Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə13/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

39 

 

Raziyənin  çantasına  basdı.  -  İndi  gəl  görək,  çəkdiyimiz  film 



necə alınıb?! 

    Onlar  bir  ağacın  altına  çəkilib  mobil  telefondakı  çəkilmiş 

videoya baxdılar. 

-  Super!!!  Yandın,  sən,  Vaqif  müəllim!  Bundan  qurtuluşun 

yoxdur. İndi əlimdən heç yana qaça bilməyəcəksən! Bu video  

sənin


 

sonun olacaq, cənab Vaqif Məmmədov! Bu videoya görə 

ayaqlarıma  düşüb,  yalvaracaqsan.  Xalqın  qadınlarına  başqa 

gözlə  baxmağın  bədəlini  sənə  ödətdirəcəyəm,  binamus, 

şərəfsiz! - İra qəzəbindən barmaqlarını ovcunun içində yumdu. 

Bu zaman uzun dırnaqlar onun ətinə keçdi, ovcu qanla doldu. 

-   İra, bu ki şantajdır - Raziyə dilləndi. 

-   Bəs yüzlərlə qızları pul gücünə, qorxuzaraq altına salmağa 

nə ad verirsən? - İra əsəbiləşdi. - Raziyə, bu işə sən qarışma. 

Şərtləşdiyimiz kimi, bu iş mənlikdir. 

-    Yaxşı,  İra,  sən  deyən  olsun.  Amma  bu  işdə  çox  ehtiyatlı 

olmaq  lazımdır.  Şantajçı  kimi  səni  ilişdirə  bilərlər,  elə  hər 

ikimizi.  Özün  də  deyirsən  ki,  bunlar  böyük  bir  mafiyadır.  Hər 

yerə əlləri çatır. - Raziyə rəfiqəsini bir daha xəbərdar etdi. 

-    Sən  heç  narahat  olma.  Bizim  də  özümüzə  görə  əlbəttə  ki, 

bildiklərimiz vardır. - İra  özünəarxayınlıqla bildirdi. 

     Həmin axşam İra mobildəki videonu ayrı-ayrı bir neçə diskə 

köçürdü.  Ertəsi  gün  səhər  işə  gələn  kimi,  Baş  redaktor  hər 

ikisini  otağına  çağırdı  və  əsəbi  halda  üzünü  Raziyəyə  tutub 

soruşdu: 

-  Raziyə  xanım,  de  görüm,  sizə  tapşırdığım  yazını 

hazırladınızmı? 

-   Xeyr, Aslan müəllim. 

-   Nə üçün? 

-     Vaqif müəllim  yazını  başqa  bir münasib  vaxta təxirə  saldı. 

Dedi  ki,  özü  sizinlə  bu  barədə  danışacaq.  -  Raziyə  sakitcə 

bildirdi. 



40 

 

-    İradə  xanım,  bəs  sizin  orada  nə  işiniz  vardı?  Mən  ki  sizi 



Vaqif  müəllimin  yanına  göndərməmişdim.  Məndən  icazəsiz 

niyə oraya getmisiniz? 

-    Aslan  müəllim,  düşündüm  ki,  Raziyə  xanım  bu işlərdə  hələ 

təzədir.  Ona  dəstək  olmaq  üçün  mən  də  getdim.  Məncə, 

burada  bir  qəbahət  yoxdur,  həm  də  özünüz  mənə 

tapşırmışdınız  ki,  Raziyə  xanım  püxtələşənə  qədər  ona 

köməklik göstərim. - İra qımışaraq cavab verdi. 

-  Yaxşı,  yaxşı  bəsdirin,  görək!  Daha  özbaşına  olmusunuz! 

Deyin  görüm,  yazı  da  yazmamısınız,  bəs  orada  nə  iş 

gördünüz? - Aslan bu dəfə sınayıcı nəzərlərlə qızları süzdü. 

-    Vaqif  müəllim  bizi  zorla  yeməyə  dəvət  etdi.  Biz  də  onun 

xahişini  yerə  salmadıq,  necə  də  olsa,  Vaqif  müəllim  sizin 

dostunuz sayılır. - İra Raziyəyə danışmağa imkan verməyərək, 

Baş  redaktorun  bu  eyhamlı  baxışlarına  ibarəli  tərzdə  cavab 

verdi. 

-   Bəs Vaqif müəllim bizə nəsə bir şey göndərmədi heç? - Baş 



redaktor narahat halda yenidən soruşdu. 

    Bu  dəfə  Raziyə  nəsə  demək  istəyirdi  ki,  İra  yenə  də  ona 

macal vermədi: 

-    Aslan  müəllim,  Vaqif  müəllim  dedi  ki,  o,  sizinlə  əlaqə 

saxlayacaq. 

-   Yaxşı, çıxın bayıra, işinizlə məşğul olun! - Aslan əsəbi halda 

dedi. 

    Onlar  baş  redaktorun  otağından  çıxandan  sonra  İra 



Raziyəyə bildirdi ki, Vaqifin video məsələsini bir neçə günlüyə 

təxirə  salacaq.  “Sənə  də  növbə  çatacaq,  Aslan  müəllim. 

Səndən  də  hesab  sormanın  zamanı  gələcək,”  deyə  İra 

düşündü.  İra  həmin  axşamı  xatırladıqca,  Aslana  qarşı  nifrəti, 

kini daha da artırdı. Aslan ilk işə başladığı günlərdə İradan da 

istifadə etmişdi. Onu bir axşam bilərəkdən dostlarından birinin 

qucağına  atmışdı.  Dostunun  yanına  yazı  yazmaq  adı  ilə 

getmiş,  ancaq  həmin  axşam  başına  nələrin  gəldiyini  bir  də 

ayılandan sonra anlamışdı. O zaman İra düşünmüşdü ki, artıq 



41 

 

geriyə yol yoxdur. Həmin vaxtdan o da oyuna girmiş və onlarla 



öz oyun qaydaları ilə oynamağa başlamışdı. Ancaq bu dəfə o, 

Raziyəni  bu  iyrənc  oyunların  iştirakçısına  çevirmək  istəmirdi. 

Çünki  İra  rəfiqəsinin  Allah  adamı  olduğunu  bilirdi.  Hətta,  bir 

dəfə Raziyə ona Həcc ziyarətinə getmək arzusunda olduğunu 

da  söyləmişdi.  O,  bundan  sonra  çalışırdı  ki,  rəfiqəsi  bu 

əxlaqsızların  girdabına  düşməmiş,  nəyin  bahasına  olursa-

olsun  onu  bu  radaksiyadan  uzaqlaşdırsın.  İra  bunu  hələlik 

Raziyəyə bildirmirdi... 

     Bir həftədən sonra İra diski də götürüb, Vaqif Məmmədovun 

yanına getməyi qərara aldı. İlk öncə, o, telefon açdı və onunla 

çox  önəmli  bir  məsələ  barədə  görüşmək  istədiyini  bildirdi. 

Vaqif İra ilə görüşə razı oldu. Onlar axşam yenidən bağ evində 

görüşdülər.  İra  diski  çantasından  çıxararaq,  ona  verdi  və 

baxmasını rica etdi. Vaqif təəccüblə İraya baxdı: 

-  Bu nədir, İra?  - deyə sordu. 

-  Əvvəlcə baxın, Vaqif müəllim, özünüz hər şeyi görəcəksiniz. 

-  İra  gülümsədi.  -  Bu  disk  sizinçün  çox  vacibdir. Bu həyati bir 

məsələdir. 

     Vaqif  həyəcan  içərisində  əlindəki  diski  noutbukuna  daxil 

etdi. O özünü gördükdə, acıqla İradəyə dedi: 

-    Deməli,  məni  şantaj  etmək  üçün  buraya  gəlmisən?!  Bu 

nömrələr  mənə  keçməz,  qızım.  Sən  ünvanı  səhv  salmısan.  - 

Vaqif gülərək özünü o yerə qoymaq istəmədi. 

-    Məncə,  heç  də  ünvanı  səhv  salmamışam.  Diskdəki  adam 

sizsiniz. Məgər özünüzü tanımadınızmı, Vaqif müəllim?  

-  Bu disk sənin əlində haradandır?! - Vaqif ucadan bağırdı. - 

Bunu kim çəkib? Məqsədin nədir?  

-   Vaqif müəllim, bir sakit olun. Mən sizə kömək etmək üçün 

buradayam. Bu disk başqalarının da əlinə keçə bilərdi. Amma 

dostluğumuzun  xatirinə,  bu  işdə  mən  sizə  yardımçı  olmaq 

istədim. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə