Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə45/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   40   41   42   43   44   45   46   47   48

142 

 

 

                    

Mənə dözüm ver,  İlahi! 

                                         (Esse) 

 

 

     


B

u  nadanlardan,  riyakarlardan,  məddahlardan,  yaltaq-

lardan,  namus  və  şərəfini  heçə  sayanlardan,  mənən 

kasıblardan,  qürursuz,  ləyaqətsiz,  mənliyini  iki  quruşa 

satanlardan,  əqidəsi    sürüşkənlərdən,  eşqinə,  torpağına, 

Vətəninə,  ailəsinə,    mənliyinə  sahib  çıxa  bilməyənlərdən, 

rüşvəti  həyat  amalına  çevirənlərdən,  özünü,  axirətini 

unudanlardan,  yarımçıq  “insan”lardan,  soy  kökündən  uzaq 

düşmüş,  harınlaşmış  məmurlardan,  saxtakar,  həmişə  yalan 

danışanlardan,  etibarsız  dostlardan,  xəyanətkar  yoldaşlardan, 

dinsiz-imansızlardan, məsləki məlum olmayanlardan məni hifz 

elə, İlahi! 

     Sənin yaratdığın bəndələrin hansı oyunlardan çıxdığını Sən 

bizdən daha yaxşı görürsən, İlahi! Çünki Sən hər şeyi görən və 

bilənsən. İndi mən bu insan cildinə girmiş şeytanlardan qaçıb 

harada  gizlənim?!    Bilirəm,  bu  mümkün  deyil.  Onlarla  çiyin-

çiyinə  yaşamağa  məhkum  olunmuşuq.  Ancaq  onlar  da 

yağışdan  sonra  çıxan  göbələklər  kimi  günü-gündən  çoxalır. 

Düz  söz  kəsərdən  düşüb,  haqsız  özünü  haqlı  sayır.  Yalan 

insanlara  həqiqət  donunda  sırınır.  Oğul  onu  əkən  dogma 

atasına qarşı çıxır, ona hörmətsizlik göstərir, bəzən isə kiçik bir 

mübahisə üstündə onu qanına qəltan etməkdən belə çəkinmir. 

Ar-namus  deyilən daha  bir  şey qalmayıb.  Böyük-kiçik  pərdəsi 

aradan  götürülüb.  İstədin-istəmədin  yaşadığın  cəmiyyətin 

yazılmamış  qanunlarına  tabe  olmalısan.  Bu  qanunlar  sənin 

əleyhinə  yönəlmiş  olsa  belə.    “Demokratiya”  pərdəsi  altında 

sənə hər gün “avtoritarizm şorbası” yedizdirirlər. Uzun illərdən 

bəri tanıdığın, etibar etdiyin, ürəyini açdığın dostun, iş yoldaşın 

sənə arxadan elə bir zərbə vurur ki, ömrün boyu bunun acısını 



143 

 

unuda bilmirsən. Sevdiyin qız sənə xəyanət edir. Buna görə o, 



heç  tükünü  belə  darağa  vermir.  Ömründə,  həyatında  ilk  dəfə 

rastlaşdığın bir adam sənin üzünə at kimi dirənir, nəticədə səni 

haqsız  yerə  həbs  edirlər.  Ədalət  məhkəməsindən:  “Axı  nəyə 

görə?!”  deyə  soruşanda,  o,  da  cavabında:  “Yuxarıların 

göstərişidir. Burada bizlik bir iş yoxdur. Biz də buyruq quluyuq” 

deyir.  Budurmu  ədalətli  cəmiyyət?!  Budurmu  hüquqi  dövlət?! 

Cəmiyyətdə  insanların  haqlı  şikayətlərinə  baxılmayanda, 

haqsız  yerə  incidiləndə,  hüquqları  tapdalananda,  qüruru, 

şərəfi,  mənliyi  şərəfsizlər  tərəfindən  ayaqlar  altına  atılanda,  o 

zaman  insanlar  arasında  intihara  cəhd  halları  çoxalır. 

Haqsızlığa,  ədalətsizliyə  dözməyən  insanlar  son  çarəni 

intiharda  -  hamının  gözü  qarşısında  özünə  od  vurub 

yandırmaqda  görür.  Heç    nəyi  vecinə  almayan    harınlaşmış 

məmurlar isə bu odu pulla, rüşvətlə söndürməyə çalışır. Kağız 

üzərindəki  qanunlar  isə  sanki  aşağı  təbəqə  üçün  yazılmışdır. 

Bu  “ədalətli  qanunlar”  demokl  qılıncı  kimi  cəmiyyətin  yalnız 

kasıb  təbəqələrinin  başı  üzərində  asılıb  qalmışdır.  Yuxarılar 

üçün  isə  bu  qanunlar  heç  bir  əhəmiyyət  kəsb  etmir.  Onlar 

“atları”nı   istədikləri kimi, istədikləri səmtə çapa bilirlər. Kimsə 

onlara “gözünün üstə qaşın var” deməyə cəsarəti çatmır. 

    İndi  hamı  özünə  arxa  axtarır.  Arxan  yoxdursa,  sənə  yaxın 

durmurlar,  səni  eşitmirlər,  ən  önəmli  təkliflərin,  ideyaların, 

mütərəqqi  fikirlərin,  elmi  kəşflərin  həyata  keçilməsi 

mümkünsüz  olur.  Dediyin  hər  bir  qiymətli  sözün  nadanlar 

yanında  qiymətsiz  olur,  sözün  kəsərdən  düşür.  İlahi,  Sən 

mənə  dözüm  ver!  Məni  bu  əbləhlərə  möhtac  etmə!  İlahi,  Sən 

özün  mənə  dayaq,  arxa  ol!  Ümid  yerim  yalnız  Sənsən,  ya 

Rəbbim! 


     Şair dostum Əlizadə Nurinin dediyi kimi: “Gərək heç vaxtını 

almayaydım,  İlahi!  …Gileyimdən incimə,  lütfünə qurban,  İlahi! 

Səndən heç nə istəmirəm, mənə dözüm ver, Allah! Başım üstə 

dayanan  bu  başıboş  başlara,  bu  ürəyi  daşlara,  bu  oğru 

başılarına,  bu  əfəl    əbləhlərə,  taleyimə  dolaşan  min  rəngli 



144 

 

kələfləri çözə bilməyim üçün mənə dözüm ver, İlahi! … Çəpər 



çəkib  yoluma,  Qurd  olmaya-olmaya  Qurd  kimi  ulayanlar,  bax 

bu zatı qırıqlar, bu meydan sulayanlar, hər axşam mədəsini o 

meydən  sulayanlar…    Kimə  namə  yazdımsa,  bir  kimsədən 

mənə cavab gəlmədi. Ha gözlədim “can” deməyə bircə cənab 

gəlmədi… İlahi, dediyim sözlərə görə hər yandan qılınclar enir 

üstümə. Sən gəl, mənə qalxan ol! Allah, mənim arxam yoxdur, 

Sən başım üstə arxam ol!” 

    Məni  yaşadan,  bu  gün  həyatda  ayaqda  durmağıma  səbəb 

Sənə  olan  inamım  və  ümidimdir,  İlahi!  İçimdəki  imandan  heç 

zaman  uzaq  düşmədim,  ən  çətin  anımda  belə.  Güvəndiyim 

insanlardan  üz  döndərəndə  də,  yalnız  Sənə  sığındım,  Sənə 

pənah gətirdim. Sən mənə sahib çıx, ya Rəbbim! 

 

                                                                                                                                                             

                                                                      04.02.2014 

 

         

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə