Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə18/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

55 

 

 



                             İftira 

                                        (hekayə) 

                                                                  

 

     



M

ən hər  gün işə metro  ilə  gedib-gəlirəm. Metroda yaşlı 

bir  ağsaqqalla,  qalstuklu,  alicənab  bir  nəfərlə  yol  yoldaşı 

olurdum.  Hər  ikimiz  eyni  stansiyadan,  eyni  vaqona  minirdik. 

Düşəndə isə o məndən bir stansiya əvvəl, “Sahil”də düşürdü. 

Bir  gün  söhbət  əsnasında  məlum  oldu  ki,  bu  alicənab  şəxs 

APU-nun  müəllimidir,  özü  də  professordur.  Çox  səmimi 

insandı.  Hər  dəfə  metrodakı  gəncləri  mənə  göstərib  deyirdi: 

“Görürsən  də,  indiki  gənclərdə  zərrəcə  olsa,  abır-həya, 

böyüyə-kiçiyə  hörmət  qalmayıb.  Bax,  görürsən,  qarşı 

oturacaqda  üç  cavan  qız  uşağı  oturub,  qulaqlarına  telefonun 

qulaqcığını  keçirib  öz  aləmindədirlər.  Guya  ki,  onlar 

qarşılarında  ayaq  üstə  duran  yaşlı  qadını  heç

 

görmürlər. 



Bununla  biz  hara  gedirik,  heç  cür  ağlıma  sığışdıra  bilmirəm. 

Bizim zamanda belə şey yoxdu, böyük-kiçiyə hörmət vardı. Bu 

qədər də dönüklük olmaz ki?!” 

    Sonra Professorun sözünə mən də qüvvət verdim:  

-    Haqlısan,  professor.  İndiki  gənclər  özləri  üçün  başqa  bir 

dünya  yaşayırlar.  Onların  böyüklərə  qarşı  bu  cür  davranışı 

məni  də  çox  narahat  edir.  Bir  dəfə  dözə  bilməyib  gənc  bir 

oğlana  dedim  ki,  a  bala,  niyə  anan  yaşında  olan  qadına  yer 

vermirsən?  Bilirsən  heç  o,  gənc  cavabında  mənə  nə  dedi? 

Dedi  ki,  “əmi,  mənə  göstəriş  vermək  lazım  deyil,  mən  uşaq 

deyiləm. Yer mənimdir, kimə vermək istədiyimi özüm bilərəm.” 

Elə  bu  vaxt  qatar  növbəti  stansiyaya  çatdı,  qapılar  açıldı  və 

içəri  cavan,  yaraşıqlı  bir  qız  daxil  oldu.  Həmin  oğlan  qızı 

görcək cəld ayağa qalxdı və yerini ona verdi. Onun qarşısında 

ayaq  üstə  duran  qadın  da  bunu  görüb  sadəcə  başını 



56 

 

yırğalamaqla  kifayətləndi.  Həmin  gündən  sonra  bir  daha 



gənclərə nəsihətamiz söz deməkdən vaz keçdim. 

-      Daha  nə  deyəsən  ki.  Təkid  etsəydin,  hökmən  sizə  başqa 

ağır sözlər də deyə bilərdi. Onsuz da indiki gənclər ağızlarına 

sahib  çıxa  bilmirlər.  Adam  abırından  qorxur,  yoxsa...  - 

Professor sözünün gerisini gətirmədi. 

     Növbəti stansiyada professorun sol tərəfi boşaldı və bir qız 

heç  kəsə  aman  vermədən  tez  onun  yanında  oturdu.  Mən 

Professorun  sağ  tərəfində  oturmuşdum.  Birdən  professorun 

həyəcanlı səsini eşitdim: 

-   Qızım, sizə nə oldu?! 

    Mən  tez  dönüb  professora  baxdım.  Gördüm  ki,  qız  başını 

professorun  çiyninə  qoyub,  gözləri  də  qapanıb.  Mən  də  təlaş 

içində soruşdum: 

-   Professor, qıza nə oldu belə? 

-    Vallah,  mən  də  bilmədim,  nə  oldu.  Deyəsən,  ürəyidir.  - 

Professor  qızı  silkələməyə  başladı.  –  Qızım,  qızım,  aç 

gözlərini!  Nə  oldu  sizə

 

birdən



-

birə?  Dillənsəniz!  Əgər 

ürəyinizdirsə, cibimdə “validol” var.  

     Qız  isə  bayılmış  halda  professorun  çiyninə  söykənmişdi. 

Qızdan cavab gəlmədiyini görən digər sərnişinlər də əl-ayağa 

düşdülər.  Onlar  da  professora  kömək  etmək  istədilər. 

Professorun dayanacağı çatdı. O, qızı da ayağa qaldırıb, digər 

adamların köməyi ilə vaqondan düşürtdü. İnsanlıq və yoldaşlıq 

naminə  mən  də  professora  yardım  etmək  üçün  vaqondan 

düşmək istəyəndə

,

 haqqı deyəsən



 

o, etiraz etdi: 

- Siz zəhmət çəkməyin, onsuz da mən bu stansiyada düşürəm. 

Siz  yolunuzdan  qalmayın.  Metro  polisləri  bizə  kömək 

edəcəklər. 

     Həmin  gündən  sonra  düz  bir  həftə  professorla 

qarşılaşmadıq. İkinci həftənin bazar ertəsi yenidən professorla 

görüşdük. 

Onunla 

kef-əhvaldan 



sonra 

bir 


həftə 

görünməməyinin  səbəbini  soruşdum.  Hətta,  xəstə  olub-

olmadığını da xəbər aldım. 



57 

 

     Qocaman professor başını yırğalayıb: 



-    Danışma, qardaş. Başıma elə bir iş gəldi ki, utandığımdan 

söyləməyə dilim də gəlmir - dedi. 

-     Nə oldu ki?! - Təəccüblə soruşdum. 

-    O qız mənim başıma bir oyun açdı ki, gəl görəsən. Qardaş, 

qızı  vaqondan  düşürəndən  sonra,  ona  bir  “validol”  verdim  ki, 

dilinin  altına  qoysun.  Sonra  metro  polisini  çağırdım.  İki  polis 

gəldi,  birlikdə  polis  otağına  getdik.  Onlar  məndən  qıza  nə 

olduğunu  soruşdular.  Mən  də  hadisəni  olduğu  kimi  onlara 

danışdım. Bu zaman qız at kimi üzümə durdu ki, bu kişi mənə 

sataşdı. Polisə dedi ki, guya mən onun döşlərini əlləşdirmişəm. 

Bunu  eşidəndə,  nitqim  tutuldu,  danışa  bilmədim.  Deyəcəyim 

sözlər  boğazımda  ilişib  qaldı.  Qəhərdən  rəngim  avazıdı. 

Polislərə  də  elə  bu  lazım  imiş.  Tez  qızın  izahatını  aldılar.  Və 

qızı  heç  nə  olmamış  kimi  buraxdılar.  Sonra  mənə  izahat 

yazdırdılar.  Mən  nə  qədər  and-aman  etsəm  də,  polislər  məni 

dinləmək  belə  istəmədilər.  Onlara  professor  olduğumu 

söylədim, yüzlərlə bu qız kimi tələbələrə dərs verdiyimi, onların 

təlim-tərbiyəsilə  məşğul  olduğumu  dilə  gətirdim:  “Bir  də  ki, 

metroda bu qədər adam olduğu halda, mən qıza necə sataşa 

bilərdim. Məndən başqa digər sərnişinlər də qıza kömək etmək 

istəyirdilər.” Polislər isə gülərək dedilər: 

-  Professor,  sizi  başa  düşürük,  amma  qanun  sizin 

əleyhinizədir.  Qız  izahatında  israrla  göstərir  ki,  siz  ona 

sataşmısınız,  yəni  onun  bayılmasından  istifadə  edib, 

naməhrəm  yerlərinə  əl  gəzdirmisiniz.  Əlbəttə,  sizin  kimi  bir 

professorun  dərs  dediyiniz  institutda  biabır  olmasını  heç 

istəməzdiniz. 

     Mən onların eyhamını başa düşdüm. Ona görə də birbaşa 

mətləbə keçdim: 

-  Nə qədər verməliyəm ki, məndən əl çəkəsiniz

?

 - soruşdum. 



-    Bax,  bu  başqa  məsələ.  Görürsünüz,  biz  sizinlə  daha  tez 

anlaşdıq, - deyə polis serjantı qımışdı. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə