Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə24/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

74 

 

xala bunu eşidəndə özündən getdi. Həkimlər tez onu ayıltdılar. 



Gülüsüm xala özünə gələr-gəlməz, üzünü Aynura tutub dedi: 

-  Oğlumun evini sən yıxdın! Onu sən məhv etdin! Sənin dığ-

dığın, naşükürlüyün oğlumun başın

a

 düşdü. İndi bundan sonra 



sənin  gününü  görəcəyəm.  Həyatda  acı  çəkməyin  nə  demək 

olduğunu  bundan  sonra  görəcəksən.  Bundan  belə  Anar  sənə 

möhtacdır.  İndiyə  qədər  o  səni  saxlayırdı,  bu  gündən  sonra 

canın çıxacaq, sən oğlumu saxlayacaqsan. O zaman həyatda 

əzab-əziyyətin  nə  demək  olduğunu  anlayacaqsan.  Sənin  pis 

niyyətin  axır  ki,  başımıza  düşdü.  Allah-təala  bizi  bundan 

sonrakı bəlalardan saxlasın, inşallah!

 

    Aynur  ilk  dəfəydi  ki,  Gülüsüm  xalanı  bu  sifətdə  görürdü. 



Gəlin  ona  bircə  kəlmə  də  söz  demədi.  Nə  deyəcəkdi  ki. 

Qayınanası  haqlı  idi.  Aynur  doğrudan  da,  bundan  sonrakı 

günləri  barədə  düşünməli  oldu.  İndi  o,  yataq  xəstəsi  olacaq 

ərinə necə baxacağı barədə fikirləşirdi. 

    Müalicənin  heç  bir  nəticə  vermədiyini  görən  həkimlər  ilkin 

fikirlərində  qalmalı  oldular  və  Anarın  hər  iki  ayağını  dizdən 

aşağı  kəsməli  oldular.  Xəstəxana  məsrəflərini  Anarı  maşınla 

vuran  adam  ödədi.  Gülüsüm  xala  üçün  oğlunu  bu  vəziyyətdə 

görmək  çox  ağır  idi.  Buna  baxmayaraq    o,  oğlunu  vuran

 

sürücüdən şikayətçi olmadı və bunu Allahın qəzası adlandırdı



    Rauf  qardaşının  başına  gələn  qəza  hadisəsini  eşidən  kimi, 

Bakıya uçdu. Qardaşını yataqda pərişan halda görəndə, Rauf 

dözə bilməyib  Anarı qucaqladı və hönkür vurub ağladı: 

-  Can  qardaş,  kaş  gözüm  kor  olaydı,  səni  bu  halda 

görməyəydim! 

-  Rauf, sən nə danışırsan? Qardaşın sənin gözlərinə qurban 

olsun!  Niyə  özünə  qarğış  edirsən?!  Bu  Allahın  qəzasıdır.  Nə 

etmək olar, bu da mənim qismətim, alın yazım imiş. Allahdan 

gələn  qəzanın  qarşısını  kimsə  ala  bilməz.  Allah  bilən 

məsləhətdir.  Buna  da  şükür  etmək  lazımdır.  Çünki 

həyatdayam,  salamat  qurtardım.  Amma  o  qəzada  ölə  də 

bilərdim. Buna görə də mən Allahıma şükür edirəm. 



75 

 

-  Düz deyirsən, qardaş. Ancaq bu sənin başına gəlməməli idi. 



- Rauf göz yaşlarını əllərinin arxası ilə sildi. 

-  Başımıza gələnlərə bir baxın da. İndi bundan sonra biz necə 

dolanacağıq? - deyə Aynurun dili yenə də dinc durmadı. 

-   Bəsdir, iyli-iyli danışdın! Nə demək istəyirsən? Sənin dərdin, 

azarın nədir? Daha Anarın da başını yedin. İndi nə istəyirsən? 

Qardaşımın  bu  günə  düşməsinin  əsas  səbəbkarı  sənsən, 

Aynur!  Sənin  naşükürlüyün,  tamahkarlığın,  paxıllığın,  yersiz 

dedi-qoduların, qeybətlərin, haqsız danışıqlarının axır nəticəsi 

bax,  budur!  Nə  ər  sözünə  qulaq  asdın,  nə  də  ağbirçək 

məsləhəti dinlədin. Haqqın yoluna qayıtmaq əvəzinə, yenə də  

bəd  əməllərindən  çəkinmədin.  Allah-təala  da  qardaşımı 

cəzalandırmaqla sənə haqq yoluna qayıtmağa işarə edir. Sən 

isə hələ də qanmazlıq edirsən. Bunu bil ki, Tanrı gec-tez səni 

də  cəzalandıracaq!  -  Rauf  özünü  heç  cür  saxlaya  bilməyib 

Aynurun üstünə səsini qaldırdı. 

-   Rauf, sən allah ona fikir vermə. O, daha düzələn deyil. Neçə 

illərdir  düzəlməyən  insan,  bundan  sonra  necə  düzələ  bilər? 

Atalar  yaxşı  deyib:  “Qozbeli  qəbir  düzəldər.”  Dili  onun  başına 

bəla olacaq. - Anar qardaşını sakitləşdirməyə çalışdı. 

     Rauf bir neçə gün qardaşına görə qalmalı oldu, onun lazım 

olan  ehtiyaclarını  ödədi.  Dördüncü  gün  Anar  Raufu  yanına 

çağırtdırıb dedi: 

-    Qardaş,  daha  buralarda  qaldığın  bəsdir,  işindən  qalma. 

Bizdən  ötrü  narahat  olma.  Biz  başımızın  çarəsinə  baxarıq. 

Amma sən günü sabah hökmən iş yerinə qayıtmalısan! 

-    Qardaş, getsəm də, sizdən nigaran qalacağam. 

-    Niyə  nigaran  qalırsan  ki?  Şükür  olsun  Rəbbimizə  ki, 

dolanışığımız pis deyil, yaşamaq üçün də hələlik pulumuz var. 

Bizə daha nə lazımdır ki? Sən işini əlindən buraxma. Sabaha 

hazırlaş, qayıt Moskvaya. - Anar qardaşına təkid etdi. 

-   Yaxşı, sən deyən olsun, qardaş. Amma buradakılar əvvəlcə 

Allaha,  sonra  da  sənə  əmanət,  -  deyə  Rauf  getmək  qərarını 

vermiş oldu. 



76 

 

    Qardaşlar arsındakı danışığı Aynur da eşidirdi. O, kimsənin 



eşitmədiyi bir tonda ironiya və rişxəndlə dedi: “Gör bir ailəsini, 

evini-eşiyini  kimə  tapşırır?  Şikəst  birisinə.  Anar  heç  özünə 

baxa  bilmir,  səninkilərə  necə  baxacaq,  onlara  necə  həyan 

duracaq?!  Hələ  Anarın  dediyi  sözə  bir  bax:  “Dolanışıq  üçün 

pulumuz  var.”  Ay,  sən  öləsən.  Görərsən  o,  pulları!  O,  pulları 

sizə  yedirtməyəcəyəm!  Daha  burada  qalıb,  şikəstin,  bundan 

sonra heç nəyə yaramayan bir adama baxıcılıq edən deyiləm. 

Tezliklə başımın çarəsinə baxmalıyam.” 

    Rauf Moskvaya gedəndən iki gün sonra, Aynur ərinə dedi ki, 

atasıgilə getmək istəyir, xeyli müddətdir onları görmür. Anar da 

Aynura bir günlük icazə verdi. O, haradan biləydi ki, bu gediş 

Aynurun son gedişi olacaq. 

    Aynur  gedərkən  Anarın  “qara  gün”  üçün  yığdığı  ehtiyat 

pulları  da  gizlicə  götürüb  özüylə  apardı.  İki  gün  keçdi.  Aynur 

geri  qayıtmadı.  Üç  gün  keçdi,  Aynurdan  xəbər  çıxmadı. 

Arvadının  geri  qayıtmadığını  görən  Anar  narahat  olmağa 

başladı.  Aynur  gedəndən  sonra  Anara  Rəna  baxırdı.  Hətta, 

Anarı  o,  öz  evlərinə  gətirmişdi.  Gəlininin  geri  dönməməsinə 

görə, Gülüsüm xala da nigaran oldu və Aynurun valideynlərinin 

yanına getməyi qərara aldı.  

    Aynur isə atasıgilə gedəndən sonra,  özünü xəstəliyə vurdu 

və  valideynlərini  də  inandırmağa  çalışdı  ki,  o,  çoxdan  idi  ki, 

xəstə  imiş.  Amma  əri  evində  onun  xəstə  olduğuna  kimsə 

inanmırmış.  Sanki  o,  ər  evində  atılmış,  artıq  adam  imiş.  Bu 

sözlərə inanan valideynlər: “Biz qızımızı küçədən tapmamışıq, 

o,  sahibsiz  deyil.  Elə  isə  bir  də

 

səni  o,  evə  buraxan  deyilik!” 



deyə həm Anarın, həm də Gülüsüm xalanın dalısıyca o ki var 

danışdılar. 

    Gülüsüm  xala  qudalarıgilə  gələndə,  onu  çox  soyuq 

qarşıladılar.  Amma  Gülüsüm  xala  özünü  bilməməzliyə  vurub, 

onlara qarşı xoş münasibət sərgilədi. Və gəlini Aynuru yataqda 

görəndə, xeyli təəccübləndi: 

-   Qızım, sənə nə oldu belə? 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə