Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə29/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

90 

 

 

                     Qonşu tikəsi 

                                        (hekayə) 

 

     


 B

iz  ailədə  səkkiz  uşaqdıq;  üç  qardaş,  beş  bacı.  Atam 

halal  adamdı.    Halallığına  görə  də

,

    kənd  camaatı  arasında 



hörməti  vardı.  Atam  bizi  ancaq  zəhmətilə  qazandığı  çörəyi 

yedizdirərdi.  O,  bizə  də  həmişə  süfrə  başında  halal  çörək 

yeməyi  tövsiyə  edərdi.  Kənd  arasında  uşaqlarla  dalaşanda, 

böyüklər araya girib, bizi sakitləşdirən zaman deyirdilər: “İslam 

kişinin oğlu heç zaman nalayiq iş tutmaz, çünki o, halal kişinin 

oğludur.”  Buna görə  də biz  atamızla həmişə  fəxr  edir,  onunla 

qürur duyurduq. Atam ev ustası idi. Kəndimizdəki əksər evləri 

o,  tikmişdi.  Hər  bir  evi  tikib  qurtardıqdan  sonra,  ev  sahibinə 

zəhmətini halal edər, əvəzində o da zəhmətinin haqqının  halal 

edilməsini ev sahibindən rica edərdi. Onlar da gülərək səmimi 

qəlbdən: “Bu nə sözdür, usta? Ən böyük zəhməti sən çəkirsən 

bizim  üçün.  Bizləri  ev-eşik  sahibi  edirsən,  yuvasız  insanlara 

yuva qurursan, onlara sevinc, fərəh bəxş edirsən. Bundan da 

savab  iş  nə  ola  bilər  ki  dünyada?!  Haqqımız  sənə  ana  südü 

kimi  halal  olsun,  İslam  kişi!  Allah  səni  bu  el-obadan  əksik 

eləməsin! İnşallah!”  

      Atam  həqiqətən  də  işinin  əsl  sənətkarı  idi.  Sənətkarın  ən 

əsas xüsusiyyəti ilk öncə onun gördüyü işin səliqəli olmasıdır. 

Atam  da  bütün  işlərini  səliqə  ilə  görməyi  sevərdi.  O,  həmişə 

deyərdi  ki,  usta  işini  qurtarıb  gedir.  Amma  onun  gördüyü  iş 

daim adamların gözünün önündə olur. Ustanın gördüyü işlərə 

yüzlərlə,  minlərlə  göz  baxır,  onları  nəzərdən  keçirir.  Kiçicik 

buraxılmış bir səhv belə adamların nəzərindən yayınmır. Ona 

görə də atam həmişə çalışardı ki, gördüyü işlərdə cüzi də olsa, 

yanlışlığa  yol  verməsin,  ondan  sonra  kimsə  ağzını  köndələn 

qoyub  arxasınca  danışmasın.  Bəzi  ev  sahibləri  atamın 




91 

 

gördüyü  işləri  bəyəndiklərinə  görə,  ona  əlavə  də  pul  vermək 



istəyirdilər.  Amma  atam  bunları  heç  vaxt  qəbul  etməzdi. 

Imkanı olmayanlara da həmişə güzəştə gedərdi. Bəzən elə də 

olurdu  ki,  atam  evi  tikib  başa  gətirəndən  sonra,  ev  sahibi 

hazırda  pulunun  olmadığını  deyib,  borcunu  bir  neçə  aya 

verəcəyini  vəd  edərdi.  Atam  buna  da  razı  olurdu.  O,  zəhmət 

haqqına  görə  kimsəni  heç  vaxt  sıxışdırmazdı.  Ona  görə  də

,

 

kənddə hamı atama hörmət edir, ona sayğı göstərirdilər. Atam 



tikdiyi  evlərin  həm  daş  hörgüsünü  götürər,  həm  də  üstünü 

bağlardı.  Pula  ehtiyacı  olanlar  həmişə  borca  atamın  üstünə 

gələrdilər.  Atam  olan  yerdən  qapımızdan  kimsəni  əliboş 

qaytarmazdı. 

     Bir dəfə əri rəhmətə getmiş, himayəsində üç azyaşlı uşağı 

qalmış Hənifə xala borc pul üçün atamın yanına gələrək utana-

utana: 

-   Usta, düzü, üzüm gəlmir sizə söyləməyə, çünki sizin də bir 



çətən  külfətiniz  var.  Kiçik  oğlum,  Fərid  xəstədir,  ona  həkimin 

yazdığı dərmanları almaq üçün mənə otuz manat pul lazımdır. 

Üzüm sizdən başqa kimsəyə gəlmədi - dedi.     

-    Bu  nə  sözdür,  Hənifə  bacı,  biz  sizə  də  əl  tutmayandan 

sonra,  bəs  kimə  kömək  edəsiyik  ki?  Əksinə,  mən  sizin 

qarşınızda 

utanıram 

ki, 


çoxdandır 

uşaqların 

necə 

dolandıqlarından  xəbərsizəm.  İş-güc  başımı  elə  qatıbdır  ki, 



bəzən  özümküləri  belə  unuduram.  Hənifə  bacı,  al  bu  əlli 

manatı.  Bundan  sonra  nə

 

ehtiyacın  olanda  başqasının 



qapısın

a

  getməyin,  birbaş  bura  gəlin!  Qapım  hər  zaman 



üzünüzə açıqdır. 

-    Usta,  Allah  köməyiniz  olsun!  Allah  qazancınıza  bərəkət 

versin!  Bu  pulu  bir  həftəyə  qaytaracağam,  -  deyə  Hənifə 

xalanın gözlərində sevinc və ümid qığılcımları parladı. 

-  Hənifə bacı, siz nə deyirsiniz?! Mən bu pulu sizə borc olaraq 

vermədim ki! Siz heç narahat olmayın. Mən bundan sonra sizə 

imkan daxilində  kömək edəcəyəm. - Atam təbəssümlə Hənifə 

xalanı yola saldı.   




92 

 

-    Usta,  sizə  necə  təşəkkür  edəcəyimi  bilmirəm.  Allah  sizi 



övladlarınızın  üstündən,  ailənizin  başından  ə

sk

ik  etməsin! 



Allah-təala nə muradınız varsa, versin! İnşallah! - Hənifə xala 

atama dua edə-edə həyətdən çıxdı.                                                                                                                                                                                                    

     Atam  bizə    həm  də  onu  dönə-dönə  tapşırmışdı  ki,  heç  bir 

vaxt  başqa  yerdə,  hətta  qonşuda  belə  çörək  yeməyək. 

Kimsənin qarşısında heç bir zaman üzükölgəli olmayaq. Dörd-

beş  yaşında  olduğumuzdan  bu  sözün  fərqinə  o  qədər  də 

varmırdıq.  Bu  yaşdakı  uşaqlar  bir-birləri  ilə  oynayır,  birimiz 

digər  yoldaşımızın  həyətinə,  evinə  gedər,  gizlənpaç  oynayar, 

acanda  isə  fərq  etməz,  ya  mənim  anam,  ya  da  yoldaşımın 

anası  yeməyə  bizə  çörək  verərdilər.  Biz  də  ayaqüstü 

yeməyimizi yeyib, yenidən oyunumuza davam edərdik. 

    Atam  evdə  bir  qayda  da  qoymuşdu.  Yemək  vaxtı  hamı 

birlikdə  süfrə  başında  olmalı  idi.  Atam  süfrəyə  oturmamış, 

kimsə çörək yeməyə cürət etməzdi,  buna həm də anam imkan 

verməzdi. 

     Bir  dəfə  mən  qonşumuz  Arazla  onlarda  gizlənpaç 

oynayırdıq.  Günorta  vaxtı  idi.  Bu  vaxt  Arazın  anası  Səriyyə 

xala əlində iki dürmək gətirib  hərəmizə birini verərək: 

-    Ac olarsınız, yeyin, sonra yenə də oynayarsınız - dedi. 

     Arazla mən Səriyyə xalanın bizə verdiyi dürümləri yedikdən 

sonra,  oynumuza  davam  etdik.  Bir  də  eşitdim  ki,  anam  məni 

günorta  yeməyinə  çağırır.  Mən  tez  evimizə  qaçdım.  Məndən 

başqa  hamı  süfrə  başında  idi.  Atam  da  yerini  tutmuşdu.  Mən 

əllərimi  yuyub,  süfrə  başında  əyləşdim.  Amma  iştahım 

olmadığından əlimi yeməyə yavaş-yavaş, könülsüz uzadırdım. 

Çünki  ac  deyildim,  Səriyyə  xalanın  verdiyi  dürüm  məni 

yamanca  tutmuşdu.  Mənim  zəif  yediyimi  görən  atam  ucadan 

üstümə qışqırdı: 

-    Rəsul,  bu  necə  yeməkdir?  Səhərdən fikrim  səndədir,  sanki 

sən yeməyi deyil, yemək səni yeyir. 

-   Ata, iştahım yoxdur, ona görə belə yeyirəm - dedim. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə