Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə21/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

65 

 

adil,  rəhmdil  və  mərhəmətlidir.  O,  tövbə  edənləri  bağışlar,  - 



deyə Gülüsüm xala təlaş içində Aynura xəbərdarlıq etdi. 

-    Gülüsüm  xala,  yalan  danışıram  məgər?  Allah-təala  bəs 

mənə  niyə  heç  olmasa,  bircə  övlad  vermir?  Mən  Ona  nə 

etmişəm ki?! 

-   Qızım, bizi Yaradana həmişə şükür etmək lazımdır. Allaha 

şükür  olsun  ki,  pis  dolanmırsan,  sənin  ki,  heç  bir  şeydən  də 

ehtiyacın  yoxdur,  nədənsə  korluq  çəkmirsən.  Nə  istəyirsən, 

Anar  dərhal  onu  səninçün  alıb  gətirir.  Amma  bütün  bunlara 

rəğmən mən indiyə kimi, sənin dilindən bircə dəfə də olsun bu 

nemətləri,  ruzi-bərəkəti  bizlərə  bəxş  edən  Rəbbinə  şükür  və 

dualar

 etməyini nə eşitdim, nə də ki gördüm. Gün gələr, Allah 



sənə  də  övlad  qismət  edər,  inşallah!  Ancaq  bunun  üçün  sən 

qəlbindəki  şübhələri,  pis  niyyətləri,  şeytani  hissləri  oradan 

çıxarıb  atmalısan,  onların  yerinə  iç  dünyanı  iman,  inam, 

xeyirxahlıq, mərhəmət hisslərilə doldurmalısan. 

-    Siz  gündə  dəfələrlə  namaz  qılır,  Allaha  şükür  və  dualar 

edirsiniz. Nəticəsi nə olur? Məgər işləriniz yağ kimi gedir? Heç 

bir  şeydən  korluq  çəkmirsiniz?  Sizin  ki,  dolanışığınız  o  qədər 

də yaxşı deyil, bilirəm ki,

 

ailə büdcənizdə də “qara gün”ə heç 



bir  qara  qəpik  də  pul  yoxdur.  Bəs,  Allah-təala  sizə  niyə  görə 

istədiklərinizi  vermir?  Siz  ki,  Ondan  yerdən  göyədək  razılıq 

edirsiniz.  Belə  olan  halda,  sizin  daha  heç  bir  şeydən 

ehtiyacınız  olmamalıdır  ki.  Deməli,  Allah-təala  da  insanları 

düzgün  qiymətləndirmir,  onlar  arasında  fərq  qoyur,  -  deyə 

Aynur yenidən Tanrıya asi kəsildi. 

 Səsini kəs, ay qız! Əstəğfurullah!!! Azğınlaşdın ha! Bu qızın 

deyəsən, vələdi dönüb. Ay qız, sən Şeytana uymusan! Sən nə 

danışdığını bilirsənmi heç?! Bu danışıqlarınla nəinki özünü, elə 

bizim  hamımızı  böyük  bir  bəlaya  salacaqsan.  İlahi,  o,  cahillik 

etdi,  Sən  onun  dediklərini  bağışla!  Onu  əfv  et,  ya  Rəbbim! 

İlahi, onun bu cahilliyini Fatimeyi - Zəhraya bağışla!  

     Gülüsüm  xala nə  qədər  yalvardı  ki,  gəlini  dedikləri  sözlərə 

görə  tövbə  etsin,  amma  gəlin  inadından  dönmədi.  Həmin 




66 

 

gündən  sonra  Gülüsüm  xalanın  içindəki  Aynura  qarşı  qalmış 



azca  sevgi  və  istək  də  tamam  yox  olub  getdi.  İndi  Gülüsüm 

xala  Aynura  tam  başqa  bir  gözlə  baxırdı  və  qəlbində 

düşünürdü ki, “bu gəlindən nə desən gözləmək olar.” Bundan 

sonra  Gülüsüm  xala  onunla  çox  ehtiyatlı  davranmağı  və 

müəyyən  işlərdə  ona  güvənməməyi,  etibar  etməməyi  qərara 

aldı.      

    Raufgilin  maddi  sıxıntı  keçirməsini  Anar  da  bilirdi.  O,  bir 

neçə  dəfə  qardaşına  və  anasına  maddi  kömək  etmək 

istəmişdi, amma arvadı Aynur buna imkan verməmişdi: 

- Onlar özlərini yalandan belə göstərirlər. Raufun pulu qurtaran 

deyil.  Nə  qədər  istəsən  qardaşının  pulu  var,  amma  bizə 

göstərmək  istəyirlər  ki,  guya  maddi  cəhətdən  korluq  çəkirlər. 

Bunlar  hamısı  sənin  o,  çoxbilmiş,  gülməşəkər  gəlinbacının 

hiylələridir. Ailənin maddi sıxıntı söz-söhbətlərini Rəna yaradır, 

bütün  bunların  hamısı  onun  başının  altından  çıxır,  -  deyə 

Aynur Anarı qardaşına qarşı dold

u

rmağa çalışırdı. 



-    Sən  necə  bir  insansan,  Aynur?  Görmürsənmi  Rauf  aldığı 

maaşı qəpiyinə qədər gətirib anama verir? Biz iki nəfərik, onlar 

isə altı nəfərdilər. Qardaşımın artıq pulu haradan olacaq? Sən 

ömründə  heç  olmasa  bircə  dəfə  də  olsun,  doğru-dürüst  söz 

söyləyəcəksən, ya yox?! Suyunu, çörəyini götürüb, düşmüsən 

yazıq  Rənanın  üstünə.  De  görüm,  Rənadan  nə  istəyirsən? 

Niyə onu rahat buraxmırsan? Bəsdir daha! Sənin də onun kimi 

bir  şirin  dilin olsun  da!  Bezdim  daha  sənin bu  iynəli,  atmacalı 

sözlərindən! Bu həyətdə hamını bezdirmisən! - Anar əsəblərini 

cilovlaya bilmədi.  

-    Xeyir  ola?!  Hər  dəfə  Rənadan  söz  düşəndə,  niyə  onu  bu 

qədər  canfəşanlıqla  müdafiə  edirsən?  Bəli,  mənim  sözlərim 

sənin  xətrinə  dəyər  də!  Çünki  mən  onun  kimi  sənə  küçüklər 

doğmuram.  Bunu  hər  dəfə  mənim  başıma  çırpırsan,  -  deyə 

Aynur qabaqdangəlmişlik etdi. 

-  Heç hənanın yeridir. Mən nə danışıram, sən nə danışırsan. 

Gör  bir  söhbəti  haraya  aparıb  çıxartdın.  Aynur,  sən  çox  paxıl 



67 

 

qadınsan.  İndi  mənə  gün  kimi  aydın  oldu  ki,  qardaşım 



uşaqlarını  gözün  götürmür.  İnsana  övlad  qismət  etmək  Allah-

təalanın məsləhətidir. O, istədiyinə verər, istəmədiyinə verməz. 

Biz,  bəndələr  Tanrının  işinə  əl  uzatmamalıyıq.  Hər  şey  bizi 

Yaradanın  əlindədir.  Yetər  ki,  qəlbin  Onunla  olsun,  Onun 

mərhəmətinə  sığınasan.  Çünki  Allah-təala  lütf  və  kəramət 

sahibidir. - Anar dedi. 

     Evdəki sıxıntılara görə, bir axşam Rəna Raufa dedi ki, qoy 

o da işləsin. Amma Rauf buna razı olmadı: 

-    Sənin  körpə  uşağın  olduğu  halda,  işləmək  hardan  çıxdı? 

Sən evdə uşaqlarla məşğul olmalısan. İşləmək sənin işin deyil. 

-    Rauf,  evimizin  yaxınlığındakı  şirniyyat  sexində  işləmək 

istəyirəm.  Qonşumuz  Tənzilə  də  orada  işləyir.  Uşaqlara  isə 

evdə Gülüsüm xala baxar. Sən gəl, inad etmə. Azca da olsa, 

evə yenə bir köməyim dəyər, - deyə Rəna ərindən

 

icazə almaq 



üçün üzünü Gülüsüm xalaya çevirdi.  

-    Oğul,  Rəna  düz  deyir,  qoy  işləsin.  İş  yeri  uzaq  deyil  ki, 

məhəllləmizin  başındadır.  Uşaqlara  mən  baxaram,  -  deyə

 

Gülüsüm xala Raufu razı salmağa çalışdı. 



     Rauf anasının sözündən heç vaxt çıxmazdı, onun sözünün 

qabağına  söz  deməzdi.  Odur  ki,  Rauf  Rənanın  işləməsinə 

daha bir söz demədi... 

     Бир  эцн  Gülüsüm  xala  bazardan  gəlincəyə  qədər,  bir 

saatlığına 

yaş 


yarımlıq 

körpəni 


Aynura 

tapşırmaq 

məcburiyyətində qaldı. Aynur həyətdə bankalara pomidor-xiyar 

qoyurdu. Qayınana bazara getməsindən bir müddət keçəndən 

sonra paxıl gəlinin içindəki İblis oyandı. 

     Bu zaman Aynurun daxilindəki həsəd, qısqanclıq, nifrət və 

paxıllıq

 

hissləri



 

onu  yaranmış  fürsətdən  istifadə  etməyə  sövq 

etdi. O, мясум, эцнащсыз кюрпяйя qarşı uzun müddət qəlbində 

gizlətdiyi insana yaraşmayan, alçaq və çirkin niyyətinin həyata 

keçirməyin  zamanı  gəldiyini  düşündü.  Aynur  ona  əmanət 

olunan  Rənanın  kiçik  oğluna  сиркя  ичирдib  юлдцрмяк  qərarına 

gəldi. О, сиркя şüşəsinin тыхаъыны чыхардараг щеч nядян горхub-



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə