Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə3/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   2   3   4   5   6   7   8   9   ...   48

 

bilməyib.  Oğlan  elə  yerindəcə,  “ikinci  sevgilisi”nin  qucağında 



keçinib. Sonra həbsxanalar... 

    Bütün  bunları  mənə  Klara  xalanın  qonşusu  Nəsibə  xala  

söyləmişdi.  Və  bunun  müqabilində  qonşu  bu  xəbərin  ondan 

eşitmədiyini  dönə

-

dönə  məndən  xahiş  etmişdi.  Ev  sahibəmiz 



özü  isə  bizə  şəxsi  həyatı  barədə  bircə  kəlmə  belə 

danışmamışdı.  Bu  barədə  ondan  soruşanda,  Klara  xala 

həmişə  susardı.  Onu  da  qeyd  edim  ki,  Klara  xalanın  yaşının 

çox olmasına baxmayaraq, özünün dediyinə görə bu günə kimi 

səhhətindən heç vaxt şikayətlənməyib.

 

     Bir dəfə gördüm ki, Klara xala əlində həsir zənbil bazardan 



gəlir.  Ona  yaxınlaşıb  kömək  etmək  istədim.  Amma  o,  etiraz 

etdi: 


 -  Oğul,  həyatda  indiyə  kimi,  yaşadığım  anlarda  kimsənin 

köməyinə  heç  ehtiyac  duymadım.  Həyatda  həmişə  yalnız 

özümə güvəndim və təkbaşına mübarizə apardım.  

-    Klara  xala,  niyə  həyatda  kimsəyə  inanmadınız?  İnsan 

inamsız həyatda necə yaşaya bilər?! - deyə soruşdum. 

-    Ömrüm  boyu  yalnız  bircə  dəfə  kiməsə  inanmaq  istədim. 

Amma  həmin  vaxt  da  xəyanətlə  qarşılaşdım.  Bundan  sonra 

içimdəki o inam hissini əbədi “dəfn” etdim.  

-    Klara  xala,  insan  bütün  ömrü  boyu  yalqız,  tənha  yaşaya 

bilməz ki. O, kiməsə inanmalı, kiməsə  ürəyini açmalı, dərdini-

sərini  kiminləsə  paylaşmalıdır.Həyatda  hər  bir  insanın 

həmdəmi, ürək sirdaşı hökmən olmalıdır.  -  dedim. 

     Amma  Klara  xala  bundan  sonra  mənimlə  daha  danışmaq  

istəmədi... 

     Bu  söhbətdən  iki-üç  gün  keçmişdi,  dərsdən  çıxıb  evə 

gəlirdim. Yolumu evimizin yanındakı parkdan saldım.  Məndən 

sağ  tərəfdəki  skamyada  iki  yaşlı  -  bir  kişi,  bir  qadın  oturub 

şirin-şirin  söhbət  edirdilər.  Onların  bərabərliyinə  çatanda, 

gözlərimə  inana  bilmədim.  Bu  Klara  xala  idi.  O,  məni  görcək 

gülümsədi.  İlk  dəfəydi  ki,  ev  sahibəsinin  üzündə  təbəssüm 




10 

 

görürdüm.  Mən  onların  “məhəbbəti”nə  mane  olmamaq  üçün 



sadəcə salam verib, evə yolumu davam etdirdim.  

      Ertəsi  gün  də  onları  həmin  skamyada  birlikdə  gördüm. 

Üçüncü-dördüncü günlərdə  də... 

     Bir axşam özümü saxlaya bilməyib Klara xalaya dedim: 

-    Klara xala, deyəsən artıq özünə həmdərd tapmısan? Düzü, 

buna  çox  sevindim.  Əlbəttə,  belə  bir  yaşda  insan  kiminləsə

 

həmsöhbət olmalıdır ki, dərd-sərini unutsun. 



-      Sən  haqlısan,  oğul.  Tənhalıq,  yalqız  olmaq  ancaq  Allahın 

şəninə  yaraşıb.  Mən  başa  düşdüm  ki,  tənhalıq  adamı  məhv 

edir,  insanın  axırına  çıxır,  onu  bitirib  tükəndirir.  Mən  bu  bir 

neçə gündə özümdə  qəribə halların baş verdiyini hiss edirəm. 

İçimdə  sanki  vulkan  kimi  nəsə  qaynadığını  duyuram,  -  deyə 

Klara xala sanki utanırmış kimi astadan söylədi. 

-      Bundan  sonra  hələ  çox  şeylərin  şahidi  olacaqsınız,  Klara 

xala, - deyə zarafatla  gülümsədim. 

      Bir  həftə  idi  ki,  ev  sahibəsi  həyətdəki  kirayəçilərlə  çox 

mehriban,  səmimi  dolanırdı.  Kirayəçilər  Klara  xalanın  onlara 

qarşı bu davranışlarına təəccüb edirdilər. Onlardan birisi dözə 

bilməyib, mənə yaxınlaşaraq dedi: 

 -  Cəmil, son günlər Klara xalada bir dəyişiklik hiss edirsənmi? 

-  Necə bəyəm? Hansı mənada deyirsən, Eldar? - deyə özümü 

o yerə qoymadım. 

-   Necə deyim, Klara xala sanki başqa bir adam olub. Elə bil 

ki,  əvvəlki  qəddar,  əzazil  Klara  gedib,  onun  yerinə  xeyirxah, 

mehriban,  qayğıkeş  birisi  gəlib.  -  Eldar  təəccübünü  gizlədə 

bilmədi.  -  İnsanın  birdən-birə  bu  qədər  dəyişdiyinə  heç  cür 

inana bilmirəm. 

 -      Eldar,  həyatda  hər  şey  ola  bilə  və  hər  şey  mümkündür!  - 

gülərək bildirdim. 

     Əlbəttə,  həyətdəki  kirayəçilər  Klara  xalanın  “ahıl  sevgi”si 

barədə heç nə bilmirdilər. 

     Klara xala ilə naməlum yaşlı kişi arasındakı sevgi macərası 

iki həftə idi ki, davam edirdi. Onlar hər gün günortadan sonra 




11 

 

parkdakı  skamyalarında  oturub  dərdləşirdilər.  Amma  bir  gün 



Klara  xalanı  həmin  skamyada  tək  oturan  gördüm.  Ona 

yaxınlaşıb təəccüblə soruşdum: 

-    Klara xala, bu gün nə əcəb təksiniz? Bəs o, gəlməyib? 

-      Mən  də  başa  düşmədim.  Gəlməli  idi,  ancaq  hələ  də  gəlib 

çıxmayıb.  Çünki  dünən  Rəhman  özü  söz  vermişdi,  -  deyə 

Klara xala “aşiq”inin bu gün gəlməməsinə narahat oldu. 

-  Fikir etmə,  harda olsa gələr, - deyə ev sahibəsinə ürək-dirək 

verdim. 


     Amma həmin gün Rəhman kişi görüş yerinə gəlmədi. Klara 

xala  da  çox  narahat  görünürdü.  O,    bir  neçə  dəfə  həyətdən 

küçəyə  çıxıb  parka  boylanmışdı  da.  Rəhman  ertəsi  gün  də 

görüş  yerinə  gəlməmişdi.  Artıq  Klara  xalanın  həyəcanını  hər 

kəs hiss edirdi. O, sanki qəfəsə salınmış quş kimi çırpınırdı.  

     İki gündən sonra xəbər çıxdı ki, Rəhman kişini doğma oğlu 

bıçaqla  qətlə  yetirib.  Klara  xala  bu  xəbərdən  bərk  sarsıldı, 

hətta yatağa düşdü. O, iki gün nə bir tikə çörək yedi, nə də bir 

qurtum  su  içdi.  Bizim  də  bütün  səylərimiz  nəticəsiz  qaldı. 

Üçüncü  gün  Klara  xalanın  halı  fənalaşdı.  Təcili  yardım 

çağırdıq.  Həkim  Klara  xalanın  qida  rejiminə  hökmən  diqqət 

yetirməsini  tapşırdı.  Həmin  gün  mənim  və  həyətdəki 

kirayəçilərin  təkidi  ilə  zorla  ev  sahibəsinə  bir-iki  tikə  çörək 

yedizdirə bildik. 

    Ertəsi  gün  dərsdən  evə  qayıdarkən,  həyətdə  çoxlu 

adamların  toplaşdığını  gördüm.  Nə  hadisə  baş  verdiyini 

soruşdum.  Dedilər  ki,  Klara  xala  infarkt  keçirib,  sol  tərəfi  iflic 

olub,  nitq  qabiliyyətini  də  itirib,  danışa  bilmir.  Mən  cəld  ev 

sahibəsinin  otağına  girdim.  Klara  xala  hərəkətsiz  halda 

çarpayıda  uzanmışdı.  Ona  yaxınlaşdım.  Məni  görcək, 

doluxsundu,  gözlərindən  bir  damla  yaş  axaraq,  yanaqlarında 

donub qaldı.  O,  indi  məsum  və  son  dərəcə  yazıq baxışlarıyla 

mənə  nəsə  deməyə  çalışırdı,  ancaq  bacarmırdı.  Mən  isə  bu 

gözlərdəki  mənanı  anladım.  Klara  xala  mənə  demək  istəyirdi 




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə