Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə5/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   2   3   4   5   6   7   8   9   ...   48

15 

 

yaxınlaşıb  onun  mobil  telefonu  ilə  evlərinə  zəng  etməyi  xahiş 



etdi. Sürücü könülsüz halda telefonunu əsgərə verərkən dedi: 

-   Ancaq “vızov”luq konturum var, biləsən. 

-    Elə  mən  də  “vızov”  atacağam,  -  deyə  əsgər  sürücünü 

arxayın saldı. 

     Əsgər bir neçə dəfə kiməsə “vızov” atdı. Amma ona cavab 

verən  olmadı.  Hacı

 

Raziyə  xanımın  gözü  əsgərdə  idi. 



O,

  çox 


narahat  görünürdü.  Ona  cavab  vermədikləri  üçün  pərt 

olmuşdu.  Sonra  əsgər  yenidən  telefonu  sürücüyə  qaytardı  və 

gəlib  arxadakı  yerində  oturdu.  Hacı  xanım  istər-istəməz 

əsgərlərin  söhbətinə  qulaq  müsafiri  oldu.  Telefonla  danışmaq 

istəyən əsgər yoldaşına deyirdi: “ Demək, evdə kimsə yoxdur. 

Ona görə telefona cavab vermirlər. Bəs indi nə edəcəyik?! Bir 

saatdan  sonra  Bakıda  olacağıq.  Bizi  avtovağzalda  qarşılayan 

olmasa, avtobus sürücüsünə nə deyəcəyik?!”  

    Bu  danışıqdan  sonra  Hacı  Raziyə  xanıma  aydın  oldu  ki, 

əsgərlərin yol pulları yoxdur. Ona görə evlərinə zəng edirmiş.  

Deməli, əsgərlərin pulu olmadığından avtobus sürücüsü onları 

aparmaq istəmirmiş. 

    Bir  az keçəndən sonra  əsgər  yenidən sürücüyə  yaxınlaşdı. 

Bu dəfə də telefon zəngi uğursuz alındı. 

O,

 geri qayıdıb yerinə 



keçərkən Hacı Raziyə xanım əsgərə dedi: 

-  Oğul,  al  mənim  mobilnimi,  istədiyin  qədər  danış.  Narahat 

olma, konturum çoxdur. 

-  Çox  sağ  olun,  xanım.  -  Əsgər  oğlan  utana-utana  mobil 

telefonu Hacı xanımdan aldı.  

   O, zəng edən kimi ona cavab verdilər. Səs aydın eşidilirdi: 

-  Ana,  mən  əsgər  yoldaşımla  gəlirəm.  Bizi  avtovağzalda 

qarşılayın.  Çünki  avtobusa  verməyə  yol  pulumuz  yoxdur,  - 

deyə  əsgər  sonuncu  cümləni  avtobusdakılar  eşitməsin  deyə, 

çox astadan söylədi. Ana isə cavabında dedi: 

-  Oğul,  indi  səni  qarşılamağa  avtovağzala  gəlmək  üçün  evdə 

kimsə  yoxdur.  Bir  atandır,  o  da  işdədir,  axşam  gələcək.  Mən 




16 

 

isə xəstəyəm, yataqdan qalxa bilmirəm, onsuz da məndə heç 



pul da yoxdur. 

-  Yaxşı,  ana  sağ  ol.  -  Əsgər  pərt  olmuş  halda  mobil  telefonu 

söndürüb, Hacı xanıma verdi və: 

-  Çox sağ olun, xanım. Allah köməyiniz olsun - dedi. 

    Əsgərlərin keçirdikləri hissləri Hacı Raziyə xanım yaxşı başa 

düşürdü. İndi onlar Bakıya kimi narahat, həyəcanlı olacaqdılar, 

sıxıntı keçirəcəkdilər... 

    Allah  heç  kəsi  çarəsiz,  kimsəni  kimsənin  qarşısında 

üzükölgəli,  xəcalətli  etməsin.  Amma  Hacı  Raziyə  xanım 

istəmədi  ki,  əsgərlər  yol  boyu,  Bakıya  kimi  narahat  olsunlar. 

Ona görə də o, üzünü əsgərlərə tutub dedi: 

-  Siz  heç  narahat  olmayın,  Allah  adil  və  rəhmlidir,  mütləq 

bunun  bir  çarəsi  tapılar,  inşallah!  Ancaq    sizdən  bir  xahişim 

var.  Məni  qırmayın,  bu  yeməkləri  və  suyu  götürün,  bilirəm  ki, 

ac olarsınız. 

    Əsgərlər Hacı Raziyə xanımın onlara uzatdığı yol azuqəsini 

geri qaytarmayaraq ona təşəkkür etdilər... 

    Gəncədən  gələn  avtobus  avtovağzala  çatdı.  Hacı  Raziyə 

xanım  avtobusdan  düşərkən  qabaqcadan  əlində  hazır 

saxladığı pulu  sürücüyə uzadaraq:

 

-  Zəhmət  olmazsa,  bu  puldan  arxadan  gələn  iki  əsgərin 



yolpulunu çıxın - dedi. 

    Sürücü gülərək dedi: 

-  Onsuz  da  əsgərlərin  pulu  yox  idi.  Onlar  dedilər  ki, 

avtovağzalda  onları  qarşılayacaqlar.  Allah  qəlbinizə  görə 

versin,  xanım.  Mömin  qadına  bənzəyirsiniz.  Əsgərə  kömək 

etmək Allaha da xoş gedər. 

     Sürücü  iki  əsgərin  yol  pulunu  çıxdıqdan  sonra,  qalan  pulu 

ona qaytaranda, Hacı Raziyə xanım sürücünün dediyi sözlərə 

dözə bilməyib cavabını verdi: 

-    Düz  deyirsiniz,  əsgərə  kömək  etmək  Allah  -təalaya  da  xoş 

gedər və böyük savab işlərdən sayılır. Amma bu savab işdən 

gərəkdir  ki,  Allah  hamımıza  nəsib  etsin.  Dünya  malına  aludə 




17 

 

olanlar,  bu  dünyadan  gedərkən  özü  ilə  yalnız  gördüyü  savab 



işləri və xeyirxah əməlləri aparır. 

    Hacı  xanımın  sözləri  sürücünün  üzünə  tərs  şillə  kimi 

yapışdı.  O,  dediyinə  də  peşman  olmuşdu,  sifəti  pörtdü, 

danışmağa  daha  dili  olmadı.  Hacı  Raziyə  xanım  avtobusdan 

düşüb azacıq aralanmışdı ki, həmin iki əsgər qaça-qaça gəlib, 

arxadan  Hacı  xanıma  yetişdilər.  Əsgərlərdən  biri  təngnəfəs 

halda dedi: 

-    Bacım,  Allah  sizdən  razı  olsun.  Siz  olmasaydınız  avtobus 

sürücüsünün  yanında  xəcalətli  qalacaqdıq.  Sürücü  əvvəlcə 

pulumuzun olmadığını bilib, bizi avtobusa mindirmək istəmirdi. 

Biz  onu  əmin  etdik  ki,  yolda  evə  zəng  vuracağıq  və 

avtovağzalda  bizi  qarşılamağa  gələcəklər.  Bildiyin  kimi,  evə 

zəng  etdim,  evdə  anamdan  başqa  kimsə  yox  idi.  Atam 

işdəymiş,  anam  da  yataqda  xəstə  yatırdı.  Mən  ailənin  tək 

övladıyam.  Məni  qarşılamayacaqlarını  eşidəndə,  çox  pərişan 

oldum. Siz olmasaydınız... 

- Yaxşı, yaxşı təşəkkür etməyə ehtiyac yoxdur. Siz əsgərsiniz, 

sizə  kömək  etmək  hər  birimizin  borcudur.  İndi  siz  hara 

gedəcəksiniz?  –  Hacı

 

Raziyə  xanım  əsgərin  sözünü 



tamamlamağa imkan verməyərək soruşdu. 

- Mən Zabrata gedəcəyəm. İlk öncə əsgər dostumu Xaçmaza 

yola salmalıyam. Amma... 

-  Bilirəm,  ona  görə  soruşdum  ki,  görüm  bir  yerə  gedirsiniz, 

yoxsa  ayrı-ayrı  istiqamətlərə.  Götürün,  bu  pulları  da  dostunu 

Xaçmaza  yola  sal,  özün  də  evə  get,  -  deyə  Hacı  xanım 

əlində

ki qalan


 pulları da əsgərin ovcuna basdı. 

-  Bacım,  Allah  köməyiniz  olsun.  Allah  öz  nəzərini  Sizin 

üstünüzdən heç zaman əskik etməsin. Amin! Amma siz mənə 

hökmən  telefon  nömrənizi  verin.  Sabah  zəngləşib  bir  yerdə 

görüşək,  pulunuzu  qaytarım,  -  deyə  əsgər  yalvarış  dolu 

nəzərlərini Hacı xanıma zillədi. 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə