Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə42/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

131 

 

    “Sənin  fikrinlə  razı  deyiləm.  Bədbin  olmaq  uğursuzluğa 



düçar olmaq deməkdir. Həyat gözəldir, yaşamaq isə ondan da 

gözəldir.  Sən  ümidini  həyatdan  üzmə.  Nə  bilirsən,  bəlkə  səni 

hardasa  başa  düşən,  sənə  inanan,  sənin  qəlbini  fəth  edən 

birisi var. O, nə vaxtsa gəlib səni tapacaq. Ona görə də ümidlə 

yaşamalısan!” dedim. 

    “Elə  məni  indiyə  qədər  yaşadan  o  ümidlərdir  də.  Yaxşı  ki, 

sən  varsan.  Səninlə  söhbətdən  sonra  bir  az  rahatlanıram. 

Yaşamaq həvəsim artır. Çünki insan onu başa düşən, qəlbən 

anlayan birisiylə həmsöhbət olanda istər-istəməz rahatlıq tapır. 

Mənə  ümid  verən,  yaşamaq  həvəsimi  artıran  həm  də  sənin 

yazıların  oldu.  Qadın  dünyasına  bələd  olan  birisi  kimi,  son 

anda  məni  intihardan  qurtardın.  Sən  olmasaydın,  indi  mən 

çoxdan  həyata  əlvida  demişdim.  İndi  nə  yaşayıramsa, 

səninçün  yaşayıram.  Çünki  sən  məni  qəlbən  anlayan  ikinci 

adamsan.  Birincisi  sənə  məlumdur.  Bütün  rəftarınla, 

səmimiyyətinlə,  xarakter  və  düşüncələrinlə  eyniylə  ona 

bənzəyirsən.  Ona  görə  də,  onun  kimi  səni  də  itirməkdən 

qorxuram!” dedin. 

    Ax,  gülüm,  məni  səni  intihardan,  böyük  günah  sahibi 

olmaqdan  qurtardım.  Amma  zalım  xəstəlikdən  xilas  edə 

bilmədim!  Son  anda  əlim  çatmadı  sənə!  Taleyə  bir  bax!  İlk 

sevdiyin insanı da, səni də o, amansız xəstəlik apardı...  

    Əzizim, bundan sonra mən səni yazılarımda yaşadacağam. 

Növbəti yazım “Günaha batmış sevgi” olacaq... 

    Səndən  mənə  yalnız  həsrət  dolu  baxışlar  qaldı.  Məndən 

sənə nə qaldı?! Bax, onu bilmədim!.. 

                                                                     

                                                                                         

                                                                  25.06.2013 

 

 

 

 



132 

 

 



          Yuxularına gələcəyəm 

                                    

(Esse) 

 

      


S

əndən  ayrılandan  bəri  yuxum  ərşə  çıxıb.  Nə  gecəm 

bilinir,  nə  də  gündüzüm.  Niyə  ucuz  tutdun  bu  saf 

məhəbbətimi?  Niyə  xəyanət  etdin  bu  təmiz  eşqə?  Əvvəllər 

“səni  dünyalar  qədər  sevirəm”  deyən  dilin,  niyə  birdən-birə 

“daha  biz  ayrılmalıyıq,  biri-birimizə  nifrət  etmədən”  deyə 

hamının qibtə etdiyi sevgimizə qarşı “üsyan” etdi. Nədən? Niyə 

səbəbini  söyləmədən  tərk  etdin  məni?!  Axı,  mən  bu  cür 

ayrılığa  layiq  deyildim.  Məni  dünya  malına  dəyişdiyini 

sonradan öyrəndim. O, imkanlı birisiymiş. Demək, aramızdakı 

saf  duyğuları  var-dövlətə,  şan

-

şöhrətə  satdın?!  Niyə  ucuz 



tutdun bu eşqi, bu sevdanı?  Buna dəyərdimi?! Amma mən bu 

eşqin  heykəlini  qəlbimdə  əbədiləşdirdim.  Daha  bundan  sonra 

qəlbimdə kimsəyə yer olmayacaq! 

    Niyə günahsız bir bəndəni ağlatdın?! Dərdi, kədəri muncuq 

kimi  niyə  boynuma  düzdün?!  Niyə  küskün,  incik  baxışlarla 

dağladın  məni?!  Həmin  gün  ruhumu  incitdin,  qəlbimi  üzdün. 

Həmin  gün  ömrümə  həsrət  ələndi.  Yanaqlarımda  kədər 

cığırları  iz  saldı.  Taleyim  üzümə  güldüyü  zaman,  tamarzı 

qaldım  sənin  ətrinə!  Sən  mənim  ülvi  eşqimi  yetim  qoydun! 

Artıq  sənin  ürəyində  ünvanım  itib.  Sənə  verdiyim  eşq 

əmanətini  qoruya  bilmədin.  İndi  geri qaytar  o sevgimi,  özümə 

qaytar! 


    İndi  sənin  ətrini  xatirələrdən  alıram.  Dəniz  sahilindəki  o 

gülüş  səslərin  hələ  də  qulaqlarımdadır.Yenə  də  həmin 

sahildəyəm.  Sənli  xəyallara  dalmışam  yenə.  Adın  çiçəkləyir 

dodaqlarımda.  Sevincə  bürünüb  kövrək  duyğular.  Arzular 

sinəmdə təzəcə çiçək açdığı zaman tərk etdin məni. Hər gecə 

içimdə  həsrət  yuxular,  “görəsən,  vüsal  harayıma  hay 




133 

 

verəcəkmi?” deyə düşünürəm. Nədəndir ki, heç yuxularıma da 



gəlmirsən.    Amma  hardan  gələ  bilərsən  ki?  Mən  ki  heç 

yatmıram.  Mən  isə  sənin  yuxularına  hökmən  gələcəyəm,  sən 

istəməsən belə. Bilirəm, yuxularına gələn gecə isinəcəksən.  

     Bundan sonra  ömrüm  bir  şam kimi  ərisə  belə,  qəm,  kədər 

içimdə yerisə belə, mən səni yenə də gözləyəcəyəm! 

     Bir  axşam  soruşdun:  “Axı,  məhəbbət  nədir?”  Dedim: 

“Məhəbbət  oddur,  atəşdir.  Qəlbi  daim  yandırıb-yaxar.” 

Soruşdun:  “Bəs,  onda  bu  atəşə  necə  dözmək  olar?”  Dedim: 

“Əgər bu eşq, bu məhəbbət qarşılıqlıdırsa, onda bu atəş sevən 

könüllərə sərinlik verər.” 

     İndi  bayırda  qar  yağır.  Hava  soyuqdur.  Bilirəm  ki, 

üşüyürsən.  Mən  yenə  də  qəlbimlə  bacara  bilmirəm,  sənin 

üşüməyinə  heç  cür  dözmürəm.  Darıxma,  mən  səni  heç  vaxt 

üşüməyə  qoymayacağam!  Hər  zaman  qəlbimdəki  sənin  eşq 

atəşinlə soyuq gecələrdə yuxuna gələcəyəm. Və səni eşqimin 

oduyla isindirəcəyəm!.. 

                                                                   

                                                                   29.07.2013 

 

 

 

 

 

 

 

 

 

 

    

 

 

 

 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə