Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə27/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

84 

 

Zöhrəyə  verərək,  onun  bu  fənnələrə  olan  həvəsini  daha  da 



artıraraq, bilik dairəsinin genişlənməsinə kömək edirdi. Amma 

birdən-birə  Zöhrənin  ardıcıl  dərs  buraxması  onu  narahat 

etməyə bilməzdi.  

-    Azad  müəllim,  Zöhrənin  ev  ünvanını  gətirdim,  -  deyə  sinif 

rəhbəri Azad müəllimi xəyaldan ayıltdı. 

-    Sağ  olun,  Fərhad  müəllim.  Mən  Zöhrəyə  baş  çəkib,  dərsə 

niyə gəlmədiyinin səbəbini hökmən

 

öyrənəcəyəm, - deyə Azad 



müəllim  sinif  rəhbərinin  ona  uzatdığı,  çalışqan  şagirdinin  ev 

ünvanı olan kağız parçasını aldı. 

     Axşam tərəfi Azad müəllim məktəbdən çıxıb, şagirdinə baş 

çəkmək  üçün  sinif  rəhbərinin  ona  verdiyi  ünvana  yollandı. 

Zöhrəgilin 

mənzili 


doqquzmərtəbəli 

binanın 


ikinci 

mərtəbəsində  yerləşirdi.  Azad  müəllim

 

üstündə  78  rəqəmi 



yazılmış  mənzilin  qapısını  döydü.  Qapını  Zöhrə  özü  açdı  və 

müəllimini görcək təəccüblə, titrək səslə dilləndi: 

-   Azad müəllim?!  

-    Qızım,  dərsə  gəlmədiyinə  görə  narahat  oldum.  Ona  görə 

sənə  baş  çəkməyi  qərara  aldım.  De  görüm,  dərsə  niyə 

gəlmirsən?  Bir  probleminmi  var?  Əgər  varsa,  məndən 

çəkinmə.  Sən  çalışqan  şagirdsən,  sənin  dərs  buraxmağına 

heç cür biganə qala bilməzdim. 

     Zöhrə  susaraq  başını  aşağı  dikdi.  Bunu  görən  Azad 

müəllim gülərək əlavə etdi: 

-   Müəllimini içəri dəvət etməyəcəksənmi? 

-  Bağışlayın, müəllim. Təəccüb və həyəcandan özümü itirdim. 

Buyurun,  keçin  içəri.  Xoş  gəlmisiniz.  -  Zöhrə  əvvəlcə  tutuldu, 

nə edəcəyini bilmədi. 

      Azad  müəllim  otağa  daxil  oldu.  İlk  nəzərinə  çarpan 

çarpayıda  uzanmış  hərəkətsiz  qadın  oldu.  Zöhrə  müəliminin 

anasına baxdığını görüb dedi: 

-  Anamdır. Bir ildir yatağa möhtacdır, qılçaları tutulub. Əvvəllər 

də  tutulmuşdu,  müalicə  olunandan  sonra  yaxşılaşdı,  durub 



85 

 

gəzirdi.  Həkim  demişdi  ki,  anam  hər  il  müalicə  olunmalıdır. 



Amma bu dəfə... 

    Zöhrə sözünün gerisini gətirə bilmədi. 

-   Yaxşı, siz bu bir otaqlı mənzildə

 

elə ikiniz yaşayırsınız? Bəs 



atan hardadır? 

-   Azad müəllim, zəhmət olmasa əyləşin, - deyə Zöhrə köhnə 

stulu  müəlliminə  tərəf  çəkdi.  -  Atam  beş  il  bundan  öncə 

Rusiyətə  getdi.  Ondan  sonra  o,  bizimlə  ancaq  bir 

il 

əlaqə 


saxladı. Sonra atamdan daha səs-soraq çıxmadı. 

-    Ananın  vəziyyəti  məlumdur.  Bəs  siz  bütün  bu  illəri  necə 

dolanırdınız? - Azad müəllim təəccüblə soruşdu. 

-   Dörd il idi ki, bizə Mahizər xalam baxırdı. Bizim bütün maddi 

məsrəflərimizi  o, ödəyirdi. Anamın müalicəsini etdirdi və anam 

onun  sayəsində  ayağa  qalxdı.  Yeməyimizi,  içməyimizi,  pal-

paltarımızın  hamısını  xalam  alıb  gətirirdi.  Keçən  il  xalam 

xərçəng  xəstəliyindən  dünyasını  dəyişdi.  Xalam  rəhmətə 

gedəndən sonra, daha bizə kimsə kömək əlini uzatmadı. 

-   Qızım, bəs bütün bu qədər vaxtı niyə bizə bu barədə bir söz 

deməmisiniz.  Heç  olmasa,  ya  sinif  rəhbərinizə,  ya  da  mənə 

söyləyəydiniz. Bunun üçün bir çarə tapardıq. 

-  Müəllim, kimsəyə demək istəmədim. Onsuz da indi hər kəsin 

öz  problemi  var.  Kimisə  problemlərimizlə  narahat  etmək, 

kimsəyə yük olmaq istəmədik. 

-   Qızım, bilirsən ki, sinifdə ən çox sənin xətrini istəyirəm. Ona 

görə ki, sən ağıllısan, çalışqansan, bacarıqlısan, istedadlısan. 

Sənin  qeyri-adi  təfəkkürün  var.  Bundan  əlavə,  sən  əxlaqlı  və 

tərbiyəli  şagirdlərimdənsən.  Sənin  kimi  şagirdlərə  hökmən 

kömək  edilməlidir.  Sənin  kimi  şagirdin  dərsdən  yayınmasına 

əsla  yol  vermək  olmaz.  Çünki  sənin  işıqlı  gələcəyin  var.  Mən 

sənə  özüm  qədər  güvənirəm.  -  Azad  müəllimin  gözü  stolun 

üstündəki  bir  stəkan  suya,  bir  parça  quru  çörəyə  və 

qəndqabının  içərisindəki  qənd  qırıqlarına  sataşdı.  -  Zöhrə, 

qızım bəs bu qədər zamanı siz nə yeyib-içirdiniz? Əlbəttə, bu 

məsələdə  ən  böyük  günah  sinif  rəhbərinin  üzərinə  düşür. 




86 

 

Çünki  aydın  görünür  ki,  Fərhad  müəllim  bu  günə  kimi  sizinlə 



heç  maraqlanmayıb.  Bu  hamımızın  qəbahətidir  ki,  sizə  qarşı 

laqeyd olmuşuq. 

     Zöhrə  susdu.  “Demək,  evdə  dişə  vurulası  heç  bir  şey 

yoxdur”  deyə  Azad  müəllim  düşündü.  Bu  zaman  bayaqdan 

bəri dinib-danışmayan Zöhrənin anası Fatimə dilləndi: 

-    Müəllim,  arada  qonşular  bizə  yemək  verirlər.  Onları  da 

qınamaq  olmur. İndi hər kəs öz hayındadır, hər kəs öz ailəsini 

necə  dolandırmaq  barəsində  düşünür.  Qızımın  məktəbə 

getməməsinə  bir  ana  kimi  ən  çox  mən  də  üzülürəm,  narahat 

oluram.  Ayaqlarım  tutsaydı,  onu  məktəbdən  bircə  gün  də 

qalmağa  qoymazdım.  Hər  hansı  bir  iş  olsaydı

,

  çalışıb  qızımı 



korluq  çəkməyə  imkan  verməzdim.  Kimsənin  minnətini 

götürməyi  sevməyən,  nəyə  görəsə  kimsənin  qarşısında 

əyilməyi  xoşlamayan  insanlarıq  biz.  Amma  görürəm  ki,  aclıq 

və  səfalət  istər-istəməz  insanın  qürurunu,  mənliyini  alçaldır. 

Allah kimsəni yatağa möhtac eləməsin. İndi mən qızımın əlinə 

baxıram.  Allah  heç  düşmənimi  də  bizim  vəziyyətimizə 

salmasın.  Zöhrə  evdə  həmişə  sizdən  bəhs  edir.  Sizin 

qayğıkeşliyinizdən, 

xeyirxahlığınızdan, 

insanlığınızdan 

ağızdolusu danışır. O, mənə şagirdlərinizi necə sevdiyinizi də 

söyləyib. 

     Azad  müəllim  ayağa  qalxıb  stolun  üstündəki  çörəyi  əlinə 

götürdü: 

-   Bu ki köhnə çörəkdir. Bunu yemək olmaz - dedi. 

-   Müəllim, bunu qızım ... 

-  Ana! - Zöhrə anasına sözünü tamamlamağa imkan vermədi. 

-    Niyə  deməyim,  qızım?  Qoy  hamı  bilsin  ki,  bu  məmləkətdə 

bizim  kimilər  az  deyil.  Burada  utanılası  nə  var  ki?!  Qoy  bizim 

kimilərin - aylarla ət üzünə həsrət qalanları

n, yavan da olsa bir 

parça quru çörəyə möhtac olanların əvəzinə, hər gün itinə təzə 

ət alıb yedizdirən harınlaşmış məmurlar, yalnız özünü düşünən 

insanlar 

görüb  utansınlar,  xəcalət  çəksinlər!    -  deyə  Ana 

səsinin  tonunu  azca  yüksəltdi.  -  Müəllim,  bir  neçə  gündür  ki, 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə