Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə46/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   40   41   42   43   44   45   46   47   48

145 

 

 



                    Kaş biləydin ki... 

                                         (Esse)    

 

 

      

S

əni  sevdiyimi  kaş  ki,  biləydin.  Hardan    düşdü  bu  od 

canıma bilmirəm.  Ancaq onu bilirəm ki, səni görən gündən bu 

od içimi yandırıb-yaxır. Bilirəm ki, içimdəki atəşi bayıra çıxara 

bilməsəm,  tezliklə  yanıb  kül  olacağam.  Axı  bunu  sənə  necə 

izhar edim? Bu bir gizli eşq! Yalnız mənim duyduğum, mənim 

iç  dünyama  məxsusi  bir  eşqdir.  Bundan  kimsənin  xəbəri  yox 

belə.  Bunu sənə  necə  söyləyəcəyəm?!  Sən bu mübhan  eşqə 

necə cavab verəcəksən? Bilmirəm! Bircə onu bilirəm ki, eşidən 

kimi qımışıb, güləcəksən mənə. Bəlkə də: “Bu mümkün deyil, 

Aşiq!  Sən  gecikmisən.  Mən  artıq  başqasının  yarıyam!” 

deyəcəksən.  O  zaman  mən  də  təəssüflə:  “Axı  niyə  bu  qədər 

gec  çıxdın  qarşıma?  Bəs  indiyə  kimi  haradaydın?!”  deyə 

əllərimlə  başımı  döyəcləyəcəyəm.  Mənmi  gecikdim  bu 

sevdaya, yoxsa sənmi tələsdin bu mənsiz eşqə?! Allahım, indi 

mən  nə  edəcəyəm?!  Bu  gizli  eşqi  sevdiyim  insana  necə 

söyləyim?! 

    Ünvanını öyrəndim. Qapınıza qədər gəldim. Amma qapının 

zəngini  çalmağa  əlim  qalxmadı.  Qapının  önündə  donub 

qaldım, sanki heykələ döndüm. Bəli, bu bir gizli eşq heykəli idi. 

Geri  döndüm.  Düşündüm  ki,  səni  sevəninin  yanında 

aşağılamayım.  Sənə  qarşı  anlayışsızlıq  göstərib,  səni  qınaya 

bilər. Bəlkə də zəif iradəli olub səndən uzaqlaşa bilər, səndən 

soyuya bilər. O zaman günahkar olduğum üçün özümü heç cür 

bağışlaya  bilmərəm.  Bir  ailə  səadətinə  qıyıb,  sevənlər 

arasında  qanqal  ola  bilmərəm.  Buna  mənim  nə  əxlaqım,  nə 

tərbiyəm,  nə  düşüncə  tərzim,  nə  də  ki  sevgiyə  olan  etibarım, 

sadiqliyim və inamım yol verə bilər. Elə isə bircə yol qalır: bu 




146 

 

gizli eşqdən heç kim xəbər tutmadan qəlbimdə əbədi gömmək! 



Bəs  sonra    halım  necə  olacaq?  Mən  bu  sevda  yükünü 

qəlbimdə  necə  daşıya  biləcəyəm?!  Buna  gücüm,  iradəm, 

səbrim çatacaqmı?!  

    Xoşbəxtlik  axtarırdım,  sən  çıxdın  qarşıma.  Dost-tanışlar, 

qohum-əqraba  hər  dəfə  məni  qınayırdılar:  “Daha  bəsdir,  bu 

qədər subay gəzib-dolaşdın! Evlənmək vaxtın ötüb keçir. At bu 

subaylığın  daşını.  Sevindir  atanı,  ananı,  bacı-qardaşını. 

Sevindir  səni  sevənləri!”  İndi  mən  onlara  səni  sevdiyimi, 

xoşbəxtliyimi  yalnız  səndə  tapdığımı  necə  söyləyim?! 

Söyləsəm,  gülərlər  mənə.  Amma  hiss  edirəm  ki,  içimdəki  və 

axtardığım  xoşbəxtlik  məhz sən  imişsən!  Bağırmaq  istəyirəm: 

“Ey canıma eşq alovun salan, Mələk, hardan çıxdın qarşıma?!  

Kaş biləydin ki, səni necə sevirəm!” 

   Taleyə  bir  bax.  Sevirəm,  sevgimi  deyə  bilmirəm.  Kövrək 

duyğularım  ağladır  məni.    Getdiyin  yollara  həsrətlə  baxıram. 

İnan  ki,  səni  o  yollara  da  qısqanıram.  Dünənki  tədbirdə  yenə 

də  qarşılaşdıq.  Hamıya  təbəssüm  hədiyyə  etdin.  Mən  isə 

başqalarına  dostcasına  ərmağan  etdiyin  bu  təbəssümləri  də 

onlara qısqandım. Qısqandım  təbəssümlərini sən duymadan. 

    Səni  sevdiyimi  kaş  ki,  biləydin.  Bilirəm,  bu  gizli,  nakam 

məhəbbət  öldürəcək  məni.  Kaş  bircə  gecə  yuxuna  girə 

biləydim.  Aşkara    sevdiyimi  deyə  bilmədiyimi,  heç  olmasa 

yuxuda sənə bəyan edərdim. Kaş ki, deyə biləydim: “Sevirəm 

Səni!” 


     İndi sənin həsrətin mənim yuxusuz gecələrimə çevrilib. Sən 

isə  bu  gecələrin  sənsiz  açılan  səhərisən.  Bilirəm,  sənin eşqin 

mənə  ən  böyük  acı  çəkdirir.  Amma  səni  düşündükcə,  içimə 

axan göz yaşları mənə ən böyük sevinc yaşadır. 

    Səni  sevəndən  bəri  daha  kimsəni  yaxınıma  buraxmıram. 

Nədənsə yalqız qalmaq istəyirəm həmişə. Dost-tanışlardan da 

uzaq  qaçıram.  “Niyə  birdən-birə  dəyişdin?!”  deyə  hamı  məni 

qınayır.  İndi  mən  iç  dünyamla  baş-başa  qalmışam.  Orada 

ancaq  tək  sən varsan. Səndən başqa  kimsəyə yer  yoxdur  bu 



147 

 

dünyada!  İndi  sən  mənim  içimdə  kədər,  qüssə,  sevinc,  göz 



yaşları olan böyük Dünyamsan! 

      İlahi,    bəs  “niyə  evlənmirsən?”  deyə  məni  qınayanlara 

başqasının  halalını  canımdan  artıq  sevdiyimi  necə  bəyan 

edim?!. 


                                                                                                                                          

                                                                                                                                                                     

                                                                   22.01.2014   

      

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


148 

 

                                                               



                      

 

              Həsrətə dözmür ürəyim 

                                         (Esse)    

 

                       



      

S

ən  məni  tərk  edəni  bir  il  olub.  Amma  unuda  bilmirəm 

sənli  günləri.  Bu  gedişin,  bu  incikliyin  səbəbini  mənə 

anlatmadan  saf  eşqimizə,  məhəbbətimizə  əlvida  dedin. 

Nədən?!  Hələ  də  bu  sualların girdabında  çabalayıram,  amma 

özümə  təsəlli  verə  biləcək  bir  cavab  tapa  bilmirəm.    Təsəllim 

yalnız onda oldu ki, düşündüm: “Bəlkə, sevgilim məni həsrətlə 

sınağa  çəkir.  Hardasa  qayıdar  geri,  bitər  bu  həsrətli  günlər!” 

Sənsə  geri  qayıtmadın.  Niyə  səni  özündən  də  artıq  sevən 

birisinin saf eşqini yetim qoydun bu dünyada?! 

     Sən  dəfələrlə  məni  dəlicəsinə  sevdiyini  bəyan  etmişdin. 

Bəs  necə  oldu  ki,  birdən-birə,  mənə  nəsə  anlatmadan  tərk 

edib,  getdin?  Bu  gedişdə  günahım  vardısa,  gərək  deyəydin. 

Bu cür səssiz-səmirsiz getməyəydin kaş! İndi bütün günahları 

məndə  görürlər.  “Qızın  qəlbinə  möhkəm  toxunub,  yəqin 

ondandır  tərk  edib!”  deyə  düşünürlər.  Mənsə  özümə  heç  cür 

bəraət  qazandıra  bilmirəm.  Allah  şahidimizdir  ki,  mən  hər 

zaman  təkcə  sənin  sevginə  möhtac  olmuşam.  Mən  bu  gün 

sənə  yenidən  qovuşmaq  ümidi  ilə  səbr  edib  gözləyirəm. 

Həsrətə dözmür ürəyim. Qayıt gəl, Gülüm! Yenidən qayıt gəl, 

ömrümə,  günümə!  Mən  sənin  üçün  uzaqdan  sevməyə  də, 

sənə  baxmadan  görməyi  də,  göz  yaşlarımla  gülməyi  də, 

qovuşmaqdan  ötrü  səbr  etməyi  də  öyrəndim.  Amma  bircə 

sənsizliyə əsla öyrəşə bilmədim! 

      Bircə gün səsini eşitməyəndə, ürəyim çırpıntıdan az qalırdı 

ki,  yerindən  çıxsın.  Amma  indi  ürəyimdə  bir  həsrət  heykəli 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə