Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə37/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

115 

 

mən  heç  bir  zaman  unutmayacağam.    Bu  işdə  siz  hamınız 



Zeynalova  qarşı  böyük  bir  haqsızlıq  etdiniz.  Siz  təkcə  ona 

deyil,  həm  də  mənə  qarşı  böyük  sayğısızlıq  göstərdiniz, 

təqdimatıma  laqeyd  yanaşdınız.  Bu  adam  mənimçün  həm 

gözəl  tərcüməçi,  həm  cəsur  döyüşçü,  həm  də  bacarıqlı 

“kəşfiyyatçı” olub. Siz rəsmi olaraq Zeynalova qəhrəmanlıq adı 

verməsəniz də, o, mənim üçün əsl qəhrəmandır! 

    Polkovnik Yevgeni Alekseyeviçin artıq istefaya çıxmaq yaşı 

da çatmışdı. Ona görə o, elə həmin gün raport yazaraq, nazirə 

təqdim etdi... 

   Bundan sonra polkovnik Yevgeni Alekseyeviçlə azərbaycanlı 

tərcüməçi-döyüşçü  Akif  Zeynalov  arasında  dostluq  əlaqələri 

uzun illər davam etdi. Akifin yolu nə vaxt Moskvaya düşərdisə, 

o, hökmən keçmiş komandirinə baş çəkərdi.  

 

                                                                                                                                                    



                                                                 07.02.2014    

 

       



     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



116 

 

                     



          Ölüm düşərgəsindən qaçış 

                                       (hekayə) 

 

    


M

ikayıl əslən Kəlbəcərdən idi. Ancaq Bərdədə ailə həyatı 

qurduğundan  rayonun  Qaradəmirçi  kəndində  traktorçu 

işləyirdi.  Kəlbəcərin  “qara  xəbər”ini  eşidəndə,  o,  qohum-

əqrabasından  xəbər  tutmaq  üçün  oraya  getməyi  qərara  aldı. 

Amma o, Kəlbəcərə çatmamış, yarıyolda ermənilər tərəfindən 

əsir götürüldü. 

    Ermənilər 

Mikayılı 

digər 


əsirlərlə 

birlikdə 

Şuşa 

həbsxanasına gətirdilər.  Onun həyatının ən dəhşətli, amansız 



və işgəncə dolu günləri buradan başladı... 

    Hər kamerda 15-20 əsir vardı. Adamların sıxlığından nəfəs 

almaq  olmurdu.  Darısqallıqdan,  nəmişlikdən,  havasızlıqdan 

fiziki  cəhətdən  zəif  olanlar  səhərə  yaşamaq  ümidini  itirmək 

məcburiyyətində  qalırdılar.  Mikayıl  isə  fiziki  cəhətdən  çox 

mökəm  idi,  106  kiloqram  çəkisi  vardı.  Bu  çəki  ona  əzab  və 

işgəncələrə  dözmək  üçün  hələlik  bəs  edərdi.  O,  çalışırdı  ki, 

ümidsizliyə  qapılmasım,  nə  vaxtsa,  bu  cəhənnəm  əzabından 

qurtulacağı  barədə  düşünürdü.  Amma  erməni  vəhşilərinin 

onların  başına  gətirdikləri  müsibətləri  gördükcə,  içindəki  ümid 

qığılcımları  günü-gündən  sönməyə  başlayırdı.  Bir  də  çalışırdı 

ki,  o,  içindəki  qorxu  hissini  çıxarıb  atsın.  Mikayıl  qorxmurdu. 

Erməni dığaları ona digərləri tək işgəncə verərkən dirənirdi, o, 

əsir  yoldaşları  tək  susub  dayanmırdı.  Dikbaşlığına  görə, 

ermənilər  ona  daha  çox  əzab  verirdilər.  Onlar  əsirləri  həm 

mənəvi,  həm  də  fiziki  cəhətdən  işgəncələrin  müxtəlif  iyrənc 

üsullarından  istifadə  etməklə,  onları  əzib  şikəst  etməyə,  şərəf 

və qürurlarını alçatmağa çalışırdılar. Ermənilər hər gün döyüb, 

işlətdikləri,  ağır  işgəncələr  verdikləri  əsirlərə  gün  ərzində 



117 

 

yemək üçün iki dilim qara çörək və içmək üçün isə iki “kruşka” 



su verirdilər.  

    Bir  gün  hərbi  əsirlərdən  biri  bu  işgəncələrə  dözə  bilməyib 

ermənilərə etirazını bildirdi:  

-  Sizin heç Allahdan qorxunuz yoxdur bəyəm?! İnsana da bu 

qədər zülm edərlər? Nə olsun ki, biz əsirik. Müharibənin də

 

öz  



qanunları  var.  Əsirlərlə  bu  qədər  qəddarcasına  rəftar  etmək 

heç  bir  müharibə

 

qanununa  sığmır.  Əgər  Qırmızı  Xaç 



Komitəsinin  nümayəndələri  buraya  gələrsə,  sizin    bizə  qarşı 

necə rəftar

 etdiyiniz

 barədə onlara şikayət edəcəyəm. 

-  Buna  bir  bax!  Nə  uzun  dilin  var  sənin.  Sənin  uzun  dilini 

kəsərik,  bir  daha  danışa  bilməzsən.  Sən  bizim  əsirimizsən. 

Səninlə  istədiyimiz  kimi  rəftar  edə  bilərik.  Bəs  əlinə  silah 

götürüb  bizə  qarşı  vuruşa  bilirdin?  -  deyə  erməni  zabiti  sağ 

əlindəki  dubinkanı  sol  əlinin  içinə  vura-vura  gənc  oğlana 

yaxınlaşdı. 

-  Biz torpaqlarımızı sizin kimi xain və şərəfsizlərdən qorumaq 

üçün əlimizə silah götürmüşük. Biz heç bir zaman başqasının 

torpağına göz dikməmişik. Amma siz əsrlər boyu başqalarının 

torpağını  min  bir  hiylə  ilə  əldə  etməyə  çalışmısınız,  -  deyə 

hərbi əsir yenə də dilini dinc saxlamadı. 

-  Qarabağ bizim ata-babalarımızın torpağıdır. Bunu birdəfəlik 

bilməlisiniz!  Siz  türklərə  bu  torpaqlarda  yer  yoxdur.  Vaxtilə 

sizinkilər  babalarımızı  soyqırımına  məruz  qoyaraq,  bu 

torpaqları əllərindən alıblar. Bundan sonra Qarabağı bir də heç 

kəsə  verməyəcəyik!  Bunu  da  bilməlisiniz  ki,  arxamızda  güc 

dövlətləri dayanıb. Əgər axmaqlıq edib bizə qarşı yenidən hər 

hansı  döyüşə  başlasanız,  onda  qalan  torpaqlarınız  da 

əlinizdən gedəcək! - Erməni zabiti fəxrlə dilləndi. 

-    Bu  qələbə  müvəqqətidir.  Biz  yenə  də  torpaqlarımızı  sizin 

kimi məkrli, hiyləgərlərdən, işğalçılardan  azad edəcəyik! Türk 

heç zaman enilməyib və bundan sonra da enilməyəcək. Siz də 

bunu  birdəfəlik  qulaqlarınızda  sırğa  yerinə  asın!  Gec-tez  bu 

torpaqlardan izinizi siləcəyik! - əsir əsgər başını dik qaldıraraq, 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə