Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə38/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

118 

 

nifrət  dolu  baxışlarla  onun  qarşısında  dayanmış  erməni 



zabitinin düz gözlərinin içinə baxdı. 

-  Deyəsən,  dilin  get-gedə  uzanır.  Əgər  mən  sənin  bu  uzun 

dilini  kəsməsəm,  elə  hey  çərənləyəcəksən.  Mənə  bir  kəlbətin 

və  bir  iti  bıçaq  gətirin!  Cəld  olun!  -  Erməni  zabiti  dəlicəsinə 

bağırdı. 

    Erməni  əsgəri    zabitin  dediklərin  gətirib  ona  verdi.  Zabit 

dəlicəsinə bağırdı: 

-   Bu  küçüyün əllərini tutun!  

    İki  erməni  dığası  cəld  əsir  əsgərin  qollarını  qavırıb, 

arxasında tutdular. Bu zaman zabit sağ əlindəki kəlbətini əsirin 

ağzına salıb, onun dilini tutaraq bayıra çıxardı. Sonra o, əl atıb 

bıçağı  götürdü  və:  “İndi  danış  görüm,  necə  danışacaqsan!”  - 

deyib əsirin dilini bir anda kəsib yerə atdı. 

    Oğlan  bayılaraq  yerə  yıxıldı.  Zabit  əsgərlərin  üstünə 

qışqırdı: 

-   Götürün, bunu atın kameraya! 

    Aralığa  ölüm  sükutu  çökdü.  Hamı  yerdə  uzanmış,  dili 

kəsilmiş  əsgərə  baxırdı.  Kimsənin  səsi  çıxmırdı.  Mikayıl  bu 

dəhşətə  dözə  bilməyib,  irəli  yeriyərək  yerdə  bayılmış  əsgərə 

kömək  etmək  istədi.  Amma  yanındakı  yoldaşı  onun  qolundan 

tutub  saxladı.  Erməni  əsgərləri  bayılmış  əsiri  qol-qıç  edib 

apardılar... 

    Ertəsi  gün  əsirlərdən  biri  taqəti  olmadığı  üçün  işləməkdən 

boyun  qaçırdı.  Buna  görə,  ermənilər  həmin  əsiri  iki  gün  ac-

susuz  itlə  baş-başa  zəncirlədilər.  Onlar  itlərinə  yemək,  su 

verdikləri  halda,  bu  əsirə  içmək  üçün  bir  qurtum  su  belə 

vermirdilər.  Onun  adı  Azər  idi,  Cəbrayıl  rayonundan  idi.  O, 

susuzluğa  dözə  bilməyib,  ermənilərdən  su  istədi.  Erməni 

dığası  da  onu  ələ  salmaq  üçün;  “mən  indi  sənə  su  əvəzinə, 

sizin  Badamlıdan  gətirəcəyəm”  -  deyə  gedib  Badamlı 

şüşəsində  qab-qacaq  yuyulmuş  yaxantı  sudan  gətirib  Azərə 

verdi.  Azər  də  möhkəm  susadığından  fərqinə  varmadan, 

Badamlı şüşəsini birnəfəsə başına çəkdi. İçəndən sonra onun 



119 

 

çirkab  su  olduğunu  hiss  etdi  və  dərhal  da  geri  qaytardı. 



Ermənilər də buna baxıb gülüşdülər.  

   Gündüzlər əsirləri meşəyə ağac qırmağa aparırdılar. Meşəyə 

qədər  məsafə  3-4  kilometr  olardı.  Hər  gün  bu  məsafəni  ac 

qarına,  piyada,  qaça-qaça  qət  etmək  insandan  dözüm  və 

möhkəm  iradə  tələb  edirdi.  Ermənilər  əllərində  avtomat  silah 

UAZ  maşınlarla onları  arxadan  təqib edirdilər. Onlar  taqətdən 

düşmüş,  yerə  yıxılan  əsirlərin  üstündən  maşınla  keçib 

gedirdilər. Bu yolla on yeddi əsirimiz öldürüldü... 

    Mikayıl 

nəyin 


bahasına 

olursa-olsun 

qaçmağı 

planlaşdırmışdı.  O,  qaçış  əməliyyatını  ən  yaxınlarına  da 

söylədi,  amma  onlar  buna  razı  olmadılar.  Dedilər  ki,  buradan 

qaçmaq heç cür mümkün deyil. Amma Mikayılın qərarı qəti idi. 

“Tək də olsa, bu cəhənnəmdən qaçıb qurtulacağam!” deyə o, 

düşündü. 

    Bir  gün  Mikayılgili  maşına  yığıb  bir  erməni  qəbiristanlığına 

gətirdilər. Ermənilər dedilər ki, bu gün onların bayramıdır. Ona 

görə  də,  burada  bir  Azərbaycan  əsgərini  qurban  kəsəcəklər. 

Kəsilmiş qurbanlıq ətindən kabab çəkəcəklər və bütün əsirlərə 

yedirəcəklər.  İnsanlıqdan  uzaq  olan  qaniçənlər  dedikləri  kimi 

də  etdilər.  Cavan,  cüssəli  bir  Azərbaycan  əsgərini  qəbirlərin 

birinin  yanına  gətirdilər.  Daşnak  zabiti  gəlib  gənc  əsirin 

qarşısında dayandı və qımışaraq soruşdu: 

-    Bilirsən  ki,  həyatının  son  dəqiqələrini  yaşayırsan.  Bəlkə, 

bizlərdən bir istəyin var? 

    Əlləri  arxasında  bağlanmış  cavan  oğlan  başını  qaldırıb 

əvvəlcə səmanın ənginliklərini, sonra da məsum baxışlarla əsir 

soydaşlarını  bir-bir  seyr  etdi.  Və  birdən  üzünü  saqqallı  zabitə 

tərəf  çevirdi.  Bu  dəmdə  onun  gözlərində  nifrət  qığılcımları 

parladı: 

-    Bəli, var. Ancaq bir az mənə yaxın gəlin - dedi.  

     Zabit əsirə yaxınlaşdı. Əsir qəzəbli baxışlarla ucadan dedi: 

-   Mən indi bir şeyə çox təəssüf edirəm ki, sizin kimi qatil və 

şərəfsizlərdən  daha  çox  öldürə  bilmədim.  Amma  bunu 



120 

 

bilməlisiniz  ki,  hamınız  bu  torpaqlarda  it  kimi  gəbərəcəksiniz! 



Leşiniz qarğa-quzğunlara yem olacaq! Siz dünyanın ən alçaq, 

yaltaq,  hiyləgər,  qaniçən  və  rəzil  millətisiniz!  Hamınız 

cəhhənnəm atəşində yanacaqsınız! Bu etdiklərinizə görə Allah 

-təala sizi əsla əfv etməyəcək! 

    Cavan  oğlan  sözünü  tamamlayan  kimi,  qəfildən  erməni 

zabitinin  əvvəlcə  üzünə  tüpürdü,  ardıyca  da  başı  ilə  onun 

sifətinə güclü bir kəllə zərbəsi vurdu. 

-   Ay burnum! - deyə saqqalı daşnak əlləri ilə üzünü tutub yerə 

oturdu. 

     Bunu görən erməni dığaları cavan oğlanın üstünə düşdülər, 

onu  təpiklə,  avtomatın  qundağı  ilə  o  ki  var  döydülər.  Sonra 

huşsuz  halda  yerə  uzanmış  əsiri  sürüyə-sürüyə  gətirib  bir 

qəbirin üstündə “uf” belə demədən, başını kəsdilər. Mikayıl bu 

mənzərəyə tab gətirməyib, yanında əlində avtomatlı dayanmış 

erməni  dığasının  sifətindən  gözlənilmədən  güclü  bir  yumruq 

zərbəsi  ilişdirdi.  Dığa  zərbədən  səntirləyib  arxası  üstə  yerə 

yıxıldı.  Bu  dəfə  də  ermənilər  Mikayılı  bayılına  qədər 

əzişdirdilər.  Dığalardan  biri  avtomatını  ayağa  çəkib  onu 

vurmaq  istədi,  amma  yoldaşı  onun  qulağına  nəsə  dedi  və  o, 

fikrindən  daşındı.  Çünki  ermənilər  QXK-nin  siyahısında  olan 

əsirləri öldürməkdən çəkinirdilər.   

    Daha  sonra  qaniçənlər  başı  kəsilmiş  cavan  oğlanın  ətini 

şişlərə taxıb, kabab bişirdilər və hər bir əsirin başına dayanmış 

silah gücünə onlara məcburən yedirdilər. Sanki əsirlər bir anda 

özlərini  Afrika  cəngəlliklərində  yaşayan  adamyeyən  tayfalar 

arasında olduqlarını hiss etdilər. Bu film deyildi, həyatın gerçək 

üzü idi! Bu erməni vəhşiliyinin, erməni faşizminin iç üzü idi!!! 

    Axşam  əsirləri  yenidən  həbsxanaya  qaytardılar.  Onlar 

əsirləri sıraya düzdülər. Erməni zabiti əsirlərin qarşısında var-

gəl edərək dedi: 

-    Bilirəm,  bu  gün  qarnınız  toxdur.  Amma  tox  qarın  başa 

bəladır.  İndi  əsgərlərim  sizi  axşam  idmanı  ilə  məşğul 

edəcəklər. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə