Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə30/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

93 

 

- Necə bəyəm?! Günorta yeməyini yemisən?! - Atam təəccüblə 



soruşdu. 

-      Xeyr,  ata. Mən nahar  yeməyini  yeməmişəm. Amma bir  az 

bundan öncə

,

 Arazgildə oynayarkən Səriyyə xala hər birimizə 



dürmək verdi. 

-      Sən  də  həmin  dürməyi  yedin,  eləmi?!  -  Atam  əsəbi  halda 

qışqırdı. 

-   Bəli, yedim, ata, - deyə günahkar adam kimi başımı aşağı 

dikdim. 

-    Bəs mən sizə söyləməmişdim ki, heç bir vaxt kənar yerdə 

çörək  yeməyin!  Demək,  atanızın  dediyi  sözü  qulaqardına 

vurursunuz, eləmi? İndi zəhmət çəkib, ayağa qalxırsan, həyətə 

düşüb  qonşuda  yediyin  yeməyi  geri  qaytarırsan!  Cəld  ol!  - 

Atam yenə də ucadan üstümə qışqırdı. 

    Mən  dinməz-söyləməz  yerimdən  qalxıb  həyətə  düşdüm. 

Sonra  əlimi  boğazıma  salıb,  Arazgildə  yediyim  dürməyi  geri 

qaytardım... 

    Həyatım  boyu  atamın  mənə  vermiş  olduğu  bu  dərsi  heç 

unutmadım. 

 

                                                                                                                            



                                                                 21.11.2013  

 

 

 

 

 

 

 

 

 

 

 


94 

 

 



                        

Xeyirxah düşmən 

                                       ( hekayə) 

 

 

     



N

urəddin  əsgərilikdən  sonra  Ukraynanın  Krivoy-Roq 

şəhərində  qalıb  milis  sistemində  işə  düzəldi.  Həmin  işdə  o, 

kapitan  rütbəsinə  qədər  yüksəldi.  Qarabağ  savaşı 

başlayanda,  başqaları  kimi,  onu  da    Vətən  sevgisi,  torpaq 

namusu  qəlbən  narahat  etməyə  bilməzdi.  Ona  görə  də  o, 

xalqının  belə  bir  ağır  günündə  düşmənlə  savaşmaq, 

torpaqlarımızı erməni dığalarının tapdağından qorumaq üçün 

Vətənə  qayıtdı.  O  vaxt  polis  işçilərini  növbə  ilə  ayrı-ayrı 

döyüş bölgələrinə göndərirdilər. İndi kapitan Nurəddin də bir 

qrup  polis  yoldaşları  ilə  xəyanətkar  düşmənlə  üz-üzə 

dayanmışdılar...  

    Vaxtilə  çörəyimizi  yeyən,  suyumuzu  içən,  xəyanətləri 

ucbatından  bir  çox  ölkələrdən  qovulmalarına  baxmayaraq, 

xeyirxahlıq  göstərib,  qucaq  açdığımız,  yaşamaq  üçün 

torpağımızdan pay verdiyimiz sayca kiçik, ancaq iddiası çox 

böyük  olan  bu  millət  indi  başımıza  bəla  olub.  Onlar  bizimlə 

qonşu  olandan  bəri  xalqımızın  rahatlığı

  pozulub.

  Bu  dığalar 

“ağaları”nın himayədarlığı sayəsində bizə heç bir millətin edə 

bilməyəcəyi  xəyanəti  etdilər.  Xəyanəti  isə  heç  kəs 

bağışlamır, hətta tarixin özü belə... 

 

                                     ***         

    Nurəddin  hələ  Krivoy-Roqda  işləyən  zaman  Qafqazdan 

olan  neçə-neçə  insanlara  kömək  əlini  uzatmış,  onlara 

himayədarlıq  etmişdi.  Onların  arasında  gürcü  də  vardı, 

erməni  də.  Buna  görə  də,  bu  şəhərdə  milis  kapitanı 

Nurəddinin xətrini  çox istəyirdilər. İşləri  çətinə  düşən hər  bir 



95 

 

qafqazlı  ümid  yeri  bildikləri  Nurəddinin  yanına  gəlib, 



məsləhət  alır,  onlara  kömək  etməyini  xahiş  edirdilər.  Polis 

kapitanı  isə  işlədiyi  müddətdə  millətindən  asılı  olmayaraq, 

heç kimsəyə haqsızlıq etmədi, kimsəni nahaq yerə incitmədi. 

Ona  görə  də  Nurəddin  Krivoy-Roqu  tərk  edib  Azərbaycana 

qayıdanda,  onu  yola  salanlar  arasında,  hətta,  göz  yaşlarını 

saxlaya bilməyənlər də olmuşdu... 

 

                                   *** 

 

    1992-ci ilin may ayında Nurəddin bir qrup polis həmkarları 

ilə  birlikdə  Şuşa  yaxınlığındakı  Böyük  Kirs  dağında  növbə 

çəkirdilər.  Neçə  gün  idi  ki,  aşağıdakı  döyüş  yoldaşlarından 

əlaqə  kəsilmişdi.  Onların  ərzaqları  tükənmişdi,  içməyə  bir 

qurtum  su  belə  qalmamışdı.  Onlar  bu  dağın  başında  sanki 

unudulmuşdular.  Uşaqların  bəzisi  “Maksim”  pulemyotunun 

suyunu  içmək  məcburiyyətində  qalmışdı.  Nurəddin  döyüşçü 

dostlarının  bu  durumuna  tab  gətirə  bilməyib,  dağdan  aşağı 

enməyə qərar verdi. O, yoldaşlarına üzünü tutub dedi: 

-  Uşaqlar, görünür bizə kömək gəlməyəcək. Biz burada ac-

susuz oturub kimsəni gözləyəcək halımız yoxdur. Mən aşağı 

enib, hardan olursa-olsun sizlərə yemək və su gətirəcəyəm. 

Siz  isə  ayıq-sayıq  olun.  Düşmən  kəşfiyyatı  buraya  hər  an 

gələ bilər. 

    Nurəddin  uşaqlarla  sağollaşaraq,  durduqları  mövqedən 

aşağı  enməyə  başladı.  O,  təxminən  uşaqlardan  450-500 

metr aralanmışdı ki, düşmən pusqusuna düşdü. Hər tərəfdən 

Nurəddinin  üstünə  güllə  yağışı  yağmağa  başladı.  Ermənilər 

sanki onu gözləyirlərmiş. O, cəld iri bir daşın arxasına keçib, 

ermənilərlə  tək  döyüşə  girdi.  O,  açılan  atəşlərdən  təxmini 

müəyyən etdi ki, onlar altı nəfərdilər. Kapitan sərrast atəşiylə 

dığaların  ikisini  susdura  bildi.  Amma  avtomatın  güllələri 

qurtarmaq üzrə idi. Düşmən yavaş-yavaş Nurəddini dövrəyə 

almağa  çalışırdı.  Cəsur  döyüşçü  düşmənin  bu  hiyləsini 



96 

 

anladı.  Onlar  Nurəddini  əsir  götürmək  istəyirdilər.  Nəhayət, 



avtomatın  güllələri  qurtardı.  Nurəddin  əl  atıb  qoburdan 

tapançasını  çıxardı  və  yenidən  atəş  açmağa  başladı.  O, 

atdıqca  güllələri  sayırdı.  “Bu  da  sonuncu  güllə!”  deyə 

Nurəddin döyüş yoldaşlarını, evdəkilərini - səkkiz yaşlı bircə 

oğlunu, həyat yoldaşını, atasını, anasını, bacısını, qardaşını 

bir-bir  xəyalından  keçirdi.  O,  ölümdən  qorxmurdu,  sadəcə 

yarımçıq qalmış, gələcəkdə bu Vətənə, bu millətə daha çox 

xeyir verə biləcək arzularını həyata keçirə bilməyəcəyi üçün 

heyfsilənirdi.  O,  son  gülləsi  qalmış  tapançasını  gicgahına 

dayadı,  ancaq  nə  düşündüsə,  fikrindən  tez  də  vaz  keçdi. 

“Aha,  məndə  hələ  bir  qumbara  da  var!”  deyə  cəsur 

döyüşçünün  çöhrəsində  təbəssüm  cilvələndi.  “Nə  qədər 

düşmən öldürsəm, ruhum bir o qədər rahat olar. Bu sümsük 

dığalara təslim olmaqdansa...” deyə kapitan düşündü. 

    Düşmənlər də Nurəddinin gülləsinin bitdiyini bilirdilər. Ona 

görə  də  onlar  gizləndikləri  yerdən  çıxaraq,  əllərindəki 

avtomatları  hazır  vəziyyətdə  Nurəddinə  tərəf  addımladılar. 

Nurəddin  artıq  nə  edəcəyini  götür-qoy  etmişdi.  Dığalardan 

üçü  bir  tərəfdən,  yəni  qarşı  və  sol  tərəfdən,  o  birisi  isə  tək 

sağ  tərəfdən  ona  yaxınlaşırdı.  Kapitan  qumbaranın    kilini 

çıxarıb,  sol  əlində  hazır  saxladı.  O,  sağ  tərəfdən  ona  qarşı 

tək  gələn  dığanı  tapançasının  sonuncu  gülləsi  ilə  vurmaq, 

sonra  da  qumbaranı  digər  üç  düşmənin  üstünə  atmağı 

planlaşdırmışdı.  Amma  o,  istəyirdi  ki,  üç  nəfər  erməni

 

ona 


daha  da  yaxınlaşsın.  Elə  də  oldu.  Nurəddin  ilk  oncə,  sağ 

tərəfdən  gələn  erməni  dığasını  sonuncu  güllə  ilə  alnından 

vurdu  və  sol  əlindəki  qumbaranı  isə  qalan  üç  erməninin 

üstünə  atdı.  Bu  zaman  həm  güllə,  həm  də  güclü  partlayış 

səsi  eşidildi.  Ətrafı  toz-duman  bürüdü.  Sonra  araya  ölüm 

sükutu  çökdü.  Hər  kəs  -  həm  düşmənlər,  həm  də  cəsur 

kapitan  yerdə  sərilib  qalmışdılar.  Bu  vaxt  hardansa  üç 

azərbaycanlı  kəşfiyyatçısı  peyda  oldu.  Onlar  düşmənlərin 

ölüb-ölmədiyini  yoxladıqdan  sonra  Nurəddinə  yaxınlaşdılar. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə