Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə9/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

27 

 

-  Raziyə  xanım,  açığını  deyim  ki,  siz  başqalarına  qətiyyən 



bənzəmirsiniz. Siz tamamilə fərqli bir xanımsınız. Buradakılara 

o  qədər  fikir  verməyin,  onların  əllərindən  boşboğazlıqdan 

başqa  bir  iş  gəlmir.  Hər  birini  mötəbər  adamların  tapşırığı  ilə 

işə  götürmək  məcburiyyətində  qalmışam.  İndiki  zamanda 

bilirsən ki, qəzet saxlamaq çətindir. Qəzetin maliyyə məsrəfləri 

çoxdur.  İnanın  ki,  dost-tanışların  yardımı  olmasa,  mən  bu 

qəzeti  çıxarda  bilmərəm.  Allah  onların  canını  salamat  eləsin. 

Mən  sizin  hazırladığınız  yazını  oxudum.  Hiss  olunur  ki,  sizdə 

nəsə  var,  yəni  üzərinizdə  çalışsanız,  gələcəkdə  sizdən  yaxşı 

jurnalist  ola  bilər.  Mən  bu  işdə  sizə  əlimdən  gələn  köməyi 

edəcəyəm. 

-      Çox sağ  olun,  Aslan  müəllim.  Çalışacağam  ki,  etimadınızı 

doğruldum.  Buna  əmin  ola  bilərsiniz.  Mən  bu  sənəti  çox 

sevirəm. Jurnalist olmaq çoxdankı arzum idi. - Raziyə qızara-

qızara cavab verdi. 

-    Raziyə xanım, bu axşama nəsə bir planız yoxdur ki? 

-   Xeyr, elə də vacib planım yoxdur. Sadəcə, məni çoxdan bəri 

narahat edən bir mövzu haqqında yazı yazacağam. 

-  Bilmək  olarmı,  yazı  nə  barədədir?  Çünki  qəzetdə  gedəcək 

yazılar ilk növbədə məni daha çox maraqlandırır və bu barədə 

qərarı da mən verirəm. 

-  Yazacağım  məqalə  “Qadın  ləyaqəti,  qadın  isməti” 

mövzusunda olacaq, Aslan müəllim. 

-      Bilirsiniz,  Raziyə  xanım,  bizim  qəzet  hüquq  qəzeti  olduğu 

üçün  bu  cür  yazıları  çox  nadir  hallarda  veririk,  -  deyə  baş 

redaktorun  sifəti  birdən-birə  dəyişdi,  rəngi  avazıdı,  çöhrəsini 

sanki qara buludlar aldı. 

     Bu  Raziyə  xanımın  gözündən  qaçmadı.  Raziyə  bunu 

qəsdən demişdi. 

-    Aslan müəllim, mənə nəsə deyəcəkdiniz. - Raziyənin elə bil 

ki, qırışığı açıldı. 



28 

 

-  Deyirəm ki, başqa bir işiniz yoxdursa, yeni işinizi qeyd etmək 



üçün  sizi  şam  yeməyinə  dəvət  edirəm,  -  deyə  Aslan  müəllim 

bu dəfə nədənsə çəkinə-çəkinə dilləndi.  

-   Etiraz etmirəm.- Raziyə də özünü o yerə qoymadı. 

-    Dostumun  yaxşı

  bir

  restoranı  var,  işdən sonra  ora  gedərik. 



Ancaq  bunu  işçilərdən  kimsə  bilməməlidir,  Raziyə  xanım.  - 

Aslan müəllimin çöhrəsində elə bil ki günəş doğdu. 

-    Bu  barədə  heç  narahat  olmayın,  Aslan  müəllim.  Mən  işimi 

ehtiyatla tutmağı bacarıram. - Raziyə əminliklə bildirdi. 

    Baş  redaktor  ürəyində:  “adə,  bu  ki,  çoxdan  hazırmış  ki...” 

dedi. 


    Raziyə düşündü ki, hələlik İranın ona söylədikləri düz çıxır. 

    Axşam  baş  redaktorla  Raziyə  artıq  restorandakı  ayrıca 

otaqların  birində  onlar  üçün  qabaqcadan  hazırlanmış  stolun 

arxasında  oturmuşdular.  Stolun  üstündə  hər  şey  vardı. 

Yeməyə  başlamazdan  öncə,  Aslan  əl  atıb  partıltıyla  şampan 

butulkasının  ağzını  açdı.  O,  Raziyənin  qədəhinə  şərab 

süzərkən qız qəti etiraz etdi: 

-   Aslan müəllim, siz nə edirsiniz? Mən içki içmirəm. Özünüzə 

süzün, spirtli içki mənlik deyil. Mən meyvə şirəsi içəcəyəm. 

-   Necə?! İçmirsiniz? - Baş redaktor təəccüblə dilləndi.

 

-   Xeyr, içmirəm. - Raziyə yenə təkrar etdi. 



-   Mən şampanı sizə görə... 

-   Aslan müəllim, mənə spirtli içki olmaz. Mən namaz əhliyəm. 

Sizinlə  bu  stolda  oturduğum  üçün  mən  də  böyük  günah 

qazanıram. Amma etika xatirinə, sizi qırmamaq üçün təklifinizi 

qəbul etdim. 

-    Yaxşı,  siz  deyən  olsun,  daha  təkid  etməyəcəyəm.  Mən  isə  

içəcəyəm.  -  Aslan  müəllim  əlindəki  şampanı  yenidən  stolun 

üstünə qoydu və bu dəfə araq butulkasının ağzını açaraq, öz 

qədəhinə süzdü.  

     O,  heç  nə  yemədən  araqla  dolu  qədəhi  birnəfəsə  başına 

çəkdi,  üz-gözünü  turşudub,  duzlu  xiyardan  birini  götürüb 

dişlədi.  Az  keçmədi  ki,  Aslanın  başı  dumanlanmağa  başladı. 




29 

 

Artıq o, nə danışdığının fərqində deyildi, ağzına gələni üyüdüb 



tökürdü.  Raziyə  baş  redaktorunu  bu  vəziyyətdə  görüncə, 

ondan iyrəndi. Düşündü ki, içki adamı gör bir nə hallara salır. 

Bir  az  bundan  öncə,  ilk  andan  adama  xoş  təəssürat 

bağışlayan  bir  insan,  indi  tanınmaz  hala  düşüb,  başqa  bir 

adam  olmuşdu.  Deyirlər  ki,  insanın  daxili  aləmi  bir  sərxoş 

olduğu  halda,  bir  də  qumar  oynadığı  zaman  üzə  çıxır.  İndi 

əvvəlki Aslandan əsər-əlamət qalmamışdı. Baş redaktor ayağa 

qalxıb  Raziyəyə  yaxınlaşdı.  Heç  nədən  çəkinmədən,  əl  atıb 

onun qolundan tutaraq, oturduğu yerdən qaldırmaq istədi: 

-    Raziyə  xanım,  mən  sizinlə  rəqs  etmək  istəyirəm.  Qalx 

ayağa,  rəqs  edək.  Məni  “atkaz”  eləməyin.  Mən  sizinçün  nə 

desən,  eləyəcəyəm.  Təki  siz  bu  gün  mənim  istəklərimin 

əleyhinə  getməyin!  Sizin  o,  qara  gözlərinizə  bu  canım  fəda 

olsun! 


-    Aslan  müəllim,  siz  nə  edirsiniz?!  Özünüzü  ələ  alın!  Mən 

bunu sizdən gözləməzdim. Bu nə hərəkətdir edirsiniz? Ayıbdır! 

Özünüzə gəlin! İçməyi bacarmırdınızsa, gərək içməyəydiniz. - 

Raziyə oturduğu yerdən qalxıb kənara çəkildi. 

    Aslan  ondan  əl  çəkmək  istəmirdi.  O,  Raziyənin  dediklərini 

eşitmirmiş  kimi,  yenidən  əl  atıb  onun  qolundan  yapışaraq 

özünə  tərəf  çəkdi.  Raziyə  çırpınıb  onun  əlindən  xilas  olmağa 

çalışırdı.  Aslan  isə  qızmış  pələng  kimi  qızı  qamarlayıb,  onu 

öpmək  istəyirdi.  Amma  Raziyə  buna  imkan  vermədi.  O,  baş 

redaktorun  sinəsindən  var  gücü  ilə  geri  itələdi.  Aslan 

müvazinətini itirib yerə yıxıldı. 

-    Alçaq!  Sizin niyyətiniz  indi  aydın oldu  mənə.  Düzdür,  sizdə  

heç  bir  günah  yoxdur,  əsl  günah  məndədir  ki,  sizin  kimi 

şərəfsizin təklifini qəbul etdim. Ayıb olsun sizə! Kişi də işçisi ilə 

bu  cür  rəftar  edərmi  heç?!  -  Raziyə  pörtmüş,  əsəbi  halda 

qapını arxasınca çırp

araq

, restoranı təkbaşına tərk etdi. 



     Həmin  gecə  səhərəcən  Raziyəni  yuxu  aparmadı.  “Deməli, 

İra haqlı

 

imiş”, deyə düşündü. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə