Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə36/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

112 

 

kəsilməyən atəşlərdən nə baş qaldırmaq, nə də geri tullanmaq 



mümkün deyildi. Çətin vəziyyət yaranmışdı. Akifi bu durumdan 

yalnız  polkovnik  çıxara  bilərdi.  Polkovnik  gördü  ki,  sağ 

cinahdan Akifə tərəf iki düşmən yaxınlaşır. Onların məqsədini 

komandir dərhal anladı.  Belə ki, o, dalbadal mücahidlərə tərəf 

iki qumbara atdı və Akifə bərkdən qışqırdı:    

-    Zeynalov, indi tullan!  

     Akif  silahı  və  ratsiyanı  götürüb  yaranmış    toz-dumandan 

istifadə  edərək,    yenidən  geriyə,  əvvəlki  yerinə  sıçradı.  O, 

polkovnikin  silahını  özünə  qaytardı.    “Çox  sağ  ol,  Zeynalov!”  

deyə  komandir  silahı  əlinə  alan  kimi,  əvvəlcə  sola,  sonra  da 

sağ  tərəfə  dönərək  atəş  açdı.  Akifi  heyrət  bürüdü.  Onların 

xəbəri  olmadan,    iki  tərəfdən  onlara  yaxınlaşan    iki  düşmən 

polkovnikin  sərrast  atəşi  ilə  yerə  sərildi.  Tərcüməçi-döyüşçü 

yarım saatdan bəri davam edən atəşdə Əfqan generalının heç 

bir  səsi  çıxmadığını  və  bircə  dəfə  də  olsa  atəş  açmadığını 

görüb onun avtomat silahını əlindən aldı. O, generala qarşı bu 

hərəkəti  həm  də  özlərinin  təhlükəsizlik  baxımından  etdi.  Akif 

ani  olaraq  düşündü  ki,  mücahidlərin  onlara  yaxınlaşdığını 

görüb,  general  arxadan  onları  vura  bilər.  Digər  tərəfdən  də 

onsuz  da  onların  güllələri  qurtarırdı.  Generalın  avtomat 

silahında isə  düşmənlə  vuruşmaq  üçün hələ  xeyli  güllə  vardı. 

Akiflə polkovnik avtomatdan tək-tək atırdılar. Polkovnikin atdığı 

boşa  çıxmırdı.  O,  hər  atəşlə  bir  düşmən  vururdu.  Mücahidlər 

mühasirə halqasını get-gedə daraltmağa başladılar. Polkovnik 

tam əmin idi ki, düşmənlər onları əsir götürmək istəyirlər. Akif 

və  polkovnik  hər  biri  əlinə  yenə  də  qumbara  götürərək, 

onlardan  biri  sağ  tərəfdən  gələn,  digəri  isə  sol  tərəfdən 

yaxınlaşan mücahidlərə tərəf  atdı. Bu partlayışda da daha üç 

düşmən  öldü.  Artıq  güllələr  tükənmək    üzrə  idi,  cəmi  iki 

qumbara  qalırdı.  Akiflə  komandir  bir-birlərinə  baxdılar.  Bu 

səssiz baxışlarda hər şey anlaşılırdı. Yəni, indi bu son demək 

idimi?! Polkovnik Akifi tam anladığından dedi: 




113 

 

-    Xeyr, Zeynalov, bu hələ son demək deyil! Bizim hələ daha 



bir  şansımız    var!  -  Polkovnik  Alekseyeviç  nəsə  tapmış  kimi 

ucadan  qışqırdı.  -  Mən  indi  qırıcı  bombardmançı  təyyarələrə 

kordinatları verib, buranı bombalamalarını əmr edəcəyəm. 

  Yoldaş polkovnik, siz nə danışırsınız? Elə isə biz də həlak 

olacağıq! - Akif təəccüblə komandirinə baxdı. 

-      Zeynalov,  siz  bu  barədə  narahat  olmayın.  Mən  hər  şeyi 

dəqiqliklə  hesablayacağam.  Bu  bombardmanda  bizə  bir  şey 

olmayacaq. - Polkovnik özünə əminliklə bildirdi. 

     Polkovnik  Alekseyeviç  ratsiya  vasitəsilə  hərbi  hissəylə 

əlaqə saxlayanda, oradakılar onların hələ də sağ qaldıqlarına 

heyrət  etdilər.  Çünki  döyüşü  qoyub  geri  qaçan  3-cü  polkun 

əsgərləri 

hamının 

həlak 


olduğunu 

hərbi 


hissədə 

söyləyibmişlər.  Sovet  qırıcı  bombardmançı  təyyarələri  artıq 

havaya  qalxmışdılar,  hansı  ərazini  bombardman  edəcəkləri 

polkovnikin  verdiyi  kordinatlar  da    onların  əlində  idi.  Beş 

dəqiqədən  sonra  qırıcılar  onların  başı  üzərində  fırlanırdı. 

Qırıcılar əvvəlcə bir dövrə vurdular, sonra polkovnik ratsiya ilə 

onlara, “Bombalayın!” deyə əmri verdi. Sonra polkovnik üzünü 

Akifə tutub dedi: 

-    Zeynalov,  bombardman  sona  çatana  qədər  başını  daşın 

arxasından qaldırma! 

-    Oldu, yoldaş polkovnik! - Akif əmrə tabe olduğunu bildirdi. 

     Bu  zaman  qırıcılar  aşağı  şığıdılar.  Bir-birinin  ardınca 

ölümsaçan,  dəhşətli  partlayışlar  eşidildi.  Toz-dumandan  ətraf 

görünməz oldu. O böyüklükdə sal daşlar, qayalar parçalanaraq 

yumuşaq  torpağa  çevrildi.  Hər  üç  qırıcı  bombalarını  töküb 

qurtardıqdan sonra geri qayıtdılar. Aralığa ölüm sükutu çökdü. 

-    Zeynalov,  sağsanmı?!  -  deyə  ilk  olaraq  polkovnik  Akifi 

səslədi. 

-      Hər  şey  qaydasındadır,  yoldaş  polkovnik!  -  Akif    başını 

daşın arxasından qaldırıb cavab verdi. 




114 

 

     Bombardman  nəticəsində  düşmənlərin  əksəriyyəti  məhv 



edilmişdi.  Sağ  qalanlar  isə  dağdakı  mağaralardan  qaçıb 

qurtulmuşdular.  

    Qanlı  döyüşdən  sonra    Əfqan  diviziyasının  komandanı, 

general  Məhəmməd  Fəqir,  Sovet  polkovniki  Yevgeni 

Alekseyeviç  və  azərbaycanlı  tərcüməçi-döyüşçü,  leytenant  

Akif  Zeynalov  piyada  hərbi  hissəyə  qayıdarkən  yol  boyu 

yanmaqda olan tanklar,  BMP - lər və çoxsaylı yaralı əsgərlərlə 

qarşılaşdılar...        

    Ertəsi  gün  hərbi  hissənin  divar  qəzetində  “Tərcüməçi-

döyüşçü  öz  komandirini  necə  xilas  etdi?”  adlı  yazı  dərc 

edilmişdi. Bu yazı tərcüməçi, leytenant Akif Zeynalov haqqında 

idi.  Yazının  təşəbbüsçüsü  polkovnik  Yevgeni  Alekseyeviç 

olmuşdu.  Bundan  sonra  polkovnik  azərbaycanlı  döyüşçüyə 

dərhal  “Qızıl  Ulduz”  verilməklə  “Sovet  İttifaqı  Qəhrəmanı” 

adına layiq görülməsi üçün Moskvaya raport göndərdi. Amma 

təəssüflər olsun ki, Moskvada Müdafiə Nazirliyində özünə yuva 

salmış  nankor  erməni  zabitləri  azərbaycanlı  oğlanın  belə  bir 

yüksək  ada  layiq  görülməsini  heç  cür  həzm  edə  bilməyib,  

buna  paxıllıqla,  qısqanclıqla  yanaşaraq,  hər  vasitə  ilə  Akif 

Zeynalovun bu mükafatı almasına qəsdən maneçilik yaratdılar. 

Akif  Zeynalovu  “Qızıl  Ulduz”  əvəzinə,  yenə  də  “İgidliyə  görə 

medalı”  ilə  təltif  etdilər.  Polkovnik  Yevgeni  Alekseyeviç  bunu 

eşidən  kimi,  bərk  qəzəbləndi  və  növbəti  məzuniyyətində 

Moskvaya  gələrkən  Müdafiə  Nazirliyinə  baş  çəkdi.    Polkovnik 

onun  əsgərinə  belə  bir  ad  almasına  mane  olanların  yanında 

ucadan dedi: 

-   Siz həyatımı xilas edən, dəfələrlə ağır və çətin döyüşlərdə 

həmişə  yanımda  olan,  mənimlə  iki  ildən  artıq  çiyin-çiyinə 

döyüşən  bir  qəhrəman  gəncin  bu  ad  almasına  niyə  razı 

olmadınız? Niyə  “Qızıl Ulduzu” ona qıymadınız? Niyə bu adın 

Zeynalova verilməsinə bu qədər qısqanclıqla yanaşdınız?!  Bu 

gün mən burada sizinlə söhbət edirəmsə, buna görə həyatımı 

ona  borcluyam.  Onun  döyüşlərdə  göstərdiyi  şücaəti,  igidliyi 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə