Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə25/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

77 

 

-   Hə, qızım?! İndi Aynur qızınız oldu? Bəs, ana da qızına bu 



cür  baxar?!  Necə  nə  olub?  Xəstələnib!  Balam  sizin  evinizdən 

gələndən  bəri  xəstə  yatır.  Elə  xəstə  olduğuna  görə  bura 

gəlibdir də! Bir soruşmamısınız ki, bu qızın dərdi nədir, harası 

ağrıyır, - deyə Aynurun anası Kifayət arvad nəfəs almadan dil-

dil ötməyə başladı. 

-    Necə,  yəni  Aynur  xəstədir!  Aynur  sap-sağlam  idi.  İndi  bu 

xəstəlik  hardan  çıxdı  belə?!  -  Gülüsüm  xala  Kifayətin 

dediklərinə  inanmadı.  -  Aynur  ərindən  sizə  baş  çəkmək  üçün 

birgünlük  icazə  almışdı.  Gəlmədiyini  görüb,  hamımız  ondan 

ötrü  nigaran  qaldıq.  Ona  görə  də  düşündüm  ki,  sizə  bir  baş 

çəkim. Amma gördüyümə peşman oldum. 

-  Gülüsüm  xanım,  qayınana  olanda  nə  olar,  gəlindən  heç 

soruşmazlar  ki,  a  balam,  haran  ağrıyır,  dərdin  nədir.  Hə  də, 

səni  ancaq  o  gülməşəkər,  qayın-qədim,  sevimli  gəlinin  Rəna 

xanım  maraqlandırır  da.  O,  olan  yerdə  daha  Aynur  hardan 

yadınıza düşəcək? 

-  Kifayət,  bəsdir  sən  allah  iynəli-iynəli  danışdın.  Dedim  ki, 

Aynurun heç bir şeyi yox idi, sap-sağlam idi. Nə olubsa, bura 

gələndən  sonra  olub.  Bir  də  ki,  adam  xəstələnər  də,  bunun 

səbəbini kimsədə axtarmağa nə gərək var? - Gülüsüm xala bu 

dəfə səsinin tonunu qaldırdı. 

-   Gülüsüm xanım, insana mehribanlıq, qayğı, diqqət, nəvaziş, 

sevgi gərəkdir. Qızım bunların heç birisini sizin evdə görməyib. 

-    Bunlar  hamısı  ağ  yalandır!  Bir  olan  Allah  şahiddir  ki,  mən 

gəlinlərimi  heç  zaman  bir-birindən  fərqləndirməmişəm.  Mən 

onlara qayınana deyil, ana olmuşam. Əgər qızınız bunu  inkar 

edirsə, bunun ancaq bir adı var: Nankorluq! Mən bir ana olaraq 

qızınızın  ailə  daxilində  yerli-yersiz  yaratdığı  söz-söhbətlərin, 

dedi-qoduların,  Rənaya  qarşı  etdiyi  haqsız  hərəkətlərin, 

paxıllığın, onun barəsində yaydığı iftiraların, ərinə qarşı səmimi 

olmadığının, ona dəfələrlə yalan söylədiyinin şahidi olmuşam. 

Amma  mən

 

bütün  bunları  görməməzliyə  vururdum.  Aynura 



dəfələrlə  bir  ana  kimi,  öyüd-nəsihətlər  vermişəm.  Mən  ailədə 


78 

 

həmişə sülh yaratmağa çalışmışam. Məncə, qızınızda azca da 



olsa,  insaf,  mürüvvət,  ya  da  ki,  vicdan  varsa,  söylədiklərimi 

inkar  edə  bilməz.  Hətta,  iş  o  yerə  çatdı  ki,  qızınız  nəvəmi, 

Rənanın  kiçik  oğlunu  zəhərləyib  öldürmək  istədi.  Mən  bunu 

bildim,  amma  ailədə  kimsəyə  zərər  gəlməsin,  qonum-qonşu 

bunları  eşidib,  duymasın  deyə  susdum.  Mən  bu  sirri  hər 

kəsdən  gizlə

t

dim,  hətta  doğma  oğlumdan  belə.  Məni  buna 



deməyə indi siz məcbur etdiniz. 

-    Söylədikləriniz  ağ  yalandır!  Siz  qızıma  bohtan  atırsınız! 

Mənim  qızım  elə  iş  tutmaz!  -  Kifayət  arvad  yenidən

 

səsini 



Gülüsüm  xalanın üstünə qaldırdı. 

-      Ana,  görürsən  bunları,  indi  məni  qatil  olmaqda  suçlayırlar. 

Mən  sənə  deyirdim.  Bunlar  mənim  başıma  açmadığı  oyunlar 

qalmadı.  O  evdə  yaşadığım  hər  gün  mənə  cəhənnəm  əzabı 

olub.  Övladım  olmur  deyə,  mənə  gün  verib,  işıq  vermirdilər. 

Bax,  budur  hamınızın  yanında  deyirəm,  mən  bir  də  o  evə 

qayıtmayacağam!  Bundan  sonrakı  ömrümü  orada  çürüdə 

bilmərəm.  Mən  şikəstə  baxıcılıq,  qulluqçuluq  etməyəcəyəm! 

Sizinlə  birdəfəlik  qurtardım.  Məhkəməyə  ərizə  verib,  Anardan 

boşanacağam!Sizinki ilə bizimki qurtardı! - Aynur çəkinmədən, 

utanıb-qızarmadan Gülüsüm  xalanın üzünə söylədi. 

-    Qızım,  sən  nə  danışırsan?  Nə  boşanmaq?!  Ağlını  başına 

topla!  Belə  sözü  bir  də  dilinə  gətirmə!  -  Gülüsüm  xalanı 

təəccüb bürüdü. 

-    Mənim  qərarım  qətidir.  Boşanacağam,  vəssalam!  Gedin, 

oğlunuza  elə  beləcə  də  söyləyin!  Sizin  oğlunuzla  bir  də 

məhkəmədə qarşılaşacağıq! - Aynur son sözünü dedi. 

-    Bundan  sonra  mənim  sənə  daha  söyləyəcək  sözüm 

qalmadı. Sənin necə qırmızısifət, həyasızın birisi olduğunu indi 

daha  aydın  gördüm.  Allah  bizi  sənin  bundan  sonrakı  şər-

xətalarından  qorusun!  -  Gülüsüm  xala  daha  heç  bir  söz 

demədən, oradan birbaş evə gəldi. 

    Və  Aynurun  dediklərini  oğluna  söylədi.  Anasının  bu 

xəbərindən  Anar  çox  pərişan  oldu.  Xeyli  fikrə  getdi.  Susdu. 




79 

 

İçində  indiyə  qədər  tanımadığı,  on  ildən  artıq  bir  yastığa  baş 



qoyduğu  Aynura  qarşı  güclü  bir  nifrət  vulkanı  qaynamağa 

başladı.  Amma  bu  vulkanın  nə  vaxt  bayıra  püskürəcəyi 

kimsəyə  bəlli  deyildi.  İki  gün  Anar  çörək  yemədi.  Rəna 

uşaqlarını  da  öyrətdi  ki,  gedib  əmilərindən  çörək  yeməsini 

xahiş  etsinlər.  Yenə  də  olmadı.  Anar  kimsəni  dinləmək  belə 

istəmirdi.  Anası  da  dəfələrlə  təkid  etdi.  Amma  bütün  səylər 

nəticəsiz qaldı. 

    Üçüncü gün Rəna daha dözə bilməyib qaynına dedi: 

-   Anar, əgər sən çörək yeməsən, mən də bu evdə heç kimə 

yemək  verməyəcəyəm.  Uşaqları  da  ac  saxlayacağam.  İndi 

özün  bil.  Bəs  qardaşın  gedəndə

,

  bizi  sənə  əmanət  etmişdi. 



Əmanətə  beləmi  sahib  çıxırlar?  Anar,  son  dəfə  sənə 

yalvarıram.  Sən  mənim  canım,  yeməyini  ye!  Haqsız  yerə 

özünü

 

üzüb həlak etmə! Sənin kimi adamın qədrini bilməyənin, 



sən niyə bilməlisən ki?! 

-    Gəlinbacı,  niyə  canına  and  verdin  mənə.  Bilirsən  ki,  indi 

sənin  canının  sağlığı  bu  evdə  hamımız  üçün  çox  dəyərlidir. 

Mən  o  cana  xətər  gəlməsini  əsla  istəmərəm.  Sənin  xətrini  nə 

qədər  istədiyimi  bir  olan  Allah  bilir.  İnan  ki,  bu  anddan  keçə 

bilmərəm.  İndi  nəyin  varsa,  gətir  yeyim,  -  deyə  Anar  gülərək 

qardaşının kiçik oğlunu çağırıb  qucağında oturtdu... 

    Bir  aydan  sonra  məhkəmədən  Anara  boşanma  haqqında 

bildiriş  gəldi.  O,  əvvəlcə  məhkəməyə  getməməyi  qərara 

almışdı, ancaq heç olmasa  son dəfə Aynura deyəcək sözləri 

xatırlayıb, əvvəlki fikrindən daşındı. 

    Məhkəmə  boyunca  Anar  dinib,  danışmadı.  Amma  sonda 

hakim üzünü Anara tutub soruşdu: 

-      Anar  Fərəc  oğlu  Həsənov,  son  olaraq  siz  də  nəsə  demək 

istəyirsinizmi? 

-    Bəli,  möhtərəm  hakim.  Son  olaraq  mənim  də  Aynura 

deyəcək son  sözlərim var. Aynur, çox təəssüf edirəm ki, bu on 

ildə  mən  sənin  kimi  bir  əfi  ilanı  tanımamışam.  Sən  bundan 

sonra  həyatda  heç  zaman  xoşbəxt  olmayacaqsan!  Çünki  sən 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə