Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə47/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   40   41   42   43   44   45   46   47   48

149 

 

ucalıb. Bu həsrət heykəlini əritmək üçün indi sənin əvvəlki tək 



isti, yanar, odlu baxışların lazım deyil. Bu heykəli əritmək üçün 

indi  sənin  sadəcə  soyuq  baxışların  da  buna  kifayət  edər. 

Əzizim, mən səni indi yağışı gözləyən torpaq kimi gözləyirəm. 

Mən  səni  küləyi  gözləyən  yarpaqlar  kimi  əsirəm.  Dodaqlarım 

sənin  sevginə  susamış  dodaqlar  kimi  titrəyir.  Səni  dəlicəsinə 

gözləyirəm! Qayıt gəl, vəfalı eşqinə sahib çıx, Gülüm! İnan ki, 

əgər sən dalğa olsan, mən sənin dənizin olaram. Sən yandırıb-

yaxan  atəş  olsan,  mən  sənin  külün  olaram.  Mən  sənin  əbədi 

sevgin  olmağa  hazıram,  Gülüm!  Mənimlə  olduğun  günlərdə 

qəlbimdə  üç  çiçək  böyütdüm.  Biri  sevgi  çiçəyi,  biri  sevilmək 

çiçəyi, biri də həsrət çiçəyi. Sən gedərkən bu çiçəklərin ikisini 

qəlbimdən  qoparıb  apardın.  Mənə  yalnız  həsrət  çiçəyini 

saxladın, Gülüm! Bu gün sənin həsrətinə dözmür ürəyim artıq! 

Kaş ki, yenidən payız yarpaqları tək xəzana dönmüş həyatıma 

qayıdıb gələydin, Gülüm!!! 

 

                                                                                                                                                                       



                                                                  13.01.2014 

    


     

 

 



 

 

 



 

 

 



 

 

 



 


150 

 

       



 

       Mənimçün heç qocalmadın ki... 

                                         (Esse) 

 

 

       


A

na!!!  Gözümün  işığı,  döyünən  ürəyim,  danışan  dilim, 

düşünən  beynim!  Sənsiz  sanki  mən  deyil,  bütün  dünya  yetim 

qaldı! Sənin gedişin hamımızı yandırıb - yaxdı. Hələ ki, inana 

bilmirəm yoxluğuna. O, nurani çöhrənə elə alışmışdıq ki! Sən 

dünyadan doysan da, övladlarından heç doymadın. Yuxularına 

haram  qataraq,  bizi  böyüdüb  ərsəyə  çatdırdın.  Yuxusuz 

gecələr üçün heç vaxt heyfsilənmədin də. Son günlər elə bil ki, 

bu  fani  dünya  ilə  vidalaşacağını  duymuşdun.  Yamanca 

həlimləşmişdin, dinməz olmuşdun. Gözlərin bir nöqtəyə dikilir, 

uzun  yol  getdiyinə  işarə  edirdi.  Bir  gün  süfrə  başında 

hamımıza  müraciətlə:  “Balalarım,  bir-birinizin  qədrini  bilin. 

Məndən  sonra  aranızda  umu-küsülük  olmasın,  mehriban 

yaşayın,  nahaqdan  kimsənin  qəlbini  qırmayın,  həmişə  bir-

birinizin  hayına-harayına  yetişin.  Öz  gücünüzə  güvənin,  öz 

zəhmətinizlə dolanın. Çalışın ki, evinizə haram tikə gətirməyin. 

Dedi-qodudan,  qeybətdən,  nahaq  danışıqdan  uzaq  olun. 

Ailənizdə daim mehribançılıq, inam və səmimiyyət olsun. Çətin 

gününüzdə  ancaq  Allahın  dərgahına,  mərhəmətinə  sığının, 

Ona pənah aparın!” - dedin. 

     Nəvə  -  nəticələrinlə  öyündün,  onlarla  fərəhlənib 

qürrələndin.  Onlara  baxıb:  “Daha  bu  dünyada  arzu-kamım 

qalmadı” dedin. Hamımızın qəlbində özünə bir dağ məhəbbəti 

yaratdın.  Niyə  bu  həsrəti  bizlərə  qıydın,  Ana?!  Sənin 

həsrətindən  necə  yanmayaq?!  Bir  övlad  ömrünü  niyə  borc 

almadın,  Ana?  Çünki  Sən  onların  heç  birisinə  qıymazdın. 

Həmişə:  “Onlara  gələn  qada-bala  mənə  dəysin!”  deyərdin. 



151 

 

Analar  övladlarından  ötrü  canlarını  fəda  verirlər.  Sən  belə 



analardan idin.  

     Ölümünlə  ümidlərimizi  qıran  dünya  boyda  dərd  qoydun 

bizə.  Heç  bilmədim  niyə  belə  erkən  özünü  yetirdi  bu  ölüm 

qatarı. Sənli həyatımı nə tez alıb apardı? Niyə bu qatar tələsdi 

belə?!  Kaş  ki,  bir  az  da  gecikəydi  bu  həsrət  qatarı!  Bu  elə 

həsrət  ki,  ürəyim  dözməyir  bu  sonsuz  dərdə.  Deyirəm  ki,  kaş 

bu qatar məni aparaydı anam əvəzi. 

     Ana,  qəlbim  həsrətindən  param-parça  oldu.  Göz  yaşlarım 

sel  olub  qəlbimə  axdı.  İndi  hər  yerdə  gözüm  səni  arayır. 

Sənsiz  günlərimiz  çətindir,  Ana!  İndi  o  doğma  çöhrənin,  o 

məsum  baxışının,  o  xoş  sözlərinin  həsrətindəyik.  Bilirəm, 

bizimçün  çox  darıxmısan.  Artıq  uca  göylərdən  baxırsan  bizə. 

Kaş ki, yenidən qayıdıb bizə dönə biləydin! İnan ki, mənə bəxş 

etdiyin ömür payımı heç çəkinmədən sənə qurban edərdim. Bu 

həsrətə  dözmək  çox  çətindir,  Ana!  Sən  gedəni  sanki 

dərdlərimiz  də  çoxaldı.  İndi  anladıq  ki,  hər  bir  evdə  Ana 

təsəllisi bütün dərdlərin dərmanı imiş. Hər dərdimizə yananım, 

Ana!  İndi  biz  ana  südünə  həsrət  qalan  quzular  kimi,  Sənin 

yoxluğuna mələr quzulara dönmüşük. Ana, sən gedəni sevincli 

günlərimiz,  xoş  günlərimiz    yasa  döndü.  Sən  gedəni  neçə 

payız  ötdü,  neçə  qış  ötdü.  Sənsizlik  dərdi,  həsrət  dolu  günlər 

qəlbimizdən  daş  olub  sallandı.  Sən  gedəni  ömrümüzdəki 

bahar  gülləri  daha  çiçək  açmadı.  Sanki  onlar  da  Sənin 

gedişinə yas saxlayır, həsrətindən boynu bükük qalıblar. 

     Indi  mənə  ən  yaxşı  təsəlli  Sənin  hər  gecə  yuxularıma 

gəlməyindir.  Yuxularda  yenidən  təbəssümlü  çöhrəni  görür, 

məsum baxışlarını seyr edirəm. Həlim xasiyyətli, kövrək qəlbli, 

mehriban,  qayğıkeş,  övladları  üçün  fədakar,  kişi  qeyrətli, 

Anam!  Ötən  gecə  yenə  yuxuma  gəlmişdin.  Sənin  sağında  və 

solunda  mələklər  vardı.  Mənim  mələk  simalı,  Anam.  Özüm 

boyda  sevincimi,  kədərimi  öz  qəlbinə  qatanım,  Ana!  Bizim 

dərd-sərimizi öz qəlbində bizdən gizli çəkdin həmişə. Duaların 

üstümüzdən  heç  zaman  əksik  olmadı.  İndisə  gözümüzü 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə