Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə41/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

127 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 E     S     S     E     L    Ə     R 

 

 

 

 

 

 

 

 

 

 

 

 


128 

 

              Əlim yetmədi sənə  

                                     

(Esse) 


 

     


N

ə  qədər  çalışsam  da  əlim  sənə  yetmir.  Çünki  indi  sən 

məndən çox-çox uzaqlardasan. Elə bir yerdəsən ki, istəsəm də 

oraya  gələ  bilmərəm.  Amma  hər  axşam  yuxularıma  gəlirsən. 

Nə  yaxşı  ki,  yuxular  var.  Bu  yuxularla  təsəlli  tapıram  yenə... 

Son  dəfə  səninlə  telefonda  danışanda  dedim  ki,  sənə  bir 

sürprizim  var,  görüşəndə  özün  görəcəksən.  Dedin  ki,  indi 

görüşməmiz  hələlik  mümkün deyil.  Səbəbini  sordum.  “Qismət 

olsa,  görüşəndə  söylərəm”  dedin.  “Bəs  nə  vaxt  görüşəcəyik 

biz?  Səsində  bir  qəribəlik  var,  sanki  öz  səsin  deyilmiş  kimi,” 

deyə nigaran halda soruşdum. “Bu görüşün tarixi - günü, saatı 

bəlli deyildir hələ. O ki qaldı səsimə, səsim həmin səsdi, ancaq 

avazım dəyişib” gülərək dedin. “Amma ömrümdə ilk dəfədir ki, 

səni  görməyə  daha  çox  tələsirəm.  Bu  tələskənlik  nədənsə 

əvvəlkilərə  heç  bənzəmir.  İçimdə  bir  narahatlıq,  bir  sıxıntı,  bir 

qorxu var” dedim.  

    “Qorxu?!  Sən  ki  heç  nədən,  heç  kimdən  heç  bir  zaman 

qorxmazdın. İndi bu qorxu hardan çıxdı belə?!” deyə soruşdun. 

“Səni  həmişəlik  itirəcəyimdən  qorxuram!”  dedim.  “Yaxşı, 

deyəsən o, gəlir. Qapatmam lazımdır. Onu da deyim ki, bir aya 

kimi  zəngimi  gözləmə!  Buralarda  olmayacağam.  Öpürəm, 

salamat qal!” dedin.  

    “Əllərim  əllərinə  toxunmamışdı  heç.  İndi  hardan  çıxdı 

birdən-birə “öpürəm” kəlməsi deyə düşündüm... 

     Bəli,  bizi  bir-birimizdən  ayıran,  bizim  bir  yerdə  olmağımıza 

mane  olan  onun  əri  idi.  O,  Çin  Səddi  kimi  aramızda 

dayanmışdı.  İki  sevən  könül  arasında  çəkilən  keçilməz  bir 

sədd! 


     Qovuşmağımızın  mümkünsüz  olduğunu  bilə-bilə,  yenə  də 

nəyəsə  ümid  bəsləyirdik.  Sən  indi  sevmədiyin  birisiylə  ailə 




129 

 

həyatı  yaşamağa  məhkum  olunmuş  bir  sevdalı,  mən  isə 



sevdiyi uğrunda canını fəda etməyə hazır olan bir aşiq...  

     Bir  ay  tamam  olan  kimi,  sənə  zəng  etdim.  “Bu  nömrəyə 

zəng çatmır” deyə operator bildirdi. Həmin gün axşama qədər 

hər  yarım  saatdan  bir  sənə  zəng  vurdum.  Amma  operatorun 

eyni  cavabını  eşitdim.  Təlaşlandım.  Axşam  da  zəng  etdim. 

Amma yenə də eyni cavab... 

     Ertəsi gün iş yerinə getdim. İş yoldaşından səni soruşdum. 

Qızın  bir  anda  sifət  rənginin  necə  dəyişdiyini  gördüm. 

Təəccüblə  üzümə  baxıb:  “Siz  Arzunun  nəyi  olursunuz?” 

soruşdu.  Heç  bilmədim  nə  cavab  verim.  Qız  bu  sualdan 

tutulduğumu görüb dedi: “ Demək, xəbəriniz yoxdur!”  

-   Nədən?! - həyəcanla soruşdum. 

-   Arzunu on gün bundan öncə Türkiyədən gətirdilər. 

-    Necə  yəni  Türkiyədən  gətirdilər?  Arzunun  Türkiyədə  nə  işi 

vardı?! 

-    Arzu  boğazından  “rak”  olmuşdu.  Burada  əlac  olmadı,  ona 

görə  də  valideynləri  onu  Türkiyəyə  apardılar.  Ancaq  təəssüf 

ki... 


-  Siz nə danışırsınız?! Bu ola bilməz! - bərkdən qışqırdım. 

    Qulaqlarımda uğultu yarandı, beynimdə sanki  ildırım çaxdı, 

ürəyim şiddətlə döyünməyə başladı, gözlərim önündə nəhəng 

dalğalar sal qayalara çırpılaraq çilik-çilik olurdu... 

     Ayılanda başımın üzərində ağ xalatlı həkimi gördüm. 

-    Qorxulu  bir  şey  yoxdur.  Sadəcə  həyəcandan  bayılmısınız. 

İstəsəniz,  durub  gedə  bilərs

i

niz.  Keçmiş  olsun,  -  deyə  həkim 



mənə təskinlik verdi. 

     Demək,  xəstə  olduğunu  məndən  gizlədirmişsən.  Hər  şey 

yarımçıq  qaldı.  Nə  acı  taleyin  varmış  sənin!  Ölüm  üçün 

heyfsilənməzlər  deyirlər.  Amma  mən  sənin  son  gedişinə  çox 

heyfsilənirəm. İlk dəfə səninlə görüşəndə

,

 baxışlarında nədən 



bu qədər dalğınlıq, kədər, həsrət, intizar, məsumluq olduğunun 

səbəbini  soruşdum.  Sən  cavabında:  “Bu  baxışlar  nakam 

məhəbbətimin  intizar,  həsrət  dolu  baxışlarıdır”  dedin.  Elə  o 



130 

 

zaman  da  mən  sənin  o,  dalğın,  kədərli,  intizar  dolu,  məsum 



baxışlarına  vuruldum.  O  gündən  bəri  sənin  o  qara  gözlərinin 

əsirinə  çevrildim.  O,  məsum,  qara  gözlərə  bilmədən  aşiq 

oldum. Amma bunu uzun zaman səndən gizlətdim. Bunu sənə 

söyləyə bilməzdim, çünki sən ərli bir qadın idin. Talelərlə bağlı 

yazılarımı  oxuyandan  sonra  özün  məni  axtarıb  tapmışdın. 

Sonra  sən  qovuşa  bilmədiyin  nakam  sevgindən  söz  açdın 

mənə.  Dedin  ki,  bunu  nə  vaxtsa  qələmə  alarsan.  Mən  də 

həmin  gün  sənin  vüsalına  yetmədiyin  nakam  məhəbbətin 

barədə  yazacağıma  söz  vermişdim.  Üstündən  illər  keçsə  də, 

mən  sözümə  əməl  edib,  sənin  nakam  eşqini  əbədiləşdirdim. 

Onu  yazılı  tarixə  çevirdim.  Əfsuslar  olsun  ki,  sən  bunu  görə 

bilmədin.  Amma  narahat  olma.  Mən  bu  kitabı  sənin  məzarın 

üstünə qoyacağam...  

    Sənin  yoxluğuna  heç  cür  inana  bilmirəm.  Bəs  içimdəki 

boşluğu  indi  kim  dolduracaq?!  Səni  belə  tez  itirdiyim  üçün 

yanıb-yaxılıram. Özümə yer tapa bilmirəm. Bu geniş dünya dar 

gəlir mənə. Özümü məngənə arasında hiss edirəm. Sanki hər 

tərəfdən məni sıxırlar, nəfəsim çatmır, ürəyim çırpınır... 

    Bəs  bu  sevginin  adı  nə?  Səni  sevdiyim  üçün  günahmı 

etdim?!  “Ərli  qadını  sevmək  günahdır”  dedilər.    Demək, 

sevgimizin  adı  “günah.”  Sevmək,  birisinə  aşiq  olmaq  nə 

vaxtdan  bəri  günah  hesab  olundu?!  Heç  günah  iş  tutmaq 

istəmədim  həyatda.  Amma  bu  günahı  etdim,  bilərəkdən 

günaha batdım. Və sənə Məcnun tək aşiq oldum.

 

    Bir  dəfə:  “Daha  dözə  bilmirəm.  Yalan  sevgidən,  saxta 



davranışdan, riyakar səmimiyyətdən, saxta gülüşlərdən, saxta 

yaşamaqdan bezdim. Artıq özümü öldürmək istəyirəm. İnsanın 

bütün  ömrü  boyu  maska  ilə,  sevmədiyi  birisiylə,  səni  başa 

düşməyən,  anlayış  göstərməyən,  məqsəd  və  məramı  bəlli 

olmayan,  duyğusuz,  hissiyyatsız,  kobud  təbiətli  birisiylə 

məcburi  ömür  sürməsi  doğrudan  da  cəhənnəm  əzabıdır!!!” 

dedin.  



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə