Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə16/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

48 

 

pisliklərdən,  xəta  və  bəlalardan  hifz  edər.  Hacı  Raziyə  xanım 



da belə mömin bəndələrdəndir.     

 

 

                                                                  

24.04.2013

 

                    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


49 

 

                                                                                                                                                                                                                                          



                         

 

                      Qızıl külqabı

 

                                     (hekayə) 

 

 

     



A

li  məktəbin  birinci  kursunda  oxuyurdum.  Tarix  fənninin 

ilk  seminarında  yaxşı  cavab  verdiyim  üçün  müəllim,  tarix 

elmləri  doktoru,  professor  Tariyel  Məmmədov  məni  sorğu-

suala tutdu: 

-   Oğlum, de ğörüm hardansan? 

-   Müəllim, Yardımlı rayonundanam. 

-   Hə, belə de... Yardımlılar mərd və cəsur olurlar. Oğlum, orta 

məktəbdə tarix müəllimin kim olub? 

-   Vidadi müəllim. 

-    Oğlum,  siz  Yardımlının  hansı  kəndindənsiniz?  Familiyan 

mənə tanış gəlir. 

-   Alar kəndindən. 

-   Alardan?! 

-   Bəli. 

-   Alar kəndindən Fərrux Əsgərovu tanıyırsanmı? 

-   Tariyel müəllim, mən elə Fərruxun oğluyam. 

-   Necə?! De görüm atan necədir?  

-   Müəllim, atam altı ildir rəhmətə gedib. 

-   Allah rəhmət eləsin! Fərruxun ölümündən xəbərim olmayıb.  

Təsadüfə bir bax, ha! Oğul, sənin atan mənim cəbhə yoldaşım 

idi.  Biz  onunla  dörd  il  bir  rotada  vuruşmuşduq.  Fərrux  çox 

cəsur  əsgər  idi.  Oğul,  bundan  sonra  nə  çətinliyin  olsa, 

çəkinmədən mənə müraciət edə bilərsən. 

-   Çox sağ ol, müəllim. 

-   Adil, dərsin qurtarandan sonra yanıma, kafedraya gələrsən. 

-   Yaxşı, gələrəm Tariyel müəllim. 



50 

 

   Dərsdən  sonra  tarix  kafedrasına  getdim.  Tariyel  müəllim 



məni  gözləyirdi.  O,  məni  görcək  ayağa  qalxdı,  qara  portfelini 

götürüb başı ilə mənə arxasınca gəlməyimə işarə etdi. 

    İnstitutdan çıxanda Tariyel müəllim dedi: 

-  Adil, bizə gedirik. Burada, yaxında oluram. Baş-başa səninlə 

bir  az  söhbət  edərik.  Atan  rəhmətlik  yaxşı  kişi  idi.  Döyüşlərin 

birində qılçamdan ağır yaralanmışdım, - deyə Tariyel müəllim 

söhbətə körpü saldı. - Fərrux arxasında məni düz bir kilometrə 

qədər  yolu,  “sançasta”  kimi  gətirdi.  Ona  nə  qədər  təkid  etdim 

ki,  məni  buraxıb  getsin.  Amma  o  məni  dinləmədi.  Onsuz  da 

arxadan  arabayla  tibb  bacıları  gəlib  bizi  götürəcəkdilər.  Çox 

inadkar idi Fərrux. 

     Mən isə səssizcə Tariyel müəllimin yanıyca addımlayırdım.  

-    Hə, çatdıq, - deyə Professor mənə tərəf döndü. – Götür, bu 

pulu, get, oradan iki qarpız al, gətir.  

    

 

Müəllimin mənə uzatdlğl pulu götürmədim. İki qarpız almaq 



üçün isə cibimdə o qədər də pul yox idi. Ona görə də bir qarpız 

alıb,  Tariyel  müəllimgilə  qalxdım.  Qarpızı  mətbəxdəki  stolun 

üstünə qoydum. Professor mətbəxə gəldi, yumruğu ilə qarpızı 

paraladı  və  əli  ilə  qarpızın  içini  çıxarıb  ağzına  qoydu.  Düzü, 

müəllimin  bu  hərəkətinə  təəccüb  etdim.  Düşündüm  ki, 

professor  adamdı,  bunun  qarpız  yeməyinə  bir  bax.  Tariyel 

müəllim ürəyimdən keçənləri anlayırmış kimi, gülərək dedi: 

-      Bilirəm,  düşünürsən  ki,  Professor  adamın  qarpız  yediyinə 

bir  baxın!  Mən  bunun  tarixçəsini  sənə  danışacağam.-  Tariyel 

müəllim əlini salfetka ilə sildikdən sonra çiynimə qoydu.  

    Stolun  üstündə  qızılı  bir  külqabı  da  vardı.  Onu  əlimə 

götürdüm,  o  tərəf-bu  tərəfinə  çevirib  baxdım.  Ağır  idi.  Qızıl 

suyuna çəkilmişə oxşamırdı. Bu zaman müəllim dilləndi: 

-   Oğlum, xalis qızıldır. Bu külqabının da maraqlı tarixçəsi var.  

-   Müəllim, tək yaşayırsınız? 

-    Demək  olar.  Həyat  yoldaşım  beş  il  bundan  öncə  rəhmətə 

gedib.  İki  oğlum  var.  Hər  ikisini  də  evləndirmişəm.  Özlərinin 

ayrıca  ev-eşikləri  var.  Həftədə  bir  dəfə  mənə  baş  çəkməyə 




51 

 

gəlirlər.  Paltarlarımı  gəlinlərim  yuyur,  evi  silib-süpürürlər, 



səliqə-sahmana  salırlar.  Bir  neçə  günlük  yemək  də  bişirirlər 

mənimçün. - Professor danışa-danışa çaydanı su ilə doldurub 

qazın  üstünə  qoydu.  -  Oğul,  atan  qorxmaz,  igid  adam  idi. 

Yaxşı  yadımdadır,  bir  dəfə  polk  komandiri  İvanov  əsgərləri 

cərgəyə  düzüb  dedi:  “Bir  neçə  gündür  ki,  düşmən  tərəfdə 

sakitlikdir.  Bu  heç  də  yaxşı  əlamət  deyil.  Yəqin  ki,  almanlar 

bizə  qarşı  nəsə  hazırlayırlar.  Amma  biz  bunların  bu  planının 

nədən  ibarət  olduğunu  hökmən  öyrənməliyik.  Dünənki 

kəşfiyyat  qrupu  da  əliboş  geri  qayıdıb.  Bizə  bir  “dil”  lazımdır. 

Sizdən  könüllü  kim  getmək  istəyir?”  Bu  zaman  Fərrux 

cərgədən  üç  addım  qabağa  çıxdı  və  dedi:  “Yoldaş  komandir, 

mən gedərəm.” Komandir dedi ki,”elə isə Fərrux tək getməsin, 

o  özü  ilə  bir  neçə  əsgər  də  götürsün.”  Fərrux  dedi  ki,  ona 

ancaq  yol-yoldaşı  olmaq  üçün  tək  bir  əsgər  lazımdır.  Həmin 

gecə  atan  həqiqətən  də  bir  alman  əsiri  tutub  gətirdi.  Onu 

danışdırdılar və lazım olan mühüm məlumatları əsirdən aldılar. 

Almanlar  doğrudan  da  geniş  miqyaslı  hücum  əməliyyatı 

planlaşdırırmışlar.  Amma  biz  almanları  qabaqladıq  və  onlara 

qarşı  gözlənilməz  əks-hücuma  keçdik.  Döyüşdən  sonra 

komandir  bütün  əsgərlərin  qarşısında  Fərruxa  təşəkkür  elan 

etdi.  Atanla  bağlı  çoxlu  maraqlı  cəbhə  xatirələrim  var.  Nəsə, 

indi keçək qarpız məsələsinə.  

     Repressiya  dövründə  ermənilərin  əli  ilə  çoxlu  dəyərli, 

vətənpərvər  ziyalımızı  itirdik.  O  zaman  ermənilər  Bakıda  at 

oynadırdılar.  Onlar  Azərbaycanın  “qaymaqları”na  müxtəlif 

bəhanə  ilə  şər-böhtan,  iftira  ataraq onlara  “Vətən  xaini”,  “xalq 

düşməni”  damğası  vurdururdular.  Həmin  dövr  çox  pis  idi.  O 

zamanlar  haqsız  yerə  çoxlu  soydaşımızı  itirdik.  Azərbaycan 

xalqının  həqiqi  faciəsi  isə  1936-cı  ildən  başlandı.  Xalq 

əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri 1937-1938-

ci  illərdə  daha  da  amansızlaşdı,  hakimiyyətdə  oturmuş  dövlət 

quldur dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşovun, 

Gerasimovun, 

Qriqoryanın, 

Markaryanın, 

Qalstyanın, 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə