Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə43/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   40   41   42   43   44   45   46   47   48

134 

 

                            



Sənsizəm 

                                     (Esse) 

 

 

     



P

əncərə  önündə  sənsiz  durmuşam.  Amma  əvvəllər  bu 

pəncərədən  ikimiz  baxardıq  yağan  payız  yağışına.  İndi  isə 

sənsizəm.  Səni  sevdiyimi  isbatlasam  da,  inanmadın  mənə. 

“Riyakarsan”  deyib  birdəfəlik  tərk  etdin  məni.  Bu  sözündən 

incidim,  qırıldım.  Çünki  bu  söz  düzgün  ünvana  deyilməmişdi. 

Axı,  sevginin  əzabı  tanışdır  mənə.  Mən  bu  əzabı  necə 

daşıyacağam?  Mən  səndən  başqa  kimsəni  sevmədim,  inan! 

Sən isə mənimlə gördüyün o, qızın kim olduğunu öyrənmədən, 

“bitdi eşqimiz!” dedin mənə. Sən yalnız özünü dinlədin, özünə 

haqq  qazandırdın.  Mən  isə  sakitcə  dayanıb,  məlul-məlul 

gözlərinə  baxdım.  Sən  isə:  “Bundan  sonra  gözlərimə  baxıb, 

qarşıma  dikilib,  məndən  sevgi  diləmə!  Sənə  qarşı  ölmüş 

hisslərimi  oyatmağa  çalışma  bir  də!  Gəl,  məni  bir  də  dərdə 

bələmə!  Bil  ki,  başımın  üstünü  ölüm  alsa  da,  sənsizlik  nə 

qədər  çətin  olsa  da,  daha  bitdi  bizim  eşq  nəğməmiz!”  dedin. 

Mən  isə  bitirə  bilmədim  bu  eşq  nəğməsini.  Çünki  könlümdə 

sənin  eşqinin  odunu  qalamışdım.  Bu  odu  söndürmək  çətindir 

mənə. Sənsiz günlərimdə nə qədər çalışdımsa da, içimə axan 

göz  yaşlarım  belə  sənin  eşq  atəşini  söndürə  bilmədi  yenə. 

Çünki  özümdən  ucadır  arzum,  niyyətim.  Getmir  başımdan  ilk 

məhəbbətin sevdası. 

    Yenə  hava  tutqun,  dumanlı,  çənlidir.  Pəncərə  önündə 

dayanmışam. İndi sən hardan biləsən ki, bu gökəmimdə yalnız 

səni düşünürəm, səni anıram. Sanki göz yaşımdır ələyir payız. 

Bilsən necə həsrətindəyəm?! Sənsiz olduğum üçün üşüyürəm 

bu  payız  günündə.  İcazə  ver,  qəfildən  döyüm  qapını.  Gör  ki, 

nə  haldayam,  dəliyəm,  nəyəm?!  Bəlkə,  payız  mənim 




135 

 

qəmimdən, kədərimdən belə dolub? Bəlkə, payız da dərdimə, 



sərimə ortaq olmaq istəyir mənim?! 

    İndi  haraya  baxıram  ancaq  səni  görürəm.  Sanki  sənin 

surətinlə  dolubdur  dünya!  Bəlkə  mən  yanacağam  bu  dərd 

içində. Bəlkə bu payız yağışı söndürəcək qəlbimdəki sənin eşq 

atəşini.  Amma  mən  buna  heç  inanmıram.  Axı,  məni 

yaşatmağa niyə gücün çatmadı?!  

    İndi  son  yükünü  daşıyır  ömür  qatarı.  Sənsizəm.  Naləm 

qayalardan  qaya  qoparır.  Yelkənsiz  qayığa  bənzəyirəm  indi. 

Səmtini itirmiş yolçuyam indi. 

    Artıq  bulud  ötüb,  yağış  dayanıb.  Yerdəki  gölməçələr  ayna 

tutubdur  mənə.  Mən  ona  baxıram.  Aynada  tək  mənəm. 

Sənsizəm yenə!.. 



                                                                   

                                                                    29.07.2013 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


136 

 

  



                            

Həsrət 

                                  (Esse) 

 

      

İ

ndi  həsrət  yağışı  yağır  içimə.  Sənin  səsinə  tamarzı 

qalmışam.  Sənsizlik  ürəyimi  yandırıb-yaxır,  içimdəki  tufan 

sanki  sal  qayadan  daşı  qoparıb  apardığı  kimi,  nəyisə  alıb 

aparır. Bundan sonra içimdə bir boşluq yarandı.  

    Bu  şaxtalı  qış  axşamı  odlu  baxışlarına  həsrət  qalmışam. 

Çünki o baxışlarla isinirdim həmişə. Heç bilmədim hardan yol 

alıb gəldi bu həsrət?! 

    İndi  sənsiz  duyğularım  da  yetim  qalıb.  Gözlərimdən  qəm-

kədər süzülür. Qəlbimdə sənsizlikdən bir həsrət ağacı cücərib 

indi. Bütün ümidlərim bu həsrət ağacının arxasından boylana-

boylana qalıb. Gözlərim sənin həsrətindən yollarda qalıb. Hiss 

edirəm  ki,  sənsizlik  dərdi  məni  son  mənzilə  səsləyir.  Heç 

olmasa bircə dəfə görün, nəfəsini, ətrini duyum. Axı ümidlərim, 

kövrək duyğularım, arzularım sənin nəfəsinlə boy atırdı. 

    Mən  şehli  çiçəkləri,  qönçə  gülləri  bəxtimin  üzünə  tutmaq 

istədim.  Bütün  dünyanın  dərdi-sərini  unudub,  ancaq  sənin 

dizlərində yatmaq istədim. Nə olar, qayıt gəl! Yenidən dünyanı 

bağışla  mənə.  Qoy  bitsin  bu  həsrət,  bu  acılar.  Sənsiz  ürəyim 

bu həsrəti, qəm yükünü çəkə bilmir inan! 

    Qayıt  gəl,  gülüm,  qayıt!  Əgər  indi  gəlməsən,  bir  gün 

məzarım  önündə  göz  yaşı  tökəcəksən.  İstərdim  həsrət  bizim 

dünyamızdan  qaçaq  düşsün,  kədərsə  həmişəlik  yox  olub 

getsin! Qoy ümid bağçasında həsrət həmişəlik solub-soluxsun! 

Vüsal  atəşindən  çiçəklər  açsın.  Bitsin  bu  həsrət,  bitsin  bu 

ayrılıq!  Nə  olursa  olsun,  harda  olursan  ol,  unutma  ki,  səni 

dualarımda hər gün dilə gətirəcəyəm... 

    Baxdıqca  özümə    həyat  görmürəm,  amma  içimi  dinlədikdə 

ürəyimin  döyüntüsü  mənə  bir  ümid  verir  -  haradasa  Sən 



137 

 

varsan deyə. Sən mənim içimdə kədər, sevinc, göz yaşları və 



gülüş olan kiçik ürəyimdə böyük Dünyam idin.  

    İndi Sənin varlığından başqa, həyatda hər şeyim var. Amma 

buna  baxmayaraq,  özümü  dünyanın  ən  miskin  və  kasıb 

bəndəsi hesab edirəm. Çünki Sən yanımda deyilsən! 

    Gəl, əzizim, yenidən qayıt, gəl mənə! Yenə əvvəlki tək tələs 

görüşə!!! 



                                                                            

                                                                   24.08.2013 

           

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə