həftəliyə  Nabrana  istirahətə 

gedirmişlər. 

-  Ey,  hər  şeyə  qadir  olan,  Rəbbim!  Sən  həqiqətən  də 

böyüksən,

 

qüdrət və kəramət



 

sahibisən. Sən kimsənin haqqını 

kimsədə  qoymursan.  Min  şükürlər  olsun  Sənin  rəhminə!  Ey 

məzlumların  himayədarı,  Rəbbim.  Biçarə  bəndənin  səsini 

eşitdiyin  üçün  Sənə  şükürlər  olsun!    Sən  həqiqətən  də 

zalımların, yolunu azmışların, pis niyyətli insanların, fitnə-fəsad  

törədənlərin,  küfr  və  böyük  günah  sahibi  olanların  elə  bu 

dünyada da layiqli cəzalarını verirsən. Amma bu bəzi bədxah 

insanlara  yenə  də

 

ibrət  dərsi  olmur.  Mən  bu  hadisəyə 



sevinmirəm. Əksinə, yanlış yolda olan bir insanın bütün öyüd-

nəsihətlərə  baxmayaraq,  doğru  yola  qayıtmadığına  görə 

üzülürəm.  Sən  bütün  yolunu  azmışları  doğru-düzgün  yola, 



81 

 

haqqın  yoluna  hidayət  et,  ya  Rəbbim!  -  deyə



 

Anar  əllərini 

qaldırıb Tanrıya şükür etdi. 

    Bundan  sonra  Anarın  qəlbini  yandıran  atəşin  yerində,  bir 

sərinlik, yüngüllük və  məmnunluq hissi yarandı.  

 

                                                                                                                   



                                                                  21.06.2013                                                            

 

 



 

 

 



 

 

 



 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

 




82 

 

                        



Quru çörək 

                                               (hekayə) 

   

     


A

zad  müəllim  sinif  otağına  daxil  olub,  uşaqlar

la

 

salamlaşdıqdan sonra şagirdlərin dərsə davamiyyətini yoxladı. 



Zöhrə  İsmayılova  bu  gün  də  dərsə  gəlməmişdi.  Bu  artıq 

üçüncü  dəfə  idi  ki,  Zöhrə  Azad  müəllimin  dərsində  iştirak 

etmirdi. O, üzünü sinif nümayəndəsinə tutub soruşdu: 

-   Asəf, Zöhrə bu gün də dərsə gəlməyib, səbəbi nədir? 

-   Müəllim, bilmirik. 

-   Necə yəni bilmirik! Zöhrə sizin sinif yoldaşınız deyilmi? Niyə 

onunla  maraqlanmırsınız?  Keçən  dəfə  də  dərsə  gəlməmişdi. 

Uzaq  olsun,  bəlkə  başına  nəsə  gəlib?!  Bəs  sinif  rəhbəriniz 

buna nə deyir? 

-  Müəllim,  Zöhrə  son  zamanlar  sinif  yoldaşlarından  uzaq 

gəzməyə  çalışırdı.  O,  bizə  əvvəlkitək  yaxınlıq  etmir,  uşaqlara 

nədənsə  qaynayıb-qarışmırdı.  Səbəbini  də  soruşduq,  ancaq 

bizə heç nə demədi. - Asəf günahkarcasına dilləndi. 

-  Yaxşı,  mən  sinif  rəhbərinizlə  bu  barədə  söhbət  edərəm. 

Zöhrə  kimi  çalışqan,  tərbiyəli,  ağıllı,  zəkalı  və  nəzakətli  bir 

şagirdin  dərsə  bir  neçə  gün  gəlməməsi  hamını  narahat 

etməliydi.  Belə  bir  şagirdin  dərsdən  yayınmasına  əsla  yol 

vermək olmaz. - Azad müəllim şagirdindən ötrü narahat oldu. 

    Həm  dərslərini  yaxşı  oxuduğuna  görə,  həm  də  intizamlı 

şagird  olduğu  üçün  Azad  müəllim    Zöhrənin  xətrini  çox 

istəyirdi. Dərsdən sonra o, Zöhrənin sinif rəhbəri ilə görüşdü və 

onunla  intizamlı  şagirdi  barədə  söhbət  etdi.  Sinif  rəhbəri 

Fərhad müəllim dedi: 

-  Azad  müəllim,  düzü  Zöhrənin  son  zamanlarda  sinif 

yoldaşlarına  qarşı  davranışı  məni  də  narahat  etməyə 

başlamışdı. Əvvəllər yoldaşlarından bircə dəqiqə belə ayrı qala 

bilməyən  Zöhrə,  nədənsə  son  vaxtlar  yoldaşlarından  ayrı 

gəzərək, özünə qapanmışdı. Onunla bir neçə dəfə fərdi söhbət 




83 

 

apardım.  Amma  mənə  də  heç  bir  şey  söyləmədi,  səbəbini 



mənə də anlatmadı. Sadəcə, başını aşağı dikib susdu. 

-   Fərhad müəllim, Zöhrəgilin evində olmusunuzmu heç?

 

-   


Azad müəllim, düzünü deyim olmamışam.

 

-   Deməli, Zöhrənin müşkül bir problemi var ki, yoldaşlarından 



kənar gəzməyə çalışır.

 

Fərhad müəllim, 



 

Zöhrənin ev ünvanını 

mənə  verə  bilərsinizmi?  Mən  onunla  özüm  maraqlanacağam. 

Bəlkə,  ona  bir  köməyim  dəydi.  Oxuyan  şagirdi  diqqətdən 

kənarda  saxlamaq,  onu  özbaşına,  problemlərlə  baş-başa 

buraxmaq düzgün olmaz. 

-    Haqlısan,  Azad  müəllim.  Mən  gərək  bunun  səbəbini  nəyin 

bahasına  olursa-olsun  ondan  öyrənəydim.  Zöhrənin  ev 

ünvanını  sizə  verərəm,  sadəcə  şəxsi  işinə  baxmaq  lazım 

olacaq.  Bir  neçə  dəqiqədən  sonra  onun  ev  ünvanını  sizə 

verəcəyəm,  -  deyə  Fərhad  müəllim  Zöhrənin  şəxsi  işinə 

baxmaq üçün direktorun otağına getdi. 

     Azad  müəllimin  Zöhrəyə  qarşı  rəğbət  hissinin  artmasının 

kiçicik bir tarixçəsi vardı. Azad müəllim məktəbə təzə gəlmişdi. 

Məktəb  direktoru  ona  “açıq  dərs”  salmışdı.  O,  hələ  şagirdləri 

yaxından tanımırdı. Adətən bəzi məktəb direktorları təzə gələn 

müəllimlərin bilik səviyyəsini yoxlamaq məqsədilə bu cür “açıq 

dərslər”  təşkil  edirdilər.  Həmin  açıq  dərslərdə  məktəb 

direktoru, tədris işləri üzrə direktor müavini, ixtisas müəllimi və 

digər  fənn  müəllimləri  iştirak  edirdilər.  Həmin  vaxt  Zöhrənin 

dərs zamanı mövzunun geniş izahı, ağıllı mühakiməsi, verilən 

suallara dolğun və ətraflı cavablar verməsi dərsdə iştirak edən 

müəllimlərin  hamısını  xeyli  təəccübləndirmişdi.  Bundan  sonra 

Azad  müəllimin  dərsi  yüksək  qiymətləndirilmişdi.  O,  şagirdini 

gələcəkdə  savadlı  bir  həkim  görmək  istəyirdi.  Zöhrənin 

biologiya 

və 

kimyadan 



hazırlıqlığı 

sinifdəki 

digər 

yoldaşlarından çox-çox fərqlənirdi. O, orta məktəb proqramda 



nəzərdə tutulan materialları tam mənimsəməklə yanaşı, əlavə 

kitablar  oxumağı  daha  üstün  tuturdu.  Ona  görə  də  Azad 

müəllim  institutda  keçdiyi  materiallardan  və

 

əlavə  kitablardan 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə