Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə10/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

30 

 

     Ertəsi gün Raziyə işə getmək istəmədi. Ancaq o, bu barədə 



İradə ilə hökmən danışmalıydı. 

     O,  əvvəlcə  qızını  bağçaya  apardı,  sonra  tələsmədən  iş 

yerinə yollandı. Qərara gəlmişdi ki, gedən kimi, ərizəsini yazıb 

işdən  çıxacaq.  Raziyə  redaksiyaya  daxil  olarkən  İra  onu 

çoxdan gözləyirmiş kimi: 

-  A-a-a-z, harada qalmısan bu vaxta kimi? Sən ki işə hamıdan 

tez  gələrdin.  Bu  gün  nə  oldu  belə  gecikdin?  Aslan  müəllim 

səhərdən  bəri  düz  üç  dəfə  səni  soruşub.  Dedi  ki,  “Raziyə 

xanım gələn kimi, yanıma göndərin!” - uca səslə dedi . 

-    İra,  səninlə  ikilikdə  danışmaq  istəyirəm,  -  deyə  Raziyə 

İradəni onunla söhbət etmək üçün çayxanaya apardı. 

     Raziyə axşamkı əhvalatı yerli-yataqlı İradəyə söylədi. 

-    Gördünmü?!  İndi  mənə  inandınmı?  Bu  kişilər  hamısı  bir 

bezin qırağıdır. Onlara qətiyyən etibar etmək olmaz! İndi fikrin 

nədir?  Nə  etmək  istəyirsən?  -  İradə  cavab  gözləyirmiş  kimi 

gözlərini Raziyəyə zillədi. 

-    Nə  edəcəyəm.  Ərizəmi  yazıb  işdən  çıxacağam.  Amma 

çıxarkən  ona  dişimin  dibindən  çıxanı  deyəcəyəm,  sonra  da 

üzünə tüpürəcəyəm. - Raziyə dedi. 

-  Dayan bir görüm. Onun üzünə tüpürməyə hər zaman vaxtın 

olar.  Amma  de  görüm,  mənim  planım  barədə  düşündünmü 

heç? - İradə Raziyənin fikrini bilmək istədi. 

-    Yaxşı,  bundan  sonra  necə  desən,  elə  hərəkət  edəcəyəm. 

Yetər  ki,  bu  binamusu  ifşa  edək.  Bəlkə,  başqalarına  da  dərs 

olar.  -  Raziyə  bundan  sonra  İradəyə  inandığını  və  ona  bel 

bağladığını təsdiq etdi. 

-  Bura bax, mən bu Aslanın ciyərini bilirəm. İndi o səni otağına 

dəvət  edəcək  və  səninlə  aranızda  heç  bir  şey  olmamış  kimi 

davranacaq, səndən üzr istəyəcək. Onun üzə gülümsəməsinə 

baxma,  o,  çox  kinli  adamdır.  O  səni  ya  bu  gün,  ya  da  sabah 

yazı  hazırlamaq  üçün  hökmən  yaxın  dostlarından  birinin 

yanına göndərəcək. Oraya tək getməzsən, gedərkən mənə də 

xəbər verərsən. Mən o zaman əsas planım barədə sənə ətraflı 



31 

 

danışacağam. Planım baş tutarsa, kasıbçılığın daşını birdəfəlik 



atacaqsan,  -  deyə  İradə  Raziyəni  baş  redaktora  qarşı 

təlimatlandırdı. 

     Bu  vaxt  çayxanaya  onların  iş  yoldaşı  Elçin  daxil  oldu.  O, 

hər tərəfə nəzər saldı. Raziyə ilə İradəni birlikdə görcək, gülə-

gülə onlara yaxınlaşdı: 

-    Mən  də  sizi  axtarırdım,  Raziyə  xanım.  Aslan  müəllim  sizi 

çağırır - dedi. 

-   İndi gəlirəm. - Raziyə dilləndi. 

    Elçin  daha  gözləməyib,  tez  geri  qayıtdı.  Raziyə  ayağa 

qalxarkən, İradə astadan dedi: 

-   Dediklərimi unutma! Al, mənim mobil telefonumu, oturduğun 

kresloya qoyarsan. Sən bayıra çıxandan sonra, Aslan hökmən 

hansı  bir  dostu  ilə  danışacaq.  Qoy  onların  danışığını  mobilim 

yazsın. Bu bizə lazım olacaq. 

-   Bəs mən telefonu sonra oradan necə götürəcəyəm? 

-    Çox  sadə.  Beş-on  dəqiqə  keçəndən  sonra,  yenidən  geri 

qayıdıb, telefonunu unutduğunu söyləyəcəksən, vəssalam.  

-  Yaxşı, sən heç narahat olma, İra. Mən dediyini edəcəyəm, - 

Raziyə rəfiqəsini əmin etdi.  

    Raziyə baş redaktorun otağına girən kimi, Aslan tez ayağa 

qalxıb gülə-gülə: 

-    Raziyə  xanım,  xoş  gəlmisiniz.  Buyurun,  əyləşin.  Dünən 

axşam  olanlar  üçün  sizdən  üzr  istəyirəm.  Özümdə 

olmamışam,  nə  danışdığımı  bilməmişəm.  İçki  məni  tez  tutub. 

Siz allah məni bağışlayın - dedi.  

-  Aslan müəllim, mənim yerimdə olsaydınız, sizə qarşı bu cür 

hərəkət  edəni  bağışlardınızmı?  -  Raziyə  sınayıcı  nəzərlərlə 

baş redaktora baxdı. 

-    Haqlısan,  Raziyə  xanım.  Mən  düzgün  hərəkət  etməmişəm. 

Amma  xətamı  istədiyin  zaman  nə  ilə  desən  düzəltməyə 

hazıram.  Günahımı  yumaqdan  ötrü  xahiş  deyil,  nə  əmr 

etsəniz, yerinə yetirməsən heç kişi deyiləm! Yetər ki, məni əfv 

edəsiniz. - Aslan açıqcasına Raziyəyə yalvarırdı. 



32 

 

-  Yaxşı, qoy bu birinci və sonuncu olsun. - Raziyə özünü guya 



onu bağışlayırmış kimi göstərdi. 

-  Raziyə  xanım,  bir  nəfər  biznesmen  tanışımdan  yazı 

hazırlamaq  lazımdır.  Düşündüm  ki,  bu  yazını  ancaq  siz 

hazırlaya  bilərsiniz.  Onun  yanına  sizdən  başqa  kimi 

göndərsəm, bilirəm ki, yarıtmayacaq. Çünki onların gətirdikləri 

materialı  sonda  özüm  hazırlamalı  oluram.  Amma  siz  mənə 

hazır  yazı  gətirirsiniz.  Hə,  nə  deyirsiniz?  O,  sizə  necə 

lazımdırsa, “hörmət” də edəcək. 

-  Kimsənin  “hörməti”nə  ehtiyacım  yoxdur,  Aslan  müəllim. 

Amma  yazını  hazırlayacağam.  Onun  yanına  nə  vaxt 

getməliyəm? - Raziyə soruşdu. 

-  Mən indi onunla əlaqə saxlayandan sonra sizə bildirəcəyəm. 

Siz  bir  yerə  getməyin,  hələlik  otağınızda  olun.  Mən  sizi 

yenidən  çağıracağam.  -  Baş  redaktor  Raziyəyə  getməsinə 

işarə etdi. 

    Raziyə  baş  redaktorun  otağını  tərk  edərkən,  İranın  ona 

verdiyi  mobil  telefonu  diktafona  qurulmuş  halda  oturduğu 

kresloya  qoyaraq,  otağı  tərk  etdi  və  birbaş  İradənin  yanına 

tələsdi. Və baş redaktorla aralarında olan söhbəti ona danışdı. 

-  Gördünmü,  Raziyə?  Sənə  dediklərim  bir-bir  düz  çıxır.  İndi 

bundan  sonra  mən  deyənlə  hərəkət  etməlisən,-  deyə  İradə 

biznesmenə qarşı nəzərində tutduğu planla Raziyəni də tanış 

etdi. 

-    İra,  səndən  qorxmaq  lazımdır.  Təcrübəli  müstəntiq  kimi  iş 



görürsən. Bütün bunları necə öyrənmisən? - Raziyə təəccüblə 

İraya baxdı. 

-  Bütün  bunları  mənə  yaşadığım  həyat  öyrədib.  Gündə  bir 

neçə  rola  girməsən,  həyatda  istədiyinə  nail  ola  bilməzsən. 

Rola  girərkən  ilk  növbədə  insanları  özünə  inandırmağı 

bacarmalısan.  Bu  əsas  şərtdir.  İkinci  bir  tərəfdən  də,  mən  bu 

yolları artıq çoxdan gedib qayıtmışam. - İradə gülərək kişiyanə 

tərzdə sağ əlini rəfiqəsinin çiyninə qoydu. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə