Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə22/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

68 

 

чякинмядян,  bir  çay  qaşığı  sirkəni  kюрпя  ушаьын  боьазына 



тюкdü.  Кюрпя  аьзынын  вя  боьазынын  йандыьыны  hiss  edən  kimi, 

bərkdən  qışqırmağa  başladı.  Elə  bу  заман  Gülüsüm  xala 

əlində bazarlıq zənbili ilə щяйятя дахил олdu вя эялиндян ушаьын 

нийя qışqırdığını сорушdu. Юзцнц итирян пахыл эялин деdi ки, башы 

йемяк биширмяйя гарышдыьындан uşaq əl atıb,  сиркя şüşəsini ня 

вахт  эютцрцб  ичдийини  эюрмяйиб.  Gülüsüm  xala  ъялд  кюрпянин 

аьзыны  сойуг  су  иля  йуdu  вя  эеъикдирмядян  щякимя  qaçdı. 

Хюшбяхтликдян  кюрпя  сиркяни  удмамышdı.  Она  эюря  дя  сиркя 

кюрпянин анъаг аьзыны vя боьазыны йандырмышды.  Gülüsüm xala 

isə  həkimə  körpənin  isti  çay  içdiyini  söylədi.  Kюрпянин  боьазы 

чох йандыьындан она йемяйи bir ay бору васитясиля вердиляр.      

     Gülüsüm  xala  Aynurun  bu  işi  qəsdən  etdiyini  başa 

düşmüşdü,  amma  bunu  evdəkilərə  bilindirmədi.  Bu  işin  üstü 

açılsaydı,  kim  bilir  evdə  nələr  olardı?!  Gülüsüm  xala  Aynuru 

müdafiə  etmək  üçün  dedi  ki,  uşaq  isti  çay  içib,  ona  görə 

boğazını yandırıb.

.. 

     Bir  axşam  Rauf  anasına  və  Rənaya  iş  dalınca  Rusiyaya 



gedəcəyini  bildirdi.  O,  dedi  ki,  Rusiyaya  tək  getməyəcək, 

buradakı  iş  yoldaşları  ilə  birlikdə  gedəcək.  Bakıda  iş  tapmaq 

artıq problemə çevrilmişdi.  

     Gülüsüm  xala  Raufun  əksinə  getmədi.  O,  oğluna:  “Yolun 

həmişə  açıq olsun,  oğul.  Arzuna,  muradına  çatasan.  Getdiyin 

yerdə  xətadan

-

bəladan  uzaq  olasan  həmişə!    Allah-təala  bu 



yolda sənin daim köməyin olsun!”- deyə uğurlar dilədi. Amma 

Gülüsüm  xala  qəlbində  bilirdi  ki,  Raufsuz  burada  onlar  üçün 

çox  çətin  olacaq.  Buna  baxmayaraq    o,  oğlunun  yanında 

özünü  o  yerə  qoymadı.  Rauf  Rənaya  dönə-dönə  anasını 

tapşırdı... 

     Raufun  Rusiyaya  getməsindən  iki  ay  ötürdü.  Rəna 

qonşuları  Tənzilə  ilə  hər  gün  şirniyyat  sexinə  gedib-gəlirdi. 

Onlar  on  iki  saat  işləyirdilər.  Uşaqları  isə  evdə  Gülüsüm  xala 

saxlayırdı. Məlum hadisədən sonra Gülüsüm xala uşaqları bir 



69 

 

də  Aynura  etibar  etmədi.  Əksinə,  o,  həmişə  uşaqları  paxıl 



qayınarvadından uzaq tutmağa çalışırdı.     

    Qış  ayları  idi.  Hava  qarlı  olduğundan  həmin  gecə  işçiləri 

müdir  öz  maşınında  bir-bir  evlərinə  gətirmişdi.  Rəna  evin 

qarşısında  maşından  düşəndə

,

  təsadüfən  Aynur  bunu 



görmüşdü. “Aha, mənimçün bundan gözəl fürsət ola bilməz!” - 

deyə Aynur Rənaya qarşı yenə də çirkin niyyətini işə salmağı 

qərara  aldı.  Elə  həmin  axşam  şam  yeməyi  zamanı  eyhamla 

ərinə dedi: 

-  Anar,  xəbərin  varmı?  Sənin  o,  ismətli,  qeyrətli  qardaşın 

arvadı gecələr naməlum adamların xarici maşınlarında gəzir. 

-    Kəs  səsini!  Bəsdir  həyasızlıq  etdin!  Rəna  haqqında  bu  cür 

danışma! Yoxsa... 

-  Yoxsa,  nə?  Məni  o,  fahişəyə  görə  döyəcəksənmi?  

Gözlərimlə  gördüm.  Nəyə  deyirsən  and  içə  bilərəm.  Allah 

haqqı,  bu  gecə  küçədə  xarici  maşından  düşəndə  gördüm,  - 

deyə  Aynur  necə  olursa-olsun  Anarı  inandırmağa  çalışdı.- 

Əlbəttə,  gəzəcək.  Nə  ər  var  yanında,  nə  də  hardan  gəlib, 

haraya getdiyini soran birisi! Necə deyərlər: “Dərə xəlvət, tülkü 

bəy!” 

-  Ağzını yum! Sən insan cildinə girmiş əsl şeytansan, Aynur!



 

Anar  əsəbindən



 

yumruğunu  stola  vurdu.  Stolun  üstündəki 

stəkandakı çay aşıb dağıldı.-  Sənin paxıllığın axırda hamımızı 

məhv edəcək. Sən  xarakterindəki naqisliyi görmək istəmirsən, 

başqalarının həyatda qazandığı uğurlar səni narahat edir, içini 

yandırır.  Sən  öz  uğursuzluqlarının  səbəbini  başqalarında 

axtarırsan.  Bu  səbəbdən  də

,

  başqalarını  sancmaqdan, 



incitməkdən, onlara böhtan, iftira atmaqdan belə çəkinmirsən. 

Əksinə,  bunlardan  zövq  alırsan.  Sən  mənəvi  cəhətdən  şikəst 

bir  insansan.  Sənin  görən  gözlərin  də  kor  olub.  Çalış  ki, 

içindəki  o,  iblisi  özündən  uzaqlaşdırasan,  yoxsa,  cəhənnəm 

atəşində  yananlardan  olarsan.  Kiməsə  nahaqdan  böhtan,  şər 

atmağın cəzası Allah tərəfindən daha ağır olacaq. Bax, budur 




70 

 

sənə deyirəm, əgər bir də Rənanın adına nəsə desən, səni bu 



evdən iti qovan kimi qovaram. Eşitdinmi?! 

-  Bah, balam, Rəna nə vaxtdan bu evin əziz-xələfi oldu? Elə 

hamı  onu  müdafiə  edir.  Yaxşı  deyiblər:  “Adamın  gərək  bəxti 

olsun.”  

    Aynur  ərini  yalanlarına  inandırmadığını  görüb,  üz  tutdu 

Gülüsüm  xalagilə.  Qayınanası  Aynurun  Rəna  haqqındakı 

dediklərinə  o  qədər  də  əhəmiyyət  vermədi,  ona  inanmadı. 

Çünki  Gülüsüm  xala  Rənaya  özünə  güvəndiyi  kimi  güvənirdi, 

onun  əxlaqına,  tərbiyəsinə  yaxşı

 

bələd  idi. 



O,

  indiyə  qədər 

gəlininin heç bir eyibini, qüsurunu, ədəbsizliyini görməmişdi. 

    Aynur  Rənaya  qarşı  bu  planının  da  baş  tutmadığını  görüb 

xeyli pərişan oldu.         

    Rauf  evdəkilər  korluq  çəkməsin  deyə,  hər  ay  evə  pul 

göndərirdi. O, telefonla Rəna ilə danışanda bildirmişdi ki, daha 

çalışmasın, evdə uşaqlara və anasına baxsın. Rəna da ərinin 

sözünə əməl edərək, ərizə yazıb işdən çıxdı. Düzü, müdir onu 

buraxmaq istəmirdi. Çünki o, çətin ki, bir də Rəna kimi işgüzar, 

işində  dəqiq,  məsuliyyətli,  iş  yoldaşlarına  qarşı  mehriban, 

səmimi,  doğru-dürüst  olan,  ədəb-ərkanlı,  danışığını  və  yerini 

bilən bir işçi tapa bilsin.  

    Rəna  iş  yoldaşlarından  ayrılarkən  hamı  onu  mehribanlıqla 

yola saldı. 

     Artıq  bir  neçə  gün  idi  ki,  Rəna  uşaqlarla  və  ev  işləri  ilə 

məşğul olurdu. Bu Aynurun nəzərindən qaçmadı. O, Rənanın 

daha işə getmədiyini görüb soruşdu: 

-   Rəna, xeyir ola, bir neçə gündür ki, işə getmirsən? 

-   Daha işə getməyəcəyəm, öz xahişimlə işdən çıxdım. Rauf 

belə məsləhət gördü. Telefonda uşaqlarla, ev işləriylə məşğul 

olmağımı  tapşırdı.  Mən  də  ərizə  yazıb  işdən  çıxdım.  Şükür 

olsun Allaha ki, Rauf da özünə daha yaxşı iş tapıb. Qazancı da 

pis deyil. - Rəna qaynı arvadına “hesabat” verdi. 

-      A...a...  Deyirəm  axı.  Daha  sizi  tutmaq  olmaz  ki!.  Bəxtəvər 

başına, bundan sonra daha günortaya qədər yatarsan. İş yox, 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə