Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə11/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

33 

 

     Gözləməyə  o  qədər  də  vaxt  lazım  olmadı.  Beş-altı 



dəqiqədən  sonra  baş  redaktor  Raziyəni  yenidən  otağına 

çağırdı. Raziyə getdi və tez də geri döndü. Onlar nəşriyyatdan 

birlikdə çıxdılar. Yolda gedərkən İradə rəfiqəsinə: 

-    Raziyə,  əvvəlcə  mobil  telefondakı  danışığı  sakit  bir  yerdə 

dinləyək  görək,  bu  şərəfsizlər  sənə  necə  tor  qurublar. 

Tədbirimizi  ona  görə  alaq.  Gəl,  parka  gedək,  ora  sakitlikdir  - 

dedi. 

    Hər iki rəfiqə parkda sakit bir guşədə mobil telefonuna qulaq 



asdılar. Həqiqətən danışıq olmuşdu. Aslan dostuna deyirdi: 

-  Qardaş, salam. Çoxdandır ki, zəng etmirsiniz. Əvvəllər tez-

tez  zəng  edərdiniz.  Deyəsən,  bizləri  daha  unutmusunuz?  Nə 

qədər  ki,  yeni  gözəl  xanımlar  var  idi,  o  zaman  hər  gün 

axtarırdınız. Əlbəttə, bunlar bir zarafatdır. Hə, belə de. Demək 

xaricdəydiniz. Vaqif müəllim, sizdən yaxşı bir yazı hazırlamaq 

istəyirəm.  Nə  deyirsiniz?  Bəli,  yeni  bir  gözəl  xanım  işə 

götürmüşəm,  yazını  da  o,  hazırlayacaq.  Özün  görəcəksən 

də...  Xeyr,  gerisi  daha  sizlikdir.  Siz  ki  bu  işlərdə  mahirsiniz. 

Mənim  bu  barədə  məsləhətim  yersiz  olar.  İlk  baxışdan  ciddi 

xanıma bənzəyir. Xeyr, xeyr, mənlik deyil. Düşündüm ki, onun 

dilini siz məndən daha yaxşı bilərsiniz. İndi yerindəsiniz də? O 

zaman yeni ceyranı göndərirəm... 

-  Ay,  namussuz!  Nakişi!  Biqeyrət!  Tülkü!  -  Raziyə  baş 

redaktorun arxasınca əsib-coşdu. 

-    A-a-a-z,  sakit  ol,  görüm.  Düz  deyirsən,  o,  aslan  deyil,  əsl 

tülküdür  ki,  var.  Bura  bax,  Raziyə,  qabaqcadan  bildirim  ki, 

oraya  gedərkən  danışıqları  mən  aparacağam.  Yazıyla  bağlı 

sualları  sən  verərsən,  qalan  söhbətlər  isə  mənlik  olacaq. 

Eşitdinmi?! 

-   Yaxşı, sən deyən kimi olsun. - Raziyə razılaşdı. 

     Bir  azdan  qızlar  iş  adamı  Vaqif  Məmmədovun  qəbulunda 

idilər.  Katibə  qız  xanımların  gəldiyini  içəri  xəbər  verdi.  Sonra 

qız  əlindəki  telefon  dəstəyini  yerinə  qoyub,  qonaqların  içəri 

keçməsinə başı ilə işarə etdi. 



34 

 

    Jurnalist  xanımlar  içəri  girər-girməz  Vaqif  çoxdan 



gözləyirmiş kimi, ayağa qalxaraq, onlarla əl tutub görüşdü: 

-   Xoş gəlmisiniz, xanımlar. Aslan müəllim telefonda mənə bir 

xanımın gələcəyini demişdi. Amma siz... 

-    Mən  artıqsam,  gedə  bilərəm,  Vaqif  müəllim,  -  İradə  işvə-

nazla dilləndi. 

-    Xeyr,  xeyr!  Siz  nə  danışırsınız.  Sözümdən  inciməyin.  Mən 

müsafir sevən insanam. Qonaq nə qədər çox olarsa, məclis bir 

o  qədər  də  şən  keçər.  Mən  xanımların  şənlik  məclislərini  çox 

sevirəm.  Bunu  hər  yerdə  söyləyirəm;  qadınlarsız  həyat  nəyə 

gərəkdir  ki.  Qadınlar  həyatın  bəzəyidir,  yaraşığıdır.  Həyatı 

gözəlləşdirən  də  məhz  sizlərsiniz.  Biz  kişilərin  həyatını 

rövnəqləndirən də sizin kimi gözəl xanımlardır. 

-  O-o-o!!!  Vaqif  müəllim,  iş  adamından  bu  cür  sözlər 

eşitdiyimizə görə, düzü təəccübləndik. Bunları biz kompliment 

kimi deyil, ədəbi sahədə təcrübəsi olan bir yazarın sözləri tək 

qəbul  edirik.  Görünür,  ədəbiyyatı  çox  sevirsiniz,  -  deyə  İradə 

Vaqifin qoltuğuna qarpız verdi. 

-   Hə, arada özümçün cızma-qara edirəm, şeir yazıram - Vaqif 

gülərək dedi. - Xanımlar, əsas məsələyə keçək. Mən jurnalist 

xanımları  həmişə  bağ  evimdə  qəbul  edib,  müsahibələr 

vermişəm. Yəni, jurnalistlərlə söhbətimiz həmişə süfrə başında 

olub.  Məncə,  siz  də  bu  təklifimi  rədd  etməzsiniz.  Nə 

deyirsiniz?! 

-    Siz  deyən  olsun,  Vaqif  müəllim.  -  İradə  Raziyəyə  ağzını 

açmağa imkan vermədi. 

-    Elə isə, getdik...  

     Vaqif müəllim mobil telefonu ilə kiminləsə danışdı və dərhal 

qapı  açıldı.  Cavan  bir  oğlan  otağa  daxil  oldu.  Vaqif  müəllim 

ona: 

-    Vüqar,  sən  jurnalist  xanımları  bağ  evimə  apar,  mən  də 



arxanızca  gəlirəm  -  dedi.  -  Qalan  işləri  də  özün  bilirsən. 

Qonaqlarım məndən narazı getməməlidir. 




35 

 

-  Baş üstə, Vaqif müəllim! - Oğlan əmrə müntəzir əsgər kimi 



cavab verdi. 

    Onlar  Vüqarın  maşınında  bağ  evinin  darvazasından  içəri 

keçərkən Raziyə gözlərinə inana bilmədi. O, maşından düşər-

düşməz  heyrətini  gizlədə  bilməyib,  İradənin  böyrünü 

dümsükləyib: 

-  İra, camaat yaşayır da... Həyətə bir bax! Nə gözəl güllərdir, 

mən  beləsini  indiyəcən  heç  yerdə  görməmişdim.  İki  ayrı-ayrı 

hovuz: birisi çimmək üçün, o birisi də balıqlar üçün - dedi. 

    Bu  vaxt  Vaqif  müəllim  də  gəlib  çıxdı.  O,  qonaqları  əvvəlcə 

həyət-baca  ilə  tanış  etdi.  Sonra  onlar  villanın  ikinci 

mərtəbəsinə qalxdılar. Böyük balkonda geniş stol açılmışdı.  

-    Xanımlar,  heç  nədən  çəkinib  eləməyin.  Özünüzü  evinizdə 

hiss  edin.  Məni  bağışlayın,  üstümü  dəyişib,  gəlirəm.  -  Vaqif 

qonaqlar sıxılmasın deyə, onlara bir az sərbəstlik verdi və özü 

üçüncü mərtəbəyə qalxdı. 

     Bir  azdan  Vaqif  aşağı  endi  və  stolun  üstünə  əvvəlcə 

müxtəlif cür kabablar gətirildi. Bunlar hələ başlanğıc idi. Daha 

sonra iki nəfər cavan oğlan həyətdəki mətbəxdən nələr daşıyıb 

gətirmədilər ki... 

-   Vaqif müəllim, bəlkə əvvəllcə yazını hazırlayaq, sonra... 

-   Raziyə Vaqifə gəlişlərinin əsas məqsədini xatırlatmaq istədi. 

-    Raziyə  xanım,  yazı  qaçmır  ki.  Onu  hər  zaman  yaza 

bilərsiniz. Bir də ki, ac qarına yazı hazırlamaq olmaz. Əvvəllcə 

mədəmizi  bu  gözəl  yeməklərlə  sevindirək,  sonra  da  yazıya 

baxarıq, - deyə Vaqif xanımları ilk oncə yeməyə dəvət etdi. 

     Raziyə bu cür çeşidli yeməkləri həyatında ilk dəfə görürdü. 

Amma  özünü  o  yerə  qoymadı,  özünü  gözütox  apardı.  Vaqif 

xanımlara içki içməyə nə qədər cəhd göstərsə də, alınmadı. O, 

isə badəsini növbə ilə xanımların sağlığına qaldırıb boşaldırdı. 

Vaqif


  sonuncu qədəhini içdikdən sonra üzünü yemək gətirən 

oğlana tutub dedi: 

-    Daha  siz  buralarda  görünməyin.  Stolda  hər  şey  var.  Nəsə 

lazım  olsa,  çağıraram.,  -  deyə  Vaqif  jurnalist  xanımlarla  baş-




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə