Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə44/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   40   41   42   43   44   45   46   47   48

138 

 

 



                 Sən gedəni 

                                 

(Esse) 

 

     

S

ən  gedəni  cığırları  ot-ələf  basıb.  Sən  gedib-gəldiyin 

cığırlar  sənin  addımlarına  indi  yaman  qəribsəyib.  Sən  gedəni 

cığırlar  da  həsrətinə  tab  gətirə  bilməyib,  üstündən  yorğunluq 

yükünü atmağa hazırlaşır. 

    Mən  hardan  biləydim  ki,  bəzi  cığırların  ancaq  gedişi  var, 

dönüşü  yoxdur.  Gedişli-gəlişli  cığırlara  alışmışdım.  Səbəbi  nə 

oldu  bu  gedişin?  Anlaya  bilmədim  ki!  Niyə  aramızda  sərhəd 

çəkildi, ikiyə bölünmüş Azərbaycantək?! 

    Ürəyimdə  kök  salan  sevgin,  nədən sənin qəlbində  bir  tikan 

oldu?  Mən  səni  qəlbimdə  sevgi  atəşi  ilə  isindirirdim.  İndisə 

hardasa soyuqlamısan. 

    Son  dəfə  məndən  ayrılanda,  nədənsə  gözlərini  gizlədirdin. 

İndi anlayıram ki, gözlərini məndən niyə gizlədirdin. Sən ondan 

qorxurdun  ki,  gözlərində  başqa  birisinin  gizləndiyini  görə 

bilərəm.  Bundan  bildim  ki,  niyə  son  vaxtlar  gözlərin  gözümə 

baxmaqdan  utanır.  Çünki  günahkar  sən  idin.  O  günah  yükü 

kirpiyindən sallanaraq göz qapaqlarını aşağı dartırdı... 

    Sənə  vəfasızmı  deyim,  bilmirəm.  Allah  da  şahiddir  ki, 

sevgimizə  heç  zaman  xəyanət  etmədim.  Bu  ülvi,  saf  eşqi 

həmişə  qoruyub  saxlamağa  çaılşdım.  Sən  isə  bu  eşqin  qədr-

qiymətini  bilmədin.  Görünür,  sevgi,  məhəbbət  yollarında  naşı 

bir  yolçusanmış.  Onun  üçün  də  sevgimi  bu  cür  ucuz  tutdun, 

onu  anlamağa  heç  çalışmadın  da.  İçimdə  açmış  sevda 

çiçəklərini nə tez soldurdun?! 

    Sən gedəni bu eşq atəşindən yaşıl ot odda necə qıvrılaraq 

yandığı kimi, mən də onun kimi yanıb-yaxılıram. 

    Sən  gedəni 

i

ntizarından  gecələr  də  uzun  göründü 



mənə.Yatmaq  istəyirəm.  Deyirəm,  bəlkə  yuxularıma  girərsən. 


139 

 

Heç olmasa yuxuda səni görmək istərdim. İndi yeganə təsəllim 



budur. 

    Sən  gedəni  bağçadakı  o  bülbül  də  daha  nəğmə  oxumur. 

Sanki  o  yazıq  quşcuğaz  da  bizim  nakam  eşqimizə  yas 

saxlayır. Sən gedəni daha çiçəklər də açmır. Sən demə, güllər, 

çiçəklər də həsrətə dözə bilmirmişlər. 

    Sən  demə,  çiçəkləri,  gülləri  də  təravətləndirən  eşq,  sevgi 

imiş... 

                                                                                    

                                                                     24.08.2013 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



140 

 

                     



Şəhid anası 

                                     (Esse) 

 

 

       


G

özləri  yollara  dikilib  Şəhid  anasının.  Təsəlli  verir  özü

-

özünə:  “Mənim  balam  məni  belə  tənha,  gözüyaşlı  qoyub 



getməz!  O  məni  heç  bir  zaman  yalqız  buraxmayacağına

 

söz 



vermişdi!  Vüqar  balam  mənə  heç  zaman  yalan  danışmazdı. 

Onun  qəlbində  düşmənə  hədsiz  nifrət  hissi  vardı.  Həmişə  

əsəbiləşib deyirdi: “Haqlı olduğumuz halda, bütün dünya yenə 

də  “onlara”  gözün  üstə  qaşın  var  demək  istəmi

r. 

Torpaqlarımızı  işğal  etdikləri  bəs  deyil,  hələ  bir  dünya 



ictimaiyyətinin  gözündə  özlərini  haqlı  çıxarmağa  çalışırlar. 

Çünki  arxaları  böyük  güc  sahibinə  bağlıdır.  Kaş  ki,  üçcə  gün 

dığaların  ağası  onlardan  üz  döndərəydi,  o  zaman  türkün  kim 

olduğunu onlara

 

göstərəydik. Nə edək ki, beynəlxalq aləm: “bu 



münaqişə  sülh  yolu  ilə  həll  edilməlidir!”  deyərək  əl

-qolumuzu 

bağlayır. Özündən qat

-

qat zəif birisinin sənin doğma ata



-baba 

torpaqlarında  at  oynatması  istər

-

istəməz  adamın  qüruruna, 



şəninə toxunur.” 

 

      Ana 



oğlunu  əsgərliyə  yola  salarkən  o,  geri  qanrılıb, 

günahkarcasına  anasına  baxaraq  deyir:  “Əgər  geri 

qayıtmasam, bağışla məni, ana! Haqqını halal et! Əlimə fürsət 

düşən kimi, düşməndən intiqam almağa çalışacağam!  Yoxsa 

vicdan  əzabı,  torpaq  namusu  məni  heç  z

aman  rahat 

buraxmaz!”  Elə  də  oldu.  Düşmən  növbəti  dəfə  təxribat 

törədərək, səngərlərimizə doğru irəliləyiblər. Bu zaman şiddətli 

atışma başlayıb. “Daha bundan yaxşı fürsət ola bilməz! Göstər 

özünü!  İndi  o  quduz  köpəklərin  payını  vermək  vaxtıdır!”  deyə 

Vüqar 

düşmənin 



başına 

od 


yağdırır. 

Vüqarın 


əl 

pulemyotundan açdığı atəşlə bir neçə düşmən torpağa sərilir. 

Qalanları  hücuma  keçdiklərinə  peşman  olaraq,  yoldaşlarını 



141 

 

döyüş  meydanında  qoyub,  geri  qaçırlar.  Bu  zaman  düşmən 



snayperinin açdığı atəş Vüqarın gənc həyatına son verir.

 

    İndi şəhid anasının həsrət dolu baxışları yollara dikilib qalıb. 



Söz kimi, göz yaşları da ananın yanaqlarında eləcə də donub 

qalıb. Sanki göz yaşı ananın yanaqlarında hələ yol gedir kimi 

görünür.  Yaşamaq  ana  üçün  indi  bir  aldanışdır.  Q

ara  qanlar 

axır  ananın  qəlbindən.  Onun  qəmli  ürəyində  bahar  öz  yerini 

əbədi  olaraq  qışa  vermişdir.  Yollara  göz  dikməkdən  Şəhid 

anasının arzusu, ümidi qırış

-

qırışdı.



 

     


Ələnib  ömrünə  həsrətin  qarı,  hər  yerdən  bağlayıb  fələk 

yolları. Dərd, kədər sarmaşıq tək sarılıb ananın boynuna. Oğul 

dərdiylə yol gedir Şəhid anası!

 

    



Hər  ötən  axşamı,  açılan  səhəri  intizarla,  həsrətlə,  qəhərlə 

qarşılayır Şəhid anası! O, qəhrəman oğlu haqqındakı xatirələri 

indi göz yaşlarıyla yuyaraq əzizləyir.

 

     



İndi Şəhid anası heç kəsin görə bilmədiyi, duymadığı şəhid 

oğluna  qəlbində  ağrı

-

acıdan,  dərddən,  kədərdən,  iztirabdan, 



həsrətdən əbədi bir heykəl qoyubdur!..

 

 



                                                                      

                                                                  02.12.2013 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə