Camal Zeynaloğlu


Nərəy dərəsində qanlı döyüş



Yüklə 1,18 Mb.
səhifə33/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

103 

 

       Nərəy dərəsində qanlı döyüş 

                                    (hekayə) 

 

 



     

P

olkovnik Yevgeni  Alekseyeviç  azərbaycanlı tərcüməçisi  

Akif Zeynalovu  yanına çağırıb dedi: 

  Zeynalov, bilirəm, bu sizin vəzifəniz deyil, ancaq bu işi sizə 

tapşırmaq  məcburiyyətində  qaldım.  Bizim  Keşlak*dakı 

xəbərçimiz ötən həftə mücahidlər tərəfindən öldürülüb. İndi  biz 

məlumatsız qalmışıq. Mərkəzdən bizə verilən xəbərə görə,  bu 

günlərdə  Pakistandan  mücahidlər  üçün  yeni  silah  karvanı 

gələcək.  Nəyin  bahasına  olursa  -  olsun  biz  bu  silahların 

mücahidlərin əlinə keçməsinə yol verməməliyik.  

-    Mən nə etməliyəm, yoldaş polkovnik? - Akif soruşdu.  

-  Yenə deyirəm, bu bir kəşfiyyatçı işidir. Amma siz Puştu dilini 

daha  yaxşı  bilirsiniz,  həm  də  zahiri  görnüşünüz  heç  də 

əfqanlardan seçilmir. Onların libaslarını da əyninə geyinəndən 

sonra kimsə sənin sovet əsgəri olduğunu qətiyyən hiss etməz. 

Ona  görə  bu  əməliyyata  həyata  keçirmək  üçün  sizi  seçdim. 

İnanıram  ki,  siz  bu  işin  öhdəsindən  gələcəksiniz.  İndi  keçək 

əsas  məsələyə.  Keşlakda  bir  dükançı  var.  Bizdə  olan 

məlumata  görə,    həmin  dükançı  mücahidlərlə  əlbirdir.  Silah 

karvanı  barədə  o,  hökmən  məlumatlıdır.  Sən  Keşlakdakı 

həmin  dükana  girib  inandırıcı  çıxsın  deyə,  bir  az  alış-veriş 

edərsən. Bizə sadəcə, silah karvanının Pakistan sərhəddindən  

keçəcəyi  dəqiq  vaxt  lazımdır.  İnandırıcı  çıxsın  deyə,  sizə  hər 

iki  heybəsi  qarpızla  dolu  olan  bir  eşşək  də  verəcəyik.  Hər 

ehtimala qarşı, bu ratsiyanı da özünlə götürərsiniz. Bir şey  

------------------------------------------ 



*Keşlak (Qışlaq) – Əfqanlar  aulu, kəndi belə adlandırırlar. 

 

 




104 

 

 olarsa, dərhal bizimlə əlaqə yaradarsınız. Amma çox ehtiyatlı 



olmalısınız. 

-  Demək, Qışlağa kəşfiyyata gedirəm, yoldaş polkovnik? - Akif 

təbəssüm etdi. 

-    Tamamilə  elədir,  yoldaş  Zeynalov.  Siz  indi  tərcüməçi  deyil, 

əsl kəşfiyyatçı vəzifəsini yerinə yetirirsiniz, - deyə Polkovnik də 

gülümsədi. 

-   Nə vaxt yola düşməliyəm, yoldaş polkovnik? 

-   Bir saatdan sonra. Uğur olsun, Zeynalov! - Polkovnik ayağa 

qalxıb Akifin əlini sıxdı. 

- Tapşırığınızı yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm, 

yoldaş polkovnik! - Akif farağat vəziyyəti aldı.  

-   Gedə bilərsən! - Polkovnik dedi. 

-   Oldu, yoldaş polkovnuk! - deyə “kəşfiyyatçı” otağı tərk etdi. 

    Günorta  namazından  sonra  “kəşfiyyatçı”  Akif  Zeynalov 

həmin  Qışlağa  çatdı.  O,  eşşəyi  dükanın  qarşısındakı  tənha 

ağaca bağlayıb dükana girdi. “Kəşfiyyatçı” təmiz puştu dilində 

dükançıya  salam  verdikdən  sonra,  ondan  bir  kiloqram  qənd, 

bir  kiloqram  xurma,  bir  kiloqram  şəkər  tozu  və  bir  ədəd  quru 

çay  istədi.  Dükançı  Akifin  dediyi  şeyləri  tərəzidə  çəkə-çəkə 

gözaltı ona baxırdı və dözə bilməyib soruşdu: 

  Deyəsən, siz bizim Qışlaqdan deyilsiniz, eləmi? Çünki mən 

Qışlaqdakılarımızı tanıyıram. 

-    Düz deyirsiniz, qonşu Qışlaqdanam. - Akif sakit halda dedi. 

-    Qarpızları satırsınız? 

-    Alan olarsa, sataram. 

-    Neçəyə satırsınız? 

-    Bir kiloqramı 10 əfqaniyə. - Akif dedi. 

-    Elə  isə  o  qarpızlardan  ikisini  mənə  ver,  aldığın  şeylərlə 

hesablaşarıq. - Dükançı dedi. 

-   Yaxşı, siz deyən olsun, - deyə Akif bayıra çıxaraq, eşşəyin 

heybəsindən iki qarpız götürərək, gətirib dükançıya verdi. 

    Bu  vaxt  içəri  naməlum  bir  adam  daxil  oldu.  O,  dükançıya 

yaxınlaşıb kef-əhval tutduqdan sonra soruşdu: 



105 

 

-   Yeni nə xəbər var? 



-  Sabah  axşam  yeni  mal  alacağam.  Bu  dəfəki  mallar 

Pakistandan gələcək. - Dükançı təzə gələn adama bildirdi. 

    “Bu  paroldur.  Demək,  silah  karvanı  sabah  axşam  Pakistan 

sərhəddindən keçəcək”, deyə Akif düşündü. Akif məlumatın bu 

qədər  tez  əldə  etməyinə  heç  cür  inana  bilmirdi.  Sanki 

“kəşfiyyatçı”nın bəxti gətirmişdi. O, tez aldığı şeylərlə dükançı 

arasındakı  haqq-hesabını  bitirib  bayıra  çıxdı.  Akif  ağaca 

bağladığı  eşşəyi  açaraq,  birbaş  hərbi  hissəyə  tələsdi.  O, 

sevincindən  sanki  quş  kimi  qanad  açıb  uçurdu.  “Kəşfiyyatçı”  

dükançıdan  əldə  etdiyi  məlumatı  polkovnikə  çatdıranda, 

Alekseyeviç oturduğu yerdən ayağa qalxıb Akifi qucaqladı və: 

-    Zeynalov,  siz  böyük  bir  iş  bacardınız.  Təşəkkür  edirəm.  - 

sevincək dedi. 

    Ertəsi  gün  axşam  Sovet  əsgərlərinin  keçirdikləri  gizli 

əməliyyat  nəticəsində  Pakistandan  mücahidlər  üçün  gələn 

silah  karvanı  ələ  keçirildi.  Bu  uğurlu  əməliyyata  görə 

tərcüməçi-kəşfiyyatçı  Akif  Zeynalov  “İgidliyə  görə”  Əfqan 

medalı ilə təltif olundu... 



 

                                     ***    

                                                             

     1984-cü ilin yay ayı idi. Əfqanıstanın Pakistanla həmsərhəd 

olan  Paktiya  vilayətində  qanlı  döyüşlər  gedirdi.  Həmin 

vilayətdə  mücahidlər  daha  fəal  hərəkət  edərək,  həm  Əfqan 

qoşunlarının,  həm  də  Sovet  qoşunlarının  xeyli    sayda  döyüş 

texnikasını məhv etmişdilər. Bu qanlı döyüşdə hətta, bir Sovet 

generalı da həlak olmuşdu.  

     Bir  gün  səhər  yeməyindən  sonra  Əfqanıstandakı  Sovet  

polkuna xəbər gəldi ki, onların bir polku mücahidlər tərəfindən 

pusquya  düşüb  və  xeyli  sayda  əsgər  həlak  olub.  Yuxarıdan 

tapşırıq  gəldi  ki,  təcili  olaraq  həmin  polka  köməyə

 

tələsmək


 

lazımdır. Ona görə də, vaxt itirmədən həmin əraziyə yaxın olan 

Sovet  polkunun  komandiri  polkovnik  Yevgeni  Alekseyeviç  



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə