93
- Necə bəyəm?! Günorta yeməyini yemisən?! - Atam təəccüblə
soruşdu.
- Xeyr, ata. Mən nahar yeməyini yeməmişəm. Amma bir az
bundan öncə
,
Arazgildə oynayarkən Səriyyə xala hər birimizə
dürmək verdi.
- Sən də həmin dürməyi yedin, eləmi?! - Atam əsəbi halda
qışqırdı.
- Bəli, yedim, ata, - deyə günahkar adam kimi başımı aşağı
dikdim.
- Bəs mən sizə söyləməmişdim ki, heç bir vaxt kənar yerdə
çörək yeməyin! Demək, atanızın dediyi sözü qulaqardına
vurursunuz, eləmi? İndi zəhmət çəkib, ayağa qalxırsan, həyətə
düşüb qonşuda yediyin yeməyi geri qaytarırsan! Cəld ol! -
Atam yenə də ucadan üstümə qışqırdı.
Mən dinməz-söyləməz yerimdən qalxıb həyətə düşdüm.
Sonra əlimi boğazıma salıb, Arazgildə yediyim dürməyi geri
qaytardım...
Həyatım boyu atamın mənə vermiş olduğu bu dərsi heç
unutmadım.
21.11.2013
94
Xeyirxah düşmən
( hekayə)
N
urəddin əsgərilikdən sonra Ukraynanın Krivoy-Roq
şəhərində qalıb milis sistemində işə düzəldi. Həmin işdə o,
kapitan rütbəsinə qədər yüksəldi. Qarabağ savaşı
başlayanda, başqaları kimi, onu da Vətən sevgisi, torpaq
namusu qəlbən narahat etməyə bilməzdi. Ona görə də o,
xalqının belə bir ağır günündə düşmənlə savaşmaq,
torpaqlarımızı erməni dığalarının tapdağından qorumaq üçün
Vətənə qayıtdı. O vaxt polis işçilərini növbə ilə ayrı-ayrı
döyüş bölgələrinə göndərirdilər. İndi kapitan Nurəddin də bir
qrup polis yoldaşları ilə xəyanətkar düşmənlə üz-üzə
dayanmışdılar...
Vaxtilə çörəyimizi yeyən, suyumuzu içən, xəyanətləri
ucbatından bir çox ölkələrdən qovulmalarına baxmayaraq,
xeyirxahlıq göstərib, qucaq açdığımız, yaşamaq üçün
torpağımızdan pay verdiyimiz sayca kiçik, ancaq iddiası çox
böyük olan bu millət indi başımıza bəla olub. Onlar bizimlə
qonşu olandan bəri xalqımızın rahatlığı
pozulub.
Bu dığalar
“ağaları”nın himayədarlığı sayəsində bizə heç bir millətin edə
bilməyəcəyi xəyanəti etdilər. Xəyanəti isə heç kəs
bağışlamır, hətta tarixin özü belə...
***
Nurəddin hələ Krivoy-Roqda işləyən zaman Qafqazdan
olan neçə-neçə insanlara kömək əlini uzatmış, onlara
himayədarlıq etmişdi. Onların arasında gürcü də vardı,
erməni də. Buna görə də, bu şəhərdə milis kapitanı
Nurəddinin xətrini çox istəyirdilər. İşləri çətinə düşən hər bir
95
qafqazlı ümid yeri bildikləri Nurəddinin yanına gəlib,
məsləhət alır, onlara kömək etməyini xahiş edirdilər. Polis
kapitanı isə işlədiyi müddətdə millətindən asılı olmayaraq,
heç kimsəyə haqsızlıq etmədi, kimsəni nahaq yerə incitmədi.
Ona görə də Nurəddin Krivoy-Roqu tərk edib Azərbaycana
qayıdanda, onu yola salanlar arasında, hətta, göz yaşlarını
saxlaya bilməyənlər də olmuşdu...
***
1992-ci ilin may ayında Nurəddin bir qrup polis həmkarları
ilə birlikdə Şuşa yaxınlığındakı Böyük Kirs dağında növbə
çəkirdilər. Neçə gün idi ki, aşağıdakı döyüş yoldaşlarından
əlaqə kəsilmişdi. Onların ərzaqları tükənmişdi, içməyə bir
qurtum su belə qalmamışdı. Onlar bu dağın başında sanki
unudulmuşdular. Uşaqların bəzisi “Maksim” pulemyotunun
suyunu içmək məcburiyyətində qalmışdı. Nurəddin döyüşçü
dostlarının bu durumuna tab gətirə bilməyib, dağdan aşağı
enməyə qərar verdi. O, yoldaşlarına üzünü tutub dedi:
- Uşaqlar, görünür bizə kömək gəlməyəcək. Biz burada ac-
susuz oturub kimsəni gözləyəcək halımız yoxdur. Mən aşağı
enib, hardan olursa-olsun sizlərə yemək və su gətirəcəyəm.
Siz isə ayıq-sayıq olun. Düşmən kəşfiyyatı buraya hər an
gələ bilər.
Nurəddin uşaqlarla sağollaşaraq, durduqları mövqedən
aşağı enməyə başladı. O, təxminən uşaqlardan 450-500
metr aralanmışdı ki, düşmən pusqusuna düşdü. Hər tərəfdən
Nurəddinin üstünə güllə yağışı yağmağa başladı. Ermənilər
sanki onu gözləyirlərmiş. O, cəld iri bir daşın arxasına keçib,
ermənilərlə tək döyüşə girdi. O, açılan atəşlərdən təxmini
müəyyən etdi ki, onlar altı nəfərdilər. Kapitan sərrast atəşiylə
dığaların ikisini susdura bildi. Amma avtomatın güllələri
qurtarmaq üzrə idi. Düşmən yavaş-yavaş Nurəddini dövrəyə
almağa çalışırdı. Cəsur döyüşçü düşmənin bu hiyləsini
96
anladı. Onlar Nurəddini əsir götürmək istəyirdilər. Nəhayət,
avtomatın güllələri qurtardı. Nurəddin əl atıb qoburdan
tapançasını çıxardı və yenidən atəş açmağa başladı. O,
atdıqca güllələri sayırdı. “Bu da sonuncu güllə!” deyə
Nurəddin döyüş yoldaşlarını, evdəkilərini - səkkiz yaşlı bircə
oğlunu, həyat yoldaşını, atasını, anasını, bacısını, qardaşını
bir-bir xəyalından keçirdi. O, ölümdən qorxmurdu, sadəcə
yarımçıq qalmış, gələcəkdə bu Vətənə, bu millətə daha çox
xeyir verə biləcək arzularını həyata keçirə bilməyəcəyi üçün
heyfsilənirdi. O, son gülləsi qalmış tapançasını gicgahına
dayadı, ancaq nə düşündüsə, fikrindən tez də vaz keçdi.
“Aha, məndə hələ bir qumbara da var!” deyə cəsur
döyüşçünün çöhrəsində təbəssüm cilvələndi. “Nə qədər
düşmən öldürsəm, ruhum bir o qədər rahat olar. Bu sümsük
dığalara təslim olmaqdansa...” deyə kapitan düşündü.
Düşmənlər də Nurəddinin gülləsinin bitdiyini bilirdilər. Ona
görə də onlar gizləndikləri yerdən çıxaraq, əllərindəki
avtomatları hazır vəziyyətdə Nurəddinə tərəf addımladılar.
Nurəddin artıq nə edəcəyini götür-qoy etmişdi. Dığalardan
üçü bir tərəfdən, yəni qarşı və sol tərəfdən, o birisi isə tək
sağ tərəfdən ona yaxınlaşırdı. Kapitan qumbaranın kilini
çıxarıb, sol əlində hazır saxladı. O, sağ tərəfdən ona qarşı
tək gələn dığanı tapançasının sonuncu gülləsi ilə vurmaq,
sonra da qumbaranı digər üç düşmənin üstünə atmağı
planlaşdırmışdı. Amma o, istəyirdi ki, üç nəfər erməni
ona
daha da yaxınlaşsın. Elə də oldu. Nurəddin ilk oncə, sağ
tərəfdən gələn erməni dığasını sonuncu güllə ilə alnından
vurdu və sol əlindəki qumbaranı isə qalan üç erməninin
üstünə atdı. Bu zaman həm güllə, həm də güclü partlayış
səsi eşidildi. Ətrafı toz-duman bürüdü. Sonra araya ölüm
sükutu çökdü. Hər kəs - həm düşmənlər, həm də cəsur
kapitan yerdə sərilib qalmışdılar. Bu vaxt hardansa üç
azərbaycanlı kəşfiyyatçısı peyda oldu. Onlar düşmənlərin
ölüb-ölmədiyini yoxladıqdan sonra Nurəddinə yaxınlaşdılar.
Dostları ilə paylaş: |