Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə23/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

71 

 

güc  yox.  İstədiyin  kimi,  sağa-sola  gəzərsən  özünçün,  -  deyə 



Aynur yenə də Rənanı sancmaqdan çəkinmədi. 

-  Aynur,  sən  nə  danışdığını  bilirsən  heç?  Mən  nə  vaxt 

gəzməyə getmişəm? Özün də bilirsən ki, bun günə qədər mən 

icazəsiz  heç  mağazaya  belə  getməmişəm.  Bundan  sonra  nə 

danışdığına  fikir  ver!  O  ki  qaldı  günortaya  qədər  yatmağıma. 

Sən  məni  nə  vaxt  yuxudan  gec  oyanan  görmüsən?!  Əksinə,

 

sən  yuxudan  qalxanda,  mən  artıq  həyət-bacanı  süpürüb 



təmizləyirəm.

 

Birdə  ki,  niyə  günortaya  qədər  yatmalıyam, 



Aynur?  Bəs,  evin  işləri,  uşaqlar?  İndi  Gülüsüm  xala  istirahət 

etməlidir.  Bunun  ona  haqqı  daha  çoxdur.  Çünki  mən 

işləyəndə,  evin  bütün  işləri,  uşaqlara  baxmaq  hamısı  onun 

üstündə  idi.  Allah  onun  ölənlərini  qəni-qəni  rəhmət  eləsin.  O, 

olmasaydı,  mən  işləyə  bilməzdim.  Haqqı  deyəsən,  Gülüsüm 

xalanın  üzərimdə  əməyi  çoxdur,  nə  qədər  çalışsam  da  onu 

ödəyə bilmərəm.  

-  Hə,  düz  deyirsən.  Elə  bir-birinizi  tərifləyib  durursunuz.  Nə 

yaman  qayın-qədim  olmusunuz,  balam.  Allah  mənə  də  bir 

övlad versəydi, indi mənim də qayınanamın yanında sənin kimi 

xətir-hörmətim olardı. 

-  Aynur, sən allah, başlama görək. İnşallah sənin də övladın 

olar.  Ancaq  bunun  üçün  gərəkdir  ki,  hər  zaman  Allaha  dua 

edib,  onun  rəhminə,  kəramətinə,  bizlərə  bəxş  etdiyi  naz-

nemətlərə görə şükür edəsən. - Rəna Aynuru yenə də haqqın 

yoluna dəvət etmək istədi. 

-  Hansı  günümə  şükür  edəcəyəm,  ağəz?!  Sən  də  tutmusan, 

şükür  elə.  Nəyə  və  nə  üçün  şükür  etməliyəm  ki?  -  Aynur 

Rənanın sözlərindən cin atına mindi. 

-    Aynur,  sən  düz  danışmırsan.  Necə  yəni,  nəyə  və  nə  üçün 

şükür etməlisən? Sən ona şükür etməlisən ki, evin-eşiyin var. 

Şükür  etməlisən  ki,  Anar  kimi  ailəcanlı,  işgüzar,  mehriban, 

alicənab ərin var. Şükür etməlisən ki, Anarın işi var və ailəsini 

halal  zəhməti  ilə  dolandırır.  Kimsəyə  əl  açmır,  kimsənin 

qarşısında əyilmir. Sən ona şükür etməlisən ki, istədiyin paltarı 



72 

 

alıb  geyinirsən,  könlün  istədiyi  yeməkləri  yeyirsən,  istədiyin 



yerə  getmək  istəyəndə

,

  Anar  sənə  heç  zaman  etiraz  etmir, 



həmişə çalışır ki, sənin istəklərini yerinə yetirsin, sənin qəlbini 

qırmasın.  Allaha  şükür  et  ki,  həm  ərinin,  həm  də  sənin  canın 

sağlamdır.  Daha  bundan  artıq  insana  nə  lazımdır?  Sən  ilk 

növbədə  sağlamlığına  görə,  ərinin  işi  olduğuna  görə,  ev-eşik 

sahibi olduğuna görə Allah-təalaya şükür etməlisən. Əgər sən 

Yaradana  sidqi  ürəkdən  dua  etsən,  namaz  qılıb,  oruc  tutsan, 

qəlbini  ona  bağlasan,  onun  qüdrətinə  və  mərhəmətinə 

sığınsan,  o  zaman  Allah  istədiyini  sənə  hökmən  verər.  Çünki 

O,  hər  şeyə  qadirdir.  Yetər  ki,  qəlbindəki  şeytani  hisslərdən 

uzaq  olasan!  Bizlər  həm  də  ona  şükür  etməliyik  ki,  bizi 

Yaradan bizə bu gözəl dünyanı və gözəllikləri seyr etmək üçün 

bir  cüt  sağlam  göz,  Allah  kəlamlarını,  ürəklərə  sərinlik  verən, 

onu  rövnəqləndirən  xoş  və  xeyirli  sözlər  eşitmək  üçün  iki 

qulaq,  Allahın  varlığını  təsdiq  edən,  Məhəmməd  Peyğəmbəri 

(s)  tanıyan,  Qurani-Kərimi  oxuya  bilən,  doğru-dürüst  danışa 

bilən, insan könüllərini fəth edə bilən sözlər söyləyən, həmişə 

haqqı  söyləyən,  insanları  bir-birinə  dost,  yoldaş,  həmsirdaş 

edən,  qırılmış,  incik  düşmüş  qəlbləri  barışdıran  şirin  dil, 

dünyanı  dərk  etmək,  dünya  elmlərinə  sahib  olmaq,  doğru  yol 

seçmək, gələcək həyatını müəyyən etmək, onu necə qurmağı 

düşünən,  çətinliklərdən  çıxış  yolları  aramaq  üçün,  yaxşını 

pisdən ayırd etmək üçün bizə düşünən sağlam təfəkkür, haqq 

yoluna,  xeyir  işlərə  getmək,  yüyürmək  üçün  bir  cüt  sağlam 

ayaq, xeyir işlər görmək, hər cür bəladan səni hifz edən iki əl, 

haqqı-nahaqdan  ayıran,  axirət  üçün  daim  xeyir  əməllər 

görməyə  səsləyən,

 

şeytanı  yaxına  buraxmayan,  daimi  onu 



özündən  uzaqlaşdırmağa  çalışan,  mərhəmətli,  saf,  təmiz  və 

imanlı  bir  qəlb  vermişdir.  Məgər  bütün  bu  dediklərim  şükür 

etmək üçün səncə, yetərli deyilmi?! Ancaq indi elə insanlar var 

ki,  nə  evi-eşiyi  var,  nə  gündəlik  işi  var,  nə  də  ki,  yeməyə  bir 

tikə çörəyi. Yaman günləri xatırlayıb, xoş günlərə şükür etmək 

lazımdır, Aynur. 




73 

 

-  Ağəz, bəsdir görək, sən allah. Sözlə qarın doymur, ay Rəna 



xanım.  Sən  özünü  ağıllı  hesab  edirsən?  Ancaq  mənim 

fikrimcə, sən həyatda heç bir şey bilmirsən, dünyagörüşün də 

məhduddur.  Sən  ətrafında  baş  verənləri  doğru-dürüst  görə 

bilmirsən.  Bəs  harda  qaldı  sənin  o  bir  cüt  baxar  gözlərin? 

İnsanlar  fərqlidir,  hamı  eyni  cür  düşünə  bilməz.  Məsələn, 

səninlə  mən  ayrı-ayrı  adamlarıq,  biz  bir-birimizlə  fərqli 

dünyanın  insanlarıyıq.  Mən  heç  bir  zaman  istəməzdim  ki, 

sənin kimi düşünüm. - Aynur əda ilə dilləndi. 

-  Əlbəttə,  mən  bunu  inkar  etmirəm.  Biz  səninlə  ayrı-ayrı 

düşüncə tərzinə malik insanlarıq - Rəna dedi. 

-   Yaxşı, gedim, şam yeməyi hazırlayım. “K stati”, Rəna keçən 

həftə,  axşam  səni  maşınla  qapımızın  ağzında  düşürən  adam 

kim idi? 

-  Müdirimiz Rizvan idi. Həmin axşam

 

soyuq olduğundan bütün 



işçilər kimi, məni də maşını ilə evə

 kimi 


 gətirdi. Necə bəyəm? 

-    Heç


,

  elə  belə  soruşdum.  Dedim  görəsən,  Rəna  xanım  yad 

bir kişinin maşınında gecə vaxtı nə gəzir. 

-    Aynur,  nə  danışdığına  fikir  ver!  Elə  bir  bu  qalmışdı  adıma 

çıxarasan. Ayıb deyilmi, o cür düşünürsən? Sən çox qəlbiqara 

adamsan,  Aynur!  Daha  sənə  deyiləsi  heç  bir  sözüm  yoxdur. 

Axı,  dürüst  insanlar  haqqında

 

bu  cür  yanlış  düşüncələrə 



varmaq  böyük  günah  hesab  edilir.  Nəyə  görə  özünü  günaha 

batırırsan?! 

-  Yaxşı, yaxşı bir sözdür də soruşdum. Sizdən son zamanlar 

söz də soruşmaq olmur daha! - Aynur fors edib evinə getdi. 

    Bir  gün  Anar  işdən  çıxıb  evə  gələndə,  yolda  onu  maşın 

vurur.  Onu  xəstəxanaya  aparırlar.  Bu  bəd  xəbəri  eşidən 

Gülüsüm  xala  xəstəxanaya  yüyürdü.  Onun  dalınca  Aynur, 

sonra  da  Rəna  uşaqları  qonşuya  tapşırıb,  Anarın  hayına 

tələsdilər. 

    Həkimlərin  dediyinə  görə,  Anarın  hər  iki  ayağı  möhkəm 

əzilmiş,  ayaq  sümükləri  çilə-çilə  olmuş,  damarları  qırılmışdı. 

Yeganə  çarə  Anarın  ayaqlarını  dizdən  kəsmək  idi.  Gülüsüm  




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə